Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                 

“Rusiyanın adını çəkməyə çox adamlar cəsarət etməyəndə mən deyirdim ki...” - Qüdrət Həsənquliyev
Tarix: 12-10-2018, 10:01 | Çap et
“Rusiyanın adını çəkməyə çox adamlar cəsarət etməyəndə mən deyirdim ki...”
Bu həftə Azərbaycan - Rusiya münasibətlərinin inkişafına təkan verəcək daha bir addım atılıb. Belə ki, Türkiyənin Antalya şəhərində keçirilən tədbirdə Rusiya Dövlət Dumasının sədri Vyaçeslan Volodin Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovu ölkəsinə dəvət edib.

Volodin Duma ilə Milli Məclis arasında Yüksək Səviyyəli Parlamentlərarası Komissiyanın yaradılmasına dair işlərin yekun mərhələdə olduğunu deyib. Həmçinin elə komissiyanın yaradılmasını nəzərdə tutan sənədin O.Əsədovun Moskva səfəri zamanı imzalanması təşəbbüsünü irəli sürüb. Milli Məclisin deputatı, BAXCP sədri Qüdrət Həsənquliyevlə Rusiya-Azərbaycan münasibətlərinin daha da yaxşılaşdırılmasına xidmət edən bu məsələ barədə də danışdıq. Qeyd edək ki, parlamentin ötən iclasında onun Rusiya ilə bağlı səsləndirdiyi fikirlə xeyli rezonans doğurmuşdu və geniş müzakirələrə səbəb olmuşdu.

- Qüdrət bəy, Milli Məclisin ötən iclasındakı Rusiya ilə bağlı müzakirələr fonunda Volodindən spiker Oqtay Əsədova yüksək etimad göstərilməsi və əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı təklif verməsini necə dəyərləndirirsiniz? Bu təşəbbüsü Azərbaycan parlamentindəki son müzakirələrin də məntiqi nəticəsi saymaq olarmı?

- Son illər istər Rusiyanın Azərbaycana münasibətdəki siyasəti, həm də Azərbaycanın Rusiyaya münasibətindəki siyasətində bir yaxınlaşma meyllərinə rəvac verib. Mən bağlı qapılar arxasında aparılan danışıqlar barədə sözsüz ki, məlumatsızam. Amma bilirəm ki, Azərbaycan dövləti Dağlıq Qarabağın işğaldan azad olunması üçün səylər göstərir. Azərbaycanda uşaqdan-böyüyə hamı bilir ki, bu problemin həlli Rusiyadan asılıdır. Yəni Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir və Rusiyanın Dağlıq Qarabağ məsələsində açıq mövqe ortaya qoyması ki, bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır, məsələnin həllinə ciddi təsir göstərmiş olar. Bizim də istədiyimiz odur Rusiya Azərbaycana münasibətdə daha səmimi bir siyasət yürütsün və imkan versin ki, Azərbaycan bu problemi öz ərazi bütövlüyü çərçivəsində həll edə bilsin. İstər Azərbaycan prezidentinin Soçiyə son səfəri, istərsə də Putinin Azərbaycana səfəri, istərsə də hazırda Yüksək Səviyyəli Parlamentlərarası Komissiyanın yaradılması haqqında ideyanın meydana gəlməsi, həmçinin komitə sədri Əli Hüseynovun bəyan etməsi ki, biz KTMT-də müşahidəçi statusla iştirak edə bilərik və digər məsələlər onu göstərir ki, iki ölkə arasında yaxınlaşma baş verir. Hesab edirəm ki, bu yaxınlaşmanı yalnız o halda təqdir etmək olar ki, bu, Rusiyanın Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquqa söykənən ədalətli mövqe tutması ilə nəticələnsin. Əvvəllər də demişəm ki, Rusiyanın Qarabağ siyasəti dəyişməyəcəyi təqdirdə Azərbaycanın Rusiyanın liderliyi ilə yaradılan beynəlxalq-regional təşkilatlara qoşulması, yaxud Rusiya ilə indikindən daha sıx əməkdaşlıq Azərbaycanın milli maraqlarına cavab vermir. Amma Rusiya bu məsələdə ədalətli mövqe tutarsa, mən bu yaxınlaşmanı alqışlayıram. Azərbaycanda Rusiyanın adını çəkməyə çox adamlar cəsarət etməyəndə mən deyirdim ki, Rusiya Qarabağ məsələsində ədalətli mövqe tutarsa, biz daha sıx və uclaşdırılmış siyasət yürüdə bilərik, hətta Azərbaycan həm hərbi, həm iqtisadi ittifaqlara qoşula bilər.

Mən əvvəllər də demişdim, hətta Rusiya bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləsə belə, biz erməni xalqını məğlub etməyənə qədər Ermənistanda heç bir hökumət Dağlıq Qarabağ məsələsində Azərbaycana güzəştə gedə bilməz. Ona görə ki, erməni xalqı bütünlüklə Dağlıq Qarabağın və işğal edilmiş ətraf ərazilərin Ermənistana birləşdirilməsini istəyir. Bu mənada əvvəlcə “qələbə” eyforiyasında olan erməni xalqını məğlub etmək lazımdır ki, erməni xalqı Azərbaycanın öz torpaqları üzərində suveren hüquqlarını bərpa etməsi ilə barışsın. Bunun üçün də bizə hər bir halda hərbi əməliyyatlar lazım olacaq, bunsuz keçinmək mümkün deyil. Amma Rusiyanın razılığı olmadan hərbi əməliyyatlara başlamağı da mən həmişə özünüintihar hesab eləmişəm. Ona görə də hesab edirəm ki, biz Dağlıq Qarabağ məsələsini həll etmək üçün danışıqları Ermənistanla yox, Rusiya ilə aparmalıyıq. Azərbaycan hökumətinin də son vaxtlar Rusiyaya yönəlik siyasətinin dəyişməsi bu qənaətə gəlməyə əsas verir: Azərbaycan hökuməti də fərqindədir ki, bu problemi Rusiyasız həll etmək mümkün olmayacaq.

- Hətta bir sıra hallarda Qərb dövlətlərinin rəhbərləri də “açar Rusiyadadır” məzmunlu mövqelər ifadə ediblər...

- Bəli. Mən uzun illərdir NATO Parlament Assambleyasındayam. Orada çoxlu ölkələrin parlamentariləri ilə kuluarlarda söhbət edirik, hamısı ikilikdə deyirlər ki, gedin, Rusiya ilə danışın, probleminizi həll edin! Hətta bir dəfə qardaş Türkiyənin NATO PA-da təmsil olunan və çox yüksək vəzifə tutmuş bir şəxs mənim qoluma girdi, dedi, Qüdrət bəy, Dağlıq Qarabağ problemini çözmək istəyirsinizsə, Rusiya ilə danışın, anlaşın! Yəni bu, artıq bir reallıqdır. Bəziləri demir, amma mən bu haqda açıq danışıram.

- Azərbaycanın üçtərəfli formatlarda iştirakı, aparıcı qonşu dövlətlərlə yüksək səviyyəli əməkdaşlığı Qarabağ üçün nə vəd edir? Yoxsa siz yenə də o fikirdə qalırsınız ki, hərbsiz keçinmək mümkün olmayacaq?

- Hərbi əməliyyatlar hər bir halda keçirilməlidir. Ona görə ki, Ermənistanda heç bir hökumət Dağlıq Qarabağ məsələsində güzəştə gedə bilməz. Kimsə düşünməsin ki, onlar işğal altındakı ərazilərdən könüllü çıxacaqlar və Azərbaycan öz ərazi bütövlüyünü dinc yolla bərpa edəcək, bu, mümkünsüz məsələdir. Ona görə mən vaxtilə səhv etmirəmsə, elə sizin qəzetə müsahibəmdə demişdim ki, erməni xalqını döyüş meydanında məğlub etmək lazımdır. Amma Rusiyanın razılığını alandan sonra. Əlbəttə, burada regionun digər dövlətlərinin, Türkiyənin, İranın da problemin həllinə təsiri, burada müəyyən rolu var. Amma onlar həlledici faktorlar deyillər, əsas Rusiya faktorudur. Ona görə də biz Rusiya ilə danışıb məsələni həll etməliyik. Mən bilirəm ki, prezident bu istiqamətdə ciddi səylər göstərir. Artıq mənim düşüncəmə görə, Putin də fərqindədir ki, əgər Rusiya Cənubi Qafqazda möhkəmlənmək istəyirsə, mütləq Azərbaycanla dost olmalıdır və Azərbaycanla dost olmağın yolu Qarabağ məsələsinin həllinə dəstək verməkdən keçir. Ona görə də həm Cənub-Şimal dəmir yolu xəttinin açılması mühüm məsələdir. Bilirsiniz ki, Rusiya ilə İran arasında əsas yükdaşımaları bu dəmir yolu xətti ilə olacaq və Azərbaycan üzərindən reallaşacaq. İndi həm İran, həm Rusiya ciddi sanksiyalar altındadır və hər ikisinin bir-biri ilə daha çox ticari əlaqələr qurmağa, əməkdaşlıq etməyə ehtiyacları var. Bu ticari əməkdaşlıq da Azərbaycan üzərindən həyata keçirilir, yüklərin bu marşrutla daşınması daha ucuz başa gəlir. Düşünürəm ki, hazırda Rusiya Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycanla əməkdaşlığa daha çox həvəs göstərir. Rusiya rəsmiləri də artıq fərqindədirlər ki, Ermənistan onsuz da Rusiyanı orbitindən kənara çıxa bilməz. Əvvəla, Ermənistanın bütün strateji sahələrini - dəmir yolu xətlərini, energetikasını, hətta konyak zavodlarını Rusiyanın dövlət, yaxud biznes dairələri alıb. Yəni Ermənistan həm iqtisadi, həm hərbi-təhlükəsizlik baxımdan Rusiyadan tam asılı dövlətdir, Rusiya da bunun fərqindədir. Ona görə də Rusiya Ermənistanla münasibətlərinə xələl gələcəyindən çəkinmədən Azərbaycanla əməkdaşlığı genişləndirməlidir və paralel olaraq Ermənistana təzyiq etməlidir ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ üzərindəki ərazi bütövlüyünü tanısın.

- Prezident İlham Əliyev son müşavirədə Ermənistan rəhbərliyinin konstruktiv mövqe tutacağına ümidini ifadə etdi. Dövlət başçısının bu mesaj və mövqeyi yaxın perspektivlə bağlı nələr vəd edir?

- Ola bilsin ki, Rusiya ilə danışıqlarda hansısa müsbət nəticələr var. Mən belə düşünürəm. Kənardan duyduğum, bir siyasətçi kimi hiss etdiyim bundan ibarətdir. Görürsünüz, bu gün Azərbaycan ona görə də Ermənistanın daxilindəki məsələlərə müdaxilə etmir və tamamilə müşahidəçi mövqeyi sərgiləyir. Bəzi dövlət başçılarının, xüsusilə ABŞ prezidentinin “yaxın aylarda Dağlıq Qarabağ probleminin həllində hansısa müsbət irəliləyişlər ola bilər” mesajı da onu deməyə əsas verir ki, ola bilsin hələlik ictimaiyyətə açıqlanmayan, amma bu problemin həlli ilə əlaqədar olaraq hansısa ilkin razılaşmalar var. Ona görə də mən parlamentdə dedim ki, millət vəkillərinə də Rusiya ilə bu istiqamətdə aparılan danışıqlar barədə məlumat verilməlidir. Əlbəttə, bizə məlumat verilsə, çox yaxşı olar. Amma mən belə hiss edirəm ki, görünür, hansısa ümidverici proseslər baş verir.

- Bəzi nikbin yanaşmalar var ki, Paşinyan sakit şəraitdə seçkiləri keçirib parlament çoxluğuna yiyələnəndən sonra Qarabağla bağlı hansısa addım ata bilər...

- Mən inanmıram ki, Paşinyan könüllü şəkildə addım ata bilər. Hətta Rusiyanın diktəsi olsa belə. İnanmıram ki, heç bir hökumət könüllü şəkildə gəlib masa arxasında oturub sənəd imzalaya və deyə ki, mən artıq Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edirəm. Düşünürəm ki, hətta bağlı qapılar arxasında razılaşma olacaqsa da belə, bu proses döyüş meydanından keçəcək. Yəni Azərbaycan ən azı Dağlıq Qarabağ ətrafındakı rayonları işğaldan azad edəcək ki, ondan sonra Ermənistan masa arxasında otursun və Paşinyan rahatlıqla sənədi imzalasın. Variantlardan biri budur. Yəni deyirəm, döyüş meydanında erməni ordusu əzilməyənə, məğlub edilməyənə qədər onlar sülh sazişinə imza ata bilməyəcəklər, o hökuməti Ermənistanda dəyişəcəklər. Mən əminəm ki, Paşinyan Rusiyanın Ermənistanda görmək istədiyi lider deyil. 1992-93-cü illərdə də Rusiya Azərbaycan hökuməti ilə kifayət qədər münasibətlər qurmuşdu, prezidentlər arasında görüş olmuşdu, baş nazirin Rusiyaya səfəri olmuşdu. Rusiya dövlətçilik təcrübəsi olan ölkədir, o, öz planını açıq şəkildə bəyan etmir ki. Ona görə də fikrimcə, bu tezliklə Rusiya Paşinyanın hakimiyyətdən getməsini istəməz.

- Bu günlərdə Azərbaycana qarşı təhdidlər səsləndirən Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulin Ermənistanda peyda oldu və işğalçı ölkə ilə bağlı yüksək fikirlər səsləndirdi. Bakı-Moskva əlaqələrini yaxşılaşması sanki onu narahat edib...

- Zatulin bütün varlığı ilə ermənipərəstdir. Hər dəfə bir bəhanə axtarır ki, Azərbaycana hücum etsin. Növbəti dəfə də yenə məqsədli şəkildə ölkəmizə hücum etdi, mənim də təhrif olunmuş çıxışıma istinad edərək. İndiyə qədər Zatulin Azərbaycana münasibətdə saysız-hesabsız təxribatçı, şərəfsiz mövqe sərgiləmiş, ləyaqətsiz bir adam olduğunu, qanunlara, hüquqa hörmət etməyən birisi olduğunu ortaya qoyub. Amma heç vaxt o, Azərbaycan cəmiyyətində belə reaksiya doğurmayıb. Amma bu dəfə mənim çıxışımdan sonra onun yenə də Azərbaycana hücuma keçməsinin ardınca məqsədyönlü şəkildə belə bir hay-küy salındı ki, guya Zatulin Azərbaycanın dostu imiş və Qüdrət Həsənquliyev də öz çıxışı ilə əsas verib ki, o, Azərbaycanın əleyhinə danışsın. Axı bu, birinci dəfə deyil ki, ölkəmizə qarşı çıxış edir. Hətta adı da XİN-in “qara siyahısı”na salınmış, Azərbaycanda arzuolunmaz şəxs elan olunmuş bir adamdır. Ona görə mən Zatulinə cavabımda da demişdim ki, bu adam əslində Azərbaycanla Rusiyanı yaxınlaşmasını istəməyən birisidir, mən isə bu iki dövlətin yaxınlaşmasını istəyən adamam. Yuxarıda da dedim ki, Rusiyanın adını yaxşı mənada çəkmək öz karyeran, ictimai rəy baxımından təhlükəli olanda mən Rusiya ilə Azərbaycanın yaxınlaşması barədə danışmışam, demişəm ki, təki Rusiya Qarabağ məsələsində ədalətli mövqe tutsun. Zatulindən fərqli olaraq mən Azərbaycan-Rusiya münasibətlərinin yaxınlaşmasını istəyirəm. Hesab edirəm ki, sonda Rusiyada sağlam düşüncə qalib gələcək, Ermənistana təsir edəcəklər, bizə də torpaqlarımızı azad etmək imkanı yaradacaqlar. Həmçinin Zatulin kimilər də tarixin arxivinə atılacaq, Rusiyada böyük əksəriyyət qəbul edəcək ki, Azərbaycanla münasibətləri yaxşılaşdırmamış regionda Rusiyanın mövqelərini gücləndirmək mümkün olmayacaq. Bunun yolu Azərbaycanla səmimi münasibətlərə əsaslanan dostluqdan, qardaşlıqdan keçir.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru