“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır? .....                     "Səni axtarıram"da qadın elə rəqs etdi ki, ekspert zalı tərk etdi .....                     "Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır .....                     Ölkəmiz Somalidə faydalı layihələr icra edəcək .....                     Azərbaycan və Somali beynəlxalq qurumlarda bir-birinə dəstək nümayiş etdirirlər .....                     Rusiya Azərbaycan ilə Ermənistan arasında necə vasitəçilik edə bilər? .....                     Qarabağın erməni əhalisi qayıda bilər .....                     1,60 manata satılan benzin əslində “Aİ-92”dir? .....                     "SOCAR-ın bu əmrini müsbət hesab etmək olar, amma..." .....                     Əməkdar artist aparıcını məhkəməyə verdi .....                     Bakıda qadını maşın vurdu, digəri üstündən keçdi .....                     Ermənistanda Avrasiya Kino Akademiyasının yaradılması haqqında saziş qüvvədən düşüb .....                     Ermənistanın müdafiə naziri Almaniyaya getdi .....                     Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... .....                     Məhkəmə dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behişti ilə bağlı qərar verib .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Texniki Universitetin rektoru İTTİHAM OLUNUR .....                     İnsult keçirən Xalq artisti Fatma Mahmudova xəstəxanadan evə buraxılıb .....                     Baboşun fanatı kimi ad çıxarmış iş adamı indi də ŞANTAJA KEÇİB... .....                     Cavidan Xalq artistinin .....                     "Hikmət və Ziya kimi Cavidan da teatrdan qovulmalıdır" .....                     Tehran ballistik raket proqramını yeni mərhələyə çıxarır .....                     Aşıq Zülfiyyə restoranını satışa çıxartdı .....                     Bakı şəhərində kommunal layihənin tətbiqi uğurla davam edir .....                     "O müğənnisən ki, erməni mahnısı ilə TANINDIN" .....                     İrəvan Universitetində “Qarabağ Azərbaycandır” şüarı: .....                     Kimlər deyirsə ki, Erkin Qədirli məni qəbul etmir... .....                     "İsrail İrana qarşı hücuma hazırlaşır" .....                     Mütəllibovun Bakatinə məktubu: Görün, nə yazılbmış! .....                     Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb... .....                     Prezidentin təsdiqlədiyi saziş: .....                     Görün, nəyə görə yardım verməyiblər... .....                     Azərbaycan Ermənistandan tam təzminat tələb edir .....                     Gecə işığı yanan məktəblər araşdırılmalıdır .....                     “Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” .....                     “Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI .....                     SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır .....                     "Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." .....                 

"10 milyonluq xalqın tibbi elmi-tədqiqat sahəsi yoxdur" - deputat
Tarix: 21-10-2020, 08:32 | Çap et
"10 milyonluq xalqın tibbi elmi-tədqiqat sahəsi yoxdur"
“Hər bir millətin gələcəyi, uğuru, zəfəri, başucalığı, rifahı və nüfuzu təhsilə bağlıdır desəm, təbii ki, Amerikanı yenidən kəşf etmiş olmaram. Ölkəmizdə güclü təhsil sistemi var desək yalan olar. Universitetlər, elmi-tədqiqat mərkəzləri, Elmlər Akademiyası güclü kadrlar, mütəxəssislər hazırlayıb bazara buraxır desək, adama deyərlər ki, yalan danışma. Biz 10 milyonluq xalqıq və elə coğrafiyada yerləşirik ki, sağ qalmaq uğrunda mübarizə aparmalı oluruq.

O qədər kiçik xalqlar var ki, möcüzə yaradıblar. İsrail, Sinqapur, Luksemburq, onlarla digər əhalisi az olan ölkələr texnologiya, elm, kəşf sahəsində böyük ölkələri ötüb keçib belə. Biz də möcüzələr yarada bilərik. Amma şagirdlərə “Kulikovo döyüşü nə zaman olub?” sualını verməklə və “1380-ci ildə” rəqəmini əzbərtləməklə olmayacaq. "Dünyada neçə okean var?" sualını verib "4" cavabını almaqla olmayacaq, “Azərbaycan BMT-yə nə zaman daxil olub?”, “Toplananların yerini dəyişəndə nə dəyişmir?” sualına cavab əzbərtləməklə olmayacaq”.

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev parlamentdə çıxışı zamanı deyib. R.Nurullayev bildirib ki, indi müharibə vəziyyətində yaşayan ölkəyik:

“Biz özümüz müasir silahlar, pilotsuz uçan aparatlar, tanklar, təyyarələr, qırıcılar, mühəndislik istehkamları, yüksək-dəqiqli texnologiyalar hazırlamalıyıq və kodları da özümüzdə olmalıdır. Demirəm ki, bunları etmirik və yaxud etmək istəmirik. Bu işlərlə, xüsusən hərbi sənayeninin inkişafı ilə bağlı konkret addımlar atılıb, amma biz bir çox komponentləri yerli istehsal olan milli məhsullarımızın hazırlanması üçün elmə və təhsilə böyük məbləğlər yatırmalıyıq. Azərbaycanda kosmik sənaye və peyklərimiz var. Biz bu sahədə ciddi yatırımlarla və mütəxəssis hazırlamaqla daha böyük nailiyyətlər əldə edə bilərik.

10 milyonluq xalqın tibbi elmi-tədqiqat sahəsi yoxdur. Biz niyə koronovirusa qarşı peyvənd hazırlamaq istəmirik? Ümumiyyətlə, bizdə tibb sahəsində elmi araşdırmalar niyə yoxdur? Varsa, hanı o nəticə? Yoxdur. Bütün sahələr də belə. Bildiyimə görə, Elmin İnkişafı Fondu var. Neçə illərdir yaranıb. Bu fondun fəaliyyətinin nəticəsi nə olub? Nələri maliyyələşdiriliblər, onları səhiflərindən görə bilərik. Amma bilmək istəyirəm ki, konkret hansı nəticələr var və o nəticələr sizin, bizim, xalqımızın firavan, rahat yaşaması üçün hansı rolu oynayıb? Hansı elmi nəticələr var və biz bu elmi məhsullarla dünya bazarına çıxmışıqmı?".

Deputat bildirib ki, bu, vacib məsələdir:

"Təklif edirəm ki, Elmin İnkişafı Fondunun səlahiyyətli şəxslərini Parlamentə dəvət edək və onlar bizi də məlumatlandırsınlar. Jurnalistlərə təklif edirəm ki, araşdırma aparsınlar, nəticəsini dərc etsinlər. Bəlkə ciddi uğurlar var, biz məlumatsızıq. Hər bir şagird potensial savada malik olmalıdır. Gəlin bir məktəb seçək və istənilən bir sinfə daxil olub şagirdlərin bilik səviyyəsini yoxlayaq. 30 nəfər şagirdin içindən bir-iki nəfər fərqlənəcək. Savad deyilən məsələ bitmək üzrədir. Bu, həyəcan təbilini çalıram və deyirəm ki, orta məktəblərdə təhsilin səviyyəsi qalxmasa, bu ölkə heç zaman normal yaşaya bilməyəcək.

Müəllimlərin çoxunun heç dərs keçmək, öz üzərində işləmək həvəsi də yoxdur. Birinci növbədə, büdcəmiz imkan verən kimi müəllimlərə dövlət qulluqçusu statusu verilməlidir. Ölkədə yaşlıların təhsili də vacibdir. Biz normal, rifah içində və təhlükəsiz yaşamaq istəyiriksə, təhsilimiz və səhiyyəmiz ən üst səviyyədə olmalıdır. Yeni nazirdən gözləntilər çoxdur, amma bu məsələ bir nazirlə həll olunası deyil. Buraya ciddi dövlət intervensiyası və maliyyəsi lazımdır. Peşə təhsili ilə bağlı müəyyən işlər görülüb. Amma bunlar dənizdə damladır. Valideynlər çalışır ki, övladları ali təhsil məktəbinə daxil olsun, təki diplom alsın. Diplomlu savadsıza çevrilirlər. 8-ci sinifdən bilik, dünyagörüşü, həvəs, istedad qiymətləndirilməli və sınaqdan çıxmayanlar peşə məktəblərinə yönləndirilməlidir. Nə olsun ki, bir şagird 11-ci sinfi qurtarıb attestat alacaq. Məgər kağız-kuğuz, diplom, əzbərçilik nəyisə həll edir? Biz mütəxəssislər, kadrlar yetişdirməliyik. Bunun üçün hər bir şagirdə fərdi yanaşma olmalıdır, ciddi maliyyə lazımdır və mütləq bunu təmin etməliyik.

Mətbuatdan oxuyuram ki, bir nəfər mütəxəssisi müsahibə ediblər və deyir ki, kəşflərim var, maliyyəm yoxdur. Biri deyir təyyarə düzəltmişəm, biri deyir vertolyot, biri deyir avtomobil, biri deyir yeni informasiya dalğası, biri deyir peyk və s. Yazıqlar sənəd əlində o qapını -bu qapını gəzirlər, görüşüdükləri adamlar da yəqin onlara ürəyində gülür ki, başı xarab olub. Çünki, İQ-su onu qavramağa çatmır.

Bunun üçün də start up fondları olmalıdır. Bu cür insanları maliyyələşdirmək vacibdir. Batırsa maliyyə batsın. Məgər bütün layihələr uğurlu olur? Bu insanların beyinlərinin məhsulunu materiyaya çevirmək üçün vəsaitləri olmalıdır. Belə ixtiraçılara sadələşmiş maliyyə mexanizmi olmalıdır. Ya mövcud fondlar onlara vəsait ayırsın, ya da ayrıca bir Fond yaradılsın ki, ixtiraçılar öz ixtiralarını həyata keçirmək üçün maliyyə mənbəyi əldə edə bilsinlər. Biz nə qədər xarici istehsaldan və texnologiyadan asılı olmalıyıq?”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır? - KİV
Bu gün, 15:01
"Səni axtarıram"da qadın elə rəqs etdi ki, ekspert zalı tərk etdi - VİDEO
Bu gün, 14:59
"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır - AÇIQLAMA
Bu gün, 14:53
Ölkəmiz Somalidə faydalı layihələr icra edəcək - ŞƏRH
Bu gün, 14:51
Azərbaycan və Somali beynəlxalq qurumlarda bir-birinə dəstək nümayiş etdirirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 14:50
Rusiya Azərbaycan ilə Ermənistan arasında necə vasitəçilik edə bilər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Qarabağın erməni əhalisi qayıda bilər - AMMA...
Bu gün, 13:58
1,60 manata satılan benzin əslində “Aİ-92”dir? – Azərbaycanda “Aİ-95” istehsal olunmayıb
Bu gün, 13:12
"SOCAR-ın bu əmrini müsbət hesab etmək olar, amma..." - NHMT sədri
Bu gün, 13:10
Əməkdar artist aparıcını məhkəməyə verdi
Bu gün, 13:06
Bakıda qadını maşın vurdu, digəri üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Bu gün, 13:04
Ermənistanda Avrasiya Kino Akademiyasının yaradılması haqqında saziş qüvvədən düşüb - KİV
Bu gün, 12:57
Ermənistanın müdafiə naziri Almaniyaya getdi
Bu gün, 12:50
Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... - İLGİNC GƏLİŞMƏ
Bu gün, 12:42
Məhkəmə dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behişti ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:38
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:37
Texniki Universitetin rektoru İTTİHAM OLUNUR - "Sonrada deyirlər elm niyə inkişaf etmir?"
Bu gün, 12:34
İnsult keçirən Xalq artisti Fatma Mahmudova xəstəxanadan evə buraxılıb
Bu gün, 12:31
Baboşun fanatı kimi ad çıxarmış iş adamı indi də ŞANTAJA KEÇİB... - MÜRACİƏT
Bu gün, 12:27
Cavidan Xalq artistinin cavabını BELƏ VERDİ
Bu gün, 12:14
"Hikmət və Ziya kimi Cavidan da teatrdan qovulmalıdır" - ŞOK SÖZLƏR
Bu gün, 12:06
Tehran ballistik raket proqramını yeni mərhələyə çıxarır - Bəs nüvə necə olacaq?
Bu gün, 12:01
Aşıq Zülfiyyə restoranını satışa çıxartdı - özü AÇIQLADI
Bu gün, 11:59
Bakı şəhərində kommunal layihənin tətbiqi uğurla davam edir - FOTO
Bu gün, 11:52
"O müğənnisən ki, erməni mahnısı ilə TANINDIN" - VİDEO
Bu gün, 11:48
İrəvan Universitetində “Qarabağ Azərbaycandır” şüarı: - erməni müəllimdən cəsarətli addım
Bu gün, 11:46
Kimlər deyirsə ki, Erkin Qədirli məni qəbul etmir... - Natiq Cəfərli DANIŞDI
Bu gün, 11:43
"İsrail İrana qarşı hücuma hazırlaşır" - WP
Bu gün, 11:39
Mütəllibovun Bakatinə məktubu: Görün, nə yazılbmış! - TAM MƏTN
Bu gün, 11:36
Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb... - "Əvvəllər belə deyildi, az qatırdılar..."
Bu gün, 11:26
Prezidentin təsdiqlədiyi saziş: - Rusiyanın əsas ümid yeri olan o dəhlizin inkişafını nəzərdə tutur
Bu gün, 11:21
Görün, nəyə görə yardım verməyiblər... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:19
Azərbaycan Ermənistandan tam təzminat tələb edir - RƏSMİ
Bu gün, 11:12
Gecə işığı yanan məktəblər araşdırılmalıdır - "Repetitor ovu" üçün təkliflər
Bu gün, 11:00
“Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Bu gün, 10:56
“Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı - DETALLAR
Bu gün, 10:51
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - GƏLİŞMƏ
Bu gün, 10:49
90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI - TƏFƏRRÜAT
Bu gün, 10:46
SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır
Bu gün, 10:43
"Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 10:38
Tramp Ukraynanı “təhvil” verir? - Bloomberg
Bu gün, 10:33
Qızılın qiymətində növbəti rekord – 160 manatı keçdi
Bu gün, 10:29
Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək - Xaçikyan
Bu gün, 10:26
Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. - İNCƏLƏMƏ
Bu gün, 10:22
Emin Ağalarov konsert verəcək - "Özünə bir qəpik də almır"
Bu gün, 10:18
Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... - QALMAQAL
Bu gün, 10:16
Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? - AÇIQLAMA
Bu gün, 10:05
Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu - BUNA GÖRƏ...
Bu gün, 10:02
Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR - VİDEO
Bu gün, 09:57
Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? - Görün onu il yarımdır harada saxlayırlar
Bu gün, 09:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru