Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                     Rusiyadakı azərbaycanlılar deportasiya olunur? .....                     QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? .....                     Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib .....                     Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı .....                     AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası .....                     İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ .....                     Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... .....                     Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! .....                     SALOĞLU-dan mebel aldı... peşman oldu... .....                     Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR .....                     İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... .....                     Ötən il diplomu tanınmayanların sayı .....                     Böyük müharibəyə səbəb olacaq plan .....                     Baydenin məxfi məlumatlara girişi qadağan olundu .....                     Pezeşkianın bu sözü erməniləri sevindirdi .....                     Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb .....                     Ermənistan daha bir ərazidən imtina etdi .....                     Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! .....                     USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi .....                     “Apasport"dan gələn sizsiz?” .....                 

“Asim Mollazadənin təhsil sahəsi ilə bağlı fikirlərinin əksəriyyəti diletant xarakterlidir”
Tarix: 26-05-2018, 08:36 | Çap et
“Asim Mollazadənin təhsil sahəsi ilə bağlı fikirlərinin əksəriyyəti diletant xarakterlidir”
Milli Məclisin Elm və təhsil komitəsinin iclasında beynəlxalq fənn olimpiadalarının qaliblərinin istədikləri ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaları məsələsi müzakirə edilib. Məsələyə müsbət yanaşanlarla bərabər, buna qarşı çıxanlar da olub. Belə ki, deputat Asim Mollazadə bildirib ki, beynəlxalq fənn olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması məsələsi onu narahat edir: “Biz nə üçün tələbə qəbulu prosesinə başladıq? Sovet vaxtından da məhz universitetlərə tələbə qəbulu prosesində xoşagəlməz hadisələr olurdu. Azərbaycan dövləti sovet korrupsiya sisteminə qarşı universitetə tələbə qəbulu qaydalarını yaratdı. Bu gün də biz bu sahədə müəyyən inkişafa nail ola bilmişik. Tək varlı ailələrin ”debil" uşaqları yox, imkansız ailələrin istedadlı uşaqları Azərbaycanda universitetlərə daxil ola bildi. Həmin uşaqlar müstəqillik dövrümüzdə təhsilini davam etdirə bilir və ölkəmizin müxtəlif qurumlarında çalışırlar".

Deputat həmçinin qeyd edib ki, universitetlərə qəbul imtahanlarından imtina edilməsi üçün Azərbaycan təhsil sistemində çox ciddi islahatlar olmalıdır: “Bunun üçün universitetlərə və onların təhsil səviyyəsinə inanmalıyıq. Biz imkanı az olan ailələrin ödənişsiz təhsil almaları üçün qapılar açmalıyıq. Çünki hər zaman ”papanın gül balalarını" xaricdə və ölkəmizdə oxutmaq üçün vəsait tapıla bilər. Tələbə qəbulu imtahanları Azərbaycanda məhz imkansız və savadlı uşaqların təhsil alması üçün qapını açan sistemdir. Beynəlxalq fənn olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmamalıdır. Onlar elə imtahanı da verib universitetə qəbul oluna bilərlər. Mənə elə gəlir ki, biz bu sistemi pozmaqla hansısa xoşagəlməz hadisələr üçün imkanlar yaradırıq. Ya sistemdə köklü dəyişikliklər etməliyik, ya da buna toxunmamalıyıq. İmkan verməliyik ki, hamı ədalətli prinsiplərlə imtahanları verib, öz biliyi ilə universitetə daxil olsun".

Təhsil naziri Ceyhun Bayramov deputatın fikirlərinə cavab verərək, bildirib ki, mövcud qanunvericiliyə görə, beynəlxalq fənn olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar: “Beynəlxalq fənn olimpiadasında mükafat yeri tutmaq çox böyük bir nailiyyətdir. Azərbaycan 5 fənn (riyaziyyat, informatika, fizika, kimya və biologiya) üzrə beynəlxalq olimpiadalarda iştirak edir. Orada təmsil olunan şagirdlərin ayını götürsək və güman etsək ki, bizim olipiadaya gedən uşaqlarımızın hamısı qalib yerlər tutub, cəmi 23 nəfərdən danışırıq. Dünyanın bir çox ölkələri beynəlxalq fənn olimpiadalarının qaliblərinə qapılarını geniş açırlar. Onlar deyirlər ki, siz gəlib bizim universitetlərdə pulsuz təhsil alın və s. O, uşaqlara görə çox ciddi rəqabət gedir. Burada isə sərtləşdirici məqamların qoyulması bizim xeyrimizə işləmir. Siz son illərin statistikasına baxsanız görərsiniz ki, beynəlxalq fənn olimpiadalarının qaliblərindən bizim ali təhsil müəssisələrinə qəbul olunan yoxdur”.

“Yeni Müsavat”a danışan təhsil eksperti Etibar Əliyev bildirib ki, təhsil naziri qaldırdığı məsələdə haqlıdır:

“Beynəlxalq olimpiadada hətta ikinci, üçüncü, dördüncü yeri belə tutmaq çox böyük bilik göstəricisidir. Bu uşaqlar hərtərəfli biliyə sahibdirlər. Orada Azərbaycanın bayrağı da dalğalanır və düşünürəm ki, bunun önəmi daha çoxdur. Olimpiya idman oyunları qədər bu məsələyə önəm verilir. Belə olduğu halda isə məsələyə kimlərinsə qarşı çıxmasını başa düşə bilmirəm. Əgər şagird bu cür yüksək göstərici əldə edibsə, onun haqqıdır ki, ölkədə istənilən təhsil müəssisəsinə imtahansız qəbul olunsun. Kimsə məsələnin məğzini bilmədən buna qarşı çıxırsa, deməli, prosesin mahiyyətini anlamır. Bir məsələni də deyim ki, 15 yaşlı uşaqların riyazi, təbiət elmləri və oxu savadını qiymətləndirən PİSA proqramı var. Bu da deyim ki, çox çətin proqramdır. Həmin proqram üzrə yer tutan ölkələrdə bilik yarışmasının nəticəsinin elan olunduğu gün bayram kimi qeyd olunur. Yəni onlar bilik yarışmasını bu səviyyədə qiymətləndirirlər. Şübhəsiz ki, 15 yaşlı şagirdin hələ orta məktəbi bitirməsinə bir neçə il qalır. Ancaq bu cür bilik yarışmasına da çox böyük önəm verirlər. Bizdəki məsələyə gəlincə isə birincisi ”Təhsil haqqında qanun"un bəndləri icra olunmalıdır. Çünki bunu ölkə başçısı təsdiq edib. Qanunda hansısa dəyişiklik ediləcəksə belə, olimpiya qalibləri ilə bağlı olan maddəyə toxunulmamalıdır. Yəni belə deyək ki, istədikləri ali məktəbi seçmək və imtahansız həmin ali məktəbə qəbul olmaq bu uşaqların haqqıdır. Başqa bir məsələni də deyim. Bu yaxınlarda Təhsil Nazirliyi respublika olimpiadasının qaliblərini təltif etdi. Hətta düşünürəm ki, həmin uşaqlara da müəyyən güzəştlər olmalıdır. Məsələn, riyaziyyat fənnindən olimpiadanın qalibi seçdiyi ixtisas üzrə riyaziyyat imtahanında azad olunsa, daha yaxşı olar. Yaxud da biologiya fənni üzrə qalibə, seçdiyi ixtisas üzrə biologiyadan imtahanda iştirak etməmək güzəşti verilə bilər. Yəni beynəlxalq olimpiyada yarışları ölkənin təhsil sisteminin göstəricisidir. Bu istiqamət üzrə qaliblərin sayı nə qədər çox olarsa, ölkə üçün önəmlidir. Ölkə üçün önəmlidirsə, ölkənin daxilində də onlar üçün mütləq güzəştlər tətbiq olunmalıdır. Asim Mollazadənin fikirlərinə gəlincə isə deyim ki, onun təhsil sahəsindəki fikirlərini izləyirəm. Görürəm ki, Asim Mollazadənin təhsil sahəsi ilə bağlı fikirlərinin əksəriyyəti diletant xarakterlidir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01
Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru