Kiyevdə danışıqlar “yüksək tonda” keçib .....                     "Maşını həyətdən tərpədə bilmədim" .....                     Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yaşayış məntəqəsi ələ keçirib .....                     Niyazi Mehdi yenidən xəstəxanaya yerləşdirilir .....                     Aİ Rusiyanın bir sıra aeroport və limanlarına qarşı sanksiyalar tətbiq edib .....                     “Gürcü Arzusu” ilə gürcülərin arzusu arasında ziddiyyət .....                     General-mayorun oğlu vəfat etdi .....                     Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazı müzakirə edib .....                     Sabah 25 dərəcə şaxta olacaq, yolların buz bağlaması davam edəcək .....                     Nüvə gücünün lideri Bakıda: o, niyə gəlib? .....                     Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib .....                     Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? .....                     Öcalanın çağırış edəcəyi tarix açıqlandı .....                     Rusiya və ABŞ-la münasibəti pozdu, İrandan təcrid olundu .....                     "SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxunub .....                     Muxtar Babayev ETSN-nin sonuncu naziri kimi... .....                     “Azərbaycan Dəmir Yolları”nda YENİ TƏYİNAT .....                     Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir .....                     Miqrasiya Xidməti QAYNADI VƏ... .....                     Buralar da RUSDAN QALIB... .....                     İrəvan "ölü diriltmək" istəyir .....                     Tanınmış həkim dünyasını dəyişdi .....                     Nizam Osmanov dindirilən işdə hökm çıxdı .....                     Dövlət adından oynanan QUMAR... .....                     ABŞ və Ukrayna: sülh, yoxsa təzyiq? .....                     Baki qardan təmizlənir .....                     Göyçay sakini HƏDƏLƏNDİYİNİ DEYİR .....                     Bütün Qafqazın Şeyxi XƏSTƏLƏNİB .....                     "Amerikanın Səsi"nin müxbir akkreditasiyası ləğv edilib .....                     "Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib .....                     “Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: .....                     SOCAR-da nə qədər vəzifə tutursansa... O QƏDƏRMİ MAAŞ ALIRSAN? .....                     İşçiyə vurulan ziyana görə... .....                     “Bakı Metropoliteni”nin sədrinə yeni müşavir təyin edildi .....                     DMX-nin rəisi vətəndaş qəbulu keçirəcək .....                     Köçəryan Meğrini Azərbaycana verməyə razılaşıbsa, deməli… .....                     Avstraliya 70 Rusiya vətəndaşı və 79 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib .....                     "Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" .....                     Ukraynaya qoşun yeritmək gündəmdə deyil .....                     Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi .....                 

“Fransa, ya özünü yığışdır, ya da səninlə əlaqələrə yenidən baxarıq” - deputat
Tarix: 26-11-2021, 08:24 | Çap et
“Fransa, ya özünü yığışdır, ya da səninlə əlaqələrə yenidən baxarıq”
44 günlük müharibə zamanı özünü ermənidən artıq erməni kimi aparan Parisin yenidən separatçılarla “qol-boyun”olması Azərbaycan ictimai rəyində ciddi narazılıq yaradıb. Məlumdur ki, Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında fəaliyyət göstərən oyuncaq “dqr hökumətinin” bəzi nümayəndələrinin Fransaya “işgüzar səfəri” də olub.

Hayk Xanumyan və Artur Tovmasyanı Fransada “rəsmi qonaq” kimi qarşılayıblar. Onlardan biri özünü “nazir”, digəri “parlament spikeri” adlandırır.

Müharibədən sonra qismən “ağıllanan” Fransanın rəsmi strukturları tərəfindən Azərbaycana doğru ünvanlanmış müsbət jestlər vardır və təəssüf ki, ömrü çox çəkmədi. Qarabağda hazırda da mövcudluğunu davam etdirən ünsürlərin noyabrın 15-19-da Fransaya səfəri və bu ölkənin ayrı-ayrı ərazi vahidləri ilə əlaqələr qurmaq cəhdləri, isti qarşılanmaları heç bir hüquqi əsası olmayan və Fransanın özünün qanunlarına zidd haldır. Məlumdur ki, hələ 2019-cu ildə qondarma “DQR”lə Fransanın bəzi əyalətləri arasında imzalanmış “sənədlər” Fransa məhkəmələri tərəfindən ləğv edilib. Əgər bu gün də Qarabağdakı ünsürlərin Fransaya səfərinə və müxtəlif ərazi vahidlərinin, dövlət strukturlarının rəhbərləri, senatorlarla görüşünə şərait yaradılırsa, deməli, ortada rəsmi Parisin konkret mövqeyi var və bu qanunazidd hallara görə məsuliyyəti də məhz Fransa rəhbərliyi daşıyır.

Fransanın separatçıları isti qəbuldan öncə Yeni Kaledoniya, Korsikada müstəqillik tələblərini necə boğduğuna izahat verməsi daha məntiqli olardı. Həmin ərazilərdə müstəqillik tələblərini qulaqardına vuran rəsmi Paris digər ölkənin ərazisində oyuncaq dövlət qurmaq istəyən separatçıları və terrorçulara niyə meydan verməyinə izahat verməlidir. Fransa legionunun Afrika qitəsində törətdiyi soyqırımlar mövzusu hələ də gündəmdə olduğu bir vaxtda Parisin “erməni soyqırımı”, “Qarabağdakı ermənilərin hüquqları”, “Azərbaycanın Ermənistana qarşı təcavüzü” kimi qondarma məsələlər gündəmə gətirməsi həyasızlıq və dövləti saxtakarlıqdır. Yeri gəlmişkən, “TRT World” Fransa xüsusi xidmət orqanlarının İŞİD və PKK ilə gizli əlaqələrini ifşa edən “Zavod: Gizli Fransız Əməliyyatı” adlı sənədli film yayıb. Sənədli filmdə təkzibedilməz faktlarla Fransanın nəhəng “Lafarge” sement şirkətinin Fransa kəşfiyyatının İŞİD və digər terror təşkilatlarını maliyyələşdirməkdə əsas aləti və örtüyü olduğu sübuta yetirilib. Məlum olub ki, “Lafarge” 2010-cu ildə Suriya bazarına daxil olub, Türkiyə və Suriyanı İraqla birləşdirən nəqliyyat yolunun üzərində zavod inşa edib, hərbi əməliyyatlar səbəbindən Suriyadan bütün şirkətlər qaçdığı halda, Fransanın təkidi ilə şirkət Suriyada İŞİD və PKK yaraqlıları ilə anlaşıb və fəaliyyətini davam etdirib. Fransada aparılan təhqiqata görə, şirkət vasitəsilə terror təşkilatlarına bunun müqabilində 16 milyon dollara yaxın maliyyə ötürülüb. TRT-nin araşdırmasına görə, bundan Fransa rəhbərliyinin xəbərdar olub. Bütün bunlar indiki prezidenti Emmanuel Makronun həmin dövrdə Fransanın xaricdəki sərmayələrinə məsul olan iqtisadiyyat naziri olduğu dövrə təsadüf edib. Buna baxmayaraq, Fransa Azərbaycana böhtan ataraq 44 günlük müharibədə guya suriyalı terrorçuların Azərbaycan tərəfindən döyüşməsi barədə dezinformasiyalar tirajlayırdı. Azərbaycan dövlətinin bu iddialara sübut tələblərinə qarşı Fransa nə müharibə dövründə, nə də sonra bir fakt belə ortaya qoya bilməyərək rüsvay oldu. Rəsmi Paris İŞİD terrorçu qrupları ilə işbirliyi haqqında irəli sürülən ittihamlara, təqdim olunmuş təkzibedilməz faktlara münasibət bildirmək əvəzinə Qarabağda terrorçuları və separatçılara dəstək ifadə edir.

Deputat Aqil Abbas kifayət qədər qəzəblidir: “Öncəliklə deyim ki, İŞİD deyilən təşkilatı elə Avropa qurmuşdu. Ora qoşulan başkəsənlərə, qətllər törədənlərə diqqət edin, hamısı xüsusi təyinatlılar kimidir. İŞİD Avropa layihəsidir və başında da duran Fransadır. Şamil Qurbanov o vaxt dedi ki, Jak Şirak qudurub, töküldülər üstünə. Nəticədə infarkt keçirib həyatını itirdi. İndi də mən qorxuram ki, Makronun qudurduğunu deyim. Fransanın buradakı tulaları, trolları üstümə gələcəklər. İnfarkt olmaq fikrim yoxdur. Yaşamaq istəyirəm, arzum Ağdamda ev tikməkdir, Şuşada yaşamaqdır. Onu da deyim ki, vaxtilə PKK-nı Rusiya yemləyirdi. İndi isə Avropa dövlətləri yemləyir. Təbii ki, onun da başında Fransa durur. Makron ”Ermənistan bizim bacımızdır" kimi sözlər də deyib. Bunların məqsədləri odur ki, Dağlıq Qarabağa status verilməsinə nail olsunlar. Halbuki Dağlıq Qarabağ anlayışı artıq yoxdur. Məqsədimiz aydındır. Möhtərəm prezident deyir ki, ATƏT Minsk Qrupu yoxdur. Təzədən bunlar qurumu diriltmək istəyirlər, amma xeyri yoxdur. Qələbəmizin fatehi sözünü deyib. Biz kəskin mövqe ortalığa qoymalıyıq ki, Fransa ya özünü yığışdır, ya da səninlə əlaqələrə yenidən baxarıq. Günlər öncə Fransa səfiri Ağdama getmişdi. Boynundan tutub həmin dağıntıları, xarabalıqları göstərmək lazım idi".

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Makrona qulaqburmasının verilməsinin vacib olduğunu söylədi: “Fransa dünya tarixində xüsusi cinayətlərə imza atmış bir dövlətdir. Bu cinayətlər sırasına Əlcəzair qətliamını misal olaraq vermək olar. Həm də Fransada başlanan siyasi proseslər Yaxın Şərqin və dünyanın son adil dövləti Osmanlının süqutu ilə nəticələndi. Yaxın Şərqi və müsəlman dünyasının istismar və işğalının da ideoloji mərkəzlərindən biri Fransadır. Fransanın mövqeyi, Rusiyanın ikili hərəkətləri onu deməyə əsas verir ki, biz xarici siyasət konsepsiyamızı yenidən işləməliyik. Fransaya qarşı xarici siyasətdə bumeranq effektindən istifadə etmək lazımdır. Fransa xaçlı yürüşlərin mərkəzlərindən olub. Ermənilərə də tarixən dəstək veribdir. Orada XV əsrdən ermənilər vardır. Biz nə etməliyik? Biz ilk öncə sual verməliyik ki, bizim oradakı səfirimiz hara baxır. Biz səfirdən soruşmalıyıq ki, son illər ərzində Fransada ictimai çəkili siyasi xadimlər, məmurlardan kiminlə sıx təmaslar qurulubdur. Bir daha ona qayıdırıq ki, Fransadakı erməni amili tərəfimizdən diplomatik və digər rıçaqlarla neytrallaşdırılmalı idi. Xarici siyasətdə yüksək siyasi iradənin sürətinə sürətini çatdıra bilməyən diplomatik korpusumuzun nümayəndələri bundan məsuliyyət daşıyırlar. Bir də Fransa həmişə Amerika ilə dost olubdur. Ona görə Azərbaycan-Türkiyə qardaşlıq və Azərbaycan-Türkiyə-Britaniya əməkdaşlıq layihəsi olan Zəngəzur, görünür, onu da narahat edir. Fransa şirkətlərini heç bir layihəmizə buraxmamalıyıq. Fransa şirkətləri ziyan edəndə, bu cür layihələrdən xeyir götürməyəndə Makrona və regional rəhbərliklərə bir qulaqburması verilməlidir ki, separatçılara dəstək verilməsin”.

Siyasi analitik Asif Nərimanlı isə bunları dedi: “Fransanın özünün etdiklərinə görə başqa ölkələri ittiham etməsi yeni deyil. Afrikanın soyqırımlarla dolu qaranlıq tarixində bu ölkənin böyük izi var, amma rəsmi Paris başqa ölkələri, xüsusilə Türkiyəni qondarma, olmayan soyqırımda ittiham edir. Azərbaycana qarşı da rəsmi Parisin siyasəti həmişə ”fransız" olub, yəni mövcud olmayan məsələlər uydurulur, ittihamlar irəli sürülür. Halbuki bu ölkə Qarabağ münaqişəsinin həllindən məsul olan Minsk Qrupunun həmsədr ölkəsi idi və əsas işi münaqişənin ədalətli, beynəlxalq hüquqa uyğun, ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dəstək vermək olmalı idi. Lakin biz Fransanın həmişə həmsədr kimi neytral mövqe sərgiləmədiyini, işğalçı Ermənistana dəstək verdiyini görmüşük. Bu dəstək hazırkı prezident Makronun dövründə daha açıq xarakter aldı. Hətta Makron bəzən Ermənistanı ermənilərdən daha çox müdafiə edir. Belə bir ölkənin Azərbaycana qarşı uydurma iddialar irəli sürməsi təəccüblü deyil, çünki Makron hakimiyyətinin xarici siyasətinə erməni lobbisinin ciddi təsiri var və bu gün ermənilərin əsirinə çevrilmiş Fransa Azərbaycan və Türkiyəyə qarşı eyni aqressiv, adekvat olmayan münasibət sərgiləyir. 44 günlük müharibədə Fransa Azərbaycanı bölgəyə “terrorçu” gətirməkdə ittiham edirdi. Hətta erməni mediasından tirajlanan, heç bir arqumentə söykənməyən bu iddianı Emmanuel Makron dilə gətirməklə nə qədər qeyri-adekvat olduğunu təsdiqləmiş oldu. Ortaya çıxan faktlarsa terrora dəstək verən ölkənin əslində Fransa olduğunu sübut edir və bu ölkə təkcə İŞİD və PKK-ya deyil, Afrikada Boko Harama da, Qarabağda hələ də qalan separatçı-terrorçulara dəstək verir".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kiyevdə danışıqlar “yüksək tonda” keçib
Bu gün, 13:31
"Maşını həyətdən tərpədə bilmədim" - VİDEO
Bu gün, 13:24
Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yaşayış məntəqəsi ələ keçirib
Bu gün, 13:22
Niyazi Mehdi yenidən xəstəxanaya yerləşdirilir - Oğlu danışdı
Bu gün, 13:17
Aİ Rusiyanın bir sıra aeroport və limanlarına qarşı sanksiyalar tətbiq edib - Rusiya KİV-i
Bu gün, 13:16
“Gürcü Arzusu” ilə gürcülərin arzusu arasında ziddiyyət – Şou davam edir
Bu gün, 13:15
General-mayorun oğlu vəfat etdi - FOTO
Bu gün, 13:13
Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazı müzakirə edib
Bu gün, 13:12
Sabah 25 dərəcə şaxta olacaq, yolların buz bağlaması davam edəcək - belə deyirlər...
Bu gün, 13:10
Nüvə gücünün lideri Bakıda: o, niyə gəlib? – Detallar
Bu gün, 12:42
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib - DİQQƏT
Bu gün, 12:40
Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? - SİYAHI
Bu gün, 12:38
Öcalanın çağırış edəcəyi tarix açıqlandı – Hansı mesaj veriləcək?
Bu gün, 12:36
Rusiya və ABŞ-la münasibəti pozdu, İrandan təcrid olundu - Paşinyanın son ümidi kimədir?
Bu gün, 12:35
"SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 12:28
Muxtar Babayev ETSN-nin sonuncu naziri kimi... - GƏLİŞMƏ
Bu gün, 12:27
“Azərbaycan Dəmir Yolları”nda YENİ TƏYİNAT - ƏMR
Bu gün, 12:19
Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir - Baş Prokurorluq
Bu gün, 12:14
Miqrasiya Xidməti QAYNADI VƏ... - TEZ DƏ SÖNDÜ...
Bu gün, 12:12
Buralar da RUSDAN QALIB... - İLGİNC...
Bu gün, 12:05
İrəvan "ölü diriltmək" istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:00
Tanınmış həkim dünyasını dəyişdi
Bu gün, 11:58
Nizam Osmanov dindirilən işdə hökm çıxdı - 250 minə şərti cəza
Bu gün, 11:57
Dövlət adından oynanan QUMAR... - «Poz-qazan»ın sirri açılır…
Bu gün, 11:53
ABŞ və Ukrayna: sülh, yoxsa təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 11:45
Baki qardan təmizlənir - FOTO
Bu gün, 11:12
Göyçay sakini HƏDƏLƏNDİYİNİ DEYİR - VİDEOMÜRACİƏT
Bu gün, 11:09
Bütün Qafqazın Şeyxi XƏSTƏLƏNİB - Hal-hazırda...
Bu gün, 11:06
"Amerikanın Səsi"nin müxbir akkreditasiyası ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:58
"Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:56
“Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: - "Niyyətim iş qurmaq idi..."
Bu gün, 10:51
SOCAR-da nə qədər vəzifə tutursansa... O QƏDƏRMİ MAAŞ ALIRSAN? - AY MAŞALLAH...
Bu gün, 10:48
İşçiyə vurulan ziyana görə... - Ekspert danışır...
Bu gün, 10:42
“Bakı Metropoliteni”nin sədrinə yeni müşavir təyin edildi - FOTO
Bu gün, 10:38
DMX-nin rəisi vətəndaş qəbulu keçirəcək
Bu gün, 10:32
Köçəryan Meğrini Azərbaycana verməyə razılaşıbsa, deməli… - “Lurer”
Bu gün, 08:55
Avstraliya 70 Rusiya vətəndaşı və 79 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib
Bu gün, 08:46
"Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" - Pentaqon
Bu gün, 06:16
Ukraynaya qoşun yeritmək gündəmdə deyil - Mertz
Bu gün, 06:13
Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi – Nələr gözlənilir?
Bu gün, 06:10
Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00
Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54
Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51
Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44
Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42
Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40
Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37
Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33
“Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28
"Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru