“Etibarlı sülh sazişinin reallaşma ehtimalı azdır” .....                     "Ermənistan sülh çağırışlarına cavab versəydi, .....                     Erməni vandalları İrəvanda azərbaycanlılara məxsus sonuncu izləri də silməyə çalışırlar .....                     “Daşkəsən Dəmir Filiz” 10 min manatlıq dronu 32 min dollara alır: .....                     Hansı müəllimlər işdən azad OLUNACAQ? .....                     Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır .....                     AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası .....                     Anasını söydü, həbs edildi: .....                     Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm .....                     İran və Rusiya susur, Ermənistan silahlanır: .....                     "Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil .....                     Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik .....                     Bakı Ermənistanın hücuma keçməsindən qorxsaydı... .....                     “Ziraat Bank Azərbaycan”a yeni departament rəhbəri təyin edilib .....                     Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? .....                     Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxsləri polis saxladı .....                     Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin olunub .....                     "Dəfələrlə müdriyyətə demişik, amma..." .....                     Restoranlar servisə görə ödəniş tələb edərsə, bu quruma şikayət edin .....                     Moskva Bakı ilə şantaj dili ilə danışmağa başladı .....                     Təhsilimizdə evimizi yıxan məqamlar .....                     “Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır .....                     Müğənni Dəniz Əsədova barəsində yenidən axtarış elan olunub .....                     "Köçəryanın etirafından sonra Ermənistanda .....                     Çağırış edildi: Rusiyaya səfərdən çəkinin .....                     “Valuyevin səsləndirdiyi fikirlər başından aldığı zərbələrin nəticəsidir” .....                     Sərhəddə savaş hazırlığı başladı .....                     “Baboşa”a maşın hədiyyə edən Emin Hüseynovun vergi borcu artır .....                     6 nəfər öz vəzifə borcunu yerinə yetirmədiyi üçün belə bir hadisə olub .....                     Məşhur şərab oliqarxının BAŞI CƏNCƏLDƏ... .....                     Rusiyada yaşayan vəkil azərbaycanlılara çağırış etdi: .....                     “Soyuq müharibə”nin qalibləri “Amerikanın səsi”, “Azadlıq” yolayrıcında: ya arxiv, ya yenilik .....                     Xalq artisti xəstəxanadan EVƏ APARILDI: .....                     Ali Məhkəmə xarici diplomların hansı halda tanınmayacağını açıqlayıb .....                     Xəstə anasını döyə-döyə qətlə yetirən oğul .....                     Daha bir həkim əməliyyat vaxtı canlı yayım açdı .....                     Ukrayna ordusu əks-hücuma keçib .....                     Azərbaycanda bullinqə məruz qalan şagird özünü öldürdü .....                     Şamaxıda avtomat satmaq istəyən şəxs tutulub .....                     Novruz bayramında əfv olacaq? .....                 

ABŞ-ın yeni səfiri müxalifətlə niyə görüşmür - versiyalar
Tarix: 24-04-2019, 08:28 | Çap et
ABŞ-ın yeni səfiri müxalifətlə niyə görüşmür
ABŞ-ın Azərbaycandakı yeni səfiri Örl Litzenberqer martın 7-dən Bakıda fəaliyyətə başladıqdan indiyə qədər prezident İlham Əliyev və hakimiyyətin müxtəlif qollarının təmsilçiləri ilə görüşlər keçirib. Görüşlər hələ də davam edir. Səfir artıq hətta AZAL prezidenti, univeristet rektorları ilə belə görüşür. Lakin müxalifət partiyalarının sədrləri ilə görüşməyib.

Əvvəllər ABŞ səfirləri fəaliyyətə başladıqdan az sonra müxalifət liderləri ilə görüşürdü. Bu dəfə belə bir görüşün olmaması maraq doğurur. Görəsən, müxalifət düşərgəsindəki xoşagəlməz durumun ABŞ səfirinin mövqeyinə təsiri mümkünmü? Eyni zamanda hazırda ABŞ-Azərbaycan münasibətlərinin normal olmasının, Vaşinqtonun bu münasibətləri korlamaq istəməməsinin səfirin müxalifətlə görüşməməsində təsiri ola bilərmi?

Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, ABŞ səfirinin proqramında müxalifət liderləri ilə görüşə yer verilməməsi müxtəlif səbəblərlə bağlı ola bilər: “Əsas səbəblər onunla əlaqədar ola bilər ki, hazırda müxalifət düşərgəsində çalxalanma, siyasi partiyalar və onların liderləri arasında nüfuz savaşı, keçmişə görə ədavət, qarşılıqlı ittihamlar, haqq-hesab çürütmə prosesi xeyli güclənib. Eyni zamanda parlament seçkilərində mandat uğrunda mübarizə ittihamı ilə bəzi siyasi qüvvələr arasında arasıkəsilməz müharibə gedir və savaş səngimir. Bu qüvvələr bir-birini, eləcə də iqtidar onları xaricdən maliyyələşməkdə, habelə xarici anti-Azərbaycan dairələrdən təlimat alıb ölkədə iğtişaş yaratmaqda ittiham edir. Bu zaman ilk növbədə ABŞ-ın adı hallandırılır. Belə bir zamanda ABŞ səfirinin müxalifət qüvvələri ilə görüşməsi vəziyyəti daha da gərginləşdirə, bütün şübhələri fövqəldövlətin üzərinə yönəldə bilər. Ona görə də yeni səfir hələ ki gözləmə mövqeyi tutub.

Digər səbəblərdən biri odur ki, İlham Əliyev islahatlar həyata keçirildiyini bəyan edib, bununla bağlı müvafiq fərmanlar imzalayıb. ABŞ-ın ölkəmizdəki baş diplomatı yəqin ki, belə bir məqamda müxalifətlə görüşmək istəmir və hakimiyyətin islahatlarının gedişatını müşahidə etməyə, nə ilə nəticələnəcəyini gözləməyə üstünlük verir.

Başqa yandan, Azərbaycan Avropa İttifaqı ilə may ayında saziş imzalamaq ərəfəsindədir. Bu məsələyə, bildiyimiz kimi, müxalifət qüvvələrinin də öz fərqli yanaşması var. Məsələn, Əli Kərimli tərəfdarları sazişdə bir sıra müddəalar öz əksini tapmadan onun bağlanmasını məqsədəuyğun hesab etmir, REAL isə əksini düşünür. Belə bir ziddiyyətli dövrdə ola bilsin ki, ABŞ səfiri onlarla görüşməkdən imtina etməklə Azərbaycanın Avropa İttifaqı ilə saziş bağlamasına müdaxilə etmək istəmədiyini göstərir".

Politoloqun ehtimalına görə, Vaşinqton daha mühüm maraqlar səbəbindən Bakı ilə münasibətləri soyuqlaşdırmaq istəmir: “Azərbaycanda BP-nin timsalında İngiltərənin, habelə Rusiyanın, İranın, ”Bir kəmər bir yol" meqalayihəsini həyata keçirən Çinin, Türkiyənin geosiyasi, iqtisadi, ticarət maraqlarının olması sirr deyil. İngiltərə istisna olmaqla, bütün bu ölkələrlə ABŞ-ın gərgin münasibətləri var. Vaşinqton Ermənistan və Ukraynada faktiki üz-üzə dayandığı Rusiya ilə, NATO müttəfiqi kimi ondan üz çevirən Türkiyə ilə, ticarət savaşı apardığı Çinlə, embarqo tətbiq etdiyi İranla Azərbaycanda qarşılaşmaq istəmir və Əliyev iqtidarı ilə yaxşı münasibəti saxlamaqla, müxalifətdən uzaq məsafədə dayanmaqla burada marağı olan böyük dövlətlərin qarşısında öz marağını təsbit etməyə çalışır. O anlayır ki, indiki həssas dövrdə iqtidarla deyil, müxalifətlə işləsə, Vaşinqtonun nəinki Azərbaycandakı, habelə Azərbaycan üzərindən nüfuz dairəsinə daxil etmək istədiyi Cənubi Qafqaz, İran, Xəzər hövzəsi, Mərkəzi Asiya regionundakı mövqeləri xeyli zəifləyə bilər. Hər zaman bir iqtidarın verə biləcəyi daha çox şey var, nəinki müxalifətin. Vaşinqtondakı bəzi dairələrin planlarına əsasən, müxalifəti iqtidara gətirmək indiki məqamda yalnız “rəngli inqilab” yolu ilə mümkündür ki, Azərbaycanda bunun üçün zəmin yoxdur. Odur ki, ABŞ indiki iqtidarla işləməyə, müxalifətlə görüşüb onu qıcıqlandırmamağa çalışır".

N.Məmmədova hazırkı bəzi radikal müxalifət qüvvələrinə ABŞ-ın əvvəlki kimi etimad bəsləmədiyi faktorunu da fikirlərinə əlavə etdi: “Milli Şuranın Rüstəm İbrahimbəyovu prezidentliyə namizəd və özünün fəxri sədri göstərməsindən sonra oradakı qüvvələrin Rusiya ilə əlaqələri, yeri gəldikdə Rusiya ilə sövdələşməyə gedə biləcəyi ehtimalı Amerikaya onlara inanmağa imkan vermir. Həmçinin REAL-çıların Avropa İttifaqı ilə yaxınlaşmağa çalışması, bir dövr İran səfirliyi ilə təmaslarına görə prokurorluğa çağırılmaları ABŞ səfirini bu yeni özünü müxalifət adlandıran qüvvəyə də artıq şübhə ilə yanaşmağa vadar edə bilər”.

Onu da qeyd edək ki, ABŞ-ın yeni səfiri iki aya yaxındır Azərbaycanda olsa da demokratiya və insan haqları mövzusunda demək olar ki, danışmaması ilə də diqqət çəkir. İki gün öncə isə “Turan” agentliyinin Azərbaycan hakimiyyətinin geniş islahatlar aparılması barədə bəyanatlarını şərh etmək xahişinə cavabında səfir qeyd edib ki, islahatların aparılması səylərindən məmnundur: “Azərbaycan bu sahədə böyük nailiyyət əldə edib, amma Azərbaycan gənc dövlətdir və bu istiqamətdə hələ böyük işlər görülməlidir. Biz ölkədə islahatlar aparılmasını dəstəkləyirik”.

Azərbaycanda söz azadlığı və insan hüquqları sahəsində vəziyyət haqqında suala cavabda səfir qeyd edib ki, bu dəyərlər ABŞ siyasətində çox əhəmiyyətlidir və o, Amerikanın səfiri olaraq Azərbaycanda bu məqsədlərin dəstəklənməsi üçün əlindən gələni edəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Etibarlı sülh sazişinin reallaşma ehtimalı azdır” - FAKT BUDUR!
Bu gün, 19:10
"Ermənistan sülh çağırışlarına cavab versəydi, Qərbdən silah almaq əvəzinə Zəngəzur dəhlizini açardı"
Bu gün, 19:02
Erməni vandalları İrəvanda azərbaycanlılara məxsus sonuncu izləri də silməyə çalışırlar -ŞƏRH
Bu gün, 19:00
“Daşkəsən Dəmir Filiz” 10 min manatlıq dronu 32 min dollara alır: - İcazə verin şübhələnək...
Bu gün, 18:58
Hansı müəllimlər işdən azad OLUNACAQ? – “Sertifikasiyadan kəsilənlərə acımaqdansa...”
Bu gün, 18:04
Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır - GƏLİŞMƏ
Bu gün, 18:00
AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası - Bahəddin Həzi yazır...
Bu gün, 17:53
Anasını söydü, həbs edildi: - "İki oğlum məni evimdən çıxarıb"
Bu gün, 17:51
Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm - Zeynal Usubov məhkəmədə ifadə verib
Bu gün, 17:41
İran və Rusiya susur, Ermənistan silahlanır: - Azərbaycan nə edəcək?
Bu gün, 17:30
"Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil - Sabir Rüstəmxanlı
Bu gün, 17:25
Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik - Səadət Bənənyarlı
Bu gün, 17:24
Bakı Ermənistanın hücuma keçməsindən qorxsaydı... - KİV
Bu gün, 17:22
“Ziraat Bank Azərbaycan”a yeni departament rəhbəri təyin edilib - BUNDAN SONRA...
Bu gün, 17:20
Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? – Paşinyandan açıqlama
Bu gün, 17:18
Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxsləri polis saxladı - FOTO, VİDEO
Bu gün, 17:13
Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin olunub - ƏMR
Bu gün, 17:11
"Dəfələrlə müdriyyətə demişik, amma..." - NARAZILIQ VAR...
Bu gün, 17:09
Restoranlar servisə görə ödəniş tələb edərsə, bu quruma şikayət edin - AÇIQLAMA
Bu gün, 17:01
Moskva Bakı ilə şantaj dili ilə danışmağa başladı - Rusiyanın separatist siyasəti
Bu gün, 17:00
Təhsilimizdə evimizi yıxan məqamlar - "Məktəbləri cəhənnəmə çevirmişik"
Bu gün, 16:56
“Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır
Bu gün, 16:52
Müğənni Dəniz Əsədova barəsində yenidən axtarış elan olunub
Bu gün, 16:51
"Köçəryanın etirafından sonra Ermənistanda siyasətçilərin özünü "qəhrəmanlaşdırma" dönəmi başladı"
Bu gün, 16:39
Çağırış edildi: Rusiyaya səfərdən çəkinin - Sərhədlər bağlana bilər
Bu gün, 16:38
“Valuyevin səsləndirdiyi fikirlər başından aldığı zərbələrin nəticəsidir” - deputat
Bu gün, 16:35
Sərhəddə savaş hazırlığı başladı - Ermənilər hücuma keçir?
Bu gün, 16:33
“Baboşa”a maşın hədiyyə edən Emin Hüseynovun vergi borcu artır - İLGİNC...
Bu gün, 16:31
6 nəfər öz vəzifə borcunu yerinə yetirmədiyi üçün belə bir hadisə olub - Perinatal Mərkəzində yanğınla bağlı sabiq direktor
Bu gün, 16:08
Məşhur şərab oliqarxının BAŞI CƏNCƏLDƏ... - Oğlu axtarışda olan iş adamını qızı məhkəməyə verib
Bu gün, 16:07
Rusiyada yaşayan vəkil azərbaycanlılara çağırış etdi: - "Heç nədən qorxmayın"
Bu gün, 16:01
“Soyuq müharibə”nin qalibləri “Amerikanın səsi”, “Azadlıq” yolayrıcında: ya arxiv, ya yenilik - İNCƏLƏMƏ
Bu gün, 15:57
Xalq artisti xəstəxanadan EVƏ APARILDI: - “Ümid Allahadır”
Bu gün, 15:52
Ali Məhkəmə xarici diplomların hansı halda tanınmayacağını açıqlayıb - AKTUAL
Bu gün, 15:47
Xəstə anasını döyə-döyə qətlə yetirən oğul HƏBSDƏ ÖLDÜ
Bu gün, 15:45
Daha bir həkim əməliyyat vaxtı canlı yayım açdı - VİDEO
Bu gün, 15:38
Ukrayna ordusu əks-hücuma keçib - “Le Figaro”
Bu gün, 15:36
Azərbaycanda bullinqə məruz qalan şagird özünü öldürdü - TƏFƏRRÜAT
Bu gün, 15:30
Şamaxıda avtomat satmaq istəyən şəxs tutulub - FOTO
Bu gün, 15:29
Novruz bayramında əfv olacaq? - Komissiya üzvü danışdı
Bu gün, 15:17
"Mirkamil daşı ətəyindən töksün efirə çıxsın"
Bu gün, 15:14
Azərbaycan-İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib - AÇIQLAMA
Bu gün, 15:09
Quranda din və iman saqqalın uzunluğu ilə yox, elm və əxlaqın zənginliyi ilə ölçülür -İlahiyyatçı
Bu gün, 15:02
Azərbaycan qazının Ukrayna vasitəsi ilə Avropaya nəqli gündəmdədir
Bu gün, 14:59
Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..
Bu gün, 14:57
Alimpaşa Məmmədov Ali Məhkəməyə müraciət edib - Əmlaklarını geri istəyir
Bu gün, 14:52
"Bu gün şəxsi maraqlarına, nəfisinə, cibinə xidmət edən insanların cəmiyyətində yaşayırıq" - ETİRAZ
Bu gün, 14:49
Güney Qafqazı KİM QARIŞDIRIR: Ruslar, yoxsa?.. - GƏLİŞMƏ
Bu gün, 14:46
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub - FOTO
Bu gün, 14:44
İdman zalındakı qətl tərs baxışa görə baş verib: Mərhum öldürüləndə qardaşı yanında olub - TƏFƏRRÜAT
Bu gün, 14:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru