Nüvə gücünün lideri Bakıda: o, niyə gəlib? .....                     Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib .....                     Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? .....                     Öcalanın çağırış edəcəyi tarix açıqlandı .....                     Rusiya və ABŞ-la münasibəti pozdu, İrandan təcrid olundu .....                     "SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxunub .....                     Muxtar Babayev ETSN-nin sonuncu naziri kimi... .....                     “Azərbaycan Dəmir Yolları”nda YENİ TƏYİNAT .....                     Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir .....                     Miqrasiya Xidməti QAYNADI VƏ... .....                     Buralar da RUSDAN QALIB... .....                     İrəvan "ölü diriltmək" istəyir .....                     Tanınmış həkim dünyasını dəyişdi .....                     Nizam Osmanov dindirilən işdə hökm çıxdı .....                     Dövlət adından oynanan QUMAR... .....                     ABŞ və Ukrayna: sülh, yoxsa təzyiq? .....                     Baki qardan təmizlənir .....                     Göyçay sakini HƏDƏLƏNDİYİNİ DEYİR .....                     Bütün Qafqazın Şeyxi XƏSTƏLƏNİB .....                     "Amerikanın Səsi"nin müxbir akkreditasiyası ləğv edilib .....                     "Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib .....                     “Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: .....                     SOCAR-da nə qədər vəzifə tutursansa... O QƏDƏRMİ MAAŞ ALIRSAN? .....                     İşçiyə vurulan ziyana görə... .....                     “Bakı Metropoliteni”nin sədrinə yeni müşavir təyin edildi .....                     DMX-nin rəisi vətəndaş qəbulu keçirəcək .....                     Köçəryan Meğrini Azərbaycana verməyə razılaşıbsa, deməli… .....                     Avstraliya 70 Rusiya vətəndaşı və 79 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib .....                     "Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" .....                     Ukraynaya qoşun yeritmək gündəmdə deyil .....                     Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi .....                     Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq .....                     Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub .....                     Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? .....                     Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir .....                     Dünyada kərə yağı sürətlə bahalanır .....                     Rafiq Sadıqov vəfat edib .....                     Məktəbin qar, təhsilin isə ekologiya dərdi .....                     Samir Şərifov oğluna dəbdəbəli toy etdi .....                     “Onların hamısı rüşvətlə ələ alınıb” .....                 

"Hər kəsə bəllidir ki, Qarabağ probleminin yaradıcısı Rusiya imperiyasıdır" - FAKT BUDUR!
Tarix: 2-12-2021, 08:23 | Çap et
"Hər kəsə bəllidir ki, Qarabağ probleminin yaradıcısı Rusiya imperiyasıdır"
Tanınmış siyasi ekspert Pol Qobl yazıb ki, Rusiya Qarabağ münaqişəsini həll etməyəcək. O, Soçi görüşünü şərh edərkən bunu qeyd edib.

Qərb də Qarabağ münaqişəsinin həllində əsla maraqlı görünməyib, bu gün də görünmür, hər zaman ermənilərdən, işğaldan yana olub. Hələ 1992-ci ildə Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal edildiyi zaman ABŞ işğalçı tərəfi deyil, Azərbaycanı hədəfə alan “Azadlığa dəstək Aktı”na 907-ci düzəliş adlı sənəd qəbul etmişdi. Bu düzəlişə görə, Azərbaycana ABŞ-ın silah satması yasaq edilirdi.

Avropa Birliyi də zaman-zaman Ermənistanı dolayısı ilə dəstəkləyən mövqe ortaya qoyub.

Ən doğru yol Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün başlatdığı hərbi əməliyyatlar idi. Onu da tam sona qədər edə bilmədik - ya “zəlzələdən, ya vəlvələdən”. Separatçıların yaşadığı hissədə Azərbaycanın idarəetməsi təmin olunmayıb, sülh müqaviləsi də baş tutmur. Bəs indən sonrası necə olacaq? Proses necə görünür? Amerikalılar Rusiyanı pisləyir, onun münqişənin həllində maraqlı olmadığını deyir. Bəs özləri bunda maraqlıdırlar?

Münaqişə bu şəkildə qalsa, həlli diplomatik yolla icra edilməsə, Azərbaycan yenidən hərbi əməliyyatlara başlaya biləcəkmi? Beynəlxalq və regional şərtlər buna imkan verərmi?

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, Pol Qobl daha çox Amerikanın, Qərbin maraqlarından çıxış edir. Onlar regionda Rusiyanın fəallaşmasından narahatdırlar. Amma Qərbin təklif etdiyi variant da bizim maraqlarımıza cavab vermir: “Qərb ənənəvi olaraq ermənipərəst mövqedədir. Onlar bu gün daha çox statusdan, Minsk Qrupu həmsədrlərinin dövrəyə qayıtmasından danışırlar. İllər öncə də belə idi. Qərb məsələnin ermənilərin istəyinə uyğun həll olunmasına çalışırdı, Rusiya isə öz maraqlarını güdərək münaqişənin qalmasında maraqlı idi. Paradoksal olsa da, həmin vaxtlar münaqişənin ermənilərin xeyrinə həll olunmaqdansa, hələlik donmuş vəziyyətdə qalması, yəni Rusiyanın təklif etdiyi mövqe bizim də maraqlarımıza cavab verirdi. Hadisələr də haqlı olduğumuzu göstərdi, müəyyən vaxtdan sonra Azərbaycan hərbi əməliyyatlara başladı və uğur əldə etdi. İndi də Rusiya öz maraqlarından çıxıs edir, erməniləri ərazilərimizdə saxlamağa çalışır. Belə görünür ki, məsələnin yerdə qalan hissəsi də diplomatik yollarla həllini tapmayacaq. Azərbaycan müəyyən hazırlıq işlərindən sonra yenidən güc tərbiq etməli olacaq. Bunun üçün isə münbit şərait yetişməlidir”.

Demokratiya və İnsan Haqları Komitəsinin sədri Çingiz Qənizadə isə bildirdi ki, Pol Qoblın şərhində həqiqətə yaxın nüanslar var: “Yəni Rusiyanın məsələni yüz fazi həll etmək istəyinin olub-olmadığı barədə suallar təbii ki, zaman-zaman səslənir. Hazırkı durumda sanki Qərblə Rusiya arasında bölgədə bir-birinin rolunu kiçiltmək istiqamətində mübarizə gedir. Pol Qoblun açıqlaması da bu mübarizənin, bu cür münasibətlərin təsiri altında verilən açıqlamadır. Əslində Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərini qurmaq istiqamətində addımlarının müsbət nəticələnməməsi üçün Qərb ən müxtəlif addımlar atır. Ancaq əvvəl-axır Ermənistan Rusiyanın istəyi ilə razılaşacaq. Bizim üçün ən önəmli odur ki, məsələ beynəlxalq hüquq normaları çərçivəsində həll olunsun və 25 min erməninin yaşadığı ərazimizdə də suverenliyimiz bərpa edilsin. Sərhədlərin demarkasiyası və delimitasiyası olduqdan sonra bu problem həllini tapacaqmı? Bax bu məsələdə Pol Qoblun şərhindəki fikirlərdə müəyyən həqiqətləri görürəm”.

Ç.Qənizadə qeyd etdi ki, Azərbaycanın qalib ölkə kimi əlində rıçaqlar var: “Əgər məsələ həllini tapmasa və uzadılsa, Azərbaycanın Laçın dəhlizini bağlamaq imkanı yaranır. Eyni zamanda azərbaycanlı əhalinin Xankəndi, Xocavənd və Xocalıya köçürülməsi məsələsi reallaşdırıla bilər. Yəni yenidən müharibəyə başlamaqdan əlavə Azərbaycanın əlində başqa rıçaqlar da var. Müharibəyə başlamaq variantı ən son və əl atılması ehtimalı çox az olan variantdır”.

Politoloq Oktay Qasımov isə bildirdi ki, Pol Qoblun fikirləri ilə əsasən razılaşmaq olar: “Onun dediklərinin təsdiqləyən xeyli əsaslar var. Hər kəsə bəllidir ki, Qarabağ probleminin yaradıcısı Rusiya imperiyasıdır. Rusiya bu gün də bu problemin qalmasında maraqlıdır. Kremlin bugünkü mövqeyi 1990-cı illərdəkindən müəyyən qədər fərqlənsə də, ümumən məsələyə strateji baxışı dəyişməyib. Onun marağı bundan ibarətdir ki, bölgədə 44 günlük savaşdan sonra yaranmış yeni status-kvo uzun müddət davam eləsin və Rusiya sülhməramlı qüvvə adı ilə hərbi qüvvələrini bu bölgədə daimi saxlasın. 44 günlük savaşdan sonra Qərbin passiv münasibəti nəticəsində Rusiyanın əlinə imkan düşdü və bu imkandan maksimum yararlanaraq Azərbaycan ərazisinə öz hərbi qüvvəsini sülhməramlı adı altında yerləşdirdi. Bundan əvvəl Azərbaycan yeganə Cənubi Qafqaz ölkəsi idi ki, ərazisində Rusiya hərbi qüvvələri yox idi. Rusiya Ermənistanla Azərbaycanın arasında əlaqələrin yaranmasını, kommunikasiyaların açılmasını, amma Qarabağ məsələsinin tam həll olunmamasını istəyir. O baxımdan Pol Qobl haqlıdır. Bölgədə Qərbin də maraqları var və bu maraqların Rusiyanın mövqelərindən elə də fərqli olmadığı bəllidir. Qərb də məsələnin ya həll olunmadan saxlanmasını və uzanmasını, ya da ermənilərin xeyrinə həllini istəyir. Qərbin məsələyə yanaşması həm 1990-cı illərdə, həm də keçənilki müharibə zamanı, müharibədən sonrakı dövrdə ortada olub. Yəni Pol Qobl Qərbin də bu cür mövqedə olduğunu dilə gətirsə yaxşı olar”.

O.Qasımov hesab edir ki, bundan sonra Ermənistan prosesi mümkün qədər uzatmağa çalışacaq. Məsələnin həlli beynəlxalq güclərin bölgədə maraqlarından və onların bu prosesə münasibətlərindən xeyli dərəcədə asılı olacaq: “Eyni zamanda Azərbaycandan və Azərbaycan cəmiyyətindən də asılı olan xeyli məsələlər var. Azərbaycanın Rusiya və Türkiyənin maraqlarını necə uzlaşdıra biləcəyindən çox şey asılıdır. Bu günə qədər Azərbaycan bu maraqları çox uğurla uzlaşdıra bilib. O ki qaldı məsələnin uzanması xətti götürməsinin hərbi əməliyyatlara başlamaq zərurətini ortaya çıxara biləcəyinə, əlbəttə, bu istisna olunmur. Savaş riski kiçik ehtimal deyil. Azərbaycan ərazisində qalan silahlı ermənilərin ərazidən çıxarılmaması yeni hərbi əməliyyatların başlanmasına səbəb ola bilər. Buna görə isə yaranmış həm regional, həm beynəlxalq şərtlər doğru dəyərləndirilməlidir. Şərtlər uyğun olarsa, beynəlxalq oyunçuların müdaxilə etməyəcəyi qənaəti yaranarsa, hərbi əməliyyatın keçirilməsi mümkündür”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nüvə gücünün lideri Bakıda: o, niyə gəlib? – Detallar
Bu gün, 12:42
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib - DİQQƏT
Bu gün, 12:40
Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? - SİYAHI
Bu gün, 12:38
Öcalanın çağırış edəcəyi tarix açıqlandı – Hansı mesaj veriləcək?
Bu gün, 12:36
Rusiya və ABŞ-la münasibəti pozdu, İrandan təcrid olundu - Paşinyanın son ümidi kimədir?
Bu gün, 12:35
"SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 12:28
Muxtar Babayev ETSN-nin sonuncu naziri kimi... - GƏLİŞMƏ
Bu gün, 12:27
“Azərbaycan Dəmir Yolları”nda YENİ TƏYİNAT - ƏMR
Bu gün, 12:19
Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir - Baş Prokurorluq
Bu gün, 12:14
Miqrasiya Xidməti QAYNADI VƏ... - TEZ DƏ SÖNDÜ...
Bu gün, 12:12
Buralar da RUSDAN QALIB... - İLGİNC...
Bu gün, 12:05
İrəvan "ölü diriltmək" istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:00
Tanınmış həkim dünyasını dəyişdi
Bu gün, 11:58
Nizam Osmanov dindirilən işdə hökm çıxdı - 250 minə şərti cəza
Bu gün, 11:57
Dövlət adından oynanan QUMAR... - «Poz-qazan»ın sirri açılır…
Bu gün, 11:53
ABŞ və Ukrayna: sülh, yoxsa təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 11:45
Baki qardan təmizlənir - FOTO
Bu gün, 11:12
Göyçay sakini HƏDƏLƏNDİYİNİ DEYİR - VİDEOMÜRACİƏT
Bu gün, 11:09
Bütün Qafqazın Şeyxi XƏSTƏLƏNİB - Hal-hazırda...
Bu gün, 11:06
"Amerikanın Səsi"nin müxbir akkreditasiyası ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:58
"Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:56
“Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: - "Niyyətim iş qurmaq idi..."
Bu gün, 10:51
SOCAR-da nə qədər vəzifə tutursansa... O QƏDƏRMİ MAAŞ ALIRSAN? - AY MAŞALLAH...
Bu gün, 10:48
İşçiyə vurulan ziyana görə... - Ekspert danışır...
Bu gün, 10:42
“Bakı Metropoliteni”nin sədrinə yeni müşavir təyin edildi - FOTO
Bu gün, 10:38
DMX-nin rəisi vətəndaş qəbulu keçirəcək
Bu gün, 10:32
Köçəryan Meğrini Azərbaycana verməyə razılaşıbsa, deməli… - “Lurer”
Bu gün, 08:55
Avstraliya 70 Rusiya vətəndaşı və 79 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib
Bu gün, 08:46
"Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" - Pentaqon
Bu gün, 06:16
Ukraynaya qoşun yeritmək gündəmdə deyil - Mertz
Bu gün, 06:13
Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi – Nələr gözlənilir?
Bu gün, 06:10
Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00
Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54
Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51
Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44
Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42
Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40
Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37
Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33
“Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28
"Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26
Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29
"1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26
“5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23
Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20
Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04
Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01
Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20
Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13
Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru