Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? .....                     "İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" .....                     Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub .....                     Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib .....                     Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR .....                     Tramp Yunanıstandakı bazanı ləğv edir .....                     Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi .....                     Sanksiyalar siyahısında erməninin də adı var .....                     Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır .....                     “Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” .....                     Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür .....                     Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub .....                     Nəsimi rayonunda polis əməliyyatları: .....                     Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb .....                     Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır .....                     “Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” .....                     Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? .....                     Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər .....                     "Oğuz-Məişət" ASC-nin səhmdarları .....                     Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər .....                     “Buna görə bəzən övladlarım da mənə irad tutur” .....                     Deputatdan Ayaz Salayevə ağır sözlər: .....                     Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu .....                     "Rabitəbank"da yeni baş direktor təyin edilib .....                     Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur .....                     Martın 10-a qədər... .....                     2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır .....                     Zaqatalada “Makler İsa” ilə bacarmırlar .....                     Zelenski "gizli kartları" niyə açdı? .....                     MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? .....                     “Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... .....                     Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib .....                     "Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." .....                     Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır .....                     Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? .....                     Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi .....                     Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... .....                     “Aztech and Tegeta Motors”un rəhbəri dəyişib .....                     Yarım milyonluq “Büllur” ASC-nin səhmdarı ləğv qərarı verdi .....                     Almaniyanın yeni hökumətinin Rusiyaya yanaşmasının dəyişəcəyinə ümid edirik .....                 

"Neftin qiyməti aşağı düşsə iqtisadi və sosial böhran qaçılmaz olacaq" - Deputatdan HƏYƏCAN TƏBİLİ
Tarix: 5-01-2022, 08:40 | Çap et
"Neftin qiyməti aşağı düşsə  iqtisadi və sosial böhran qaçılmaz olacaq"
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Qüdrət bəy, çörəyin qiymətinin artmasına münasibətinizi bilmək istərdik.

- Münasibətim çox pisdir. Hesab edirəm heç qiyməti qaldıranlar da bundan məmnun deyil. Həm də ona görə narazıyam ki, yalnız çörəyin qiyməti yox, digər ərzaq məhsullarının da qiyməti qalxır. Artırılmış əmək haqlarının, pensiyaların artan qiymətləri qarşılayacağı da bəlli deyil. Bu isə aztəminatlı və çoxuşaqlı ailələrin, pensiya alanların sosial vəziyyətini ağırlaşdıracaq. Hökumət manatın kursunu sabit saxladığı kimi, heç olmasa çörəyin də qiymətini sabit saxlamalıydı. Ekspert hesablamalarına görə vətəndaşlarımız qazanclarının 2/3-ni ( üçdə ikisini) ərzaq məhsullarına, 1/3-ni isə digər tələbatlarının ödənilməsinə xərcləyir. İnkişaf etmiş ölkələrdə bu əksinədir. Vəziyyətin yaxşılığa doğru dəyişməsi üçün ciddi iqtisadi islahatlara ehtiyac var. Neftin qiyməti aşağı düşsə iqtisadi və sosial böhran qaçılmaz olacaq.

- Sizcə niyə genişmiqyaslı islahatlara gedilmir?

- Görünür, hesab edirlər ki, görülən işlər yetərlidir ki, insanlar acından ölməsin. Həm də ola bilsin səmimi olaraq düşünürlər ki, ölkədə biznes mühüti yaxşıdır, sadəcə bəlli olmayan səbəbdən yerli və xarici sərmayədarlar iqtisadiyyata əhəmiyyətli miqyasda pul yatırmır. Amma Baş nazir inandığı bir adama desə ki, get hər hansı istehsal və emal müəssiəsinin açılması üçün aidiyyatı olan və olmayan dövlət orqanlarının tələb etdiyi qanuni və qanunsuz vəsaitin məbləğini öyrən və gəl mənə de. Onda bəlli olacaq ki, nə qədər böyük əlavə xərclər var. Sahibkar da hesablayır ki, qoyduğu pulu hansı müddətə çıxara bilər. Bəlli olanda ki, onun ömrü buna kifayət etməyəcək, əlindəki vəsaiti xaricə çıxarmağa çalışır. Həm də sahibkarların mülkiyyətlərinin toxunulmazlığına dair ciddi narahatçılıqları var. Ona görə də qanunun aliliyi ciddi şəkildə təmin olunmalı, dövlət iqtisadiyyatda tənzimləyici rol oynamalı, bizneslə məşğul olmamalıdır. Bazar iqtisadiyyatı qanunları tətbiq olunmalı, ölkəmiz Dünya Ticarət Təşkilatına, böyük iqtisadi birliklərə üzv olmalıdır. İndiki şərtlər altında, təbii sərvətləri satmaqla bundan yaxşısına nail ola bilməyəcəyik.

- Qüdrət bəy, Silahlı Qüvvələrin siyasətə cəlb olunması istiqamətində müəyyən iş aparılır, bu nə dərəcədə təhlükəlidir?

- Sosial şəbəkələrdə, Youtube- da uşaqlarının anası erməni olanlardan bu tipli çağırışları mən də eşidirəm. Bu iş müxtəlif adlar altında görülür. Həmin adamlar Azərbaycanı sevsəydilər, təxribatçı olmasaydılar anlayardılar ki, odla oynayırlar. Ordunun siyasi proseslərə cəlb olunması heç bir ölkənin problemlərini həll etməyib. Əksinə həmin ölkəni məhvə aparıb. Onlara sığınacaq verənlərin bəlkə elə istədiyi də budur.

Mən uzun illər, Səfər Əbiyevin müdafiə naziri olduğu dönəmlərdən parlamentdə Ordunun rəhbərliyinin milli kadrlarla gücləndirilməsinin və Orduya mülki nəzarətin artırılmasının zəruriliyi barədə çıxış etmişəm. 2017-ci ildə "Silahlı Qüvvələr" Haqqında qanun qəbul ediləndə Ordudakı işgəncələr barədə danışdım, Silahlı Qüvvələrdə mövcud ola biləcək hər cür neqativ halların qarşısını almaq üçün qanunçuluğun gücləndirilməsi məqsədilə Orduya Parlament və mülki nəzarətin həyata keçirilməsini təmin edəcək qanunvericilik bazasının yaradılmasını təklif etdim. O zaman Milli Məclisə dəvət olunmuş Kərim Vəliyev əvvəl bunu normal qarşıladı, amma nahardan sonra kiminsə ola bilsin məsləhəti, yaxud tapşırığı ilə mənim çıxışıma sərt reaksiya verdi, Orduda hər hansı işgəncə faktının olmadığını bəyan etdi. Düzdür, Milli Məclisin sədri Oktay Əsədov onun cavabını verib sakitləşdirdi. Sonra özüm də onun cavabını verdim, daha ciddi pozuntuların olmasından danışdım. Yeni Ombudsman təyin olunanda da bu məsələni qaldırdım. Amma çox təəssüf ki, o zaman həm iqtidar, həm mətbuat "ermənilər də ordudakı problemləri bilər" yanaşması ilə bu məsələnin üstünə gedib ictimaiyyəti məlumatlandırmadı.

Hökumətin bəzi məsələlərə dair ləng qərarlar qəbul etməsi də sui-istifadə hallarına yol açdı. İndi, ümid edirəm gec də olsa günahkarlar cəzalarını alacaq, Ordunun rəhbərliyinə ən ekstremal vəziyyətdə belə qanunları pozmayan, millətini sevən insanlar gətirilməli, kadr islahatları başa çatdırılmalıdır. Həmişə söyləmişəm ki, ilk növbədə, Orduya mülki nəzarəti təmin etmək üçün Müdafiə naziri mülki şəxs olmalıdır. Bütün sivil dünyada bu belədir. İkincisi, peşərkar orduya keçməliyik ki, hərbçilərimiz psixoloji və fiziki baxımdan o dərəcədə hazırlıqlı şəxslər olsunlar ki, təkcə xarici düşmənə qarşı yox, eyni zamanda qanunlar pozulanda Konstitusiyanın, Cinayət Məcəlləsinin onlara verdiyi "son zərurət və zəruri müdafiə" hüququndan istifadə edib özlərinin və başqalarının şəxsi ləyaqətlərini və həyatlarını qorumağı bacarsınlar. Hətta ən ağır dövləti cinayət törətmiş ola biləcək şəxslərə münasibətdə belə. Belə hazırlığı olmayan 18 yaşlı gənclərin alçaldılması və işgəncələrə məruz qalması daha asandı. Məni və cəmiyyətimizin düşünən hissəsini ən çox üzən işgəncələrlə yanaşı, işgəncələrlə və şəxsi ləyaqətin ən pis formada alçaldılması ilə üzləşmiş zabit və çavuşların, mən əsgərləri bir kənara qoyuram, heç birinin özünü müdafiə hüququndan istifadə etməməsi, hadisələrin içində olan heç bir zabitin işgəncələrə etiraz olraq istefa verib ən azından ictimaiyyətə bu barədə açıq məlumat verməməsi olmuşdur. Ona görə düşünüləsi, nəticə çıxarılmalı olan, ailə və dövlətin uşaqların tərbiyə olunmasında görməli olduğu çoxlu işlər var.

Biz hərbçilərimizin sosial müdafiəsini gücləndirməklə, qanunçuluğu təmin etməklə, hərbçilərin karyera yüksəlişini ciddi tənzimləməklə orduya uzanan əlləri kəsə bilərik. Hesab edirəm bizim ləyaqətli və vətənpərvər zabitlər də nə baş verdiyinin fərqindədir və onlar heç vaxt siyasi dələduzların onları siyasi, antikonstitusion proseslərə cəlb etməsinə imkan verməz. Əminəm ki, dövlətin təhlükəsizliyinə cavabdeh olan orqanlar da proseslərə ciddi şəkildə nəzarət edir və bütün təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Bu gün, 17:52
"İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Bu gün, 17:50
Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Bu gün, 17:37
Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Bu gün, 17:35
Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Bu gün, 17:31
Tramp Yunanıstandakı bazanı ləğv edir
Bu gün, 17:30
Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Bu gün, 17:21
Sanksiyalar siyahısında erməninin də adı var
Bu gün, 17:15
Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Bu gün, 17:13
“Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Bu gün, 17:07
Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Bu gün, 17:02
Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Bu gün, 16:57
Nəsimi rayonunda polis əməliyyatları: - 20 kq narkotik dövriyyədən çıxarılıb
Bu gün, 16:53
Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb
Bu gün, 16:50
Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır - TƏFƏRRÜAT
Bu gün, 16:48
“Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” – Moskva kartları açdı
Bu gün, 16:39
Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? - ARAŞDIRMA
Bu gün, 16:36
Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər - DETALLAR
Bu gün, 16:33
"Oğuz-Məişət" ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 16:32
Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər - İLGİNC FAKTLAR...
Bu gün, 16:28
“Buna görə bəzən övladlarım da mənə irad tutur”
Bu gün, 16:17
Deputatdan Ayaz Salayevə ağır sözlər: - “Manqurt…”
Bu gün, 16:12
Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Bu gün, 16:08
"Rabitəbank"da yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 16:06
Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur - VİDEO
Bu gün, 16:04
Martın 10-a qədər... - Ekstrasensdən proqnoz
Bu gün, 15:39
2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır
Bu gün, 15:37
Zaqatalada “Makler İsa” ilə bacarmırlar - “200 mini Qurban Qurbanovun qardaşı vermişdi”
Bu gün, 15:17
Zelenski "gizli kartları" niyə açdı? - İNCƏLƏMƏ
Bu gün, 15:14
MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? - ARAŞDIRMA
Bu gün, 15:09
“Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... - BU DA FAKT!
Bu gün, 15:02
Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib
Bu gün, 14:49
"Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." - GİLEY
Bu gün, 14:48
Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır - Zelenski
Bu gün, 14:31
Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? - AKTUAL
Bu gün, 14:26
Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi - TƏFƏRRÜAT
Bu gün, 14:25
Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:22
“Aztech and Tegeta Motors”un rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 14:17
Yarım milyonluq “Büllur” ASC-nin səhmdarı ləğv qərarı verdi - NÖVBƏDƏNKƏNAR YIĞINCAQ
Bu gün, 14:12
Almaniyanın yeni hökumətinin Rusiyaya yanaşmasının dəyişəcəyinə ümid edirik - Peskov
Bu gün, 14:11
Fərid Hüseynovu Ramin Abdullayev təkrar işə götürüb: Əcəba niyə? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 14:05
"Münasibətlərdə gərginliklər ola bilər, olur da... - Amma ABŞ heç vaxt buna getməz"
Bu gün, 13:57
"Oğurluq etmə" sözünə qıcıqlandı, 2 viski oğurladı - 2 aylıq həbs olundu
Bu gün, 13:55
Makron Trampa Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi planını təklif edəcək
Bu gün, 13:51
Misir Mərdanov rus “sektoru”ndan danışdı: - “Nazir olanda, mənim üçün çox ağır oldu”
Bu gün, 13:48
İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir - 80 min borcu var
Bu gün, 13:45
Saxta həkimlərə printerdə saxta lisenziyalar çıxarırlar – Şok gerçəklər
Bu gün, 13:42
Kiyevdə danışıqlar “yüksək tonda” keçib
Bu gün, 13:31
"Maşını həyətdən tərpədə bilmədim" - VİDEO
Bu gün, 13:24
Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yaşayış məntəqəsi ələ keçirib
Bu gün, 13:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru