Rusiyadakı azərbaycanlılara təhdid varmı? .....                     Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu .....                     Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu .....                     Akopyanın köməkçisi Qətərdə “mini”də .....                     Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır .....                     Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu .....                     "Yanında tonqal qalanmışdı" .....                     Arabir yağıntı olacağı ehtimalı var .....                     Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. .....                     Tramp hamını AYAĞINA GƏTİZDİRİR... .....                     "Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" .....                     İlyas İsmayılovun vəziyyəti necədir? .....                     Rusiyanın ölkəmizdəki RUPORU .....                     Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni arvadını boşadı .....                     Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub .....                     Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib .....                     Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə .....                     “Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar” .....                     Tehran qaranlığa qərq oldu, .....                     Paşinyan yazdı, ermənicə "sülh" istədi .....                     Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq .....                     Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə .....                     Bakı və Moskva arasında söz davası qızışır .....                     İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır .....                     USAID-in baş inspektoru işdən çıxarıldı .....                     BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` .....                     İrəvanın “silahlara nəzarət edək” kələyi .....                     "Repetitorluq təhsilimizə böyük problem yaradır" .....                     "The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: .....                     Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: .....                     “Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…” .....                     Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb .....                     Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? .....                     BDU-nun baş müəllimi vəfat edib .....                     Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq .....                     Bakıda Narkoloji Dispanserdə FACİƏ: .....                     “Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” .....                     Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı .....                     Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər .....                     Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib .....                 

"Dedi-qodu yaratmaq, bunu ictimai rəyə yönəltmək doğru deyil" - deputat
Tarix: 4-03-2020, 08:45 | Çap et
"Dedi-qodu yaratmaq, bunu ictimai rəyə yönəltmək doğru deyil"
Bir neçə həftə əvvəl Çinin Uhan şəhərindən koronavirus xəbərləri gələndə, ölənlərin sayının artdığını oxuyanda Azərbaycan cəmiyyəti gedişatı hələ sakit qarşılayırdı. Dünyanın çinlilərə qapılarını bağlamağa başlaması, aviareyslərin dayandırılması da bizi hürkütmürdü.

Fikirləşirdik ki, uzaq Şərqi Asiyada, 1, 5 milyard əhalisi olan ölkədə yayılmış epidemiyadan bizə nə, onsuz da çox uzağıq, bura gələnə qədər havalar istiləşəcək, viruslar məhv olacaq. Amma sən saydığını say, gör koronavirus nə saydı...

İldırım sürəti ilə sərhədlərimizə yaxınlaşan bu fəlakət ən çox gediş-gəliş, tranzit, ticarət olan qonşumuz İranı yaxaladı.

Və nəinki cənub qonşumuzda virusa yoluxanlar var, artıq ölənlərin sayı 77-yə çatıb, hətta ali dini rəhbər Əli Xameneinin müşaviri koronavirusdan dünyasını dəyişib, 23 deputat da yoluxub, ölkədə isə gərginlik, panika var.

Buna qədər İraq, Küveyt ilk addımları atmışdı, sərhədləri bağlamışdı, sonra Türkiyə və digər sərhəd ölkələr də İranla əlaqəni kəsdilər. Sosial media fəalları Azərbaycan tərəfinin də bu addımı atmasını tələb edirdi.

Nəhayət, virusun arxasındakı qlobal təhlükənin miqyasını gördükdən sonra ötən həftə İranla sərhədimiz rəsmən bağlandı.

Əslində gediş-gəliş tamamilə məhdudlaşdırılmışdı, bu sətirlərin müəllifi sərhəddə olarkən özü görmüşdü.

Sadəcə, vəziyyətin getdikcə dramatikləşməsi Azərbaycanı İranla əlaqəni rəsmən dayandırmağa vadar etdi. Amma bu da yetərli olmadı: Gürcüstan və Belarus sərhədlərində Azərbaycandan gedən vətəndaşlarda koronavirus aşkarlanması, sonra 1 Rusiya, iki Azərbaycan vətəndaşında ölkəmizin hüdudlarında koronavirus tapılması, hazırda onların xüsusi karantində saxlanmaları istər rəsmi strukturları, istərsə də cəmiyyəti silkələdi.

Ona görə də martın 2-də Nazirlər Kabinetinin cəmiyyətdən gələn sosial sifarişi qulaqardı etməməsi, bütün təhsil müəssisələrində müvəqqəti dərsləri dayandırması yerində verilmiş qərar idi.

Çünki yüksək inkişaf etmiş, öz resurslarına, tibbi potensialına, texniki imkanlarına güvənən ölkələr belə koronavirus isterikası yaşamaqdadırlar.

Hazırda Yaponiya, Cənubi Koreya kimi dövlətlər, habelə Fransa, İtaliya, Almaniya kimi nəhəng Qərb ölkələri, o cümlədən ABŞ, Rusiya və s. yerlər koronavirusla bağlı bütün qabaqlayıcı tədbirləri görməkdədirlər.

Son 24 saat ərzində Ermənistan, Çexiya, Dominikan Respublikası, Lüksemburq, İslandiya və İndoneziyada koronavirus xəstəliyinə ilk yoluxma halları qeydə alınıb.

Odur ki, cənub qonşusu İranda koronavirusdan ölənlər olan Azərbaycanın da kompleks profilaktik tədbirləri görməsi, məktəblərdə dərsləri dayandırması, dezinfeksiya işləri həyata keçirilməsi qaçılmaz idi.

Yeri gəlmişkən, Azərbaycanda son illərdə ilk dəfə təhsil ocaqlarında tədris dayandırılır. Düzdür, 2019-cu ildə güclü külək səbəbindən 1-2 günlük tətil olmuşdu, amma koronavirus bütün bağça, orta və ali məktəblərin bağlanmasına səbəb oldu.

Martın 3-də verilən xəbərə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 160 ümumi təhsil müəssisəsində koronavirusa qarşı dezinfeksiya işləri aparılıb. Digər təhsil müəssisələrində isə dezinfeksiya işlərinin aparılması davam etdirilir.

Deputat Fazil Mustafanın “Yeni Müsavat”a bildirdiyinə görə, bütün bunlar Azərbaycanın iradəsi ilə ölçülmür. Onun sözlərinə görə, koronavirus beynəlxalq təhlükədir və biz özümüzdən yeni heç nə icad etməmişik, sadəcə, profilaktik tədbirlər görmək üçün dünya praktikasını tətbiq edirik.

“Əgər qonşuluqdakı Gürcüstanı, Türkiyəni, İranı bu epidemiya bürüyürsə, biz məcburi olaraq qabaqlayıcı addımlar atmalıyıq. Yəni burada qeyri-adi hər hansı ixtira həyata keçirmirik, dünya təcrübəsindən istifadə edirik.

Hesab edirəm ki, dedi-qodu yaratmaq, bunu ictimai rəyə yönəltmək doğru deyil. Biz dövlətin səhiyyə qurumlarına güvənməliyik.

Çünki Azərbaycan özündən virus icad etməyib, dünyanın üzləşdiyi təhlükə ilə hamı kimi mübarizə aparır.

Ona görə də TƏBİB və digər tibb orqanlarına etibar etmək lazımdır, irad və narahatlıq axtarmaq lazım deyil", -deyə deputat qeyd etdi.

F.Mustafa məktəblərin dayanmasını düzgün qərar kimi qiymətləndirir: “Ola bilsin ki, təhlükə üçün ciddi əsas yoxdur. Amma biz profilaktik tədbirlər görməsək, məktəblərdə dərsləri dayandırmasaq, deyəcəkdilər ki, vaxtında niyə addım atmadınız. O baxımdan düzgün qərar verilib. Biz cəmiyyət olaraq sistemli mübarizə aparmalıyıq, laqeyd qalmamalıyıq”.

Qüdrət Həsənquliyev: “Qorxu mühiti yaradıb insanlara gərginlik yaşatmayaq”

BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin sözlərinə görə, Fövqəladə Hallar və Səhiyyə nazirlikləri virusun geniş yayılmasının qarşısının alınması üçün lazımi addımları atır.

O bildirib ki, bəzi şəxslərin virusla bağlı atılan addımlara görə Çini nümunə göstərməsi doğru yanaşma deyil: “Virusun mənbəyi Çindir, bizdə o qədər yayılmayıb ki, o miqyasda tədbirlər də görülsün.

Bundan başqa, Çin dünyanın müasir texnologiyaya malik, güclü sənayesi olan, inkişaf etmiş super dövlətlərindən biridir. Ona görə də bəzi adamların siyasi məqsədlərlə bizi Çinlə müqayisə etməsi yanlışdır.

Ən başlıcası, şayiələr yaymaqla qorxu mühiti yaradıb insanların gərginlik yaşamasına imkan vermək olmaz. Stress immuniteti aşağı saldığı üçün insanların xəstəliklərə yoluxma ehtimalını da kəskin artırır. Ona görə də gigeyinik qaydalara ciddi əməl olunmalı, kənar şəxslərlə ehtiyac olmadığı təqdirdə təmaslardan qaçmaq, xarici səfərlərdən imtina etmək lazımdır".

Kamran Əsədov: “Məktəblilər fürsətdən istifadə edib əyləncə mərkəzlərinə getməməlidirlər”

Təhsil eksperti Kamran Əsədov isə Axar.az-a deyib ki, pedaqoji təcrübəyə görə, dərs günlərinin müddətinə 15 gündən artıq tətil əlavə edilərsə, yay tətili günlərində həmin tətil dərslərlə əvəz edilməlidir: “Ancaq burada məqam fərqlidir. Elan edilən tətil müddəti 15 gündən azdır, yəni cəmi dördgünlükdür. Yenə də maraqlıdır ki, bu 4 gün hansı günlərlə əvəz olunacaq? Apreldə heç bir tətil və bayram günü yoxdur. Bu səbəbdən itirilmiş günləri bərpa etmək məqsədilə həftəsonu məktəblərdə dərs günü elan edilə bilər. Başqa bir versiya isə dərslərin birləşdirilməsidir”.

Ekspert bildirib ki, məktəblilər fürsətdən istifadə edib əyləncə mərkəzlərinə getməməlidirlər. Qeyd edək ki, dünyada koronavirusdan 3043 nəfər ölüb.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyadakı azərbaycanlılara təhdid varmı? - Diaspor sədrindən CAVAB
Bu gün, 13:09
Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu - ƏMR
Bu gün, 13:08
Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05
Akopyanın köməkçisi Qətərdə “mini”də - FOTO
Bu gün, 13:00
Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır - ŞƏRH
Bu gün, 12:54
Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu - İLGİNC FAKTLAR...
Bu gün, 12:42
"Yanında tonqal qalanmışdı" - Hindistanlı turistin qalıqlarını tapan şəxs DANIŞDI
Bu gün, 12:39
Arabir yağıntı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:34
Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 12:32
Tramp hamını AYAĞINA GƏTİZDİRİR... - GƏLİŞMƏ
Bu gün, 12:26
"Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" - xalq şairi
Bu gün, 12:22
İlyas İsmayılovun vəziyyəti necədir? - Yeni açıqlama
Bu gün, 12:18
Rusiyanın ölkəmizdəki RUPORU - “Sputnik Azərbaycan”la bağlı SENSASİON FAKTLAR
Bu gün, 12:14
Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni arvadını boşadı - Şok olay
Bu gün, 12:10
Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub - İsrafil Kərimovun yazısı
Bu gün, 12:07
Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib - ADLAR
Bu gün, 12:04
Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə iki nəfər həbs edilib
Bu gün, 12:00
“Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar” - ÇAĞIRIŞ
Bu gün, 11:59
Tehran qaranlığa qərq oldu, əhali etiraza qalxdı
Bu gün, 11:57
Paşinyan yazdı, ermənicə "sülh" istədi - NƏ BAŞ VERİR?
Bu gün, 11:50
Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq - Rüstəmyan
Bu gün, 11:48
Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə - TƏMİN ETDİ
Bu gün, 11:44
Bakı və Moskva arasında söz davası qızışır - Eurasia.net
Bu gün, 11:43
İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır - HANSI GÜNƏ?
Bu gün, 11:39
USAID-in baş inspektoru işdən çıxarıldı -Tənqidi hesabatın nəticəsi
Bu gün, 11:35
BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` - NARAZILIQ VAR...
Bu gün, 11:33
İrəvanın “silahlara nəzarət edək” kələyi - AKTUAL
Bu gün, 11:27
"Repetitorluq təhsilimizə böyük problem yaradır" - deputat
Bu gün, 11:25
"The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: - 1 cümləsi doğrudur...
Bu gün, 11:23
Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: - "Gəzirdim..."
Bu gün, 11:21
“Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…”
Bu gün, 11:16
Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb
Bu gün, 11:00
Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? - ŞİKAYƏT VAR...
Bu gün, 10:55
BDU-nun baş müəllimi vəfat edib
Bu gün, 10:52
Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq
Bu gün, 10:51
Bakıda Narkoloji Dispanserdə FACİƏ: - xəstə yıxılıb öldü
Bu gün, 10:44
“Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:36
Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 10:34
Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər - “Türkiyə” qəzeti
Bu gün, 10:31
Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib
Bu gün, 10:29
UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? - Məzunlar MURADLARINA YETƏCƏKMİ?
Bu gün, 10:26
Üçuşaqlı ailələrə müjdə - Onlara nə qədər "uşaqpulu" veriləcək?
Bu gün, 10:17
1085-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:05
Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib küçədə QAN TÖKDÜ
Bu gün, 10:02
Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? - ARAŞDIRMA
Bu gün, 09:59
Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:53
AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb - SİYAHI
Bu gün, 09:42
“Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” - Hüseyn Abdullayevin anası
Bu gün, 09:28
Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı QƏRAR
Bu gün, 09:25
AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... - FOTO
Bu gün, 09:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru