Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi .....                     “Etibarlı sülh sazişinin reallaşma ehtimalı azdır” .....                     "Ermənistan sülh çağırışlarına cavab versəydi, .....                     Erməni vandalları İrəvanda azərbaycanlılara məxsus sonuncu izləri də silməyə çalışırlar .....                     “Daşkəsən Dəmir Filiz” 10 min manatlıq dronu 32 min dollara alır: .....                     Hansı müəllimlər işdən azad OLUNACAQ? .....                     Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır .....                     AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası .....                     Anasını söydü, həbs edildi: .....                     Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm .....                     İran və Rusiya susur, Ermənistan silahlanır: .....                     "Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil .....                     Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik .....                     Bakı Ermənistanın hücuma keçməsindən qorxsaydı... .....                     “Ziraat Bank Azərbaycan”a yeni departament rəhbəri təyin edilib .....                     Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? .....                     Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxsləri polis saxladı .....                     Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin olunub .....                     "Dəfələrlə müdriyyətə demişik, amma..." .....                     Restoranlar servisə görə ödəniş tələb edərsə, bu quruma şikayət edin .....                     Moskva Bakı ilə şantaj dili ilə danışmağa başladı .....                     Təhsilimizdə evimizi yıxan məqamlar .....                     “Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır .....                     Müğənni Dəniz Əsədova barəsində yenidən axtarış elan olunub .....                     "Köçəryanın etirafından sonra Ermənistanda .....                     Çağırış edildi: Rusiyaya səfərdən çəkinin .....                     “Valuyevin səsləndirdiyi fikirlər başından aldığı zərbələrin nəticəsidir” .....                     Sərhəddə savaş hazırlığı başladı .....                     “Baboşa”a maşın hədiyyə edən Emin Hüseynovun vergi borcu artır .....                     6 nəfər öz vəzifə borcunu yerinə yetirmədiyi üçün belə bir hadisə olub .....                     Məşhur şərab oliqarxının BAŞI CƏNCƏLDƏ... .....                     Rusiyada yaşayan vəkil azərbaycanlılara çağırış etdi: .....                     “Soyuq müharibə”nin qalibləri “Amerikanın səsi”, “Azadlıq” yolayrıcında: ya arxiv, ya yenilik .....                     Xalq artisti xəstəxanadan EVƏ APARILDI: .....                     Ali Məhkəmə xarici diplomların hansı halda tanınmayacağını açıqlayıb .....                     Xəstə anasını döyə-döyə qətlə yetirən oğul .....                     Daha bir həkim əməliyyat vaxtı canlı yayım açdı .....                     Ukrayna ordusu əks-hücuma keçib .....                     Azərbaycanda bullinqə məruz qalan şagird özünü öldürdü .....                     Şamaxıda avtomat satmaq istəyən şəxs tutulub .....                 

“Azərbaycan demokratik dünyaya nə qədər yaxınlaşsa, bir o qədər yaxşıdır” - İqbal Ağazadə
Tarix: 18-04-2019, 08:57 | Çap et
 “Azərbaycan demokratik dünyaya nə qədər yaxınlaşsa, bir o qədər yaxşıdır”
Azərbaycanla Avropa Birliyi (AB) arasında bağlanacaq saziş ətrafında gedən müzakirələr böyüyür. Xüsusilə sənədin detallarının açıqlanmaması müəmmalı bir vəziyyət yaradıb. Ərazi bütövlüyümüz məsələsinin bir bənd kimi müqaviləyə salınıb-salınmayacağı yönündə səslənən fikirlər müzakirələrin əsasını təşkil edir.

Detalları məlum olmasa da, saziş cəmiyyətin əksər təbəqələri tərəfindən dəstəklənir. Avropaya sürətli inteqrasiyanın viza və digər məsələlərin həllində mühüm rol oynayacağı vurğulanır.

AĞ Partiya başqanı Tural Abbaslı sazişin Azərbaycanın maraqlarına uyğun olduğunu söylədi: “Əslində bu saziş ətrafında konkret nəsə demək çox çətindir. Çünki hələ də onun mətni ictimailəşdirilməyib. Demək olar ki, sazişin nədən ibarət olduğunu bilən kimsə yoxdur. Bu da öz növbəsində narahatlıq yaradan səbəblərdəndir. Əgər bu müqavilə AB ilə Azərbaycan arasında imzalanırsa və bu razılaşma bu və ya digər formada Azərbaycan xalqının taleyinə, yaşamına təsir edəcəksə, bu barədə ictimaiyyət tam məlumatlı olmalıdır. Biz siyasilər və siyasi partiyalar bu haqda danışanda ancaq indiyə qədərki digər dövlətlərlə olan sazişlərə istinad edirik. Sonra da məlum olur ki, sən demə, Azərbaycanla imzalanacaq müqavilə digər dövlətlər Ukrayna, Gürcüstan, Moldova və sairləri ilə bağlanılan müqavilələrdən fərqlidir. Fərqin nədən ibarət olması ilə bağlı da əsas səslənən nüanslar Azərbaycanın ərazi bütövlüyü və insan haqları sahəsində olduğu deyilir. Təbii ki, bu məlumatlar qeyri-rəsmi xarakterlidir.

Durumun bu vəziyyətdə olmasının səbəbi də hakimiyyətin müqavilə mətnini xalqdan gizlətməsidir. Təbii ki, mən də düşünürəm ki, bu sazişin imzalanması Azərbaycanın maraqlarına uyğundur. Azərbaycanın da inkişaf etmiş ölkələrin yolu ilə gedərək, öz qanunlarını, iqtisadi yanaşmalarını, təhsilimizi, səhiyyəmizi, insan haqları sahəsindəki sənədlərini bu ölkələrinkinə uyğunlaşdırması bizim də inkişafımıza və güclənməmizə səbəb ola bilər. Odur ki, mən də bu sazişin imzalanmasının tərəfdarıyam. Ancaq biz AĞ Partiya olaraq nəyin bahasına olursa-olsun, bu sazişin imzalanmasının tərəfdarı da deyilik. Bu məsələdə bizim üçün, yəni AĞ Partiya üçün ”qırmızı xətt"lər mövcuddur. Bu “qırmızı xətt”lərin başında Qarabağ məsələsi və milli-mənəvi dəyərlərimizə təhdidlər gəlir. Bu məsələdə biz heç bir halda, heç bir şərtlə, heç kimin qarşısında güzəştə gedilməsinin tərəfdarı deyilik. Azərbaycanın imzalayacağı bütün saziş və razılaşmaların bir xətti olmalıdır, o xətt də Azərbaycanın dövlət maraqlarıdır".

Ümid Partiyasının sədri İqbal Ağazadə: “Azərbaycan demokratik dünyaya nə qədər yaxınlaşsa, münasibətləri isti getsə, ölkə cəmiyyətinin inkişafının perspektivləri o qədər çoxdur. Çünki dünyanın normal idarəetmə, seçki, insan haqlarına hörmət, iqtisadi və siyasi azadlıqlar məsələsində örnək ola biləcək dövlətləri Avropa Birliyi ölkələri, Amerika və Kanada kimi ölkələrdir. Azərbaycanın bunların yanında olması, bu ölkələrlə ittifaqa, sazişə girməsi bizim üçün önəmlidir. İkinci bir tərəfdən, Azərbaycan elə ölkələrlə əhatə olunub ki, bu dövlətlər qonşularına obyektiv münasibətləri ilə seçilməklə yanaşı, həm də demokratikləşməni əngəlləyən ölkələr kateqoriyalarına aiddir. Buraya Rusiya və İran kimi ölkələr daxildir. Azərbaycan bu ölkələrin yanında dursa, demokratik dəyərləri hakim dəyərlər kimi qəbul edən dövlətlərdən uzaqlaşsa, bu ölkələrin idarəetmə, yaşam və düşüncə tərzindən, hüquq sistemindən ayrıla bilməyəcək. Ona görə də Avropaya inteqrasiya vacibdir. Prioritetlər nə olacaq və yaxud nə olmalıdır? Azərbaycanın BMT-nin tanıdığı sərhədləri çərçivəsində ərazi bütövlüyü tanınmalıdır. Qeyd edim ki, Avropa Şurası da, Avropa Birliyi də Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, torpaqlarımızın Ermənistan tərəfindən işğal olunduğunu fakt kimi təsdiqləyib. Müqavilədə insan haqları, o cümlədən iqtisadi və siyasi azadlıqlar məsələsi ön plana çəkiləcək. Sazişin uzadılmasına səbəb Azərbaycanla Avropa Birliyi arasında gedən danışıqlardır. Bu danışıqlar açıq olmadığı üçün cəmiyyət məlumatsızdır. Əgər mətbuata məlumat verilsə, bizlər də danışıqların uzadılmasının səbəbini bilərik”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev: “Cəmiyyət daxilindən sazişə yönəlik bəzi etirazlar başa düşülməyəndir. Çünki Avropa yüksək həyat standartlarıdır. Türkiyə nümunəsinə baxmaq lazımdır. 60 ildən artıqdır qardaş dövlət Avropa Birliyinə üzv olmağa can atır. Bu məsələnin üzərində geniş dayanmaq istəmirəm. Hesab edirəm ki, Avropa İttifaqı ilə yaxınlaşma Azərbaycanın mədəni dünya ilə yaxınlaşması, yeni texnologiya, yüksək təhsil və səhiyyə standartları, ədalətli məhkəmə sistemi, demokratiya və insan haqları sahəsində irəliləyiş və yüzlərlə həyat seqmentlərində müsbət dəyişikliklər deməkdir. Təəssüf ki, hələlik aparılan danışıqların detallarını gizli saxlayırlar. Müşahidələrimə görə, demokratiya və insan hüquqlarını ehtiva edən blokla bağlı danışıqlar ağır irəliləyir. İqtidar fərqindədir ki, bu sahədə yumşalma hakimiyyətin yaxın gələcəkdə itirilməsi deməkdir. Hakimiyyət siyasi rəqabətə hazır olmadığının fərqindədir. Amma bu sazişin imzalanmasının da alternativini görmürəm. Alternativ Rusiyaya sığınmaqdır ki, bu da yenidən rəsmən müstəmləkəyə çevrilməkdir. Müstəmləkə vassalına çevrilmək də real və mütləq hakimiyyətin itirilməsidir. Bunu hakimiyyət hesablamalıdır. Həm də köhnə metropoliyaya sığınmaq Qərbin təzyiqlərinin başlanması və bu təhdidlərə tab gətirməni nəzərdə tutur. Azərbaycan AB ilə sazişi imzalamalıdır. Təbii ki, Azərbaycanın maraqları nəzərə alınmalıdır. Azərbaycanın maraqları ilə hakim komandanın maraqlarını da ayırmağı bacarmaq lazımdır. Azərbaycanın maraqları insan qrupunun istəklərinə qurban verilə bilməz. Saziş maraqlarımız nəzərə alınmaqla mütləq imzalanmalıdır”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
Bu gün, 19:26
“Etibarlı sülh sazişinin reallaşma ehtimalı azdır” - FAKT BUDUR!
Bu gün, 19:10
"Ermənistan sülh çağırışlarına cavab versəydi, Qərbdən silah almaq əvəzinə Zəngəzur dəhlizini açardı"
Bu gün, 19:02
Erməni vandalları İrəvanda azərbaycanlılara məxsus sonuncu izləri də silməyə çalışırlar -ŞƏRH
Bu gün, 19:00
“Daşkəsən Dəmir Filiz” 10 min manatlıq dronu 32 min dollara alır: - İcazə verin şübhələnək...
Bu gün, 18:58
Hansı müəllimlər işdən azad OLUNACAQ? – “Sertifikasiyadan kəsilənlərə acımaqdansa...”
Bu gün, 18:04
Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır - GƏLİŞMƏ
Bu gün, 18:00
AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası - Bahəddin Həzi yazır...
Bu gün, 17:53
Anasını söydü, həbs edildi: - "İki oğlum məni evimdən çıxarıb"
Bu gün, 17:51
Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm - Zeynal Usubov məhkəmədə ifadə verib
Bu gün, 17:41
İran və Rusiya susur, Ermənistan silahlanır: - Azərbaycan nə edəcək?
Bu gün, 17:30
"Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil - Sabir Rüstəmxanlı
Bu gün, 17:25
Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik - Səadət Bənənyarlı
Bu gün, 17:24
Bakı Ermənistanın hücuma keçməsindən qorxsaydı... - KİV
Bu gün, 17:22
“Ziraat Bank Azərbaycan”a yeni departament rəhbəri təyin edilib - BUNDAN SONRA...
Bu gün, 17:20
Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? – Paşinyandan açıqlama
Bu gün, 17:18
Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxsləri polis saxladı - FOTO, VİDEO
Bu gün, 17:13
Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin olunub - ƏMR
Bu gün, 17:11
"Dəfələrlə müdriyyətə demişik, amma..." - NARAZILIQ VAR...
Bu gün, 17:09
Restoranlar servisə görə ödəniş tələb edərsə, bu quruma şikayət edin - AÇIQLAMA
Bu gün, 17:01
Moskva Bakı ilə şantaj dili ilə danışmağa başladı - Rusiyanın separatist siyasəti
Bu gün, 17:00
Təhsilimizdə evimizi yıxan məqamlar - "Məktəbləri cəhənnəmə çevirmişik"
Bu gün, 16:56
“Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır
Bu gün, 16:52
Müğənni Dəniz Əsədova barəsində yenidən axtarış elan olunub
Bu gün, 16:51
"Köçəryanın etirafından sonra Ermənistanda siyasətçilərin özünü "qəhrəmanlaşdırma" dönəmi başladı"
Bu gün, 16:39
Çağırış edildi: Rusiyaya səfərdən çəkinin - Sərhədlər bağlana bilər
Bu gün, 16:38
“Valuyevin səsləndirdiyi fikirlər başından aldığı zərbələrin nəticəsidir” - deputat
Bu gün, 16:35
Sərhəddə savaş hazırlığı başladı - Ermənilər hücuma keçir?
Bu gün, 16:33
“Baboşa”a maşın hədiyyə edən Emin Hüseynovun vergi borcu artır - İLGİNC...
Bu gün, 16:31
6 nəfər öz vəzifə borcunu yerinə yetirmədiyi üçün belə bir hadisə olub - Perinatal Mərkəzində yanğınla bağlı sabiq direktor
Bu gün, 16:08
Məşhur şərab oliqarxının BAŞI CƏNCƏLDƏ... - Oğlu axtarışda olan iş adamını qızı məhkəməyə verib
Bu gün, 16:07
Rusiyada yaşayan vəkil azərbaycanlılara çağırış etdi: - "Heç nədən qorxmayın"
Bu gün, 16:01
“Soyuq müharibə”nin qalibləri “Amerikanın səsi”, “Azadlıq” yolayrıcında: ya arxiv, ya yenilik - İNCƏLƏMƏ
Bu gün, 15:57
Xalq artisti xəstəxanadan EVƏ APARILDI: - “Ümid Allahadır”
Bu gün, 15:52
Ali Məhkəmə xarici diplomların hansı halda tanınmayacağını açıqlayıb - AKTUAL
Bu gün, 15:47
Xəstə anasını döyə-döyə qətlə yetirən oğul HƏBSDƏ ÖLDÜ
Bu gün, 15:45
Daha bir həkim əməliyyat vaxtı canlı yayım açdı - VİDEO
Bu gün, 15:38
Ukrayna ordusu əks-hücuma keçib - “Le Figaro”
Bu gün, 15:36
Azərbaycanda bullinqə məruz qalan şagird özünü öldürdü - TƏFƏRRÜAT
Bu gün, 15:30
Şamaxıda avtomat satmaq istəyən şəxs tutulub - FOTO
Bu gün, 15:29
Novruz bayramında əfv olacaq? - Komissiya üzvü danışdı
Bu gün, 15:17
"Mirkamil daşı ətəyindən töksün efirə çıxsın"
Bu gün, 15:14
Azərbaycan-İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib - AÇIQLAMA
Bu gün, 15:09
Quranda din və iman saqqalın uzunluğu ilə yox, elm və əxlaqın zənginliyi ilə ölçülür -İlahiyyatçı
Bu gün, 15:02
Azərbaycan qazının Ukrayna vasitəsi ilə Avropaya nəqli gündəmdədir
Bu gün, 14:59
Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..
Bu gün, 14:57
Alimpaşa Məmmədov Ali Məhkəməyə müraciət edib - Əmlaklarını geri istəyir
Bu gün, 14:52
"Bu gün şəxsi maraqlarına, nəfisinə, cibinə xidmət edən insanların cəmiyyətində yaşayırıq" - ETİRAZ
Bu gün, 14:49
Güney Qafqazı KİM QARIŞDIRIR: Ruslar, yoxsa?.. - GƏLİŞMƏ
Bu gün, 14:46
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub - FOTO
Bu gün, 14:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru