Kiyevdə danışıqlar “yüksək tonda” keçib .....                     "Maşını həyətdən tərpədə bilmədim" .....                     Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yaşayış məntəqəsi ələ keçirib .....                     Niyazi Mehdi yenidən xəstəxanaya yerləşdirilir .....                     Aİ Rusiyanın bir sıra aeroport və limanlarına qarşı sanksiyalar tətbiq edib .....                     “Gürcü Arzusu” ilə gürcülərin arzusu arasında ziddiyyət .....                     General-mayorun oğlu vəfat etdi .....                     Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazı müzakirə edib .....                     Sabah 25 dərəcə şaxta olacaq, yolların buz bağlaması davam edəcək .....                     Nüvə gücünün lideri Bakıda: o, niyə gəlib? .....                     Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib .....                     Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? .....                     Öcalanın çağırış edəcəyi tarix açıqlandı .....                     Rusiya və ABŞ-la münasibəti pozdu, İrandan təcrid olundu .....                     "SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxunub .....                     Muxtar Babayev ETSN-nin sonuncu naziri kimi... .....                     “Azərbaycan Dəmir Yolları”nda YENİ TƏYİNAT .....                     Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir .....                     Miqrasiya Xidməti QAYNADI VƏ... .....                     Buralar da RUSDAN QALIB... .....                     İrəvan "ölü diriltmək" istəyir .....                     Tanınmış həkim dünyasını dəyişdi .....                     Nizam Osmanov dindirilən işdə hökm çıxdı .....                     Dövlət adından oynanan QUMAR... .....                     ABŞ və Ukrayna: sülh, yoxsa təzyiq? .....                     Baki qardan təmizlənir .....                     Göyçay sakini HƏDƏLƏNDİYİNİ DEYİR .....                     Bütün Qafqazın Şeyxi XƏSTƏLƏNİB .....                     "Amerikanın Səsi"nin müxbir akkreditasiyası ləğv edilib .....                     "Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib .....                     “Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: .....                     SOCAR-da nə qədər vəzifə tutursansa... O QƏDƏRMİ MAAŞ ALIRSAN? .....                     İşçiyə vurulan ziyana görə... .....                     “Bakı Metropoliteni”nin sədrinə yeni müşavir təyin edildi .....                     DMX-nin rəisi vətəndaş qəbulu keçirəcək .....                     Köçəryan Meğrini Azərbaycana verməyə razılaşıbsa, deməli… .....                     Avstraliya 70 Rusiya vətəndaşı və 79 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib .....                     "Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" .....                     Ukraynaya qoşun yeritmək gündəmdə deyil .....                     Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi .....                 

"Ortada aydın fakt var - 1 milyon köçkünümüz..." - deputat
Tarix: 3-12-2021, 08:52 | Çap et
"Ortada aydın fakt var - 1 milyon köçkünümüz..."
BMT-nin Beynəlxalq Məhkəməsi dekabrın 7-də Azərbaycanın Ermənistana qarşı “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Beynəlxalq Konvensiyanın pozulması iddiası üzrə qərar çıxaracaq. “Yeni Müsavat” xəbər verir ki, bu barədə məhkəmənin saytında yer alan məlumatda deyilir. Elə həmin gün Ermənistanın Azərbaycana qarşı analoji iddiası üzrə də qərar çıxarılacaq. Azərbaycan və Ermənistan bu ilin sentyabrında bir-birinə qarşı iddia qaldırıb. Qarşılıqlı ittihamlar vətəndaşların milli mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalması, etnik təmizləmələr, ədavət salınması ilə bağlıdır.

Oktyabrda BMT məhkəməsi Haaqada Azərbaycanın Ermənistana və Ermənistanın Azərbaycana qarşı iddiası üzrə dinləmələr keçirib. Bəs Haaqa Məhkəməsinin qərarı necə olacaq? 30 il ərzində torpaqlarımızı işğalda saxlayaraq etnik təmizləmə aparan, 1 milyondan çox insanımızı qaçqın həyatı yaşamağa vadar edən Ermənistan cəzalanacaqmı? 44 günlük müharibənin nəticələrini təhrif edən, özlərini guya bu müharibədə zərərçəkən, erməni əhalisini “torpaqlarından qaçqın düşdüyü” barədə yalanlar uyduraraq həyasızca Azərbaycana qarşı iddia qaldırmış Ermənistan nəyə ümid edir? Haaqa Məhkəməsi hər iki tərəfi razı salmaq üçün iddiaları təmin edə bilərmi? Amma Azərbaycan 44 günlük müharibədə nə mülki erməni həyatına son qoyub, nə onların kilsələri, erməni qəbirləri dağıdılıb, nə də etnik təmizləmə siyasəti aparıb. Əksinə, Soçi görüşündə Rusiya lideri açıqladı ki, müharibədən sonra 52 min nəfər daim yaşayış yerinə qayıdıb. Söhbət Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərdən gedir. Halbuki Ermənistan 30 ilə yaxın 1 milyon insanı yurd-yuvasından didərgin salıb. O halda BMT məhkəməsi nizam-tərəzini düzgün qura biləcəkmi? Beynəlxalq femidadan nə gözləyə bilərik?

Hakim partiyadan deputat, parlamentin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov “Yeni Müsavat”a qeyd etdi ki, hər iki tərəf BMT İnsan Hüquqları Məhkəməsinə müraciət edib: “Həqiqəti görmək üçün mikroskop götürüb hadisələri izləməyə ehtiyac yoxdur. Gün kimi həqiqət var. BMT-nin 4 qətnaməsində erməni silahlı qüvvələrinin işğal etdiyi ərazilərdən çıxması qeyd olunub, amma 30 ildə icra olunmadı. Ortada aydın fakt var - 1 milyon köçkünümüz... Həmçinin işğaldan azad edilən ərazilərdə diplomatik korpusların nümayəndələri olublar, gözləri ilə görüblər, İSESCO prosesdə iştirak edib, UNESCO da bu məsələləri nəzarətə götürüb. Yəni ermənilər bütün tarixi, dini və mədəni abidələri məhv edib, 67 məsciddən 65-ni dağıdıb, Xocalı soyqırımını törədib, bəşəri cinayətə imza atıb, müharibə cinayətinə yol verib. Bir var 100 il keçə, tarixi kitablarla açıb sübut edəsən, bir də var ”görünən dağa nə bələdçi", BMT nümayəndələri gəlib azad edilən ərazilərimizə baxsınlar, qeyd aparsınlar".

E.Nəsirov hesab edir ki, BMT 30 il torpaqların işğalda qalmasına göz yumub: “Ona görə ki, BMT-nin nizamnaməsinin 5-ci maddəsinə görə qətnamələrin icrası məcburidir, xoşuna gəlməsə də icra olunmalıdır. Təəssüflə qeyd edirəm ki, BMT 30 ildə Ermənistana qarşı təzyiq mexanizmini işə salmaq istəmədi. O baxımdan 44 günlük müharibəni başlayan, yeni ərazi iddiasını ortaya qoyan da erməni tərəfi oldu, yaşayış məntəqələrini atəşə tutdu, dinc əhalini gülləbaran etdi. Odur ki, indi erməni tərəfinin qaldırdığı iddiaların heç bir hüquqi əsası yoxdur. Yenə deyirəm ki, bir var sənədləri, tarixi qaldırıb araşdırasan, bir də var tarix göz qabağındadır. Əgər BMT məhkəməsi öz imicini qorumaq istəyirsə, ədalətli qərar qəbul etməlidir”.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, əgər haqq-ədalət varsa, qanunun aliliyinə hörmət qoyulacaqsa, düzgün qərar çıxarılacaq: “Düzgün qərar olmasa şübhələr yaradacaq. Ən azından Azərbaycan tərəfi müraciət etməlidir. Biz hərbi cinayətkarların mühakiməsinə nail olmalıyıq. Necə ki, Ruanda, Serebrenitsa qatilləri mühakimə edilib, Xocalıda qətliamlar törətmiş canilər də hökmə cəlb olunmalıdır. Ona görə peşəkar hüquqşünaslar fəaliyyət göstərməlidirlər. Ancaq siyasi maraqlar hüququn aliliyini üstələsə, erməni tərəf qaldırdığı iddiaların təmin edilməsinə nail ola bilər”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirdi ki, bu ilin sentyabrında Ermənistan Azərbaycana qarşı iddia qaldırıb: “Onların işğalçı tərəf olduğu halda bu iddianı qaldırması tam bir absurddur. Çünki ərazilərimizdə vandallıq edilib, mədəni irsimiz məhv olunub, Azərbaycan xalqına qarşı nifrət hissində siyasət aparılıb. Bu vəhşiliklərə imza atan erməni tərəfidir. O zaman bizə qarşı hansı iddia irəli sürürlər? Sadəcə, elədikləri həyasızlıqdan ibarətdir”.

Hüquq müdafiəçisi yada saldı ki, bir həftə fərq olmaqla sentyabrın 21-də Azərbaycan iddia qaldırıb: “Ermənilərin iddiaları əsasən Bakıdakı Hərbi Qənimətlər Parkında olan maketlərin götürülməsi ilə bağlıdır. Ancaq nəzərə alsaq ki, həmin maketlər artıq götürülüb, o halda İrəvanın Haaqada iddiaları əsassızdır”.

Ç.Qənizadənin sözlərinə görə, Azərbaycan faktlara əsaslanaraq tutarlı sənədlər əsasında iddia qaldırıb: “Xalqımızın I Qarabağ müharibəsində diskriminasiyaya məruz qalması, soyqırım törədilməsi faktı göz qabağındadır. İkinci müharibədən sonra da minaların xəritələrinin verilməməsi faktı qalır. Əgər hakimlər obyektivlik nümayiş etdirəcəksə, o zaman ermənilərin iddialarını təmin etməyəcəklər. Hər halda Haaqa hakimlərinin ədalətli qərar verəcəyinə ümid edirik. Zənnimcə, Azərbaycanın qaldırdığı iddiaların əsaslı olduğuna dair qərar qəbul olunmalıdır”.

Qeyd edək ki, rəsmi olaraq Beynəlxalq Ədalət Məhkəməsi kimi tanınan məhkəmə ölkələr arasında mübahisələri həll etmək üçün BMT məhkəməsidir. Beynəlxalq Məhkəmə vətəndaşlıqlarından asılı olmayaraq yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslərdən seçilmiş və müstəqil hakimlər kollegiyasını təşkil edən on beş nəfərdən ibarətdir. Beynəlxalq Məhkəmə hakimləri əsasən BMT-yə üzv dövlətlər arasından seçilir, amma yalnız Statusuna üzv olan dövlətlər də Baş Assambleyanın qərarı ilə öz hakimliyə namizədlərini irəli sürə bilərlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kiyevdə danışıqlar “yüksək tonda” keçib
Bu gün, 13:31
"Maşını həyətdən tərpədə bilmədim" - VİDEO
Bu gün, 13:24
Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yaşayış məntəqəsi ələ keçirib
Bu gün, 13:22
Niyazi Mehdi yenidən xəstəxanaya yerləşdirilir - Oğlu danışdı
Bu gün, 13:17
Aİ Rusiyanın bir sıra aeroport və limanlarına qarşı sanksiyalar tətbiq edib - Rusiya KİV-i
Bu gün, 13:16
“Gürcü Arzusu” ilə gürcülərin arzusu arasında ziddiyyət – Şou davam edir
Bu gün, 13:15
General-mayorun oğlu vəfat etdi - FOTO
Bu gün, 13:13
Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazı müzakirə edib
Bu gün, 13:12
Sabah 25 dərəcə şaxta olacaq, yolların buz bağlaması davam edəcək - belə deyirlər...
Bu gün, 13:10
Nüvə gücünün lideri Bakıda: o, niyə gəlib? – Detallar
Bu gün, 12:42
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib - DİQQƏT
Bu gün, 12:40
Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? - SİYAHI
Bu gün, 12:38
Öcalanın çağırış edəcəyi tarix açıqlandı – Hansı mesaj veriləcək?
Bu gün, 12:36
Rusiya və ABŞ-la münasibəti pozdu, İrandan təcrid olundu - Paşinyanın son ümidi kimədir?
Bu gün, 12:35
"SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 12:28
Muxtar Babayev ETSN-nin sonuncu naziri kimi... - GƏLİŞMƏ
Bu gün, 12:27
“Azərbaycan Dəmir Yolları”nda YENİ TƏYİNAT - ƏMR
Bu gün, 12:19
Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir - Baş Prokurorluq
Bu gün, 12:14
Miqrasiya Xidməti QAYNADI VƏ... - TEZ DƏ SÖNDÜ...
Bu gün, 12:12
Buralar da RUSDAN QALIB... - İLGİNC...
Bu gün, 12:05
İrəvan "ölü diriltmək" istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:00
Tanınmış həkim dünyasını dəyişdi
Bu gün, 11:58
Nizam Osmanov dindirilən işdə hökm çıxdı - 250 minə şərti cəza
Bu gün, 11:57
Dövlət adından oynanan QUMAR... - «Poz-qazan»ın sirri açılır…
Bu gün, 11:53
ABŞ və Ukrayna: sülh, yoxsa təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 11:45
Baki qardan təmizlənir - FOTO
Bu gün, 11:12
Göyçay sakini HƏDƏLƏNDİYİNİ DEYİR - VİDEOMÜRACİƏT
Bu gün, 11:09
Bütün Qafqazın Şeyxi XƏSTƏLƏNİB - Hal-hazırda...
Bu gün, 11:06
"Amerikanın Səsi"nin müxbir akkreditasiyası ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:58
"Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:56
“Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: - "Niyyətim iş qurmaq idi..."
Bu gün, 10:51
SOCAR-da nə qədər vəzifə tutursansa... O QƏDƏRMİ MAAŞ ALIRSAN? - AY MAŞALLAH...
Bu gün, 10:48
İşçiyə vurulan ziyana görə... - Ekspert danışır...
Bu gün, 10:42
“Bakı Metropoliteni”nin sədrinə yeni müşavir təyin edildi - FOTO
Bu gün, 10:38
DMX-nin rəisi vətəndaş qəbulu keçirəcək
Bu gün, 10:32
Köçəryan Meğrini Azərbaycana verməyə razılaşıbsa, deməli… - “Lurer”
Bu gün, 08:55
Avstraliya 70 Rusiya vətəndaşı və 79 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib
Bu gün, 08:46
"Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" - Pentaqon
Bu gün, 06:16
Ukraynaya qoşun yeritmək gündəmdə deyil - Mertz
Bu gün, 06:13
Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi – Nələr gözlənilir?
Bu gün, 06:10
Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00
Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54
Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51
Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44
Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42
Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40
Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37
Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33
“Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28
"Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru