Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər .....                     Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir .....                     “Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” .....                     Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU .....                     "Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." .....                     “Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? .....                     Rusiya elitasında parçalanma: .....                     İranın ümidi Trampla danışıqlara qalıb .....                     “Azərbaycanın narahatlığı üçün əsaslar var: .....                     Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... .....                     Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? .....                     Həsən Şeyx Mahmud bu gün Azərbaycana .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! .....                     Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır .....                     Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır .....                     Ömürlük məhkum həbsxanada özünü öldürdü .....                     Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb .....                     MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... .....                     “Əks halda ana canlı yayımda intihar edəcək” .....                     Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır .....                     Həkimlərə saxta sertifikatları kim verib? .....                     “Ona necə inanmağıma özüm də mat qalmışam...” .....                     Rəşad Dağlı əfv sərəncamına düşə bilər .....                     Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir .....                     Ermənilərlə NECƏ DİL TAPAQ?.. .....                     Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir .....                     Adı kütləvi təcavüzdə hallanan “McDonald's”ın satışları azaldı .....                     Azərbaycanda fəaliyyətimizi dayandırmaq üçün tədbirlər görürük .....                     Öz “ayağına” güllə atan Rusiya .....                     Aeroport yolunda maşınları saxladıb 50 manat istəyir: "Qazi"dir .....                     Rosaviasiya İsrailə gecə uçuşlarına qoyulan qadağanı uzadıb .....                     Lənkəranın icra başçısı ona sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirib .....                     “Nə Tramp, nə Zelenski! .....                     İndi növbə saxta diş həkimlərinindir... .....                     Sülh müqaviləsi Rusiya ərazisində imzalanmayacaq .....                     Atası müstəntiqi öldürüb Azərbaycana qaçırdı, oğlu da polisi döydü .....                     Rusiya şəbəkəsinin üzvü olan Elçin Həsənovun əmlaklarının siyahısı .....                     "Mənəm e, Paşinyan": .....                     Bakıda “Rus evi”nin yerləşdiyi binadakı lövhə və yazılar sökülür .....                 

“Azərbaycanda istirahət yerləri bahadır və o imkanım yoxdur ki, həmin qiymətə burada dincəlim” - deputat
Tarix: 27-08-2019, 08:24 | Çap et
“Azərbaycanda istirahət yerləri bahadır və o imkanım yoxdur ki, həmin qiymətə burada dincəlim”
Ərəb turistlərin Azərbaycana ayaq açması ölkədə eybəcərlikləri üzə çıxarıb. Onların özlərini pinti, görməmiş kimi aparması, ölkədə bəzi işbazların isə ərəbləri “soğan qabığı” kimi soyması sanki bir-birinə adekvatdır.

Son günlərdə ərəb turistlərlə bağlı yayılan xəbərlər də mənzərəni çılpaqlığı ilə ortaya qoyur. Birində polisin verdiyi məlumata görə, Bakıda evə qadın gətirən iki ərəb turist çarpayıda şam yandırarkən yataq yanıb, yanğınsöndürənlər gəlib, digərində isə gecə klubunda ərəbdən 6340 manat hesab alınıb.

Daha əvvəl də “Viaqra” qəbul edən ərəbin hoteldə ölməsi, birinin kirayə götürdüyü evi tör-töküntü vəziyyətdə buraxıb getməsi, digərinin hotelin hovuzunu murdarlaması yaddaqalan hadisələrdir. Paralel olaraq isə ərəb turistlərin restoranlarda, barlarda, taksidə aldadılması barədə danışılır.

Niyəsə bu cür informasiyalar Azərbaycana gələn iranlı, rus, ukraynalı, avropalı turistlərlə bağlı yayılmır. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə ilə söhbətimizdə ölkənin turizm potensialı, qiymətlər, turistlərə münasibət, ərəblərin davranışı və digər məsələlərə toxunmuşuq. Onun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

- Araz müəllim, Azərbaycanın turizm potensialını necə qiymətləndirirsiniz?

- Azərbaycan çox böyük turizm potensialı var. Ölkəmizin təbiəti, imkanları genişdir, gələn qonaqları da valeh edir. Yəni coğrafi olaraq bəyənilən ölkədir və çox yaxşı dağ turizmi imkanlarımız var. Ancaq bizə mane olan özünü iş adamı adlandıran acgözlərin fəaliyyətidir. Onların tamahı, görməmişliyi imkan vermir ki, normal qiymətlər olsun. Mən imkan olanda istirahətə xaricə gedirəm. Çünki Azərbaycanda istirahət yerləri bahadır və Araz Əlizadənin o imkanı yoxdur ki, həmin qiymətə burada dincəlsin.

- Yəni səbəb yalnız acgözlükdür?

- Əsas səbəb, turizmin inkişafına mane olan hal budur. Məsələn, xaricdə kişi kostyumu 3 min manatdır, bizdə həmin kostyum üzərində 80 faiz endirim olduğu yazılıb. Adama sual verərlər ki, sən kostyumun üstünə nə qədər qoymusan, neçəyə satırsan ki, 80 faiz də endirim edirsən?

Dünya biznesində qəbul olunmuş 10 faiz standartı var. Sən 80 faiz endirim edəndə bu nə qədər edir? Ümumiyyətlə, bu gün biznes mühitində olan adamların çoxu sovet möhtəkirləri kimi düşünürlər. Biznesin, rəqabətin əsas şərti ondan ibarətdir ki, istehlakçıya tərəf müqabili kimi baxmaq lazımdır. Əgər istehlakçı yaxşı yaşasa, biznesmen də yaxşı yaşayar. Bizdə isə acgözlük edirlər, istehlakçıya sağmal kimi baxırlar.

- Tez-tez deyirlər ki, ərəb turistləri Bakıda hər addımbaşı qiymətdə aldadırlar. Bu da həmin acgözlükdən irəli gəlir?

- Əvvəla, Azərbaycana gələn ərəb ölkələrinin vətəndaşlarının əksəriyyəti orta və aşağı təbəqədən olanlardır. Bura varlı ərəblər gəlmirlər. Biz özümüzü onların qarşısında papualı kimi aparırıq, sanki ərəblər də ağ dərilidirlər. Buna görə də qudururlar. Turist qəbul edən ölkə özünü miskin kimi göstərməməlidir. Xarici turist gələn ölkə öz insanına hörmət etməlidir. Həmin ərəblər öz ölkələrində belə qudurğanlıq eləməzlər, Bakıda elədikləri hərəkətlərə qorxularından yol verməzlər.

- Bugünlərdə gecə klubunda ərəbdən 6340 manat hesab alınıb, yazırlar ki, turistə qarşı soyğunçuluq edilib...

- Mən heç də düşünmürəm ki, o ərəb turisti bizimkilər aldadıblar. Görünür, varlı ərəb ələ düşüb, qızlar da fürsətdən istifadə edib ağıllı davranıblar. Bilirsiniz ki, onlar xüsusi öyrədilirlər və axmaq turistləri yoldan çıxarırlar. Bu zaman müştəriyə elə hesab gəlir ki, fantastik olur.

Belə təcrübə dünyada var. Adətən restoran sahibi qızları öyrədir, bu vaxt qızların qabağına su, müştəriyə spirtli içkilər gətirilir. Sonra hesabda hər şey öz əksini tapır. Bu cür hallar Türkiyədə, ərəb ölkələrində, Avropada tez-tez yaşanır. Həmin qızların gecə klubunda vəzifəsi bundan ibarətdir. Təkcə Azərbaycana şamil etmək olmaz.

- Sizcə, turistin aldadılması turizmə zərbə deyilmi?

- Mən yenə deyirəm ki, biz özümüzü gözdən salırıq. Mən neçə dəfə məsələ qaldırmışam ki, Azərbaycanda sulu qəlyan qadağan olunsun. Hər dəfə deyirəm ki, axı ərəbin sulu qəlyanı sevməsi nəyimə gərəkdir, burada söhbət millətin səhhətindən gedir. Həmin sulu qəlyanlar sağlamlığa ciddi şəkildə ziyandır. Amma nəticəsi yoxdur.

İnsanlar bilməlidirlər ki, sulu qəlyan verilən yerlərdə onun təkcə müştüyü dəyişir, rezin boru dəyişmir və qətran ora yığılır. Üstəlik, sulu qəlyan çəkəndə ona narkotik əlavə etmək asandır. İndi xalqın sağlamlığına hansı zərər vurduğunu özünüz düşünün. Məni ərəbin burada sulu qəlyan sevməsi deyil, xalqımın səhhəti maraqlandırır. Biz bunlardan çəkinməliyik.

- Yeri gəlmişkən, şəhərin mərkəzində gecələr ərəb müştəri axtaran fahişələrlə bağlı narazılıq edilir, hətta bir neçə həmkarınız etirazını bildirib. Sizin bu məsələ ilə bağlı mövqeyiniz nədən ibarətdir?

- Birinci növbədə hər ailə öz qızını elə tərbiyə etməlidir ki, onun övladı özünü pula satmasın. Amma belələri bu yolun qulluqçusudur. Hər şey evdən, tərbiyədən asılıdır.

İkincisi, sən hansı ölkəyə gedirsənsə, onun qanunlarına tabe olmalısan, adət-ənənəyə riayət etməlisən. Əks təqdirdə, həmin dövlətdə “persona non-qrata” (arzuolunmaz şəxs - E.S.) elan olunursan. O ərəblərin öz ölkəsində, Dubayda açıq şəkildə belə hərəkətə yol vermək olmaz. Bütün bunlar ondan irəli gəlir ki, bizim bəzi insanlar özünü tez alçaldırlar, pul görəndə mənliyini, insafını itirir...

- Ərəb burada qiymətlərdə soyğunçuluq görəndən sonra bir də Bakıya gələrmi, sizcə, bir-iki il sonra onların ayağı Azərbaycandan kəsiləcəkmi?

- Mən inanmıram ki, onların bura axını azalsın. Çünki özləri Qərbin köləsi olublar və ölkələrinə gedəndə bir-birinə deyirlər ki, get, bu ölkədə köləliyi görəcəksən.

- Axı burada amerikalı, rusiyalı, avropalı turist özünü belə aparmır...

- Rus ayrı, ərəb ayrıdır. Onları bir cərgəyə qoymaq olmaz.

- Siz söhbətin əvvəlində qiymətlərin bahalığını qeyd elədiniz, kimlərdir bunu edənlər?

- Mən 10 ildir deyirəm ki, Azərbaycanda tənzimlənən bazar iqtisadiyyatına keçilməlidir. Prezident hər dəfə əmək haqlarında artım edəndə qiymətlər qalxır. Bu da oliqarxların, möhtəkirlərin ölkəyə verdiyi “bəxşişdir”.

Baxın, bu il minimum əmək haqları bir dəfə 50 faiz, ikinci dəfə 40 faiz artırıldı. Prezident sağ olsun ki, maaşları, təqaüdləri artırır, amma qiymət qalxır. Adicə Qurban bayramı oldu, ət bahalaşdı. Biznesmen istehlakçını soymaq fikrindədir, ona tərəf müqabili kimi müraciət etmir. Mən həmişə deyirəm ki, hər yanvarda qiymət dondurulmalıdır, inflyasiyaya baxılmalıdır. Əgər 4 faiz inflyasiya varsa, qiymətləri qaldırırsan, daha 10-12 faiz olanda yox da... Mən danışanda deyirlər ki, bazar iqtisadiyyatıdır. Axı bazar tənzimlənmir. Mən parlamentdə, çox yerdə bu məsələləri qaldırmışam.

Nəzərə almaq lazımdır ki, biz sovet sistemindən çıxmışıq. Biznesmenləri vətəndaşlarımıza hörmət qoymağa məcbur etməliyik. Əvvəllər deyilirdi ki, Azərbaycana ərzaq kənardan gəlir. İndi çox şükür, hər şey ölkə daxilində istehsal olunur. Bəs niyə qiymət qalxmalıdır?!

- Doğrudan da, yağ, şəkər, makaron, ağartı və s. məhsullar bizdə istehsal olunur, qiymət niyə qalxmalıdır?

- Bayaq dediyim kimi, görməmişlikdir. Parlamentin komitə iclaslarında da bunları demişəm. Amma sonra məni söyürlər. Guya demişəm ki, xalqı soyun, əxlaqsızlıq edin.

- Sizi sosial şəbəkələrdə daha çox tənqid edirlər, söyürlər...

- Sosial şəbəkələrdə haqqımda nə yazılmasının mənə dəxli yoxdur, çünki orada yoxam.

- Niyə qoşulmursunuz?

- Mən avara deyiləm.

- Orada ziyalılar, tanınmış adamlar var...

- Sosial şəbəkədə ağıllı fikir söyləyənlər var, amma onlar azlıq təşkil edirlər. Qalanı həyatında heç nə etməmiş, nailiyyəti olmayan insanlardır. Oturublar feysbukda, hamını söyməyə başlayırlar. Axı siz həyatda nəyə nail olmusunuz? Bəlkə bir yetimə əl tutmusan, ortaya bir əsər yazmısan?! Ümumiyyətlə, sosial şəbəkələr Qərbin kəşfiyyat orqanlarının işidir. Mən niyə FTB və ya FSB üçün işləməliyəm?

Aydın məsələdir ki, sosial şəbəkə yaxşıdır, sən hansısa maraqlı məlumatı oradan tapırsan, bu, gözəldir. Ancaq feysbukda oturub kimisə söymək avaraçılıqdır, acizlik əlamətidir. Məni söymək istəsən iş yerim məlumdur, gəlib üzümə söysünlər. İndi sizə müsahibə verirəm, sabah yenə söyüşə keçəcəklər. Kimlikləri də məlum olmur, ünvanını, ad-soyadını düzgün yazmır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər
Bu gün, 17:19
Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir – ŞƏRH
Bu gün, 17:15
“Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” – ŞOK AÇIQLAMA
Bu gün, 17:13
Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU – “Eldar Mahmudov bütün günü şəhərdə...”
Bu gün, 17:11
"Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." - GƏLİŞMƏ
Bu gün, 17:10
“Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? - Abdin Fərzəliyevlə bağlı ŞOK İDDİA
Bu gün, 17:04
Rusiya elitasında parçalanma: - "Ciddi dəyişikliklər baş verəcək"
Bu gün, 17:02
İranın ümidi Trampla danışıqlara qalıb - “Iran Wire”
Bu gün, 16:58
“Azərbaycanın narahatlığı üçün əsaslar var: - Bu silahlar bizə qarşı istifadə edilə bilər!”
Bu gün, 16:56
Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... - BU FAKTDIR...
Bu gün, 16:53
Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? - AKTUAL
Bu gün, 16:49
Həsən Şeyx Mahmud bu gün Azərbaycana GƏLİR
Bu gün, 16:43
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 16:39
Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! - Bu nə TƏLAŞ... bu nə HƏYƏCAN?..
Bu gün, 16:35
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır - RƏSMİ
Bu gün, 16:31
Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır
Bu gün, 16:28
Ömürlük məhkum həbsxanada özünü öldürdü
Bu gün, 16:23
Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb
Bu gün, 16:19
MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... - İDDİA
Bu gün, 16:18
“Əks halda ana canlı yayımda intihar edəcək” - Kəmalə Ağazadə hədələndi
Bu gün, 16:11
Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır
Bu gün, 16:08
Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Bu gün, 16:06
“Ona necə inanmağıma özüm də mat qalmışam...”
Bu gün, 15:38
Rəşad Dağlı əfv sərəncamına düşə bilər - Detallar AÇIQLANDI
Bu gün, 15:25
Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir - VİDEO
Bu gün, 15:20
Ermənilərlə NECƏ DİL TAPAQ?.. - AKTUAL
Bu gün, 15:14
Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir - İLGİNC
Bu gün, 15:08
Adı kütləvi təcavüzdə hallanan “McDonald's”ın satışları azaldı
Bu gün, 15:02
Azərbaycanda fəaliyyətimizi dayandırmaq üçün tədbirlər görürük - "Rus evi"
Bu gün, 14:58
Öz “ayağına” güllə atan Rusiya – “Türk NATO-su” zərurətə çevrilir
Bu gün, 14:51
Aeroport yolunda maşınları saxladıb 50 manat istəyir: "Qazi"dir - VİDEO
Bu gün, 14:48
Rosaviasiya İsrailə gecə uçuşlarına qoyulan qadağanı uzadıb - KİV
Bu gün, 14:43
Lənkəranın icra başçısı ona sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirib - MƏHKƏMƏ
Bu gün, 14:10
“Nə Tramp, nə Zelenski! – Son sözü xalq deyəcək”
Bu gün, 14:02
İndi növbə saxta diş həkimlərinindir... - Texniklər necə stomatoloji xidmət göstərir?
Bu gün, 14:00
Sülh müqaviləsi Rusiya ərazisində imzalanmayacaq - BU QƏTİDİR!
Bu gün, 13:58
Atası müstəntiqi öldürüb Azərbaycana qaçırdı, oğlu da polisi döydü - HADİSƏ ANI
Bu gün, 13:12
Rusiya şəbəkəsinin üzvü olan Elçin Həsənovun əmlaklarının siyahısı - FOTOLAR
Bu gün, 13:10
"Mənəm e, Paşinyan": - Nikolun Vaşinqton və Paris rəzaləti
Bu gün, 13:05
Bakıda “Rus evi”nin yerləşdiyi binadakı lövhə və yazılar sökülür - FOTO
Bu gün, 13:03
Vəzifələrini itirsələr də, milyonluq sərvətləri kimi yekəxanalıqları da yerindədir... - MƏMMƏDYAROV KİMƏ “QARINAĞRISI” VERİR?
Bu gün, 13:00
Jurnalistlərə qadağa qoyuldu – məhkəmə portalından senzura…
Bu gün, 12:56
“Rus Evi” loqosundan istifadə etməklə saxta məlumat hazırlanması ilə bağlı açıqlama yayıb - "Bu saxta məlumatlara..."
Bu gün, 12:53
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:49
ABŞ Ukraynada sülh planı üzərində işi dayandırıb - “The Telegraph”
Bu gün, 12:48
Saleh Məmmədova yeni müavin təyin edildi - BUNDAN SONRA...
Bu gün, 12:42
Simonyan Putini ittiham etdi
Bu gün, 12:39
Paşinyan elə bilir ki, Əliyev bunu görmür? - Verdyan
Bu gün, 12:36
“Azərbaycan ilə münasibətlərin gərginləşməsi Rusiyadan qaynaqlanır” - ONA GÖRƏ DƏ...
Bu gün, 12:31
Hərbi qulluqçularımız "Qış təlimi-2025"-i uğurla başa vurub - VİDEO
Bu gün, 12:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru