“Bu müstəqilliyi bizə bəxş etmiş o tarixi şəxsiyyətlərin, qurucu babalarımızın xatirəsini yad etməliyik...” - Qulu Məhərrəmli
Tarix: 18-10-2021, 11:53 | Çap et
 “Hesab edirəm ki, müstəqillik bütün dünya xalqlarının ən böyük arzularındandır. Dünyada mövcud olan üç min xalqdan iki yüzünün dövləti var və biz o xoşbəxt xalqların içərisindəyik. Bu müstəqillik günündə bizim üçün vacib olan odur ki, bu gün Azərbaycan dünyanın müstəqil, öz suveren hüquqları olan dövlətdir, beynəlxalq hüququn subyektidir, ən nüfuzlu beynəlxalq təşkilatların üzvüdür, regionda söz sahibidir” Bunu Moderator.az-a açıqlamasında professor Qulu Məhərrəmli 18 oktyabr dövlət müstəqilliyimizin bərpası günü haqda danışarkən deyib. Q.Məhərrəmli 44 günlük Vətən müharibəsindən sonra isə dövlətimizə qarşı dünya ölkələrinin marağının artdığını bildirib: “Xüsusən ötən ilki 44 günlük Vətən savaşından sonra dünyada Azərbaycanın özünə maraq xeyli artıb. Ona görə ki, öz ərazi bütövlüyünü təmin etməyi bacaran, işğalda olan torpaqlarını azad edə bilən və bunun üçün böyük hərbi məharət göstərən bir ölkənin, dövlətin hər halda dünyanın diqqət mərkəzində olması təbiidir. Düzdü, bu gün Azərbaycan dünyada daha çox neft və qaz ixracatçısı kimi tanınır. Amma onun qədim mədəniyyəti, zəngin tarixi abidələri, görkəmli insanları Azərbaycanı dünyada layiqincə təmsil edir. Bu müstəqillik günündə indi son bir ayda müxtəlif söhbətlər gəzir. Milli Məclis 28 may Respublika gününün adını dəyişdirib müstəqillik günü, 18 oktyabrı isə müstəqilliyin bərpası günü etdi. Mənim yanaşmam belədir ki, adın necə səsləndirilməsindən və necə yazılmasından asılı olmayaraq bu müstəqilliyi, cümhuriyyəti, respublikanı bizə bəxş etmiş o tarixi şəxsiyyətlərin, qurucu babalarımızın xatirəsini yad etməliyik. Biz müstəqilliyi sözün həqiqi mənasında duymalıyıq. Bunun üçün də o qurucu babalarımızın xatirəsi əbədiləşdirilməlidir, o adamların ev muzeyləri yaradılmalıdır. Düşüncəmə görə onların Bakıda və başqa rayonlarda abidələri qoyulmalıdır. Onlar üçün Bakıda panteon tikilməlidir, çünki hərəsi bir ölkədə qətlə yetirilib, çoxunun məzarları Azərbaycanda yoxdur. Ona görə də onların xatirəsini əbədiləşdirmək haqqında düşünmək lazımdır. Addan artıq əməli işə keçmək lazımdır ki, müstəqillik ideyası beyinlərdə, şüurlarda maddiləşsin. Hesab edirəm ki, müstəqillik uğrunda mübarizəyə rəhbərlik etmiş Məmməd Əmin Rəsulzadənin şəxsiyyətinə qarşı qısqanclıq aradan qaldırılmalıdır. Çünki M.Ə.Rəsulzadə bütün varlığını, həyatını, ailəsini müstəqillik yolunda qurban verib. Cümhuriyyət yıxılandan, süqut edəndən sonra bu müstəqilliyin tanınması, onun dəyərlərinin yaşaması üçün çox qiymətli işlər görüb. Təəssüf ki, yeni nəsil bu barədə kifayət qədər bilgiyə malik deyil. Bakı Dövlət Universitetinə M.Ə.Rəsulzadənin adı qaytarılmalıdır. Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski kimi tarixi şəxsiyyətlərimiz layiq olduqları qiymətlərini almalıdırlar. Bunlar bizim çox böyük hərbi sərkərdələrimiz olublar, cümhuriyyət uğrunda çalışıblar, vuruşublar. Hesab edirəm ki, 11-ci Qızıl Ordunun Azərbaycana hücumu zamanı onların qarşısını kəsmiş, iki saat döyüş aparmış Milli Ordunun 350 nəfərdən ibarət qarnizonu olub və onların xatirəsi o döyüş yerində əbədiləşdirilməlidir. Yəni indiki nəsil bilməlidir ki, müstəqillik onlara heç də boşqabda hazır şəkildə gətirilməyib. Bu müstəqillik uğrunda vuruşanlar, canlarını fəda edənlər, həyatını qurban edənlər olub. Ona görə də biz o müstəqilliyi yaradanların, cümhuriyyəti quranların xatirəsini daim əziz tutmalıyıq, əməlimizdə, işimizdə cümhuriyyət dəyərlərini əsas götürməliyik”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" - Pentaqon
Bu gün, 06:16 |
|
|
|
• Ukraynaya qoşun yeritmək gündəmdə deyil - Mertz
Bu gün, 06:13 |
|
|
|
• Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi – Nələr gözlənilir?
Bu gün, 06:10 |
|
|
|
• Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00 |
|
|
|
• Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54 |
|
|
|
• Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51 |
|
|
|
• Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44 |
|
|
|
• Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42 |
|
|
|
• Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40 |
|
|
|
• Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37 |
|
|
|
• Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33 |
|
|
|
• “Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28 |
|
|
|
• "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26 |
|
|
|
• Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29 |
|
|
|
• "1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26 |
|
|
|
• “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23 |
|
|
|
• Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20 |
|
|
|
• Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04 |
|
|
|
• Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01 |
|
|
|
• Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20 |
|
|
|
• Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13 |
|
|
|
• Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07 |
|
|
|
• Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:58 |
|
|
|
• “İlkin həyatımı xilas edib”
Dünən, 16:53 |
|
|
|
• Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Dünən, 16:49 |
|
|
|
• Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Dünən, 15:55 |
|
|
|
• Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Dünən, 15:50 |
|
|
|
• Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Dünən, 15:46 |
|
|
|
• Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 15:43 |
|
|
|
• Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Dünən, 15:41 |
|
|
|
• Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Dünən, 15:38 |
|
|
|
• Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Dünən, 15:35 |
|
|
|
• Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Dünən, 15:31 |
|
|
|
• Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Dünən, 15:26 |
|
|
|
• "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Dünən, 13:24 |
|
|
|
• Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Dünən, 13:21 |
|
|
|
• Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Dünən, 13:17 |
|
|
|
• Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Dünən, 10:04 |
|
|
|
• Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Dünən, 09:28 |
|
|
|
• Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Dünən, 09:26 |
|
|
|
• Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 09:22 |
|
|
|
• "Onsuz da səndən başqasına küsə bilmirəm..."
Dünən, 09:12 |
|
|
|
• Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Dünən, 09:10 |
|
|
|
• İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Dünən, 09:00 |
|
|
|
• Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Dünən, 08:58 |
|
|
|
• Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Dünən, 08:52 |
|
|
|
• DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Dünən, 08:43 |
|
|
|
• Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Dünən, 08:33 |
|
|
|
• "Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Dünən, 08:27 |
|
|
|
• Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Dünən, 08:24 |
|
|
|
|