
"Milli Məclisin deputatları maaşlarından narazılıq etmirlər"
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.
Parlament üzvü bildirib ki, məsələ barədə kimin sualı varsa, Milli Məclisin sədri Sahibə Qafarovanın çıxışını izləyə bilər, orada kifayət qədər məlumat verilib: "Ümumiyyətlə, heç bir deputat maaşların qaldırılması ilə bağlı Milli Məclisdə məsələ qaldırmayıb, bu fikirdə də olmayıb. Narazı qalınacaq məsələ yoxdur. Ona görə də vətəndaşlar obyektiv olmayam məlumatlara görə narahat olmasınlar".