Azərbaycan Avropa Məhkəməsinin pul cəriməsi siyahısında “öndədir” - NİYƏ?
Tarix: 1-12-2021, 08:33 | Çap et
 Avropa İnsan Hüquqları Məhkəməsi 2011-ci ildən 2021-ci ilin sentyabr ayınadək qəbul etdiyi qərarlar üzrə kəsilən təzminatın statistikasını açıqlayıb. Məlumata görə, həmin müddətdə Rusiya dövlətinin boynuna 1 milyard 985 milyon avro təzminat ödəmək öhdəliyi qoyulub. İtaliya 293,3 milyon avro təzminat öhdəliyi ilə ikinci, Türkiyə 205,3 milyon avro ilə üçüncüdür. Azərbaycan da siyahıda Cənubi Qafqaz ölkələrini (Gürcüstan - 1,2 milyon avro, Ermənistan - 3,8 milyon avro) “qabaqlayır”. Ölkəmiz indiyədək 5,4 milyon avro cərimələnib.
Avropa Məhkəməsinin Azərbaycan əleyhinə çıxardığı qərarların səbəbi bir sıra hallarda hakimlərin işə ciddi baxmaması, prosedurlara, beynəlxalq konvensiyaların tələblərinə əməl etməməsidir. Son nəticədə isə bu cür qərarların bədəlini Azərbaycan dövləti ödəyir. Üstəlik, bu cür qərarlar dövlətin imicini də zədələyir. Vaxtilə hətta Milli Məclisdə belə təklif səslənmişdi ki, təyin edilən cəriməni həmin işlə bağlı Azərbaycan məhkəmələrində prosedur qaydalarını pozmaqla qərar çıxarmış hakimlər ödəməlidir.
Niyə məhkəmə-hüquq sahəsində qəbul edilmiş qərarlar və islahatlar Azərbaycanla bağlı Avropa Məhkəməsinə gedən işlərin sayına təsir etmir?
Hüquq müdafiəçisi Əhməd Şahidov “Yeni Müsavat”a bildirdi ki, bu məsələdə obyektiv və subyektiv səbəblər var: “Obyektiv səbəb ondan ibarətdir ki, Azərbaycan əhali sayına görə həm Gürcüstandan, həm də Ermənistandan bir neçə dəfə böyükdür, təbii ki, Avropa Məhkəməsinə şikayətlər də bu səbəbdən çoxdur. Subyektiv məqamlar isə ondan ibarətdir ki, illərdir Azərbaycan məhkəmə sistemində, ədliyyə sistemində müəyyən islahatlar aparılsa da, yenə də Azərbaycan vətəndaşının yerli məhkəmələrə etibarı, inamı tam deyil. Yenə də məhkəmələrdə müəyyən süründürməçilik var, yenə də bəzi vəkillərlə hakimlərin iş birliyi halları yaşanır, hələ də Azərbaycanda məhkəmə instansiyası, hakim ədalət rəmzi kimi qəbul olunmur. Ona görə də insanlar yerli məhkəmələrdə öz haqlarını müdafiə edə bilməyəndə, ədalətsizliklə üzləşəndə daha yuxarı instansiyalara, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edirlər. Bu müraciətlərin bir qismi siyasi məsələlərlə bağlıdır. Siyasi məsələlərlə bağlı məhkəmələrdə qəbul olunan qərarlar sonradan Azərbaycan dövlətinə qarşı yönəlir, dövlət külli miqdarda maliyyə cərimələri ödəmək məcburiyyətində qalır. Hakimlərin həmin cərimələri ödəməsi də çıxış yolu deyil. Çıxış yolu məhkəmə-hüquq sistemində daha şəffaf və daha geniş islahatların aparılmasından, hakimlərin sözün həqiqi mənasında müstəqil olmasından keçir. Hakim hansısa vəzifəli şəxslərdən, dövlət qurumundan göstərişlə qərar verməməlidir. Təəssüflər olsun ki, Azərbaycanda hələ də hakimlər, məhkəmə sistemi tam müstəqil deyil. Nəticədə Avropa Məhkəməsində maliyyə cəriməsi kəsilən dövlətlər sırasında ön yerlərə çıxırıq”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kiyevdə danışıqlar “yüksək tonda” keçib
Bu gün, 13:31 |
|
|
|
• "Maşını həyətdən tərpədə bilmədim" - VİDEO
Bu gün, 13:24 |
|
|
|
• Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yaşayış məntəqəsi ələ keçirib
Bu gün, 13:22 |
|
|
|
• Niyazi Mehdi yenidən xəstəxanaya yerləşdirilir - Oğlu danışdı
Bu gün, 13:17 |
|
|
|
• Aİ Rusiyanın bir sıra aeroport və limanlarına qarşı sanksiyalar tətbiq edib - Rusiya KİV-i
Bu gün, 13:16 |
|
|
|
• “Gürcü Arzusu” ilə gürcülərin arzusu arasında ziddiyyət – Şou davam edir
Bu gün, 13:15 |
|
|
|
• General-mayorun oğlu vəfat etdi - FOTO
Bu gün, 13:13 |
|
|
|
• Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazı müzakirə edib
Bu gün, 13:12 |
|
|
|
• Sabah 25 dərəcə şaxta olacaq, yolların buz bağlaması davam edəcək - belə deyirlər...
Bu gün, 13:10 |
|
|
|
• Nüvə gücünün lideri Bakıda: o, niyə gəlib? – Detallar
Bu gün, 12:42 |
|
|
|
• Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib - DİQQƏT
Bu gün, 12:40 |
|
|
|
• Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? - SİYAHI
Bu gün, 12:38 |
|
|
|
• Öcalanın çağırış edəcəyi tarix açıqlandı – Hansı mesaj veriləcək?
Bu gün, 12:36 |
|
|
|
• Rusiya və ABŞ-la münasibəti pozdu, İrandan təcrid olundu - Paşinyanın son ümidi kimədir?
Bu gün, 12:35 |
|
|
|
• "SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Muxtar Babayev ETSN-nin sonuncu naziri kimi... - GƏLİŞMƏ
Bu gün, 12:27 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları”nda YENİ TƏYİNAT - ƏMR
Bu gün, 12:19 |
|
|
|
• Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir - Baş Prokurorluq
Bu gün, 12:14 |
|
|
|
• Miqrasiya Xidməti QAYNADI VƏ... - TEZ DƏ SÖNDÜ...
Bu gün, 12:12 |
|
|
|
• Buralar da RUSDAN QALIB... - İLGİNC...
Bu gün, 12:05 |
|
|
|
• İrəvan "ölü diriltmək" istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:00 |
|
|
|
• Tanınmış həkim dünyasını dəyişdi
Bu gün, 11:58 |
|
|
|
• Nizam Osmanov dindirilən işdə hökm çıxdı - 250 minə şərti cəza
Bu gün, 11:57 |
|
|
|
• Dövlət adından oynanan QUMAR... - «Poz-qazan»ın sirri açılır…
Bu gün, 11:53 |
|
|
|
• ABŞ və Ukrayna: sülh, yoxsa təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 11:45 |
|
|
|
• Baki qardan təmizlənir - FOTO
Bu gün, 11:12 |
|
|
|
• Göyçay sakini HƏDƏLƏNDİYİNİ DEYİR - VİDEOMÜRACİƏT
Bu gün, 11:09 |
|
|
|
• Bütün Qafqazın Şeyxi XƏSTƏLƏNİB - Hal-hazırda...
Bu gün, 11:06 |
|
|
|
• "Amerikanın Səsi"nin müxbir akkreditasiyası ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:58 |
|
|
|
• "Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:56 |
|
|
|
• “Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: - "Niyyətim iş qurmaq idi..."
Bu gün, 10:51 |
|
|
|
• SOCAR-da nə qədər vəzifə tutursansa... O QƏDƏRMİ MAAŞ ALIRSAN? - AY MAŞALLAH...
Bu gün, 10:48 |
|
|
|
• İşçiyə vurulan ziyana görə... - Ekspert danışır...
Bu gün, 10:42 |
|
|
|
• “Bakı Metropoliteni”nin sədrinə yeni müşavir təyin edildi - FOTO
Bu gün, 10:38 |
|
|
|
• DMX-nin rəisi vətəndaş qəbulu keçirəcək
Bu gün, 10:32 |
|
|
|
• Köçəryan Meğrini Azərbaycana verməyə razılaşıbsa, deməli… - “Lurer”
Bu gün, 08:55 |
|
|
|
• Avstraliya 70 Rusiya vətəndaşı və 79 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib
Bu gün, 08:46 |
|
|
|
• "Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" - Pentaqon
Bu gün, 06:16 |
|
|
|
• Ukraynaya qoşun yeritmək gündəmdə deyil - Mertz
Bu gün, 06:13 |
|
|
|
• Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi – Nələr gözlənilir?
Bu gün, 06:10 |
|
|
|
• Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00 |
|
|
|
• Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54 |
|
|
|
• Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51 |
|
|
|
• Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44 |
|
|
|
• Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42 |
|
|
|
• Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40 |
|
|
|
• Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37 |
|
|
|
• Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33 |
|
|
|
• “Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28 |
|
|
|
• "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26 |
|
|
|
|