Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                     Rusiyadakı azərbaycanlılar deportasiya olunur? .....                     QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? .....                     Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib .....                     Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı .....                     AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası .....                 

“Azərbaycan sadəcə yerində dayanıb hansısa üçüncü, dördüncü böyük dövlətləri gözləyəsi deyil” - deputat
Tarix: 5-06-2018, 08:30 | Çap et
“Azərbaycan sadəcə yerində dayanıb hansısa üçüncü, dördüncü böyük dövlətləri gözləyəsi deyil”
Prezident İlham Əliyevin Vaşinqtona səfərinin gözlənildiyi haqda son günlər müxtəlif mənbələrdən məlumatlar yayılmaqdadır. Hələlik bu barədə rəsmi açıqlama verilməsə də, qeyri-rəsmi xəbərlərdə belə bir səfərin gerçəkləşəcəyi deyilir. ABŞ prezidenti Donald Trampın son günlər Azərbaycan prezidenti İlham Əliyevə ard-arda üç məktub göndərməsi, Vaşinqtonun Bakı istiqamətində “körpü” tikməsi kimi qiymətləndirilir.

Azərbaycan prezidentinin ABŞ-a səfəri olacağı halda Azərbaycan-ABŞ münasibətlərində hansı mühüm əhəmiyyətli məsələlərin həllini gözləyir?

Deputat Zahid Oruc “Yeni Müsavat”a öncə bildirdi ki, Barak Obamanın prezidentliyindən indiyə qədər ABŞ-ın siyasətində, xüsusilə də Qafqaz ölkələrinə münasibətdə bir qədər geriçəkilmələr açıq-aşkar hiss olunurdu. Konkret olaraq, əlbəttə, Gürcüstanda fəaliyyət normal intensiv bir səviyyədə qalsa da əvvəlki miqyasda Qafqazı əhatə etmək, burada çoxmilyardlı proqramları işlətmək, investisiyaların axını vasitəsilə bölgəni ələ götürmək, həmçinin regionun ümumiyyətlə strategiyasını, arxitekturasını qurmaq səviyyəsində 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərindəki dövrdəki qədər fəal işlər özünü göstərmirdi.

Azərbaycan isə maksimum dərəcədə böyük riskləri dəf edərək Klinton və Buş idarəçiliyi zamanında bu regionda Qərbin maraqlarının, konkret desək, ABŞ-ın regionda aktiv iştirakının təminatında rol oynamışdı: “İndiki gerçəklikdə isə yalnız biz Maykl Pompeonun dilindən yalnız Gürcüstanın NATO-nun qarşıdakı iyul sammitində üzvlüyü ilə bağlı məsələyə baxılacağını və beş illik dövr üçün yeni fazaya keçiləcəyi haqqında bəyanatı eşitmişik. Bir də Ermənistandakı məlum aprel çevrilişi və onun nəticəsində inqilabi Paşinyan hökumətinin ABŞ-la münasibətləri yaxşı bir müstəviyə çıxara biləcəyi haqqında bəyanatları görürük. Amma real olaraq son günlər ABŞ-ın mühüm dövlət təmsilçisi Bricet Brinkin həm İrəvana, həm də Bakıya səfəri gerçəkləşib və görüşlərin əsas hissəsi bağlı qapılar arxasında keçirildiyindən bizim üçün təyin eləmək çox çətindir ki, hazırda Amerika hansı prioritetlər üzərində qərarlaşıb və bölgəyə yönəlik əsas siyasi konturları nədən ibarətdir. Doğrudur, kimsə deyə bilər ki, ABŞ-ın idarəetmə sistemi elə qurulub orada prezident ümumi idarəçiliyin formatında cəmi üçdə bir səlahiyyətə malikdir, yerdə qalanlar digər hakimiyyət qollarınındır, ona görə də hətta Trampla yaxşı münasibətlərə malik olmaq avtomatik Konqreslə eyni münasibətləri bölüşmək anlamına gəlmir.

Prezident İlham Əliyevin yeni ABŞ administrasiyası ilə münasibətlərin yaxşı bir səviyyədə quruculuğuna dair fikirlərindən, həmçinin neft-qaz sektorundakı əlaqələrdə Tramp tərəfindən göndərilən təbrik məktublarından görmək mümkündür ki, Azərbaycan burada hər hansı bir maneçiliklər görmür. Hətta bölgədə xüsusilə də Rusiya və İran əleyhinə sanksiyaların sərtləşdiyi bir dönəmdə Azərbaycanın əhəmiyyəti ABŞ üçün ikiqat artmış olur".

Z.Oruc qeyd etdi ki, bu gün Balkanlardan Fars körfəzinə qədər ərazilərdə yeganə bir xətlə Qafqazı Qərbə birləşdirən məkan Azərbaycandır. Prezident İlham Əliyev bütün riskləri göz önünə alaraq çox sakit bir axarda bu əlaqələri təmin eləməkdədir: “Ona görə də Amerika-Azərbaycan münasibətlərində əhəmiyyətli ola bilən bir çox məsələlər var. Birinci növbədə Avropa Birliyindən bir sıra hallarda Azərbaycan əleyhinə fəaliyyətin dayandırılması üçün Amerikanın yetərincə imkanları var. İkincisi isə iqtisadi məsələləri daha yeni mərhələyə çıxarmağa ehtiyac var. Üçüncü, təhlükəsizlik məsələləri ilə bağlı ABŞ-ın regionda iştirakı yenə də arzuolunandır. Ancaq əgər bunlar baş verməyəcəyi təqdirdə heç kəsin şübhəsi olmasın ki, Azərbaycan, sadəcə, yerində dayanıb hansısa üçüncü, dördüncü böyük dövlətləri gözləyəsi deyil. Bizim 1990-cı illərdəki illüziyalarımız bütövlükdə siyasi məkanda dağılıb və bu çox yaxşı haldır. Ona görə ki, artıq kimsə belə bir əminlikdə deyil ki, Qərb gəlib Azərbaycanın ya torpaq bütünlüyünü təmin edəcək, yaxud da bizi xarici aqressiyalardan qoruyacaq. Amma dediyimiz kimi, dünyada yalnız münasibətlər sistemi vasitəsilə ölkənin maraqlarını qura bilərsən”.

Deputatın sözlərinə görə, Azərbaycan ABŞ-dan istədiklərini almadığı təqdirdə bölgə dövlətləri ilə fəal siyasətini qurmaqda davam edəcək. O cümlədən ikitərəfli əlaqələr sisteminə keçidini artıracaq: “Birləşmiş Ştatlarla ölkəmiz arasında münasibətlərə prezident İlham Əliyevin ehtimal olunan səfəri yalnız müsbət təsir edərdi. Amma bu da bir həqiqətdir ki, İranla Rusiyaya qarşı aparılan savaş öz-özlüyündə bölgədəki gərginliyi artırır. Bu, sanki sıxılmış bir durum yaradır ki, seçim edilməlidir. Və burada da çox çətindir ki, sən gəlib Qərbin tərəfdaşına çevriləsən. Həmin dövlətlər özləri hər hansı bir qarantiyalar vermədiyi, tədbirlər həyata keçirmədiyi təqdirdə bu çox çətindir. Siz özünüz görürsünüz ki, Gürcüstanın NATO ilə bağlı məsələləri həlledici fazaya daxil olduğu ərəfədə küçə və meydanlarda aksiyalar başlanıb və dayanmır. Yəqin ki, nəticələri də olacaq. Belə olan təqdirdə hesab edirəm ki, ABŞ tərəfindən bölgəyə məsul olan şəxslər, səfirlik təmsilçiləri və digərləri ciddi şəkildə bu məsələləri diqqətdə saxlamalıdırlar. Amma gördüyünüz kimi, heç səfir məsələsinin özünün üzərində son qərara gəlinməyib. Bunun özü də bir jest sayıla bilər. Doğrudanmı bu bölgə Amerika üçün tamamilə əhəmiyyətsizdir, onlar regiona qoyduqları bu qədər sərmayələrdən imtina edəcəklər və bölgəni Rusiyaya verib çıxıb gedəcəklər? Bu, ağılasığmazdır. Ona görə də əvvəlki dövrlərdə əldə edilmiş münasibətləri irəliyə aparmaq lazımdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru