Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir .....                     Miqrasiya Xidməti QYNADI VƏ... .....                     Buralar da RUSDAN QALIB... .....                     İrəvan "ölü diriltmək" istəyir .....                     Tanınmış həkim dünyasını dəyişdi .....                     Nizam Osmanov dindirilən işdə hökm çıxdı .....                     Dövlət adından oynanan QUMAR... .....                     ABŞ və Ukrayna: sülh, yoxsa təzyiq? .....                     Baki qardan təmizlənir .....                     Göyçay sakini HƏDƏLƏNDİYİNİ DEYİR .....                     Bütün Qafqazın Şeyxi XƏSTƏLƏNİB .....                     "Amerikanın Səsi"nin müxbir akkreditasiyası ləğv edilib .....                     "Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib .....                     “Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: .....                     SOCAR-da nə qədər vəzifə tutursansa... O QƏDƏRMİ MAAŞ ALIRSAN? .....                     İşçiyə vurulan ziyana görə... .....                     “Bakı Metropoliteni”nin sədrinə yeni müşavir təyin edildi .....                     DMX-nin rəisi vətəndaş qəbulu keçirəcək .....                     Köçəryan Meğrini Azərbaycana verməyə razılaşıbsa, deməli… .....                     Avstraliya 70 Rusiya vətəndaşı və 79 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib .....                     "Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" .....                     Ukraynaya qoşun yeritmək gündəmdə deyil .....                     Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi .....                     Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq .....                     Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub .....                     Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? .....                     Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir .....                     Dünyada kərə yağı sürətlə bahalanır .....                     Rafiq Sadıqov vəfat edib .....                     Məktəbin qar, təhsilin isə ekologiya dərdi .....                     Samir Şərifov oğluna dəbdəbəli toy etdi .....                     “Onların hamısı rüşvətlə ələ alınıb” .....                     "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." .....                     Bazarı silkələyən siyasət .....                     "1 ildir un məmulatlarından uzağam" .....                     “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” .....                     Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb .....                     Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır .....                     Avropa Sülh Fondunun Ermənistana dəstəyi... .....                     Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya .....                 

"Təkrar seçkilərin keçirilməsinin hələ də yubanması daha çox siyasi qərardır" - Partiya sədri
Tarix: 23-11-2021, 08:33 | Çap et
"Təkrar seçkilərin keçirilməsinin hələ də yubanması daha çox siyasi qərardır"
Pandemiya aradan qalxmasa da, qonşu dövlətlər olan İranda, Ermənistanda, Rusiyada, Gürcüstanda ölkəmiqyaslı seçkilər keçirildi. Dünyanın digər bir sıra dövlətləri, o cümlədən böyük ölkələri olan ABŞ, Almaniya kimi dövlətlər də pandemiya şəraitində seçkilər keçirdilər.

Azərbaycanda isə koronavirus pandemiyası başlayandan indiyə qədər keçən dövrdə hansısa seçkili orqana seçkilər keçirilməyib. Bu müddətdə Prezident, parlament və bələdiyyə seçkiləri nəzərdə tutulmurdu. Adıçəkilən seçkilər qarşıdakı illərdə keçirilməlidir. Lakin onu da nəzərə alaq ki, artıq xeyli müddətdir Milli Məclisdə 6 deputatın yeri boş qalıb və həmin deputatların seçki dairələrində əlavə seçkilər keçirilməlidir. Bu məsələ isə hələ də açıq qalıb. Təkrar seçkilərin keçirilməməsinə heç bir rəsmi səbəb göstərilməyib. Sadəcə olaraq, hakimiyyət deputatları açıqlamalarında koronavirus təhlükəsini və karantin rejimini, ötən ilin payızında isə müharibəni seçkilərə getmək barədə qərarın yubanmasına səbəb olaraq bildiriblər. Lakin yuxarıda qeyd etdiyimiz kimi bir çox dövlətlər karantin şəraitində ölkəmiqyaslı seçkilər keçiriblər və seçkilər heç də koronavirusla bağlı durumun ağırlaşmasına səbəb olmayıb. Koronavirusa görədirsə, o ölkələrdə də korona var, həm də bizdən çoxdur. Onda nədən bizdə seçkilər keçirilmir? Boş qalan 6 dairədə təkrar seçkilərin keçirilməsinə nə mane olur?

AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, qanunvericilikdə Azərbaycan Milli Məclisinin 125 deputatdan ibarət olması qeyd edilib: “Milli Məclisin 119 deputatla fəaliyyət göstərməsi ilk növbədə elə qanuna hörmət gətirmir. İkincisi isə 6 seçki dairəsinin seçicilərinin hüquqlarının pozulmasıdır. Qanunvericilikdəki müəyyən boşluqlardan və pandemiyadan istifadə edib həmin dairələrdə təkrara seçkilərə getmirlər. Koronavirus Azərbaycanda cəmi 6 seçki dairəsində keçiriləcək təkrar seçkilərə maneçilik törədə bilməz. Seçkilər olsa hətta insanların bir çoxu seçki keçirildiyini gündəlik həyatlarında hiss eləməyəcəklər. Seçki məntəqələrində basabas olası deyil. Deputatsız olan dairələrdən ikisi Bakıdadır, dördü isə ayrı-ayrı rayonlardadır. Bu seçki dairələrində seçki keçirilsə kütləvi yoluxmadan söhbət gedə bilməz. Artıq pandemiyaya görə seçkilərin keçirilmədiyi kimi səbəb göstərməyə ehtiyac yoxdur.

Qanunvericilikdə hər hansı səbəbdən deputatsız qalan dairədə seçkilərin hansı müddətdə keçirilməsinin vacibliyi əksini tapıb. Məncə, təkrar seçkilərin keçirilməsinin hələ də yubanması daha çox siyasi qərardır. Dövlətçilik baxımından da boş qalan 6 dairədə seçkinin keçirilməsi vacibdir. Altı deputat 300 minə yaxın seçicinin təmsilçisi deməkdir. Bu gün parlamentdə 300 minə yaxın seçicinin təmsilçisi yoxdur. Azərbaycanda 10 milyon əhali var, deputatların sayı 125-dir. 125 deputat əslində 10 milyonluq ölkə üçün azdır. Bir tərəfdən də indi 125 də deyil, 119-dur. Deputatsız dairələrə seçkilər keçirilsə, siyasi partiyalar iştirak edəcək və partiyaların aktivliyi artacaq. Mümkündür ki, seçkinin nəticələrinə görə parlamentdəki partiyaların sayı da artsın. Bu, həm də dolayısı ilə çoxpartiyalı sistemin inkişafına təsir edəcək. Hesab edirəm ki, yaxın dövrlərdə deputatsız olan 6 dairədə seçkilər keçirilməlidir. Hakimiyyət bu altı yerə normal, demokratik seçki keçirməklə həm Milli Məclisin, həm də ümumən ölkəmizin imicini beynəlxalq aləmdə yaxşılaşdıra bilər. İndi Azərbaycana imicinin yaxşılaşması daha çox lazımdır. Demokratik seçkilərdən ölkəmiz də, hakimiyyət də, müxalifət də qazanar. Demokratik seçkilər keçirilsə, mən əminəm ki, bizim partiya həmin dairələrdə keçirilən seçkilərdə qalib gələ bilər".

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirdi ki pandemiya aradan tam qalxmasa da bir sıra ölkələrdə seçkilər keçirildi və heç bir problem yaşanmadı: “Azərbaycanda cəmi altı seçki dairəsində təkrar deputat seçkiləri keçirilməlidir. Bu seçki dairələrində seçiciləri Milli Məclisdə heç kim təmsil etmir. Qanunvericiliyə görə, bu seçki dairələrində təkrar seçkilər keçirilməlidir. Amma bu barədə rəsmi orqanlar susmağa üstünlük verirlər. Bir ara ciddi koronavirus təşvişi hökm sürürdü, sonra Vətən müharibəsini yaşadıq. Bunlar anlaşılandır. İndi isə elə bir təhlükə yoxdur və çox rahatlıqla 6 seçki dairəsində seçkiləri keçirmək mümkündür. Hakimiyyət buna gedəcəkmi? Maraqlı sual budur. Prinsipcə hakimiyyətin yeni seçkilərə ehtiyacı yoxdur. Parlament çoxluğu əlindədir. Ona görə də düşünürlər ki, təkrar seçkilər keçirilməyə də bilər”.

Qeyd edək ki, 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə əsasən, 125 seçki dairəsinin 121-dən qanunverici orqana deputat seçilib. 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri isə etibarsız sayılıb. Qanunvericiliyə əsasən, bu dairələr üzrə təkrar seçki keçirilməlidir. Ötən ilin yayında isə deputat Fəttah Heydərovun dünyasını dəyişməsindən sonra parlament üzvlərinin sayı 120 nəfərə enib. 2021-in avqustunda isə 55 saylı Xaçmaz şəhər seçki dairəsinin deputatı Eldəniz Səlimov həbs edilib. Beləliklə, deputatsız dairələrin sayı 6-ya çatıb.

Hələ ki parlamentdə boş qalan deputat yerlərinə seçkilər keçirilməsi barədə qərar verilməyib.

Milli Məclisə seçkilərlə əlaqədar nəticələri ləğv edilmiş seçki dairəsində yenidən seçkilər keçirilməsi Seçki Məcəlləsinin müvafiq maddəsi ilə tənzimlənir. Qanunun 172-ci maddəsində bildirilir ki, seçkilər müvafiq seçki dairəsi üzrə etibarsız sayılarsa və seçkilərin yekunları təsdiq edilməzsə, Mərkəzi Seçki Komissiyası təkrar seçkilər keçirir. Eyni zamanda deputat mandatına xitam verildikdən, deputatın vəfat etməsi və ya mandatdan imtina etməsindən sonra boş qalan dairədə yeni seçkinin təyin olunması da Seçki Məcəlləsinin tələbi ilə tənzimlənir.

Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilməlidir. Konstitusiyanın 87-ci maddəsində isə qeyd olunur ki, parlamentin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, hər hansı səbəbdən deputatsız qalan dairələrdə seçkilər keçirilmir. Amma ləğv olunan nəticələrdən sonra yenidən seçki keçirilməsinin konkret müddəti yoxdur. Milli Məclisə seçkilərin təyin edilməsi ilə bağlı Prezident sərəncam verir.

Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov bildirib ki, seçkilərin keçirilməsi barədə qərarı MSK vermir. Seçkiləri təyin etmək qərarı ölkənin Prezidentinin səlahiyyətindədir. Prezident nə zaman seçki təyin edirsə, Mərkəzi Seçki Komissiyası həmin seçkiləri yüksək səviyyədə, qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil edir. Boş qalan seçki dairələrində seçki qərarı nə zaman veriləcəksə, MSK seçkinin keçirəcək.

Sonda bir məqamı da qeyd edək ki, 2022-ci ilin büdcəsində həmin il seçkilər üçün vəsait ayrılıb. Bəzi mənbələr iddia edir ki, 2022-ci ildə referendum və parlamentdə boş qalan yerlərə təkrar seçkilər keçirilməsi baş tuta bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir - Baş Prokurorluq
Bu gün, 12:14
Miqrasiya Xidməti QYNADI VƏ... - TEZ DƏ SÖNDÜ...
Bu gün, 12:12
Buralar da RUSDAN QALIB... - İLGİNC...
Bu gün, 12:05
İrəvan "ölü diriltmək" istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:00
Tanınmış həkim dünyasını dəyişdi
Bu gün, 11:58
Nizam Osmanov dindirilən işdə hökm çıxdı - 250 minə şərti cəza
Bu gün, 11:57
Dövlət adından oynanan QUMAR... - «Poz-qazan»ın sirri açılır…
Bu gün, 11:53
ABŞ və Ukrayna: sülh, yoxsa təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 11:45
Baki qardan təmizlənir - FOTO
Bu gün, 11:12
Göyçay sakini HƏDƏLƏNDİYİNİ DEYİR - VİDEOMÜRACİƏT
Bu gün, 11:09
Bütün Qafqazın Şeyxi XƏSTƏLƏNİB - Hal-hazırda...
Bu gün, 11:06
"Amerikanın Səsi"nin müxbir akkreditasiyası ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:58
"Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:56
“Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: - "Niyyətim iş qurmaq idi..."
Bu gün, 10:51
SOCAR-da nə qədər vəzifə tutursansa... O QƏDƏRMİ MAAŞ ALIRSAN? - AY MAŞALLAH...
Bu gün, 10:48
İşçiyə vurulan ziyana görə... - Ekspert danışır...
Bu gün, 10:42
“Bakı Metropoliteni”nin sədrinə yeni müşavir təyin edildi - FOTO
Bu gün, 10:38
DMX-nin rəisi vətəndaş qəbulu keçirəcək
Bu gün, 10:32
Köçəryan Meğrini Azərbaycana verməyə razılaşıbsa, deməli… - “Lurer”
Bu gün, 08:55
Avstraliya 70 Rusiya vətəndaşı və 79 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib
Bu gün, 08:46
"Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" - Pentaqon
Bu gün, 06:16
Ukraynaya qoşun yeritmək gündəmdə deyil - Mertz
Bu gün, 06:13
Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi – Nələr gözlənilir?
Bu gün, 06:10
Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00
Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54
Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51
Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44
Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42
Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40
Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37
Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33
“Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28
"Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26
Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29
"1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26
“5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23
Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20
Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04
Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01
Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20
Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13
Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07
Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:58
“İlkin həyatımı xilas edib”
Dünən, 16:53
Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Dünən, 16:49
Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Dünən, 15:55
Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Dünən, 15:50
Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Dünən, 15:46
Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 15:43
Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Dünən, 15:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru