
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev koronavirusa yoluxub.
Unikal.org-un əldə etdiyi məlumata görə, hazırda partiya sədrinin vəziyyəti ağırdır. O, Gömrük Hospitalında reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, H.Hacıyevin COVİD-19-la bağlı verdiyi testin nəticəsi oktyabr ayının 17-də pozitiv çıxıb. Bir neçə gün vəziyyəti yaxşı olsa da, son günlərdə halı pisləşib və xəstəxanaya yerləşdirilib.