Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yaşayış məntəqəsi ələ keçirib .....                     Niyazi Mehdi yenidən xəstəxanaya yerləşdirilir .....                     Aİ Rusiyanın bir sıra aeroport və limanlarına qarşı sanksiyalar tətbiq edib .....                     “Gürcü Arzusu” ilə gürcülərin arzusu arasında ziddiyyət .....                     General-mayorun oğlu vəfat etdi .....                     Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazı müzakirə edib .....                     Sabah 25 dərəcə şaxta olacaq, yolların buz bağlaması davam edəcək .....                     Nüvə gücünün lideri Bakıda: o, niyə gəlib? .....                     Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib .....                     Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? .....                     Öcalanın çağırış edəcəyi tarix açıqlandı .....                     Rusiya və ABŞ-la münasibəti pozdu, İrandan təcrid olundu .....                     "SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxunub .....                     Muxtar Babayev ETSN-nin sonuncu naziri kimi... .....                     “Azərbaycan Dəmir Yolları”nda YENİ TƏYİNAT .....                     Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir .....                     Miqrasiya Xidməti QAYNADI VƏ... .....                     Buralar da RUSDAN QALIB... .....                     İrəvan "ölü diriltmək" istəyir .....                     Tanınmış həkim dünyasını dəyişdi .....                     Nizam Osmanov dindirilən işdə hökm çıxdı .....                     Dövlət adından oynanan QUMAR... .....                     ABŞ və Ukrayna: sülh, yoxsa təzyiq? .....                     Baki qardan təmizlənir .....                     Göyçay sakini HƏDƏLƏNDİYİNİ DEYİR .....                     Bütün Qafqazın Şeyxi XƏSTƏLƏNİB .....                     "Amerikanın Səsi"nin müxbir akkreditasiyası ləğv edilib .....                     "Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib .....                     “Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: .....                     SOCAR-da nə qədər vəzifə tutursansa... O QƏDƏRMİ MAAŞ ALIRSAN? .....                     İşçiyə vurulan ziyana görə... .....                     “Bakı Metropoliteni”nin sədrinə yeni müşavir təyin edildi .....                     DMX-nin rəisi vətəndaş qəbulu keçirəcək .....                     Köçəryan Meğrini Azərbaycana verməyə razılaşıbsa, deməli… .....                     Avstraliya 70 Rusiya vətəndaşı və 79 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib .....                     "Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" .....                     Ukraynaya qoşun yeritmək gündəmdə deyil .....                     Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi .....                     Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq .....                     Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub .....                 

“İlham Əliyev bu görüşə güclü əllə gedir” - Partiya sədri
Tarix: 25-11-2021, 10:23 | Çap et
“İlham Əliyev bu görüşə güclü əllə gedir”
Noyabrın 26-da Soçidə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Görüşdə hansı məsələlərin müzakirə ediləcəyi açıqlanmasa da, ehtimal olunur ki, iki ölkə arasında sərhədlərin delimitasiyası və kommunikasiyaların açılmasına dair razılaşma olacaq.

"AzPolitika.info" mövzuyla bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə söhbətləşib.

- Sərdar bəy, Avropa İttifaqının təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin Brüsseldə görüşü planlaşdırılsa da, Moskva dərhal prosesə müdaxilə etdi və noyabrın 26-da Soçidə üçtərəfli görüşün təşkilinə nail oldu. Sizcə, hansı proseslər gedir və Soçi görüşü nə ilə nəticələnə bilər?

- Əvvəla, görünən odur ki, Cənubi Qafqazda təsir dairəsi uğrunda mübarizə gedir. Əslinə baxsaq, heç bir təsir qüvvəsinin Azərbaycana və Ermənistana canı yanmır. Məqsəd sadəcə yaranan situasiyadan istifadə edərək burada öz maraqlarını təmin etməkdir. Moskva istəmir ki, bu regiona başqa güc mərkəzləri müdaxilə etsin, mövqelərini gücləndirsin, təsirini artırsın. Ona görə də çalışır ki, Avropa İttifaqı prosesdən kənarda saxlanılsın. Eyni zamanda həm Ermənistan, həm də Azərbaycana başa salmaq istəyir ki, heç bir halda Avropa İttifaqını bu posesə qoşmasınlar. İndiki halda bunun üçün təzyiqlərin daha çox Nikol Paşinyana ediləcəyi gözləniləndir.

Konkret olaraq Soçi görüşünə gəldikdə, mən buradan yeni heç nə gözləmirəm. Onsuz da 2020-ci ilin 10 noyabrında müharibəyə son qoyan üçtərəfli razılaşmanın maddələrinin çoxu yerinə yetirilməyib. Üstəlik, yeni müqavilənin imzalanması üçün də heç bir zəmin yoxdur. Əlbəttə, Vladimir Putin çalışıb təzyiq edəcək ki, hansısa bir bəyannamə imzalansın.

- Təxminən necə bir bəyanat imzalana bilər?

- Mənim qənaətimcə, Putin çalışacaq ki, hər iki tərəfə təzyiq etsin, nəticədə Rusiyanın maraqlarına uyğun gələn hansısa bir bəyanat verilsin və ya qərar qəbul edilsin. Mən hesab edirəm ki, Prezident İlham Əliyev bu məsələ ilə bağlı Türkiyə ilə məsləhətləşmələr aparmalıdır. Başqa sözlə, hərbi sahədə əldə etdiyimiz nailiyyəti diplomatik masada davam etdirmək lazımdır. Biz müxalifət olaraq bunun üçün hakimiyyətə hər cür dəstək verməyə hazırıq.

- Sərdar bəy, müharibədən bir il zaman keçdikdən sonra Moskva tərəflərin heç bir əhəmiyyəti olmayan hansısa bəyanat verməsi üçün niyə görüş təşkil etsin?...

- Ehtimal edirəm ki, Soçidə baş tutacaq üçtərəfli görüşün sonunda bəyanat, bəyannamə və ya qərar ortaya çıxacaq. Əks halda üç dövlət başçısının bir araya gəlib heç bir qərar vermədən ayrılması mənasız olardı. Əslində, təcrübə də göstərir ki, Rusiyanın vasitəçiliyi ilə baş tutan görüşlərdə qəbul edilən qərarlar məhz Moskvanın xeyrinə olur. Bu səbəbdən də həmin görüşdə hansısa bəyannamə qəbul edilməlidir ki, Moskva Avropa İttifaqına yerini göstərsin. Bir daha vurğulamaq istərdim ki, Azərbaycanın və ya Ermənistanın maraqları Rusiyanı maraqlandırmır.

- Cəmiyyətin gözləntiləri daha çox sülh müqaviləsinin imzalanması və ya iki dövlət arasında sərhədlərin delimitasiyasının aparılmasına dair qərarlarla bağlıdır...

- Mənim fikrimcə, indiki halda bu məsələlərin gündəmə gəlməsi real deyil. Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa yaxın olanda bu məsələlər gündəmə gələcək. İndiki halda bu məsələ gündəmi zəbt etmək çün ortaya atılan məsələlərdir. Zənnimcə, indi belə sənədin imzalanması gözlənilən deyil. Noyabrın 16-da Azərbaycan və Ermənistan arasında müharibə olub. Belə bir vəziyyətdə hansı sülh müqaviləsindən danışmaq olar? Üstəlik, Ermənistanın özündə böyük narazılıq var, müxalifət Paşinyana qarşı sürət götürməyə cəhdlər edir. Belə bir vəziyyətdə saziş gözlənilən deyil. Yəni mümkün görünmür, mövcud şərtlər buna imkan yaratmır. Paşinyan ölkəsini müstəqilləşdirmək istəyir. Rusiya da bunun əleyhinədir. Paşinyan Qərbə inteqrasiyaya cəhd edir, Moskva buna qarşıdır. Paşinyan başqa dövlətləri Qarabağ prosesinə cəlb etməyə çalışır, ruslar buna da qarşıdır. Belə bir vəziyyətdə Paşinyan üçün asan deyil ki, sülh istiqamətində addım atsın. Başqa sözlə, Paşinyanın durumu İlham Əliyevlə müqayisədə həddən artıq çətindir. İlham Əliyev işğal altında olan ərazilərin əhəmiyyətli hissəsini işğaldan azad etməyə nail olub və bu mənada əhalinin ona rəğbəti var. Üstəlik, xalqından kart-blanş da alıb. Nikol Paşinyan isə bütün bunlardan məhrumdur. Ona görə də Paşinyan asanlıqla sülh müqaviləsinə imza atmayacaq.

- Bəs Soçiyə gedərkən İlham Əliyevin çantasında nələr olacaq?...

- Mənə elə gəlir ki, İlham Əliyev Rusiyaya Xankəndi və digər məsələlərlə bağlı alternativ fikirlər apara bilər. Mən bunu Rusiya-Azərbaycan münasibətləri kontekstində deyirəm. Nəzərə almaq lazımdır ki, Azərbaycan-Rusiya münasibətlərində də müəyyən problemli məsələlər var. Bu problemlərin həlli üçün də addımlar atılmalı, işlər görülməlidir. Mənim fikrimcə, İlham Əliyev Soçiyə güclü əl kimi gedir. Əvvəla, dediyim kimi, daxildən dəstəyi var, üstəlik, Türkiyə və Pakistan kimi ölkələr tərəfindən dəstəklənir. Azərbaycan cəmiyyətində Qarabağ məsələsinə görə İlham Əliyev iqtidar-müxalifət məsələsi olmadan dəstəklənir. Bunlar hamısı müsbət amillər olmaqla yanaşı İlham Əliyevin əlini gücləndirən faktorlardır. Odur ki, İlham Əliyev Soçidə daha çox addımlar ata bilər.

- Bütün bunlardan sonra dekabrın 15-nə planlaşdırılan Brüssel görüşündən nə gözləyirsiniz?

- Mən heç nə gözləmirəm.Avropa İttifaqı çalışır ki, öz mövcudluğunu göstərsin, imkan varsa regionda oyunçuya çevrilsin.

- Avropa İttifaqının prosesə cəlb olunması məsələnin Rusiyanın inhisarından çıxarılması üçün nə dərəcədə effektiv ola bilər?

- Mənim şəxsi qənaətim belədir ki, bu prosesə Türkiyədən savayı kim qatılsa, bizim xeyrimizə olmayacaq. Avropa Birliyində ən böyük iki söz sahibindən biri Fransadır. Fransanın son fəaliyyəti göz önündədir. Son 30 ildə Ermənistana açıq dəstək verib. Odur ki, mən Avropa İttifaqı daxil olmaqla, başqa oyunçuların prosesdə iştirak etməsinin bizə hansısa xeyir gətirəcəyi düşüncəsində deyiləm. Müharibədən əvvəl, müharibə dövründə və ondan sonra biz gördük ki, Türkiyə birmənalı bizi müdafiə edir. Bu mənada regionda Türkiyənin güclənməsi bizim üçün daha vacibdir, nəinki başqa qüvvələrin.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yaşayış məntəqəsi ələ keçirib
Bu gün, 13:22
Niyazi Mehdi yenidən xəstəxanaya yerləşdirilir - Oğlu danışdı
Bu gün, 13:17
Aİ Rusiyanın bir sıra aeroport və limanlarına qarşı sanksiyalar tətbiq edib - Rusiya KİV-i
Bu gün, 13:16
“Gürcü Arzusu” ilə gürcülərin arzusu arasında ziddiyyət – Şou davam edir
Bu gün, 13:15
General-mayorun oğlu vəfat etdi - FOTO
Bu gün, 13:13
Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazı müzakirə edib
Bu gün, 13:12
Sabah 25 dərəcə şaxta olacaq, yolların buz bağlaması davam edəcək - belə deyirlər...
Bu gün, 13:10
Nüvə gücünün lideri Bakıda: o, niyə gəlib? – Detallar
Bu gün, 12:42
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib - DİQQƏT
Bu gün, 12:40
Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? - SİYAHI
Bu gün, 12:38
Öcalanın çağırış edəcəyi tarix açıqlandı – Hansı mesaj veriləcək?
Bu gün, 12:36
Rusiya və ABŞ-la münasibəti pozdu, İrandan təcrid olundu - Paşinyanın son ümidi kimədir?
Bu gün, 12:35
"SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 12:28
Muxtar Babayev ETSN-nin sonuncu naziri kimi... - GƏLİŞMƏ
Bu gün, 12:27
“Azərbaycan Dəmir Yolları”nda YENİ TƏYİNAT - ƏMR
Bu gün, 12:19
Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir - Baş Prokurorluq
Bu gün, 12:14
Miqrasiya Xidməti QAYNADI VƏ... - TEZ DƏ SÖNDÜ...
Bu gün, 12:12
Buralar da RUSDAN QALIB... - İLGİNC...
Bu gün, 12:05
İrəvan "ölü diriltmək" istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:00
Tanınmış həkim dünyasını dəyişdi
Bu gün, 11:58
Nizam Osmanov dindirilən işdə hökm çıxdı - 250 minə şərti cəza
Bu gün, 11:57
Dövlət adından oynanan QUMAR... - «Poz-qazan»ın sirri açılır…
Bu gün, 11:53
ABŞ və Ukrayna: sülh, yoxsa təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 11:45
Baki qardan təmizlənir - FOTO
Bu gün, 11:12
Göyçay sakini HƏDƏLƏNDİYİNİ DEYİR - VİDEOMÜRACİƏT
Bu gün, 11:09
Bütün Qafqazın Şeyxi XƏSTƏLƏNİB - Hal-hazırda...
Bu gün, 11:06
"Amerikanın Səsi"nin müxbir akkreditasiyası ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:58
"Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:56
“Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: - "Niyyətim iş qurmaq idi..."
Bu gün, 10:51
SOCAR-da nə qədər vəzifə tutursansa... O QƏDƏRMİ MAAŞ ALIRSAN? - AY MAŞALLAH...
Bu gün, 10:48
İşçiyə vurulan ziyana görə... - Ekspert danışır...
Bu gün, 10:42
“Bakı Metropoliteni”nin sədrinə yeni müşavir təyin edildi - FOTO
Bu gün, 10:38
DMX-nin rəisi vətəndaş qəbulu keçirəcək
Bu gün, 10:32
Köçəryan Meğrini Azərbaycana verməyə razılaşıbsa, deməli… - “Lurer”
Bu gün, 08:55
Avstraliya 70 Rusiya vətəndaşı və 79 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib
Bu gün, 08:46
"Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" - Pentaqon
Bu gün, 06:16
Ukraynaya qoşun yeritmək gündəmdə deyil - Mertz
Bu gün, 06:13
Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi – Nələr gözlənilir?
Bu gün, 06:10
Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00
Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54
Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51
Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44
Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42
Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40
Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37
Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33
“Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28
"Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26
Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29
"1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru