"Yanında tonqal qalanmışdı" .....                     Arabir yağıntı olacağı ehtimalı var .....                     Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. .....                     Tramp hamını AYAĞINA GƏTİZDİRİR... .....                     "Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" .....                     İlyas İsmayılovun vəziyyəti necədir? .....                     Rusiyanın ölkəmizdəki RUPORU .....                     Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni arvadını boşadı .....                     Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub .....                     Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib .....                     Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə .....                     “Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar” .....                     Tehran qaranlığa qərq oldu, .....                     Paşinyan yazdı, ermənicə "sülh" istədi .....                     Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq .....                     Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə .....                     Bakı və Moskva arasında söz davası qızışır .....                     İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır .....                     USAID-in baş inspektoru işdən çıxarıldı .....                     BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` .....                     İrəvanın “silahlara nəzarət edək” kələyi .....                     "Repetitorluq təhsilimizə böyük problem yaradır" .....                     "The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: .....                     Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: .....                     “Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…” .....                     Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb .....                     Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? .....                     BDU-nun baş müəllimi vəfat edib .....                     Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq .....                     Bakıda Narkoloji Dispanserdə FACİƏ: .....                     “Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” .....                     Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı .....                     Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər .....                     Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib .....                     UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? .....                     Üçuşaqlı ailələrə müjdə .....                     1085-ci gün: Rusiyanın itkiləri yeniləndi .....                     Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib .....                     Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? .....                     Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. .....                 

“Partiya sədri haranı tapşırsa, orada olacam” - deputat
Tarix: 7-03-2020, 10:19 | Çap et
“Partiya sədri haranı tapşırsa, orada olacam”
“Yeni Müsavat”ın bu dəfəki müsahibi Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzovdur. YAP funksioneri ilə gündəmdə olan əsas məsələləri müzakirə etdik.

- Siyavuş bəy, Konstitusiya Məhkəməsi martın 5-də seçkilərə yekun vurdu. Öncəliklə bu qərarı necə dəyərləndirərdiniz?

- Öncəliklə onu qeyd edim ki, Azərbaycanda parlament seçkilərinin keçirilməsi üçün tam münbit bir şərait yaradılmışdı. Şəffaf, ədalətli, demokratik seçki keçirildi. Həm ictimai-siyasi vəziyyət, həm də ictimai-siyasi sabitlik mövcud idi. Hər bir namizəd üçün bərabər şərait yaradılmışdı. Bunun nəticəsi olaraq, Azərbaycanda 20-dən artıq qeydiyyatdan keçmiş siyasi partiya və xeyli sayda ölkə vətəndaşı öz hüquqlarından istifadə edərək, seçki prosesinə qoşuldu. Təbii ki, seçkidə müəyyən olunmuş 125 yer var. Bu sayda şəxs seçilməli idi. Bütün dünyada belədir ki, seçilməyənlərdən narazı olanlar da olur, razı qalanlar da. Bu, aydın məsələdir. Kimin şikayəti var idisə, bunu etmək üçün hər cür şərait namizədlərə yaradılmışdı. Bunun nəticəsində 300-dən artıq məntəqə ləğv olundu, 4 dairənin nəticələri ləğv edildi. Tam şəkildə araşdırmalar aparıldı. Şikayət edən tərəfin iştirakı ilə bu araşdırma getdi. MSK 4 dairəni ləğv etdi, digərlərini təsdiq etmək üçün Konstitusiya Məhkəməsinə göndərdi. Bu məhkəmə də öz qərarı ilə nəticələri təsdiqlədi. Yenə də kiminsə şikayəti qalıbsa, hüquqi müstəvidə bunu davam etdirə bilər. Azərbaycan hüquqi bir dövlətdir. Burada qanunun aliliyi hamı üçün bərabərdir. Hər şey faktlar, qanun çərçivəsində olmalıdır. Söz söhbətlərə ehtiyac yoxdur. Kiminsə səsini telefona yazdırdılar, buna da hüquqi qiymət verildi.

- 4 dairə üzrə təkrar seçkilərin nə zaman keçiriləcəyini düşünürsüz?

- Adətən təkrar seçkilər iki aydan sonra baş tutur. İndi prezident nə zaman münasib biləcəksə, seçki gününü təyin edəcək. Vətəndaşlar da yenə azad şəkildə iştirak edəcəklər.

- Qeyd edirsiniz ki, seçkilər demokratik şəkildə keçirildi. Bəs MSK-nin qarşısında günlərlə keçirilən aksiya nə idi?

- Etiraz edən ilk növbədə özünə sual verməlidir ki, mən niyə seçilməmişəm. Mən Azərbaycanda seçki praktikası üzrə həm Amerikada, həm də Avropanın bir sıra ölkələrində müxalifət partiyalarının bir çoxunun nümayəndələri ilə birlikdə 1995-ci ildən bu tərəfə kurslar keçmişəm. Seçki prosesini çox gözəl bilirəm, nəzəri və praktiki hissələrdən ibarətdir. Nəzəri qanunvericiliklə nəzərdə tutulur, praktiki seçki prosesidir. Seçkiyə qatılmaq üçün hər bir namizəd düşünməlidir ki, hansı dairədən qatılım və niyə? Bu sual qarşıya qoyulmalıdır. Bəlkə yaşadığın yerdə birinci elə qonşuların əleyhinədir. Bunun tədqiqatını aparmısan ya yox? Bu kənddə doğulmusan deyə, düşünə bilməz ki, camaat gəlib mütləq sənə səs verəcək. Bu düşüncə tərzindən insanlar uzaq olmalıdır. Əgər qarşısına məqsəd qoyubsa ki, namizədliyini irəli sürüb seçilsin, ilk növbədə tədqiqat aparıb dəqiqləşdirməlidir ki, hansı dairədən səs ala bilər. Dairə var ki, orada gənc istəyirlər, yaşlı istəyən dairə də var, yaxud dairə var ki, orada qadının deputat olmasını istəyirlər. Bütün bunların hamısı tədqiqatın nəticəsidir. Seçkiyə bir il qalmış gərək o tədqiqatı aparasan ki, haradan namizədliyini verəcəyini müəyyən edəsən. Seçki elan olundu, görüm bu dairədə nə var, nə yox, düşüncəsi ilə prosesə qatılmaq olmaz. Bu xaricilərin də gülüş obyektinə çevrilir. MSK-nın qarşısında etiraz edənlər məhz bu xarakterə sahib insanlar idilər. Bir-iki dənə yazı yazır, adını qoyur bloger. Bu yazını kim oxuyub oxumayıb özü bilər, yaxud dostları ona səs verib-verməyiblər, bunu da özü bilər. Bəlkə birinin dostları heç o dairənin ərazisində yaşamır? Sən prezident seçkilərində iştirak etmirsən ki. Dairə üzrə gəlib səs verirlər. Bu baxımdan onların praktiki təcrübələri çox az idi.

Digər əsas şərt ondan ibarətdir ki, seçkiyə komanda ilə getmək lazımdır. Onların bir çoxunu gördüm ki, hətta iki nəfər səlahiyyətli nümayəndə təyin etməyə adamları yox idi. Özü DSK-ya aparıb sənədlərini təqdim edir. Halbuki namizədin səlahiyyətli nümayəndəsi bunu etməlidir. Doğrudur, namizədin özünün bunu etməsinə qadağa yoxdur. Amma demək, bu iki nəfər tapa bilmir ki, sənədləşmə işini aparsın. 450 imzanı toplamaq üçün azı 10 nəfər tələb olunur. Amma namizədin özü qapı-qapı düşüb imza toplayır. Deməli, komandası yoxdur. Belə olan təqdirdə hansı qələbədən danışa bilər? İstənilən partiyanın nümayəndəsi gəlsin, üzbəüz debatda onları başa salım. Azından 35 məntəqədir və hərəsində bir müşahidəçi təyin etməlisən - əgər seçkiyə nəzarət etmək istəyirsənsə. Bir müşahidəçi düşüb oradan-ora, buradan-bura əlində telefon çəkə-çəkə gedir. Müşahidəçi seçki məntəqəsi açılanda gəlir, bağlananda gedir. Hansı detala əl atsalar, bunlarda qələbə üçün bir işartı belə yox idi. Bu baxımdan o adamlar xalqın onlara nə üçün səs vermədiklərini düşünməlidirlər. Vətəndaş gəlib deyir ki, sənə axı niyə səs verməliyəm, əsaslandır.

- Müxalif namizədlərin bir kəsimi “Xalq parlamenti” yaradır...

- Belə şeylər çox olub. Son 30 ildə buna az şahidlik etməmişik. Vaxtilə SİDSUH, müvəqqəti, alternativ hökumət, alternativ parlament və s. yaradıblar. Bunlar bir aylıq işlərdir.

- 236 nəfər də seçkilərin ləğvi tələbi ilə sənəd hazırlayıb, imza atıblar.

- Bu, normal haldır. 2500-dən çox insan namizəd olmaq üçün müraciət etdi. Təxminən 1800-ə yaxın insan qeydiyyatdan keçdi. Onlarda da bəziləri başqasının xeyrinə geri çəkildilər, təxminən 1400-ə yaxın insan seçki günündə iştirak etdi. Hər dairə üzrə təxmini 12-13 nəfər mübarizə apardı. Onlardan da biri seçilməli idi. Bunların sırasında narazıların olması gözlənilən idi. Amerikada konqresmenlər, senatorlar iki müraciət hazırlayırlar. Biri seçicilərə təşəkkür edir, digəri seçkilərin saxtalaşdırıldığını deyirlər.

- Parlamentin ilk iclasının təxminən nə vaxt keçiriləcəyi gözlənilir?

- Konstitusiya Məhkəməsi təsdiq edəndən son bir həftə ərzində iclas keçirilməlidir. Burada prosedur qaydalar var. Hazır olan kimi parlament öz işinə başlayacaq.

- Siyavuş Novruzov Milli Məclisin spikerliyinə, yaxud vitse-spikerliyinə iddialıdırmı?

- Mən partiya nümayəndəsiyəm. Partiya sədri haranı tapşırsa, orada olacam. Bizdə partiya intizamı var. Sədr nə göstəriş, tapşırıq verirsə, can-başla yerinə yetirməyə hazırıq.

- Şəxsiniz olmasa da, namizədləriniz varmı?

- Bu seçkilərdə qalib gələn tərəf Yeni Azərbaycan Partiyasıdır. Buna uyğun olaraq, parlament rəhbərliyinin böyük əksəriyyəti partiyamızdan formalaşaq. Bu da partiya sədrimizin tövsiyələri əsasında olacaq.

- YAP-da bu məsələlər müzakirə olunubmu?

- Bu, artıq bizim daxili məsələmizdir.

- “Freedom House” günlər öncə Azərbaycanı “Azad olmayan ölkələr” sırasına saldı, Türkmənistan, Tacikistanla bir yerə...

- Buna gözlə baxmaq lazımdır. Azərbaycanla adını çəkdiyiniz dövlətlər tərəzinin eyni gözündədir? Birinci saxtakarlıq elə oradan başlayır. Bu və ya digər beynəlxalq təşkilatlar 30 ilə yaxındır ki, Azərbaycan haqqında qərəzli mövqedən çıxış edirlər. Burada da əsas məqsəd təzyiq göstərməkdir. Ayrı-ayrı firmaların burada güzəştli şəkildə iş almaları və digər məsələlərdə təzyiq metodundan istifadə edirlər. Bunu edən təşkilatların idarə heyətlərində ermənilər, yaxud erməni mənşəli şəxslər təmsil olunurlar. Onlara Azərbaycanın bu cür inkişafı sərf etmir. Yaxınlarda cənab prezident İtaliyaya səfər etdi və 28 sənəd imzalandı. Bu və ya digər bu kimi göstəricilər ölkəmizə bariz nümunədir. Onlar nə yazırlarsa, yazsınlar. Elə hesab edin ki, Mübariz Əhmədoğlu yazır ki, Amerikada demokratiya yoxdur. Bu, eyni şeydir.

- Bugünlərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin ölkədəki siyasi partiyalarla görüşləri baş tutmaqdadır. Bu iqtidar-müxalifət dialoquna gedən yolun başlanğıcıdır?

- Prezident Administrasiyasında yeni struktur formalaşıb. Siyasi partiyalarla işlə Ədalət Vəliyev məşğuldur. Siyasi partiyaların bir-bir rəylərini, fikirlərini alır, arzularını, istəklərini öyrənir. Bunlar toplum şəklində hazırlanır. Elə sahə var ki, orada parlamentin qərarına ehtiyac olacaq. Elə sahə olacaq ki, cənab prezidentin sərəncamına böyük ehtiyac duyulur. Yəni hər birinin müxtəlif təklif və istəkləri var. Burada sivil qaydada münasibətlərin qurulmasından söhbət gedir.

Müxalifət düşmənçilik demək deyil, alternativ təklif, fikir deməkdir. Bütün bunlar danışıqlar əsasında ortalıqda olur. Bunlar olmadan bir-birinə mətbuat və ya digər vasitələrlə müraciət etmək mümkün deyil axı. Təbii ki, burada o biri partiyaları monopoliyaya alıb, özlərinin böyük olduğunu göstərməyə çalışanlar var. Əslində onlar da dərnəkdir. Partiya seçkilərdə iştirak edib, alternativ təkliflər verir, kadr bazası formalaşdırır. Bunların işi orada-burada etiraz aksiyaları, piketlər keçirməkdir. 30 ildir eyni işlə məşğulsunuz. Bu məsələləri qurtarın.

- Seçki prosesi dövründə DTX tərəfindən icra başçıları səviyyəsində həbslər oldu. Bu hansı proseslərin başlanğıcı idi?

- Cənab prezident belə məmurlarla bağlı konkret fikirlərini bildirdi ki, xalqın malına toxunan, mənimsəyən, vətəndaşları incidən, onların haqq səsinə qulaq asmayan, öz vəzifə borcunu yerinə yetirməyən şəxslər kimliyindən asılı olmayaraq cəzalandırılacaq. Burada heç bir güzəşt ola bilməz. Hamı qanun qarşısında bərabərdir.

- Neftçalanın icra başçısı 31 yaşlı Mirhəsən Seyidov təyin olundu ki, bu da bir sıra müzakirələr doğurdu. Əsas da yaşına görə...

- Heç kəs doğulanda icra başçısı doğulmur. İllərlə o vəzifə üçün yetişir. Bu gün gənclərə yol açılır. Onlara özlərini göstərmək üçün şərait yaradılır. Bəzi ölkələr var ki, qəfil gəncləşmə həyata keçirilir. Bu da çox böyük kataklizmlərə gətirib çıxarırdı. Ölkəmizdə bu təkamül yolu ilə gedir. Strukturlarda gəncləşmə prosesi getməkdədir. Bu davamlı olacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Yanında tonqal qalanmışdı" - Hindistanlı turistin qalıqlarını tapan şəxs DANIŞDI
Bu gün, 12:39
Arabir yağıntı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:34
Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 12:32
Tramp hamını AYAĞINA GƏTİZDİRİR... - GƏLİŞMƏ
Bu gün, 12:26
"Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" - xalq şairi
Bu gün, 12:22
İlyas İsmayılovun vəziyyəti necədir? - Yeni açıqlama
Bu gün, 12:18
Rusiyanın ölkəmizdəki RUPORU - “Sputnik Azərbaycan”la bağlı SENSASİON FAKTLAR
Bu gün, 12:14
Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni arvadını boşadı - Şok olay
Bu gün, 12:10
Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub - İsrafil Kərimovun yazısı
Bu gün, 12:07
Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib - ADLAR
Bu gün, 12:04
Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə iki nəfər həbs edilib
Bu gün, 12:00
“Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar” - ÇAĞIRIŞ
Bu gün, 11:59
Tehran qaranlığa qərq oldu, əhali etiraza qalxdı
Bu gün, 11:57
Paşinyan yazdı, ermənicə "sülh" istədi - NƏ BAŞ VERİR?
Bu gün, 11:50
Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq - Rüstəmyan
Bu gün, 11:48
Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə - TƏMİN ETDİ
Bu gün, 11:44
Bakı və Moskva arasında söz davası qızışır - Eurasia.net
Bu gün, 11:43
İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır - HANSI GÜNƏ?
Bu gün, 11:39
USAID-in baş inspektoru işdən çıxarıldı -Tənqidi hesabatın nəticəsi
Bu gün, 11:35
BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` - NARAZILIQ VAR...
Bu gün, 11:33
İrəvanın “silahlara nəzarət edək” kələyi - AKTUAL
Bu gün, 11:27
"Repetitorluq təhsilimizə böyük problem yaradır" - deputat
Bu gün, 11:25
"The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: - 1 cümləsi doğrudur...
Bu gün, 11:23
Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: - "Gəzirdim..."
Bu gün, 11:21
“Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…”
Bu gün, 11:16
Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb
Bu gün, 11:00
Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? - ŞİKAYƏT VAR...
Bu gün, 10:55
BDU-nun baş müəllimi vəfat edib
Bu gün, 10:52
Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq
Bu gün, 10:51
Bakıda Narkoloji Dispanserdə FACİƏ: - xəstə yıxılıb öldü
Bu gün, 10:44
“Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:36
Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 10:34
Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər - “Türkiyə” qəzeti
Bu gün, 10:31
Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib
Bu gün, 10:29
UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? - Məzunlar MURADLARINA YETƏCƏKMİ?
Bu gün, 10:26
Üçuşaqlı ailələrə müjdə - Onlara nə qədər "uşaqpulu" veriləcək?
Bu gün, 10:17
1085-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:05
Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib küçədə QAN TÖKDÜ
Bu gün, 10:02
Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? - ARAŞDIRMA
Bu gün, 09:59
Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:53
AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb - SİYAHI
Bu gün, 09:42
“Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” - Hüseyn Abdullayevin anası
Bu gün, 09:28
Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı QƏRAR
Bu gün, 09:25
AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... - FOTO
Bu gün, 09:22
BU VURHAVURDA... YAP niyə susur ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:10
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək
Bu gün, 09:08
“Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi - SENSASİON GERÇƏKLƏR
Bu gün, 09:07
Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib
Bu gün, 09:06
AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. - İTTİHAM VAR...
Bu gün, 08:55
“Mingəçevir Bazar” QSC-nin - SƏHMDARLRI TOPLANIR
Bu gün, 08:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru