Buralar da RUSDAN QALIB... .....                     İrəvan "ölü diriltmək" istəyir .....                     Tanınmış həkim dünyasını dəyişdi .....                     Nizam Osmanov dindirilən işdə hökm çıxdı .....                     Dövlət adından oynanan QUMAR... .....                     ABŞ və Ukrayna: sülh, yoxsa təzyiq? .....                     Baki qardan təmizlənir .....                     Göyçay sakini HƏDƏLƏNDİYİNİ DEYİR .....                     Bütün Qafqazın Şeyxi XƏSTƏLƏNİB .....                     "Amerikanın Səsi"nin müxbir akkreditasiyası ləğv edilib .....                     "Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib .....                     “Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: .....                     SOCAR-da nə qədər vəzifə tutursansa... O QƏDƏRMİ MAAŞ ALIRSAN? .....                     İşçiyə vurulan ziyana görə... .....                     “Bakı Metropoliteni”nin sədrinə yeni müşavir təyin edildi .....                     DMX-nin rəisi vətəndaş qəbulu keçirəcək .....                     Köçəryan Meğrini Azərbaycana verməyə razılaşıbsa, deməli… .....                     Avstraliya 70 Rusiya vətəndaşı və 79 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib .....                     "Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" .....                     Ukraynaya qoşun yeritmək gündəmdə deyil .....                     Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi .....                     Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq .....                     Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub .....                     Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? .....                     Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir .....                     Dünyada kərə yağı sürətlə bahalanır .....                     Rafiq Sadıqov vəfat edib .....                     Məktəbin qar, təhsilin isə ekologiya dərdi .....                     Samir Şərifov oğluna dəbdəbəli toy etdi .....                     “Onların hamısı rüşvətlə ələ alınıb” .....                     "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." .....                     Bazarı silkələyən siyasət .....                     "1 ildir un məmulatlarından uzağam" .....                     “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” .....                     Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb .....                     Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır .....                     Avropa Sülh Fondunun Ermənistana dəstəyi... .....                     Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya .....                     Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır .....                     Lavrovun Türkiyə səfərinin əsas məqsədi… .....                 

Müxalifət “Qana qan, ölümə ölüm!” deyir - ÇAĞIRIŞ
Tarix: 18-11-2021, 10:27 | Çap et
Müxalifət “Qana qan, ölümə ölüm!” deyir
Ermənistanın 16 noyabrda Azərbaycana qarşı həyata keçirdiyi hərbi təxribat Azərbaycan müxalifəti tərəfindən də qətiyyətlə pislənir. Müxalifət partiyaları işğalçılıq və terrorçu mahiyyətindən əl çəkməyən Ermənistanı sülhə yalnız güc yolu ilə gətirilə biləcəyini mümkün sayır və bu işdə Azərbaycan dövlətinin, ordusunun yanında olduğunu bəyan edir. Bu barədə “Yeni Müsavat”a danışan müxalifət partiyalarının sədrləri bildiriblər.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirdi ki, Ermənistanı sülhə məcbur etmək üçün ən sərt addımlar atılmalıdır: “Bütün valığımızla Azərbaycan Ordusunun yanındayıq. Canımız əsgərlərimizə fəda olsun! Qana qan, ölümə olüm!”

Ağ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, 16 noyabrda baş verən hadisə Ermənistanın Azərbaycana növbəti təcavüzkar hücum aktıdır: “Biz Ermənistanın sülhə məcbur edilməsi siyasətinin yürüdülməsinin tərəfdarıyıq. Əslində 16 noyabrda baş verən hadisə 10 noyabr üçtərəfli bəyanatının qüvvədən düşməsini söyləmək üçün əsas yaradır. Biz artıq həmin üçtərəfli bəyanatdan çıxmalıyıq, Rusiya hərbçilərinin Azərbaycan ərazisindən çıxarılmasını tələb etməliyik və öz ərazimizdə olan erməni silahlılarını zərərsizləşdirib həmin ərazilərimizdə də suverenliyimizi bərpa etməliyik.

Ermənistan əgər Azərbaycanla sülh müqaviləsi imzalamayacaqsa, artıq Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan qoşunları güclü şəkildə cəmləşdirilməli və sərhədlərimizin toxunulmazılığını təmin etmək üçün gərəkən addımları atmalıdır. Bundan sonra Ermənistan sülhə məcbur edilməlidir. Biz Azərbaycan iqtidarının, ordusunun bu istiqamətlərdə atdığı, atacağı bütün addımlarda onu dəstəkləyəcəyik. Milli maraqlar, vətənin maraqları, bütövlüyü məsələsi olan yerdə müxalifət-iqtidar anlayışı bizim üçün yoxdur. Ermənistan diplomatik yolla sülhə gələn dövlət deyil. Biz Ermənistanı sülhə məcbur eləməliyik. Bu işdə Azərbaycan dövlətinin yanındayıq”.

AMİP sədri Arzuxan Əlizadə bildirdi ki, Kəlbəcər və Laçın istiqamətində baş verən hadisələr Ermənistanın növbəti təxribatıdır və bu, Ermənistanın 44 günlük müharibədən lazımi nəticələr çıxarmadığını göstərir: “Müharibədən keçən dövr ərzində, xüsusilə son aylarda həm Rusiya tərəfi, eyni zamanda bir sıra Qərb dövlətləri Ermənistana yenidən havadarlıq etmək eşqinə düşdülər və bununla da erməniləri ruhlandıraraq revanşist addımlar atmağa faktiki olaraq təhrik eləməyə başladılar. Son 10 günə yaxın müddətdə baş verən hadisələr bunun göstəricisidir. Amma Azərbaycan Ordusu ayıq-sayıqdır, güclüdür və Ermənistanın həmləsinə kifayət qədər ciddi cavab vermək imkanındadır. Bir daha göründü ki, Ermənistan ordusu darmadağın vəziyyətdədir, bir neçə saatlıq müharibəyə belə dözümü yoxdur, bir neçə saatda çoxsaylı itkilər verib, ərazi itkisinə məruz qalıb. Təəssüf ki, şəhidlər vermişik. Müharibə qansız-qadasız olmur.

Amma bütövlükdə götürdükdə, proses hesab edirəm ki, Azərbaycanın xeyrinə cərəyan edir. Biz keçənilki müharibə dönəmində də, ondan sonrakı dönəmdə də dəfələrlə bəyan etmişik, Qarabağ məsələsində, tarixi torpaqlarımıza qaytarılması məsələsində müxalifət olaraq Azərbaycan dövlətinin, ordusunun yanındayıq. Bu məsələdə bütün siyasi ambisiyalar kənara qoyulur. Bundan sonra da bu mövqeyimizə sadiq qalacağıq".

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bildirdi ki, son dövrlər Azərbaycanın müstəqil dövlət kimi, atdığı addımlar bəzi qonşularımızın qıcığına səbəb olur. Belə olan halda onlar maşa kimi Ermənistandan istifadə edir və ermənilərin əli ilə yeni təxribatlar törədirlər. Ermənilərin Azərbaycanla döyüşmək gücü yoxdur. Sadəcə, arxalarında duranlara güvənib hərəkətə keçirlər: “Son döyüşdə də Ermənistan məğlub oldu. Amma biz şəhidlər verdik. Allah şəhidlərimizə rəhmət eləsin. Bu itkiləri dayandırmaq üçün Laçın dəhlizinə nəzarəti ələ keçirməli, antiterror əməliyyatı keçirib ərazilərimizdə olan silahlı erməni diversantları sıradan çıxartmalı, Şuşada Türkiyənin konsulluğunu açmalı və Türkiyənin hərbi qarnizonunu orada yerləşdirməliyik. Əks halda, ermənilər rus sülhməramlılarının arxasında gizlənib yeni təxribatlar törədəcəklər. Silah qaldıran düşmənə qarşı isə qətiyyətli olmalı, dərhal məhv etməliyik. Yalnız təzyiq altında saxlamaqla Ermənistanı sülhə məcbur etməliyik. Bu işdə dövlətimizin yanındayıq”.

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Buralar da RUSDAN QALIB... - İLGİNC...
Bu gün, 12:05
İrəvan "ölü diriltmək" istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:00
Tanınmış həkim dünyasını dəyişdi
Bu gün, 11:58
Nizam Osmanov dindirilən işdə hökm çıxdı - 250 minə şərti cəza
Bu gün, 11:57
Dövlət adından oynanan QUMAR... - «Poz-qazan»ın sirri açılır…
Bu gün, 11:53
ABŞ və Ukrayna: sülh, yoxsa təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 11:45
Baki qardan təmizlənir - FOTO
Bu gün, 11:12
Göyçay sakini HƏDƏLƏNDİYİNİ DEYİR - VİDEOMÜRACİƏT
Bu gün, 11:09
Bütün Qafqazın Şeyxi XƏSTƏLƏNİB - Hal-hazırda...
Bu gün, 11:06
"Amerikanın Səsi"nin müxbir akkreditasiyası ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:58
"Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:56
“Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: - "Niyyətim iş qurmaq idi..."
Bu gün, 10:51
SOCAR-da nə qədər vəzifə tutursansa... O QƏDƏRMİ MAAŞ ALIRSAN? - AY MAŞALLAH...
Bu gün, 10:48
İşçiyə vurulan ziyana görə... - Ekspert danışır...
Bu gün, 10:42
“Bakı Metropoliteni”nin sədrinə yeni müşavir təyin edildi - FOTO
Bu gün, 10:38
DMX-nin rəisi vətəndaş qəbulu keçirəcək
Bu gün, 10:32
Köçəryan Meğrini Azərbaycana verməyə razılaşıbsa, deməli… - “Lurer”
Bu gün, 08:55
Avstraliya 70 Rusiya vətəndaşı və 79 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib
Bu gün, 08:46
"Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" - Pentaqon
Bu gün, 06:16
Ukraynaya qoşun yeritmək gündəmdə deyil - Mertz
Bu gün, 06:13
Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi – Nələr gözlənilir?
Bu gün, 06:10
Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00
Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54
Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51
Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44
Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42
Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40
Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37
Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33
“Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28
"Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26
Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29
"1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26
“5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23
Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20
Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04
Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01
Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20
Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13
Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07
Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:58
“İlkin həyatımı xilas edib”
Dünən, 16:53
Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Dünən, 16:49
Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Dünən, 15:55
Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Dünən, 15:50
Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Dünən, 15:46
Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 15:43
Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Dünən, 15:41
Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Dünən, 15:38
Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Dünən, 15:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru