“Bəzi telekanallarda faciəyə çevik və lazımi reaksiya vermək üçün ağıl çatmır” - Deputatdan ETİRAZ
Tarix: 2-12-2021, 10:43 | Çap et
 Noyabrın 30-u səhər saatlarında Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda Mİ-17 tipli hərbi helikopterimizin qəzaya uğraması nəticəsində 14 hərbçimiz şəhid olub, iki hərbçimiz isə yaralanıb. Bu üzücü xəbərdən sonra ölkə üzrə matəm elan olunacağını istəyənlər və gözləyənlər az deyildi. Lakin bu, olmadı. Bəs görəsən, ölkədə rəsmi matəm elan olunmasına ehtiyac var idimi?
AYNA bu sualdan yola çıxaraq həmin gün sözügedən hadisənin ölkə gündəmində özünə necə yer etməsi barədə Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı ilə həmsöhbət olub.
- Sabir bəy, 14 hərbçimizin şəhid xəbərindən sonra sosial mediada rəsmi matəm elan edilməsini istəyən insanlar var idi. Siz necə düşünürsünüz, buna ehtiyac var idimi?
- Açığı, bu barədə sosial mediada gedən müzakirələri izləmirəm. Əlbəttə ki, ağır itkidir, faciədir. Bütün millətimiz üzüntü içərisindədir. Dünyanın hər yerindən bununla bağlı başsağlıqları gəlir. Matəm elan edilməsinin rəsmən olub-olmaması mənəvi ağrımızı dəyişdirmir. Onsuz da millət bu acını yaşayır.
Əlbəttə, matəm elan oluna bilərdi. 14 nəfər hərbçinin həlak olması ağır itkidir. Rəsmi şəkildə matəm elan olunub-olunmamasının, şəxsən, mənim üçün bir fərqi yoxdur. Onsuz da bu gün mənim ürəyimdə matəmdir. Şəhidlərimiz, onların ailələri üçün ürəyim yanır. Bu mənada rəsmi matəm elan olunub-olunmaması barədə bir fərq hiss etmirəm.
- Qəza günü, eləcə də dünən televiziya kanallarımızı müşahidə edənlər olub. Çox təəssüf ki, dünən axşam saatlarında çal-çağırlı proqram təqdimatları da var idi. Bu günün özündə də televiziyadan bu ağrı-acını duya bilmədik, hiss etdirə bilmədilər. Daha çox sosial mediada paylaşımlar olundu, bu haqda danışıldı. İndi bəlkə elə adamlar var, heç onlar sosial mediada yoxdurlar. Bu baxımdan televiziya kanallarımız bu dəfə də "sinifdə qaldılar". Bu fikirlə nə dərəcədə razılaşmaq olar?
- Əlbəttə, televiziya kanallarımız belə bir ağır faciə baş verdiyini hiss etdirməli idilər. Amma çox təəssüf ki, televiziya kanallarımızın bunu bacardığını demək çətindir. Düzünü deyim ki, özüm elə bir çal-çağır görmədim. Amma olubsa da, bunun səbəbi televiziya kanallarımızda çevikliyin çatışmazlığındadır. Bilirik ki, proqramlar bir neçə gün əvvəldən hazırlanır, planlaşdırılır. Görünür, televiziya kanallarımız o proqramı dəyişdirmək gücündə deyillər. Halbuki o proqramı anında dəyişmək, günün nəbzinə uyğun proqramlar qurmaq elə də çətin olmamalıdır. Yox, bunu bacarmırlarsa, bu kədəri hiss etdirəcək son dərəcə dəyərli simfonik musiqilərə müraciət etmək olardı. Amma görünür ki, telekanallarımızda bu çeviklik və bəzilərində mən deyərdim, ağıl çatışmır ki, faciəyə lazım olan reaksiya vermək lazımdır.
Yəni bu vəziyyəti televiziya kanallarımızın xüsusi yanaşması hesab etmirəm ki, belə bir hadisə baş verib və bunlar da bu kədərə qoşulmurlar. Mən inanmıram ki, özünə hörmət edən hansısa televiziya kanalı belə bir addım atsın. Sadəcə bunun ciddiyyətini başa düşmürlər ki, çevik addım atsınlar.
- Bu halda da insanlar arasında belə bir fikir formalaşır ki, məhz rəsmi matəm elan olunmalı idi, ancaq bundan sonra rəsmi idarələrdən, elə televiziya kanallarından da bu kədərimizi hiss etdirəcək addım atılacaqdı...
- Təbii ki, bizim cəmiyyətdə, xüsusən də rəsmi mediada, idarələrdə belə bir yanaşma var, tapşırıq gözləyirlər. Çoxunun o gücü, intellekti, qabiliyyəti çatışmır ki, dövlətin ümumi siyasətinə uyğun müstəqil hərəkət etsinlər. Millətin ümumi psixologiyasına, ruhuna, yaşantılarına uyğun işlərini düzgün qura bilmədiklərinə görə çoxu tapşırıq gözləyir. Bəziləri də yanlış addım atmaqdan ehtiyat edərək, özlərini qorumaq üçün belə edirlər. Başlarının ağrımasından qorxurlar. Halbuki normal düşünən, peşəkarlıqla yanaşan adamlar bu işi özləri düzgün qura bilərlər.
Prezidentin son günlərdə qrafikinin necə sıx olduğunu görürsünüz. Son dərəcə mühüm görüşlər keçirilir, məsələlər müzakirə olunur. Belə bir vaxtda ölkəmiz ağır faciə ilə üzləşib. Bu halda rəsmi göstəriş gözləmədən hər kəs bu matəmi, faciəni diqqətə çatdırmalı idi.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nüvə gücünün lideri Bakıda: o, niyə gəlib? – Detallar
Bu gün, 12:42 |
|
|
|
• Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib - DİQQƏT
Bu gün, 12:40 |
|
|
|
• Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? - SİYAHI
Bu gün, 12:38 |
|
|
|
• Öcalanın çağırış edəcəyi tarix açıqlandı – Hansı mesaj veriləcək?
Bu gün, 12:36 |
|
|
|
• Rusiya və ABŞ-la münasibəti pozdu, İrandan təcrid olundu - Paşinyanın son ümidi kimədir?
Bu gün, 12:35 |
|
|
|
• "SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Muxtar Babayev ETSN-nin sonuncu naziri kimi... - GƏLİŞMƏ
Bu gün, 12:27 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları”nda YENİ TƏYİNAT - ƏMR
Bu gün, 12:19 |
|
|
|
• Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir - Baş Prokurorluq
Bu gün, 12:14 |
|
|
|
• Miqrasiya Xidməti QAYNADI VƏ... - TEZ DƏ SÖNDÜ...
Bu gün, 12:12 |
|
|
|
• Buralar da RUSDAN QALIB... - İLGİNC...
Bu gün, 12:05 |
|
|
|
• İrəvan "ölü diriltmək" istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:00 |
|
|
|
• Tanınmış həkim dünyasını dəyişdi
Bu gün, 11:58 |
|
|
|
• Nizam Osmanov dindirilən işdə hökm çıxdı - 250 minə şərti cəza
Bu gün, 11:57 |
|
|
|
• Dövlət adından oynanan QUMAR... - «Poz-qazan»ın sirri açılır…
Bu gün, 11:53 |
|
|
|
• ABŞ və Ukrayna: sülh, yoxsa təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 11:45 |
|
|
|
• Baki qardan təmizlənir - FOTO
Bu gün, 11:12 |
|
|
|
• Göyçay sakini HƏDƏLƏNDİYİNİ DEYİR - VİDEOMÜRACİƏT
Bu gün, 11:09 |
|
|
|
• Bütün Qafqazın Şeyxi XƏSTƏLƏNİB - Hal-hazırda...
Bu gün, 11:06 |
|
|
|
• "Amerikanın Səsi"nin müxbir akkreditasiyası ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:58 |
|
|
|
• "Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:56 |
|
|
|
• “Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: - "Niyyətim iş qurmaq idi..."
Bu gün, 10:51 |
|
|
|
• SOCAR-da nə qədər vəzifə tutursansa... O QƏDƏRMİ MAAŞ ALIRSAN? - AY MAŞALLAH...
Bu gün, 10:48 |
|
|
|
• İşçiyə vurulan ziyana görə... - Ekspert danışır...
Bu gün, 10:42 |
|
|
|
• “Bakı Metropoliteni”nin sədrinə yeni müşavir təyin edildi - FOTO
Bu gün, 10:38 |
|
|
|
• DMX-nin rəisi vətəndaş qəbulu keçirəcək
Bu gün, 10:32 |
|
|
|
• Köçəryan Meğrini Azərbaycana verməyə razılaşıbsa, deməli… - “Lurer”
Bu gün, 08:55 |
|
|
|
• Avstraliya 70 Rusiya vətəndaşı və 79 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib
Bu gün, 08:46 |
|
|
|
• "Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" - Pentaqon
Bu gün, 06:16 |
|
|
|
• Ukraynaya qoşun yeritmək gündəmdə deyil - Mertz
Bu gün, 06:13 |
|
|
|
• Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi – Nələr gözlənilir?
Bu gün, 06:10 |
|
|
|
• Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00 |
|
|
|
• Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54 |
|
|
|
• Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51 |
|
|
|
• Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44 |
|
|
|
• Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42 |
|
|
|
• Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40 |
|
|
|
• Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37 |
|
|
|
• Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33 |
|
|
|
• “Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28 |
|
|
|
• "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26 |
|
|
|
• Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29 |
|
|
|
• "1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26 |
|
|
|
• “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23 |
|
|
|
• Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20 |
|
|
|
• Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04 |
|
|
|
• Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01 |
|
|
|
• Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20 |
|
|
|
• Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13 |
|
|
|
• Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07 |
|
|
|
|