Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub .....                     Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib .....                     Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR .....                     Tramp Yunanıstandakı bazanı ləğv edir .....                     Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi .....                     Sanksiyalar siyahısında erməninin də adı var .....                     Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır .....                     “Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” .....                     Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür .....                     Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub .....                     Nəsimi rayonunda polis əməliyyatları: .....                     Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb .....                     Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır .....                     “Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” .....                     Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? .....                     Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər .....                     "Oğuz-Məişət" ASC-nin səhmdarları .....                     Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər .....                     “Buna görə bəzən övladlarım da mənə irad tutur” .....                     Deputatdan Ayaz Salayevə ağır sözlər: .....                     Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu .....                     "Rabitəbank"da yeni baş direktor təyin edilib .....                     Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur .....                     Martın 10-a qədər... .....                     2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır .....                     Zaqatalada “Makler İsa” ilə bacarmırlar .....                     Zelenski "gizli kartları" niyə açdı? .....                     MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? .....                     “Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... .....                     Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib .....                     "Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." .....                     Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır .....                     Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? .....                     Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi .....                     Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... .....                     “Aztech and Tegeta Motors”un rəhbəri dəyişib .....                     Yarım milyonluq “Büllur” ASC-nin səhmdarı ləğv qərarı verdi .....                     Almaniyanın yeni hökumətinin Rusiyaya yanaşmasının dəyişəcəyinə ümid edirik .....                     Fərid Hüseynovu Ramin Abdullayev təkrar işə götürüb: Əcəba niyə? .....                     "Münasibətlərdə gərginliklər ola bilər, olur da... .....                 

“İctimai rəyi Azərbaycana qarşı yönəltmək üçün kiçik və cılız üsullardan istifadə etməyə çalışırlar” - deputat
Tarix: 12-01-2022, 10:09 | Çap et
“İctimai rəyi Azərbaycana qarşı yönəltmək üçün kiçik və cılız üsullardan istifadə etməyə çalışırlar”
Görünən budur ki, Ermənistanın baş naziri Nikol Paşinyan düzələnə oxşamır. Əgər əksi baş versəydi, kapitulyasiya aktını imzaladıqdan sonra Azərbaycan və Türkiyə ilə əlaqələr qurub ölkəsinin mövcudluğunu saxlamağa çalışan baş nazir növbəti dəfə sərsəm iddialarını dilə gətirməzdi.

Biz daha bir sərsəmləməni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstan hadisələrinə həsr olunmuş onlayn sammitində müşahidə etdik. KTMT-yə sədrlik edən N.Paşinyan onlayn sammitdə növbəti təxribatçı bəyanatla çıxış edib. Qazaxıstanda fəaliyyət göstərən “döyüşçülər”dən söz açan baş nazir iddia edib ki, bir il əvvəl Ermənistanın olduğu region “terrorçularla” üzləşib. “Bir müddət əvvəl, 2020-ci ilin sentyabrında Azərbaycanın başlatdığı genişmiqyaslı müharibə zamanı biz ekstremizmin və terrorizmin ən qəddar təzahürlərinin şahidi olduq. Beynəlxalq birliyin bəzi üzvlərinin ciddi səyləri qarşısında, xüsusən də Rusiyanın həlledici töhfəsi və Rusiyanın sülhməramlı missiyasının rolu sayəsində müharibəni dayandırmaq, gərginliyi azaltmaq və ölkədə sabitlik yaratmaq mümkün oldu” - Paşinyan iddia edib. Aydındır ki, Paşinyan bu yolla guya Azərbaycan tərəfində vuruşan “suriyalı yaraqlılar” haqqında köhnə və dəfələrlə təkzib edilən saxta iddiaları yada salıb. Düzdür, N.Paşinyana reaksiya verən olmayıb. Ən azı KTMT-yə üzv ölkələr Azərbaycanın rolunu və mövqeyini yaxşı dəyərləndirdikləri üçün Ermənistana görə ölkəmizlə hər hansı problemin yaşanmasını istəməzlər, bunu ötən illərin təcrübəsi də göstərib. 2016-cı ildən sonra İrəvan dəfələrlə KTMT-yə hərbi yardım üçün müraciət etsə də, üzv ölkələr bu müraciətə məhəl qoymayaraq, torpaqları işğal altında olan Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər. Hətta bir sıra hallarda İrəvanda Azərbaycanın KTMT-nin üzvü olmadığı halda, bu qurumda artan nüfuzu geniş müzakirələrə səbəb oldu. Bu mənada N.Paşinyanın növbəti avantürası da “yel olub keçdi”.

Amma Paşinyanın ardınca Xankəndi separatçılarının lideri Araik Arutyunyan öz facebook səhifəsində daha irəli gedərək iddia edib ki, KTMT Qazaxıstanda “pantürkizm”lə mübarizə aparır. Arutyunyan iddia edib ki, “Qazaxıstanda və onun ətrafında vəziyyətin sabitliyini pozmağa, qeyri-sabitlik və terror qurşağının formalaşmasına yönəlmiş proqramın arxasında ekstremist qruplar və birləşmələr dayanır. Göz qabağındadır ki, radikal pantürkist dairələr bu prosesdə fəal iştirak edir ki, bu da Ermənistanın və ”artsax"ın təhlükəsizliyinə çox ciddi təhlükə yarada bilər". Aydındır ki, həm Paşinyan, həm Arutyunyan yaranmış fürsətdən istifadə edib, Azərbaycanı hədəfə çıxarmağa çalışıblar. O cümlədən regionda Türkiyənin nüfuzunun artmasından öz qorxularını dilə gətiriblər. Ermənilər həvəsləniblər ki, artıq KTMT-ni “xarici ölkə təhlükəsi’’ bəhanəsi ilə Azərbaycanla və ya Türkiyə ilə münaqişəyə cəlb edə bilərlər. Bu ehtimalı bölüşmək olarmı?

DİA.AZ-ın məlumatına görə, deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın baş naziri Paşinyanın KTMT-nın onlayn konfransındakı çıxışında Azərbaycanla bağlı işlətdiyi fikirlər əslində köhnə təbliğat istiqamətinin davamıdır: “Sadəcə, indi düşünüb ki, əvvəlki fürsət ələ düşüb, Qazaxıstana işğalçı qüvvələr daxil olub və bunu hansısa formada Azərbaycan üzərinə də yönləndirmək lazımdır. Amma bu, bir az qeyri-ciddi səslənir. Ona görə ki, KTMT-dəki dövlətlərlə Azərbaycanın ayrıca münasibətləri var və savaş dövründə də həmin dövlətlər əslində Azərbaycanın öz ərazisini işğaldan azad etməsini dəstəkləyiblər. Yəni burada hər hansı problem yoxdur. Digər tərəfdən, burada guya terrorçuların iştirakı və başqa məsələlərdən danışılması da heç bir real fakta dayanmadığına görə o vaxt da ciddi qarşılanmamışdı, indi də eyni qaydada məsələyə baxış olacaq. Sadəcə, ictimai rəyi Azərbaycana qarşı yönəltmək üçün kiçik və cılız üsullardan istifadə etməyə çalışırlar”.

F.Mustafa əlavə etdi ki, eyni zamanda separatçıların başında duran Araik Arutyunyan da bu kimi məsələləri daha çox pantürkizm üzərinə yönəltməyə çalışır: “Bu, erməni-faşist cəlladı hələ də anlamır ki, pantürkizm deyilən ideya bütövlükdə hər hansı bir işğalçı, yaxud aqressiv, etnik təmizləmə xəttinə, kursuna dayanan ideya deyil. Bu, erməniçilikdən fərqli olaraq, əslində humanitar bir sağlam mühit yaratmaq üçün bu bölgələrdə sakit, dinc yolla yaşamağın təminatını nəzərdə tutan və sadəcə, ədəbiyyatda yer alan ideyadır. Hər hansı bir şəkildə belə bir siyasi model, ümumiyyətlə, gündəmdə yoxdur. Bu, sadəcə, düşmənlərin icad etdiyi bir modeldir. Çünki hər hansı bir şəkildə Türk Birliyi kimisə təhdid edən bir birlik kimi çıxış etmir, daha çox mədəni bir birlik kimi mövcuddur”. Deputat hesab edir ki, həm İrəvanda, həm Xankəndində olan erməni vəhşilərinin əsas məqsədi istiqaməti Azərbaycana doğru yönəltməkdir: “Amma bu, cılız bir xətt, cılız bir kursdur. Azərbaycan əslində Qarabağı terrorçulardan təmizlədiyiniə görə indi terrorçuların qalıqlarının belə sərsəm iddialarla çıxış etməsi anlaşılandır. Bütün hallarda Azərbaycan öz torpaqlarını işğalçılardan azad etmə kursunu davam etdirəcək və erməni seqmentinin burada yenidən baş qaldırmasına imkan verməyəcək. Biz bu məsələdə qərarlıyıq və qardaş Türkiyə ilə birlikdə bölgənin rifah içində, savaş olmadan mövcudluğunu təmin edəcəyik”.

Deputat Ceyhun Məmmədov bildirdi ki, KTMT-nin iclasında Paşinyanın sərsəm fikirlərindən Araikin iftira dolu yazısından sonra dərhal Ermənistan sərhəddə təxribat törədərək KMT-nin diqqətini yenidən bu məsələyə çəkmək istədi: “Halbuki Azərbaycan tərəfi atəşkəsi pozmamışdı. Bu, Ermənistanın növbəti şousu idi. Dərhal Ermənistan KİV-i və sosial şəbəkələri total hücuma keçdilər. Ermənistanın KTMT-ni münaqişəyə cəlbi cəhdi əbəsdir. Dəfələrlə KTMT bu məsələyə münasibət bildirib. Ermənistan tərəfi boş yerə həvəslənməsin”. C.Məmmədov qeyd etdi ki, Azərbaycan tərəfindən heç bir terrorçu döyüşməyib: “Əksinə, dünyanın müxtəlif bölgələrindən erməni terrorçularu Ermənistana axışaraq Azərbaycana qarşı vuruşdular. Azərbaycan tərəfdə dəqiq faktlar var Ermənistandan fərqli olaraq. Onların məhkəmələri də keçirilib. Onu da təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın birgəyaşayışla bağlı bütün cəhdlərinə baxmayaraq Ermənistan rəhbərliyi və KİV-i Azərbaycana qarşı düşmənçiliyi təbliğ etməyə davam edir. Ermənistan buna son qoymalıdır. Bu təbliğat və cəhdlər Ermənistan xalqına yalnız faciə və bədbəxtlik gətirəcək. Ermənistan rəhbərliyi və xalqı gələcəyə baxmağaı bacarmalıdır. Gələcəyə sağlam baxış reallıqla barışıb bölgəyə sülh gəlməsinə çalışmaqdır. Ermənistana bu barədə Prezident İlham Əliyev dəfələrlə xəbərdarlıq edib. Əgər rəsmi İrəvan bunu anlamaq istəməsə, sonu Ermənistan üçün yaxşı olmayacaq”.

Yazı çapa hazırlanarkən Ermənistanın növbəti təxribatı barədə məlumat yayıldı. Belə ki, düşmənin açdığı atəş nəticəsində Azərbaycan Ordusu Kəlbəcər istiqamətində şəhid verib. Əslində Paşinyanın davranışlarından sonra bu kimi cinayətlər gözlənilən idi. Belə aydın olur ki, Ermənistan növbəti dəfə “Dəmir yumruq”un zərbəsini dadmaq istəyir. Güman edirsə ki, onu KTMT xilas edəcək, yanılır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Bu gün, 17:37
Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Bu gün, 17:35
Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Bu gün, 17:31
Tramp Yunanıstandakı bazanı ləğv edir
Bu gün, 17:30
Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Bu gün, 17:21
Sanksiyalar siyahısında erməninin də adı var
Bu gün, 17:15
Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Bu gün, 17:13
“Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Bu gün, 17:07
Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Bu gün, 17:02
Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Bu gün, 16:57
Nəsimi rayonunda polis əməliyyatları: - 20 kq narkotik dövriyyədən çıxarılıb
Bu gün, 16:53
Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb
Bu gün, 16:50
Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır - TƏFƏRRÜAT
Bu gün, 16:48
“Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” – Moskva kartları açdı
Bu gün, 16:39
Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? - ARAŞDIRMA
Bu gün, 16:36
Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər - DETALLAR
Bu gün, 16:33
"Oğuz-Məişət" ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 16:32
Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər - İLGİNC FAKTLAR...
Bu gün, 16:28
“Buna görə bəzən övladlarım da mənə irad tutur”
Bu gün, 16:17
Deputatdan Ayaz Salayevə ağır sözlər: - “Manqurt…”
Bu gün, 16:12
Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Bu gün, 16:08
"Rabitəbank"da yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 16:06
Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur - VİDEO
Bu gün, 16:04
Martın 10-a qədər... - Ekstrasensdən proqnoz
Bu gün, 15:39
2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır
Bu gün, 15:37
Zaqatalada “Makler İsa” ilə bacarmırlar - “200 mini Qurban Qurbanovun qardaşı vermişdi”
Bu gün, 15:17
Zelenski "gizli kartları" niyə açdı? - İNCƏLƏMƏ
Bu gün, 15:14
MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? - ARAŞDIRMA
Bu gün, 15:09
“Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... - BU DA FAKT!
Bu gün, 15:02
Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib
Bu gün, 14:49
"Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." - GİLEY
Bu gün, 14:48
Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır - Zelenski
Bu gün, 14:31
Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? - AKTUAL
Bu gün, 14:26
Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi - TƏFƏRRÜAT
Bu gün, 14:25
Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:22
“Aztech and Tegeta Motors”un rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 14:17
Yarım milyonluq “Büllur” ASC-nin səhmdarı ləğv qərarı verdi - NÖVBƏDƏNKƏNAR YIĞINCAQ
Bu gün, 14:12
Almaniyanın yeni hökumətinin Rusiyaya yanaşmasının dəyişəcəyinə ümid edirik - Peskov
Bu gün, 14:11
Fərid Hüseynovu Ramin Abdullayev təkrar işə götürüb: Əcəba niyə? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 14:05
"Münasibətlərdə gərginliklər ola bilər, olur da... - Amma ABŞ heç vaxt buna getməz"
Bu gün, 13:57
"Oğurluq etmə" sözünə qıcıqlandı, 2 viski oğurladı - 2 aylıq həbs olundu
Bu gün, 13:55
Makron Trampa Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi planını təklif edəcək
Bu gün, 13:51
Misir Mərdanov rus “sektoru”ndan danışdı: - “Nazir olanda, mənim üçün çox ağır oldu”
Bu gün, 13:48
İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir - 80 min borcu var
Bu gün, 13:45
Saxta həkimlərə printerdə saxta lisenziyalar çıxarırlar – Şok gerçəklər
Bu gün, 13:42
Kiyevdə danışıqlar “yüksək tonda” keçib
Bu gün, 13:31
"Maşını həyətdən tərpədə bilmədim" - VİDEO
Bu gün, 13:24
Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yaşayış məntəqəsi ələ keçirib
Bu gün, 13:22
Niyazi Mehdi yenidən xəstəxanaya yerləşdirilir - Oğlu danışdı
Bu gün, 13:17
Aİ Rusiyanın bir sıra aeroport və limanlarına qarşı sanksiyalar tətbiq edib - Rusiya KİV-i
Bu gün, 13:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru