Ölkədə din siyasəti konsepsiyası qəbul olunmalıdır - Deputatdan ÇAĞIRIŞ
Tarix: 13-10-2021, 08:41 | Çap et
 Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən multikulturalizm siyasəti vasitəsi ilə ölkədə həm etnik-mədəni, həm də dini müxtəlifliklər yüksək səviyyədə tənzimlənir. Yəni multikulturalizm təkcə etnik, irqi, mədəni fərqliyi deyil, həm də bu anlayışların tərkib hissəsi olan dini müxtəlifliklərin tənzimlənməsinə yönələn bir siyasətdir. Assimilyasiya siyasətindən fərqli olaraq multikulturalizm milli azlıqların etnik-mədəni dəyərlərinin ləğv edilməsinin qarşısını alır, bu dəyərləri qoruyur, bir-birinə qarşılıqlı təsir etmələri üçün lazımi şərait yaradır.
Xüsusilə də milli azlıqların cəmiyyətə inteqrasiya olmaları üçün əlverişli imkan təklif edir. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Məhz bu siyasət nəticəsində Azərbaycanda din sahəsindəki mövcud vəziyyət sabit qiymətləndirilir, dövlət-din münasibətləri yüksək səviyyədədir. Bu gün dövlət və dini icmalar arasında qarşılıqlı əlaqələr yüksələn xətt üzrə inkişaf edir, müxtəlif dini konfessiyalar arasında tolerantlıq münasibətləri tarixi ənənə olaraq nəinki qorunur, həmçinin, bu münasibətlərin daha da dərinləşməsi istiqamətində müvafiq şərait yaradılır.
Qeyd edim ki, müasir tələblərdən çıxış edərək dini maarifçilik işinə kəmiyyət və keyfiyyət baxımından xüsusi diqqət ayrılır, maarifləndirmə tədbirlərinin geniş miqyasda aparılması təmin olunur. Bir sözlə, dövlət dini icmalara göstərdiyi qayğını günü-gündən daha da artırmaqdadır. Buna böyük tarixə malik məbədlərin təmir və bərpasının davam etdirilməsi, vətəndaşlara dini ayinlərin icrası üçün yüksək şəraitin yaradılması kontekstində əyani şahid olmaq olar. Ölkə rəhbərliyinin din sahəsində yeritdiyi uğurlu siyasət nəticəsində dini etiqad azadlığı yüksək səviyyədə təmin edilir, dövlət-din münasibətləri demokratik cəmiyyət normalarına uyğun tənzimlənir. Qeyd edək ki, bəzi ölkələrdə qanunlarla yanaşı, dövlət-din münasibətlərini tənzimləyən konsepsiya da qəbul edilib. Bəs belə bir konsepsiya Azərbaycanda da qəbul edilə bilərmi? Milli Məclisin keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov təklif edib ki, Azərbaycanda da din siyasəti konsepsiyası qəbul edilməlidir: “Prezident İlham Əliyevin Azərbaycanın yaratdığı reallığı digər qonşu ölkələrin qəbul etməsiylə bağlı bəyanatından və “Anadolu” agentliyinə müsahibəsindən sonra qonşu ölkələr tərəfindən reaksiyalar birmənalı olmadı. Deputat bildirib ki, baş verənlər bir daha onu göstərir ki, bu prosesdə din amilindən istifadə olunur: “Reallıq ondan ibarətdir ki, həmin qruplar din pərdəsi altında qarayaxma kampaniyasını davam etdirir. Qələbədən sonra bizim əsas işimiz din sahəsində təhlükəsizliyi gücləndirməkdir. Din siyasəti konsepsiyası qəbul edilməlidir. Çünki qarşıda bizi daha ciddi sınaqlar gözləyir. İndidən biz bu prosesə hazır olmalıyıq”. Millət vəkili məsələ ilə bağlı deputat daha ətraflı bildirib ki, bu konsepsiyanın giriş hissəsində Azərbaycanın milli-mənəvi dəyərləri haqqında məlumatlar verilməlidir: "Fikrimcə, konsepsiyada bizim bu gün milli-mənəvi dəyərlərimizi nələr formalaşdırır, hansı mərhələdən keçərək bu günə gəlib çıxmışıq, hazırkı milli-mənəvi dəyərlərimizin əsas istiqamətlərini nə təşkil edir, bu gün bunun əsas istiqamətləri nələrdir və s. kimi məsələlər öz əksini tapmalıdır. Digər bir məsələ isə milli-mənəvi dəyərlərimizin qorunması, təbliği ilə bağlıdır. Hesab edirəm ki, bizi narahat edən bütün məsələlər burada öz əksini tapmalıdır. Bundan başqa hansı təhlükələr var, bu təhlükələrin qarşısını almaq üçün hansı addımlar atılmalıdır, biz hansı istiqamətdə fəaliyyətimizi, siyasətimizi davam etdirməliyik kimi bütün bu məsələlər də konspesiyada yer almalıdır. Habelə, gələcəyə hesablanmış addımlar, gələcəkdə bizi gözləyə biləcək təhlükələrdən xilas olmaq üçün biz hansı addımları atmalı olduğumuzu bilməliyik. Qısa şəkildə desək, malik olduğumuz dəyərlər, istiqamətlər, din siyasətimiz və dinin təhlükəsizliyini təmin etmək üçün hansı addımlar atmalıyıq kimi məsələlər fikrimcə, konsepsiyada öz əksini tapmalıdır".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" - Pentaqon
Bu gün, 06:16 |
|
|
|
• Ukraynaya qoşun yeritmək gündəmdə deyil - Mertz
Bu gün, 06:13 |
|
|
|
• Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi – Nələr gözlənilir?
Bu gün, 06:10 |
|
|
|
• Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00 |
|
|
|
• Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54 |
|
|
|
• Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51 |
|
|
|
• Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44 |
|
|
|
• Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42 |
|
|
|
• Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40 |
|
|
|
• Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37 |
|
|
|
• Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33 |
|
|
|
• “Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28 |
|
|
|
• "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26 |
|
|
|
• Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29 |
|
|
|
• "1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26 |
|
|
|
• “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23 |
|
|
|
• Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20 |
|
|
|
• Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04 |
|
|
|
• Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01 |
|
|
|
• Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20 |
|
|
|
• Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13 |
|
|
|
• Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07 |
|
|
|
• Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:58 |
|
|
|
• “İlkin həyatımı xilas edib”
Dünən, 16:53 |
|
|
|
• Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Dünən, 16:49 |
|
|
|
• Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Dünən, 15:55 |
|
|
|
• Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Dünən, 15:50 |
|
|
|
• Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Dünən, 15:46 |
|
|
|
• Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 15:43 |
|
|
|
• Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Dünən, 15:41 |
|
|
|
• Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Dünən, 15:38 |
|
|
|
• Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Dünən, 15:35 |
|
|
|
• Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Dünən, 15:31 |
|
|
|
• Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Dünən, 15:26 |
|
|
|
• "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Dünən, 13:24 |
|
|
|
• Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Dünən, 13:21 |
|
|
|
• Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Dünən, 13:17 |
|
|
|
• Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Dünən, 10:04 |
|
|
|
• Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Dünən, 09:28 |
|
|
|
• Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Dünən, 09:26 |
|
|
|
• Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 09:22 |
|
|
|
• "Onsuz da səndən başqasına küsə bilmirəm..."
Dünən, 09:12 |
|
|
|
• Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Dünən, 09:10 |
|
|
|
• İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Dünən, 09:00 |
|
|
|
• Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Dünən, 08:58 |
|
|
|
• Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Dünən, 08:52 |
|
|
|
• DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Dünən, 08:43 |
|
|
|
• Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Dünən, 08:33 |
|
|
|
• "Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Dünən, 08:27 |
|
|
|
• Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Dünən, 08:24 |
|
|
|
|