Akopyanın köməkçisi Qətərdə “mini”də .....                     Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır .....                     Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu .....                     "Yanında tonqal qalanmışdı" .....                     Arabir yağıntı olacağı ehtimalı var .....                     Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. .....                     Tramp hamını AYAĞINA GƏTİZDİRİR... .....                     "Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" .....                     İlyas İsmayılovun vəziyyəti necədir? .....                     Rusiyanın ölkəmizdəki RUPORU .....                     Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni arvadını boşadı .....                     Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub .....                     Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib .....                     Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə .....                     “Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar” .....                     Tehran qaranlığa qərq oldu, .....                     Paşinyan yazdı, ermənicə "sülh" istədi .....                     Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq .....                     Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə .....                     Bakı və Moskva arasında söz davası qızışır .....                     İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır .....                     USAID-in baş inspektoru işdən çıxarıldı .....                     BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` .....                     İrəvanın “silahlara nəzarət edək” kələyi .....                     "Repetitorluq təhsilimizə böyük problem yaradır" .....                     "The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: .....                     Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: .....                     “Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…” .....                     Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb .....                     Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? .....                     BDU-nun baş müəllimi vəfat edib .....                     Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq .....                     Bakıda Narkoloji Dispanserdə FACİƏ: .....                     “Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” .....                     Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı .....                     Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər .....                     Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib .....                     UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? .....                     Üçuşaqlı ailələrə müjdə .....                     1085-ci gün: Rusiyanın itkiləri yeniləndi .....                 

"Bizdə ”təhlükəsizlik yastığı“ kifayət qədər qalındır" - deputat
Tarix: 11-03-2020, 09:38 | Çap et
"Bizdə ”təhlükəsizlik yastığı“ kifayət qədər qalındır"
Dünya iqtisadiyyatının artım tempini ciddi şəkildə zədələyən koronavirus epidemiyası xammal bazarlarını daha kəskin “vurur”. Virus səbəbilə neft bazarında yaranmış problemlər OPEK+ çərçivəsində hasilatın azaldılmasına dair danışıqlar iflasa uğradıqdan sonra daha da dərinləşib. Nəticədə həftənin ilk iş günündə neftin qiyməti 32 dollaradək düşüb, səhm bazarları 10 faizə yaxın ucuzlaşmaya məruz qalıb.

Baş verənlər neft hasilatçısı olan Azərbaycanda həyəcanla izlənməkdədir. Neft qiymətlərinin kəskin enişi ölkə iqtisadiyyatına necə təsir edəcək? 2015-ci ildəki kimi, devalvasiya təhlükəsi varmı? Bu və digər suallarımıza iqtisadçı-alim, Milli Məclisin üzvü Əli Məsimlidən cavab aldıq. Onunla müsahibəni təqdim edirik.

- Əli bəy, koronavirus təhlükəsi neft bazarında ciddi problemlərə səbəb oldu. OPEK+ formatı da faktiki olaraq dağıldı. Bu şəraitdə neftin qiyməti təhlükəli həddə qədər düşüb. Bu, Azərbaycan üçün hansı təhdidlər formalaşdırır?

- Koronavirus və onun ətrafında gedən proseslərin nəticəsində Azərbaycanın üzləşə biləcəyi çətinlikləri əsasən 2 istiqamətdə qruplaşdırmaq olar: Birincisi, koronavirus və onun ətrafında gedən proseslərin katalizator rolu oynayıb qlobal iqtisadiyyatda mövcud olan, son illər isə “ticarət müharibəsi” ucbatından bir qədər də mürəkkəbləşən və təhlükəli məcraya yönəlməyə başlayan mənfi meyllərin daha da kəskinləşməsi kontekstindən; bizə qonşu və daha çox ticarət etdiyimiz ölkələrdə, məsələn Rusiyada və Türkiyədə və İranda vəziyyətin kəskinləşməsi, onların milli valyutalarını dəyərsizləşməsi, ticarət imkanlarımızın məhdudlaşması və sair kontekstindən və bir də neftin qiymətinin kəskin surətdə aşağı düşməsi və koronavirusun katalizator rolunu oynaya bilməsi kontekstindən yanaşmaq lazımdır.

Bu özünü dünya bazarında neftin qiymətinin aşağı düşməsi, fond bazarındakı təlatümlər, aktivlərin qiymətlərinin aşağı enməsi, qlobal iqtisadiyyatda artım templərinin daha da yavaşıması, sosial problemlərin kəskinləşməsi və sair istiqamətində göstərə bilər. İkinci istiqamət isə birinci istiqamətlə sıx əlaqədar olaraq iqtisadiyyatımızın öz problemlərinin kəskinləşməsi ilə real, maliyyə və sosial sektorlarda mənfi meyllərin güclənməsi vasitəsilə özünü göstərə bilər.

- Martın 6-da Rusiya ilə OPEK arasında hasilatın daha da endirilməsi barədə razılaşma əldə olunmadı. Amma analitiklər belə bir razılaşmanın olacağına inanırlar. Sizcə, razılaşma olmasa və aşağı qiymətlər davam etsə, Azərbaycanda proseslər necə inkişaf edəcək?

- Rusiya ilə OPEC+ çərçivəsində neft hasilatının azaldılması ilə bağlı razılaşma əldə olunmadıqdan sonra Səudiyyə Ərəbistanının neft istehsalını rekord səviyyələrə qədər qaldırmaq yolu ilə elan etdiyi qiymət müharibəsinin fəsadları həm dünya maliyyə böhranının yeni dalğası kimi, həm də iqtisadiyyatı neftdən asılı ölkələr üçün ciddi fəsadlar törədir. Martın 9-da dünya bazarında neftin qiyməti 30 dolların ətrafına endi. Neftin bu il 20 dollaradək düşə biləcəyi xəbərdarlıqları edilib.

Azərbaycan iqtisadiyyatı neftdən asılı ölkələr sırasına aid olduğundan, dünya bazarında neftin qiymətinin bu cür kəskin surətdə aşağı düşməsi, eləcə də onun “multiplikativ effekti” bir qədər az-bir qədər çox olmaq şərtilə, ölkəmizin iqtisadiyyatının bütün tərəflərinə - həm real, həm maliyyə, həm də sosial sektoruna mənfi təsir edəcək. Təbii ki, bu il neftin qiyməti ilboyu 9 martdakı kimi aşağı səviyyədə - 30 dolların ətrafında olmayacaq. Amma böyük ehtimalla, Azərbaycanın büdcə proqnozlarında götürüldüyü 55 dollardan kəskin fərqlənən səviyyədə yüksək də olmayacaq. Bu halda 2020-ci ildə ölkəmizdə ÜDM-in artımı rəsmi proqnozlarda nəzərdə tutulan 3,6 faiz səviyyəsindən aşağı olacaq. Neft ÜDM-nin 1,6 faiz artacağı proqnozlaşdırılmışdı, amma əksinə, yəni bu sahədə də enmə olacaq. Qeyri-neft sektorunda 3,8 faiz faiz artım proqnozlaşdırılıb. Əgər nəzərə alsaq ki, bizdə qeyri-neft sektorunun inkişaf templəri əsasən birbaşa neft sektorundan nə dərəcədə “qidalanmasından” asılıdır, onda 2015-ci ilin təcrübəsindən çıxış edərək demək olar ki, neftin qiymətinin enməsi, qeyri-neft sektoruna, xüsusən də tikinti, turizm və sair sahələrə ciddi təsir edəcək.

Bundan əlavə, bu il xarici sərmayələrin 24 faiz artacağı proqnozlaşdırılmışdı, amma dollar ifadəsində enmə ehtimalı böyükdür.

- Dövlət büdcəsində hər hansı problem yarana bilərmi? Prinsipcə, hökumət bu ilin büdcəsinin neftin cari qiymətlərindən mühafizə olunduğunu açıqlamışdı...

- 2020-ci ilin dövlət büdcəsinin 24 milyard manatın üstündə olan gəlirlərinin 13,5 milyard manatı və ya 56 faizinin neft amili hesabına formalaşdırılması proqnozlaşdırılıb. Bunun 11 milyard 350 milyon manatı və ya büdcənin sırf neft payının 84 faizi Dövlət Neft Fondundan transfertlər hesabına olacaq. Əgər nəzərə alsaq ki, neftin qiymətinin necə dollar olmasından asılı olmayaraq, hökumət büdcə üzrə götürdüyü sosial öhdəlikləri yerinə yetirəcək, onda neftin qiymətinin enməsi Dövlət Neft Fondundan büdcəyə transfertlərə təsir etməyəcək. Dünya bazarında neftin qiymətinin 55 dollar olması şəraitində Azərbaycanın Dövlət Neft Şirkəti və xarici şirkətlərin büdcəyə ödəyəcəyi vəsait isə 2 milyard manatın üstündə, yəni büdcə gəlirlərinin cəmi 9 faizi səviyyəsində bir rəqəmlə ifadə olunur. Həmin vəsait fonunda Dövlət Neft Şirkətinin və Azərbaycanda fəaliyyət göstərən əməliyyat şirkətlərinin büdcəyə köçürmələri azalacaq. Belə bir şəraitdə 2020-ci ildə dünya bazarında neftin orta qiyməti 50 dollar olarsa, bu, büdcənin gəlirlərini 1 faizə qədər, 40 dollar olarsa - 2,5 faiz, 30 dollar olarsa - 4 faiz azalda bilər. Amma bunun multiplikativ effekti büdcənin bir sıra digər gəlir maddələrindən daxilolmalara da mənfi təsir edəcək. Bununla belə, dövlət büdcəsi elə qurulub ki, neftin qiymətinin enməsinin büdcəyə elə bir ciddi təsiri olmayacaq.

- Hansı sahələrdə daha çox itkilərimiz ola bilər? İnsanları ən çox narahat edən devalvasiyadır. Bu ehtimal nə qədər böyükdür?

- Əsas ixrac məhsulumuz neft-qaz olduğundan, ən ciddi təsir neft gəlirlərimizə, xüsusən də Dövlət Neft Fondunun gəlirlərinə və tədiyyə balansına olacaq. Rəsmi proqnozlara görə, 2020-ci ildə tədiyyə balansının cari hesablarında 2,5 milyard dollar ətrafında müsbət saldo gözlənilirdi... Neftin qiyməti kəskin surətdə aşağı düşsə və orta illik rəqəm 40 dollar ətrafında olsa, onda bu nisbət saldo mənfiyə doğru dəyişə bilər. Tədiyyə balansında vəziyyətin gərginləşməsi isə manata təzyiqi artıracaq. Amma bu, hələ manatın devalvasiyası anlamına gələn vəziyyət deyil...

Yenə rəsmi proqnozlara görə, bu il 4,6 faiz inflyasiya gözlənilir. Təhlillər nəticəsində bu qənaətə gəlmək olar ki, bu il inflyasiya proqnozlaşdırıldığından yüksək ola bilər, amma kəskin inflyasiya gözlənilmir. İnflyasiya yalnız manatın devalvasiyası baş versə, kəskinləşə bilər. Azərbaycan iqtisadiyyatının qlobal şoklara müqavimət göstərə bilmək imkanı bir sıra məqamlarına görə zəif olduğundan, arzuolunan səviyyədə olmasa da, bir sıra məqamlarına görə orta səviyyədədir. Əgər hansısa ölkənin istehlakında idxalın payı 30 faizdən, o cümlədən ərzaq idxalının payı 25 faizdən çoxdursa, bu, həmin ölkə üçün iqtisadi təhlükəsizlik meyarları baxımından təhdid yaradır. Koronavirus və onun ətrafında gedən proseslər nəticəsində ticarət əlaqələrinin zəifləməsi Azərbaycana təhdid səviyyəsində təsir edə bilməsə də, bu sahədə mənfi təsir göstərə bilər. Çünki bu sahədə Azərbaycanın qlobal şoklardan asılılığı daha güclüdür. Ona görə də yerli istehsalın inkişafına mane olan inhisarçılıq meyllərini silib atmaq lazımdır ki, ölkənin hərtərəfli sosial- iqtisadi tərəqqisinə buxovları açılsın!

- Əli bəy, baş verənlərin maliyyə bazarına təsirləri nə qədər güclü olacaq? Bank sektorunda 2014-2015-ci ildəki böhran təkrarlana bilərmi?

- Azərbaycanın maliyyə bazarının dünya maliyyə bazarı ilə birbaşa inteqrasiyası zəif olduğundan, dünyada bu sahədə gedən təhlükəli meyl və proseslərin bizə birbaşa təsiri də zəifdir. Amma bu amilin Dövlət Neft Fondunun səhmlərinə təsir vasitəsilə bu sahədə bizə dolayısı mənfi təsir də olacaq. Ümumiyyətlə, yanaşdıqda isə vəziyyətdən az itki ilə çıxmaqda əhəmiyyətli rol daha çox qlobal şoklara müqavimət göstərə bilmək sahəsində daha mühüm rol oynayan təhlükəsizlik yastığı ilə bağlıdır. Bizdə “təhlükəsizlik yastığı” kifayət qədər qalındır və qlobal şoklara müqavimət göstərmək üçün yetərli səviyyədədir. Amma 2015-ci ilin acı təcrübəsi də var... Ona görə də yenə də kəskinləşmə başlasa, hər şey resurslardan nə dərəcədə çevik, qənaətlə və səmərəli istifadə etməkdən, o cümlədən həmin “təhlükəsizlik yastığı”ndan nə dərəcədə çevik, şəffaf, hesabatlı və dövlətin mənafelərinin reallaşdırılması baxımından istifadə edilməsindən asılı olacaq. Eyni zamanda həm də unutmaq olmaz ki, belə şəraitdə ən böyük zərbəni “neftin qiymət şoku” ilə yanaşı, həm də “panika şoku” vasitəsilə ala bilərik. Ona görə də qətiyyən panikaya düşmək və hadisələrin arxasınca sürünmək olmaz. Eyni zamanda ehtimal oluna bilən təlatümlərin, ən azından gözlənilən mənfi meyllərin qarşısını almaqdan ötrü Maliyyə Sabitliyi Şurası və digər aidiyyəti qurumlar təcili surətdə Səfərbərlik Ssenarisi üzrə fəaliyyətə başlamalı və ölkədə makroiqtisadi sabitliyin və dayanıqlığın qorunub saxlanılması üçün əlavə tədbirlər görməlidir.

Ümid edirik ki, yaranmış vəziyyətdən az itki ilə çıxmaqdan ötrü, hökumət bütün mümkün resursları səfərbər edəcək, gözlənilən vəziyyətlərlə bağlı müxtəlif ssenarilər hazırlayacaq və konkret situasiyadan asılı olaraq müvafiq ssenari üzrə addımlar atacaq.

- Konkret hansı addımların atılmasını zəruri hesab edirsiniz?

- İslahatları dərinləşdirmək, stimullaşdırıcı tədbirlər vasitəsilə sərmayə qoyuluşlarının ÜDM-in 20 faizindən aşağı düşən səviyyəsini 25 faizdən yüksəyə qaldırmaq, onun strukturunu əsaslı surətdə təkmilləşdirib təmir-tikintiyə üstünlük vermək variantından qabaqcıl texnika və texnologiyalara üstünlük vermək variantına keçmək; sərmayə qoyuluşlarından istifadənin səmərəliliyini əsaslı surətdə artırmaq; ölkədə iqtisadi artım templərini orta dünya göstəricisindən yüksəyə qaldırmaq və yavaşımış artım trayektoriyasından sürətli artım trayektoriyasına keçmək istiqamətində təsirli tədbirlər görmək; idxalı əvəz edən məhsullar istehsalını genişləndirmək, qeyri-neft ixracını artırmaq və bu əsasda həm idxaldan asılılığı xeyli azaltmaq, həm də manatın neftdən asılılığını zəiflətmək lazımdır!
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Akopyanın köməkçisi Qətərdə “mini”də - FOTO
Bu gün, 13:00
Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır - ŞƏRH
Bu gün, 12:54
Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu - İLGİNC FAKTLAR...
Bu gün, 12:42
"Yanında tonqal qalanmışdı" - Hindistanlı turistin qalıqlarını tapan şəxs DANIŞDI
Bu gün, 12:39
Arabir yağıntı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:34
Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 12:32
Tramp hamını AYAĞINA GƏTİZDİRİR... - GƏLİŞMƏ
Bu gün, 12:26
"Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" - xalq şairi
Bu gün, 12:22
İlyas İsmayılovun vəziyyəti necədir? - Yeni açıqlama
Bu gün, 12:18
Rusiyanın ölkəmizdəki RUPORU - “Sputnik Azərbaycan”la bağlı SENSASİON FAKTLAR
Bu gün, 12:14
Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni arvadını boşadı - Şok olay
Bu gün, 12:10
Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub - İsrafil Kərimovun yazısı
Bu gün, 12:07
Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib - ADLAR
Bu gün, 12:04
Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə iki nəfər həbs edilib
Bu gün, 12:00
“Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar” - ÇAĞIRIŞ
Bu gün, 11:59
Tehran qaranlığa qərq oldu, əhali etiraza qalxdı
Bu gün, 11:57
Paşinyan yazdı, ermənicə "sülh" istədi - NƏ BAŞ VERİR?
Bu gün, 11:50
Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq - Rüstəmyan
Bu gün, 11:48
Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə - TƏMİN ETDİ
Bu gün, 11:44
Bakı və Moskva arasında söz davası qızışır - Eurasia.net
Bu gün, 11:43
İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır - HANSI GÜNƏ?
Bu gün, 11:39
USAID-in baş inspektoru işdən çıxarıldı -Tənqidi hesabatın nəticəsi
Bu gün, 11:35
BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` - NARAZILIQ VAR...
Bu gün, 11:33
İrəvanın “silahlara nəzarət edək” kələyi - AKTUAL
Bu gün, 11:27
"Repetitorluq təhsilimizə böyük problem yaradır" - deputat
Bu gün, 11:25
"The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: - 1 cümləsi doğrudur...
Bu gün, 11:23
Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: - "Gəzirdim..."
Bu gün, 11:21
“Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…”
Bu gün, 11:16
Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb
Bu gün, 11:00
Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? - ŞİKAYƏT VAR...
Bu gün, 10:55
BDU-nun baş müəllimi vəfat edib
Bu gün, 10:52
Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq
Bu gün, 10:51
Bakıda Narkoloji Dispanserdə FACİƏ: - xəstə yıxılıb öldü
Bu gün, 10:44
“Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:36
Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 10:34
Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər - “Türkiyə” qəzeti
Bu gün, 10:31
Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib
Bu gün, 10:29
UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? - Məzunlar MURADLARINA YETƏCƏKMİ?
Bu gün, 10:26
Üçuşaqlı ailələrə müjdə - Onlara nə qədər "uşaqpulu" veriləcək?
Bu gün, 10:17
1085-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:05
Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib küçədə QAN TÖKDÜ
Bu gün, 10:02
Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? - ARAŞDIRMA
Bu gün, 09:59
Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:53
AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb - SİYAHI
Bu gün, 09:42
“Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” - Hüseyn Abdullayevin anası
Bu gün, 09:28
Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı QƏRAR
Bu gün, 09:25
AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... - FOTO
Bu gün, 09:22
BU VURHAVURDA... YAP niyə susur ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:10
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək
Bu gün, 09:08
“Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi - SENSASİON GERÇƏKLƏR
Bu gün, 09:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru