"Təbii ki, bu, məcburiyyətdən atılan bir addım idi" - Ordumuzda NƏ BAŞ VERİR?
Tarix: 29-11-2021, 09:46 | Çap et
 Azərbaycanda hərbi qulluqçuların fəaliyyəti ilə bağlı qadağalar müəyyən edilir. Bu barədə "Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində müəyyən müddəalar yer alıb. Yeni qanun layihəsinə əsasən, hərbi qulluqçulara tətil etmək, seçkili orqanlarda vəzifə tutmaq, siyasi partiyalara, qeyri-hökumət təşkilatlarına, dini qurumlara və həmkarlar ittifaqlarına üzv olmaq qadağan edilir. Həmçinin hərbi qulluqçular yığıncaqlarda, nümayişlərdə, küçə yürüşlərində və piketlərdə iştirak edə bilməzlər. Onların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına mülki peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsil almaq, daimi yaşayış üçün xaricə getmək, siyasi və dini təbliğatla məşğul olmaq hüququ da yoxdur. Eyni zamanda hərbi qulluqçular dövlət sirrini yaymaq, komandirlərin (rəislərin) qanunla müəyyən edilmiş qaydada verilmiş əmrlərini, sərəncamlarını və göstərişlərini müzakirə etmək və ya tənqid etmək, hərbi xidmətlə bağlı kütləvi informasiya vasitələrinə və ya onların nümayəndələrinə komandirlərin (rəislərin) icazəsi olmadan birbaşa müsahibə vermək səlahiyyətləri də yoxdur. Qanun layihəsinə görə, hərbi qulluqçulara hərbi xidmət vəzifələrinin icrasının dayandırılmasına yönəlmiş hərəkət (hərəkətsizlik) etmək, qadağan olunmuş əşya və ya texniki vasitələri (cihazları) hərbi hissənin ərazisinə və xidmət yerinə gətirmək və onlardan istifadə etmək, sosial şəbəkələrdə, internet informasiya ehtiyatlarında hərbi xidmətlə bağlı məlumatları yaymaq, xidməti mənsubiyyətini açıqlamaq qadağan edilir.
Bir müddət əvvəl Azərbaycan Ordusunun komandanlığı tərəfindən həyata keçirilən tədbirlər nəticəsində, məxfilik rejimini kobud şəkildə pozaraq bu kimi paylaşımları edən bir qrup hərbi qulluqçu müəyyən edilmişdi. Həmin hərbi qulluqçuların ordu sıralarından tərxis edilməsi barədə qərar qəbul olunub, onların törətdiyi əməllərə hüquqi qiymətin verilməsi üçün toplanılan materiallar, hüquq-mühafizə orqanlarına göndərilmişdi. Bu, cəmiyyət tərəfindən birmənalı qarşılanmamış və müxtəlif müzakirələrə səbəb olmuşdu.
Hərbi ekspert Ədalət Verdiyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, əslində bu, doğru addımdır. Çünki hərbçilərin sosial şəbəkələrdən istifadəsi, hərbi sirlərin yayılması, dövlət maraqlarına zidd olan məlumatların şəbəkədə geniş şəkildə paylaşılmasından çox böyük zərər gördük.
“Bu da həm müharibə zamanı, həm də müharibədən sonrakı bir ildə davam etdi. Müdafiə Nazirliyi son olaraq, bunun qarşısının alınması üçün bir neçə hərbçini ordu sıralarından xaric etmək qərarına gəldi. Təbii ki, bu, məcburiyyətdən atılan bir addım idi. Çünki yazılı əmrlər, şifahi xəbərdarlıqlar, mütəxəssilərin bu barədə dəfələrlə efir və mətbuat vasitəsilə hərbçilərə səslənməsi real nəticə verməmişdi. Bir çoxları, bu işdən nəticə çıxarsalar da, az sayda hərbçilər, yenə də rəhbərlik tərəfindən verilən əmrlərin icarsını tam yerinə yetirmirdilər. Əmri yerinə yetirməyən, hərbi intizam qaydalarını pozan, milli və hərbi maraqlarımıza ziyan gətirən fəaliyyətlərə yol verən hərbçilərin ordudan xaric edilməsi doğru addım idi”.
Ekspert bildirir ki, bu proseslərin qarşısının alınması üçün bir qanun yaradıldı və prosesə hüquqi don geyindirildi. Yəni, artıq bundan sonra qadağan edilmiş fəaliyyətlərə yol verən şəxslərin cəzalanması üçün artıq hüquqi bir baza mövcuddur.
Ə.Verdiyev hesab edir ki, bu qanun, hərbçilərə daha diqqətli olmağa verilən göstərişləri dəqiq yerinə yetirməyə sövq edəcək. O, həmçinin bildirib ki, hərbçilərin rabitə ilə təminatında heç bir problem yoxdur. Onlar şifrələnmiş rabitə vasitələrinə malikdirlər. Ərazidə baş verən prosesləri idarə etmək üçün kifayət qədər geniş rabitə imkanları mövcuddur. Sosial şəbəkə və ağıllı telefonlar isə, hərbçilərin həyatı üçün təhlükə mənbəyidir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyazi Mehdi yenidən xəstəxanaya yerləşdirilir - Oğlu danışdı
Bu gün, 13:17 |
|
|
|
• Aİ Rusiyanın bir sıra aeroport və limanlarına qarşı sanksiyalar tətbiq edib - Rusiya KİV-i
Bu gün, 13:16 |
|
|
|
• “Gürcü Arzusu” ilə gürcülərin arzusu arasında ziddiyyət – Şou davam edir
Bu gün, 13:15 |
|
|
|
• General-mayorun oğlu vəfat etdi - FOTO
Bu gün, 13:13 |
|
|
|
• Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazı müzakirə edib
Bu gün, 13:12 |
|
|
|
• Sabah 25 dərəcə şaxta olacaq, yolların buz bağlaması davam edəcək - belə deyirlər...
Bu gün, 13:10 |
|
|
|
• Nüvə gücünün lideri Bakıda: o, niyə gəlib? – Detallar
Bu gün, 12:42 |
|
|
|
• Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib - DİQQƏT
Bu gün, 12:40 |
|
|
|
• Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? - SİYAHI
Bu gün, 12:38 |
|
|
|
• Öcalanın çağırış edəcəyi tarix açıqlandı – Hansı mesaj veriləcək?
Bu gün, 12:36 |
|
|
|
• Rusiya və ABŞ-la münasibəti pozdu, İrandan təcrid olundu - Paşinyanın son ümidi kimədir?
Bu gün, 12:35 |
|
|
|
• "SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Muxtar Babayev ETSN-nin sonuncu naziri kimi... - GƏLİŞMƏ
Bu gün, 12:27 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları”nda YENİ TƏYİNAT - ƏMR
Bu gün, 12:19 |
|
|
|
• Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir - Baş Prokurorluq
Bu gün, 12:14 |
|
|
|
• Miqrasiya Xidməti QAYNADI VƏ... - TEZ DƏ SÖNDÜ...
Bu gün, 12:12 |
|
|
|
• Buralar da RUSDAN QALIB... - İLGİNC...
Bu gün, 12:05 |
|
|
|
• İrəvan "ölü diriltmək" istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:00 |
|
|
|
• Tanınmış həkim dünyasını dəyişdi
Bu gün, 11:58 |
|
|
|
• Nizam Osmanov dindirilən işdə hökm çıxdı - 250 minə şərti cəza
Bu gün, 11:57 |
|
|
|
• Dövlət adından oynanan QUMAR... - «Poz-qazan»ın sirri açılır…
Bu gün, 11:53 |
|
|
|
• ABŞ və Ukrayna: sülh, yoxsa təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 11:45 |
|
|
|
• Baki qardan təmizlənir - FOTO
Bu gün, 11:12 |
|
|
|
• Göyçay sakini HƏDƏLƏNDİYİNİ DEYİR - VİDEOMÜRACİƏT
Bu gün, 11:09 |
|
|
|
• Bütün Qafqazın Şeyxi XƏSTƏLƏNİB - Hal-hazırda...
Bu gün, 11:06 |
|
|
|
• "Amerikanın Səsi"nin müxbir akkreditasiyası ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:58 |
|
|
|
• "Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:56 |
|
|
|
• “Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: - "Niyyətim iş qurmaq idi..."
Bu gün, 10:51 |
|
|
|
• SOCAR-da nə qədər vəzifə tutursansa... O QƏDƏRMİ MAAŞ ALIRSAN? - AY MAŞALLAH...
Bu gün, 10:48 |
|
|
|
• İşçiyə vurulan ziyana görə... - Ekspert danışır...
Bu gün, 10:42 |
|
|
|
• “Bakı Metropoliteni”nin sədrinə yeni müşavir təyin edildi - FOTO
Bu gün, 10:38 |
|
|
|
• DMX-nin rəisi vətəndaş qəbulu keçirəcək
Bu gün, 10:32 |
|
|
|
• Köçəryan Meğrini Azərbaycana verməyə razılaşıbsa, deməli… - “Lurer”
Bu gün, 08:55 |
|
|
|
• Avstraliya 70 Rusiya vətəndaşı və 79 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib
Bu gün, 08:46 |
|
|
|
• "Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" - Pentaqon
Bu gün, 06:16 |
|
|
|
• Ukraynaya qoşun yeritmək gündəmdə deyil - Mertz
Bu gün, 06:13 |
|
|
|
• Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi – Nələr gözlənilir?
Bu gün, 06:10 |
|
|
|
• Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00 |
|
|
|
• Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54 |
|
|
|
• Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51 |
|
|
|
• Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44 |
|
|
|
• Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42 |
|
|
|
• Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40 |
|
|
|
• Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37 |
|
|
|
• Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33 |
|
|
|
• “Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28 |
|
|
|
• "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26 |
|
|
|
• Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29 |
|
|
|
• "1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26 |
|
|
|
• “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23 |
|
|
|
|