"O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?" .....                     Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar .....                     Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq .....                     Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək .....                     Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? .....                     "İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" .....                     Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub .....                     Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib .....                     Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR .....                     Tramp Yunanıstandakı bazanı ləğv edir .....                     Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi .....                     Sanksiyalar siyahısında erməninin də adı var .....                     Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır .....                     “Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” .....                     Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür .....                     Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub .....                     Nəsimi rayonunda polis əməliyyatları: .....                     Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb .....                     Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır .....                     “Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” .....                     Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? .....                     Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər .....                     "Oğuz-Məişət" ASC-nin səhmdarları .....                     Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər .....                     “Buna görə bəzən övladlarım da mənə irad tutur” .....                     Deputatdan Ayaz Salayevə ağır sözlər: .....                     Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu .....                     "Rabitəbank"da yeni baş direktor təyin edilib .....                     Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur .....                     Martın 10-a qədər... .....                     2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır .....                     Zaqatalada “Makler İsa” ilə bacarmırlar .....                     Zelenski "gizli kartları" niyə açdı? .....                     MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? .....                     “Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... .....                     Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib .....                     "Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." .....                     Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır .....                     Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? .....                     Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi .....                 

“Şuşa o zaman Şuşa olacaq ki, orada uşaqların, körpələrin səsi gələcək” - deputat
Tarix: 7-01-2022, 08:08 | Çap et
“Şuşa o zaman Şuşa olacaq ki, orada uşaqların, körpələrin səsi gələcək”
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu il Şuşanın yaranmasının 270 illiyi qeyd olunacaq. Bununla bağlı böyük tədbirlərin, festivalların keçirilməsi gözlənilir.

Qeyd edək ki, Şuşada artıq erməni işğalı zamanı ucaldılan binaların sökülməsinə başlanılır. Şuşada yeni məscid kompleksinin tikintisi üçün erməni işğalı illərində tikilmiş obyektlər söküləcək. Altı beşmərtəbəli bina, “parlament” adlanan bina və digər obyektlər sökülməlidir. Həmçinin abadlıq işləri aparılacaq. Erməni izləri birdəfəlik silinir.

Çox güman ki, “Şuşa İli”ndə həm də Şuşaya ilk qayıdış da gerçəkləşsin. Bəs tanınmışlar bu il Şuşada hansı tədbirlərin keçirilməsini arzulayır, gözləntiləri nədir?

DİA.AZ-ın məlumatına görə, millət vəkili Aqil Abbas mövzu ilə bağlı “Yeni Müsavat”a bildirdi ki, Şuşanın əvvəlki şöhrətini özünə qaytarmaq üçün çox işlər görülməlidir: “Yəni abidələrimiz bərpa olunmalıdır, erməni izləri silinməlidir. Bu il, yəni ”Şuşa İli"ndə şuşalıların Şuşaya geri dönüşü başlayacaq, onlar öz vətənlərinə qayıdacaqlar. Əlbəttə ki, proses tədricən həyata keçiriləcək. Lakin əsas odur ki, geri dönüş başlayacaq. Bütün Azərbaycan Şuşanın 270 illiyini qeyd edəcək. Bütün dünyadan, böyük ölkələrdən Şuşaya nümayəndələr gələcək, bu şəhəri görəcəklər. Həmçinin orada yenidən “Xarıbülbül” festivalı, Yazıçılar İttifaqının qurultayı keçiriləcək. Bildiyim qədər Şuşaya avtobus reysləri açılır. Yəni Şuşaya gediş-gəliş normal vəziyyətinə dönəcək. Ən əsası şuşalıların bir hissəsi bərpa olunmuş evlərinə köçə biləcəklər. Həmçinin gözləyirəm ki, Şuşada televiziya, radio açılsın. Vaxtilə orada televiziya olub. Özü də təkcə Azərbaycan dilində deyil, müxtəlif dillərdə. Lap elə erməni dilində də olsun, qoy onlar eşitsinlər ki, Şuşada, Azərbaycanda nələr olur.

Əvvəllər Şuşada pioner düşərgələri olub, indi də arzulayıram ki, hansısa formada o cür düşərgələr olsun, ölkənin hər yerindən uşaqlar Şuşaya axışsın. Şuşa o zaman Şuşa olacaq ki, orada uşaqların, körpələrin səsi gələcək, eşidiləcək".

Şuşa şəhərinin əsasını qoymuş Pənahəli xanın sülaləsinin ən parlaq nümayəndəsi Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova-Verdiyeva da mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “İlk öncə fürsətdən istifadə edib, bütün xalqımızı təbrik edirəm. Gözümüz aydın olsun, çox şükür! Gözləmədiyimiz anları yaşayırıq.

Əlbəttə ki, Şuşa bizim üçün çox doğmadır, əzizdir. Şuşa mənim ruhumun şəhəridir. Körpəliyim, uşaqlığım, xoşbəxt atalı-analı günlərim Şuşada keçib.

Bildiyiniz kimi, Şuşa şəhərinin 1752-ci ildə mənim ulu babam Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən bünövrəsi qoyulub. Şuşa əvvəllər Qala adlanırdı. Görkəmli musiqiçi Rəşid Behbudov “Qalalıyam, qalalı” mahnısını oxuyanda “Şuşalıyam, şuşalı” demək istəyirdi. Şuşa bir müddət Pənahabad adlandırılıb. Pənah xan qalanı tikib, ora zəmanəsinin tanınmış şairlərini, sənətkarlarını, nəqqaşlarını, alimlərini, simaca gözəl insanlarını cəlb edib, məskunlaşdırıb. Sonradan Şuşaya gəlib, orada yaşamaq istəyənlər qalanın ətrafında məskunlaşıblar, hansı ki, həmin yer Çöl Qala adlanırdı. Hərdən düşünürəm ki, bir əsrdə bu qədər dahi şəxsiyyətlər nədən məhz kiçik bir şəhərdən çıxıb? Bunun cavabı məhz bir az öncə dediyim faktla bağlıdır. Həqiqətən də o cür insanlardan, ziyalılardan törəyənlər dahi şəxsiyyətlər olmalı idi.

Şuşa bir zamanlar “Qafqazın konservatoriyası” adlanırdı. Lakin mən deyərdim ki, təkcə Qafqazın deyil, Şərqin konservatoriyası idi. Şuşada hər məhəllədən, hər qapıdan bir dahi çıxıb.

Çox sevindim ki, Prezidentimiz Şuşanı Azərbaycanın mədəniyyət mərkəzi adlandırdı. İstərdim ki, 2 əsr öncə olan ənənələr yenidən bərpa olunsun. Məsələn, Şuşada Realnıy məktəb var idi, orada tez-tez məclislər təşkil olunar, tanınmış ziyalılar, alimlər, şairlər bir yerə toplaşardı. Elə mənim babamın evində də bu cür məclislər keçirilərmiş. Həmin məclislərdə elə orada şeirlər yazılar, mahnılar bəstələnərmiş, hansı ki, hazırda da həmin vaxtlar sevilərək ifa olunur.

Atamda da musiqiyə sevgi, maraq məhz həmin gecələrdə yaranıb. Evlərində qrammafonlar olub, onlarda Şərqin tanınmış böyük sənətkarlarının səs yazılarını dinləyiblər.

Şuşa çox gözəl təbiətli şəhərdir. 30 il işğal altında olmasına baxmayaraq, öz əzəmətini qoruyub saxlaya bilib. Hazırda Prezidentimizin sərəncamı ilə orada çox gözəl bərpa işləri aparılır. İnanıram ki, həmin bərpa işləri bu il daha da sürətlənəcək. Düşünürəm ki, Prezidentimiz həm bu bərpa işlərinin sürətlənməsi, həm də Şuşanın bütün dünyada tanınması üçün bu ili “Şuşa ili” elan edib. Düşünürəm ki, Şuşa tezliklə dünyanın ən tanınmış turizm şəhərlərindən biri olacaq, dünyanın müxtəlif ölkələrindən ora axın edəcək, orada dünyaya səs salacaq musiqi və kino festivalları, müsabiqələr, konsert və tədbirlər keçiriləcək".

Əslən Şuşadan olan “Parni iz Baku” KVN komandasının üzvü, əməkdar artist Tahir İmanov da Şuşa ilə bağlı öz arzularını bildirib: “İşğaldan əvvəl mənim babam xalq artisti, bəstəkar Süleyman Ələsgərov konservatoriyanın Şuşa filialına rəhbərlik edib. Bu onun son vəzifəsi olub. Mən də onun nəvəsi kimi, ümumiyyətlə, ailəmiz çox istərdik ki, həmin filial yenidən bərpa olunsun və öz fəaliyyətini davam etdirsin. Şuşa ilə bağlı daha bir arzum, orada ”Parni iz Baku"nun konsertlərini keçirək. Şuşa işğaldan azad olunana qədər biz hər konsertimizi bu sözlərlə bitirmişik ki, gün o gün olsun yeni konsertimizi Şuşada keçirək. Komandamız hər an bu konsertə hazırdır.

Şuşa ilə bağlı keçirilən bütün tədbirləri alqışlayır və çox böyük sevinclə qarşılayıram. Düşünürəm ki, bundan sonra həyatımızın hər bir anı Şuşaya, Qarabağa həsr olunmalıdır. 30 il bu xalq, bu millət bu günləri gözləyib və öz əməlləri ilə ona yaxınlaşıb. Bundan sonra nə ediriksə-edək, hər kəs öz sahəsində, fəaliyyətində bu mövzuya həsr etməlidir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
Bu gün, 18:15
Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
Bu gün, 18:14
Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Bu gün, 18:00
Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Bu gün, 17:59
Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Bu gün, 17:52
"İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Bu gün, 17:50
Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Bu gün, 17:37
Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Bu gün, 17:35
Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Bu gün, 17:31
Tramp Yunanıstandakı bazanı ləğv edir
Bu gün, 17:30
Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Bu gün, 17:21
Sanksiyalar siyahısında erməninin də adı var
Bu gün, 17:15
Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Bu gün, 17:13
“Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Bu gün, 17:07
Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Bu gün, 17:02
Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Bu gün, 16:57
Nəsimi rayonunda polis əməliyyatları: - 20 kq narkotik dövriyyədən çıxarılıb
Bu gün, 16:53
Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb
Bu gün, 16:50
Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır - TƏFƏRRÜAT
Bu gün, 16:48
“Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” – Moskva kartları açdı
Bu gün, 16:39
Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? - ARAŞDIRMA
Bu gün, 16:36
Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər - DETALLAR
Bu gün, 16:33
"Oğuz-Məişət" ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 16:32
Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər - İLGİNC FAKTLAR...
Bu gün, 16:28
“Buna görə bəzən övladlarım da mənə irad tutur”
Bu gün, 16:17
Deputatdan Ayaz Salayevə ağır sözlər: - “Manqurt…”
Bu gün, 16:12
Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Bu gün, 16:08
"Rabitəbank"da yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 16:06
Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur - VİDEO
Bu gün, 16:04
Martın 10-a qədər... - Ekstrasensdən proqnoz
Bu gün, 15:39
2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır
Bu gün, 15:37
Zaqatalada “Makler İsa” ilə bacarmırlar - “200 mini Qurban Qurbanovun qardaşı vermişdi”
Bu gün, 15:17
Zelenski "gizli kartları" niyə açdı? - İNCƏLƏMƏ
Bu gün, 15:14
MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? - ARAŞDIRMA
Bu gün, 15:09
“Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... - BU DA FAKT!
Bu gün, 15:02
Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib
Bu gün, 14:49
"Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." - GİLEY
Bu gün, 14:48
Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır - Zelenski
Bu gün, 14:31
Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? - AKTUAL
Bu gün, 14:26
Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi - TƏFƏRRÜAT
Bu gün, 14:25
Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:22
“Aztech and Tegeta Motors”un rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 14:17
Yarım milyonluq “Büllur” ASC-nin səhmdarı ləğv qərarı verdi - NÖVBƏDƏNKƏNAR YIĞINCAQ
Bu gün, 14:12
Almaniyanın yeni hökumətinin Rusiyaya yanaşmasının dəyişəcəyinə ümid edirik - Peskov
Bu gün, 14:11
Fərid Hüseynovu Ramin Abdullayev təkrar işə götürüb: Əcəba niyə? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 14:05
"Münasibətlərdə gərginliklər ola bilər, olur da... - Amma ABŞ heç vaxt buna getməz"
Bu gün, 13:57
"Oğurluq etmə" sözünə qıcıqlandı, 2 viski oğurladı - 2 aylıq həbs olundu
Bu gün, 13:55
Makron Trampa Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi planını təklif edəcək
Bu gün, 13:51
Misir Mərdanov rus “sektoru”ndan danışdı: - “Nazir olanda, mənim üçün çox ağır oldu”
Bu gün, 13:48
İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir - 80 min borcu var
Bu gün, 13:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru