Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                     Rusiyadakı azərbaycanlılar deportasiya olunur? .....                     QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? .....                     Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib .....                     Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı .....                     AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası .....                     İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ .....                     Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... .....                     Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! .....                     SALOĞLU-dan mebel aldı... peşman oldu... .....                     Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR .....                     İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... .....                     Ötən il diplomu tanınmayanların sayı .....                     Böyük müharibəyə səbəb olacaq plan .....                     Baydenin məxfi məlumatlara girişi qadağan olundu .....                     Pezeşkianın bu sözü erməniləri sevindirdi .....                     Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb .....                 

"Amma sən onu səngərdə təkrarlaya bilməzsən" - deputat
Tarix: 23-05-2018, 08:45 | Çap et
"Amma sən onu səngərdə təkrarlaya bilməzsən"
Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan ordusunun hərbi qulluqçusu əsgər Adil Tatarov şəhid oldu. Bir sıra ekspertlər hesab edir ki, bütün bunlar Ermənistanın açıq şəkildə Azərbaycanı savaşa çəkmək niyyətinin nümayişidir.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Paşinyanın Qarabağla bağlı ciddi bir strategiyasının olduğundan ümumən danışmaq yanlış olar. Çünki “hakimiyyət quşu” onun başına qonandan indiyə qədər özü də fərqindədir ki, miqyasagəlməz ölçüdə ağırlığın altındadır və ağlına gətirmədiyi situasiya ilə üz-üzə qalıb.

Sərkisyan rejimini devirmək nə qədər asan idisə, bütün hakimiyyət rıçaqlarını ələ götürmək, ölkədəki prosesləri nəzarətə almaq və bölgədə uzun illər ərzində formalaşmış düzəni dəyişdirmək Paşinyanın gücü daxilində deyil. Çox yaxın zamanlarda buna hər kəs şahidlik edəcək: “Ermənistandakı yeni hökumətin xüsusi əlahiddə Qarabağ planından danışmaq da artıq olar. İlk dövr müəyyən vətənpərvərlik notları ilə, küçədə yürüməklə cəmiyyətin ovqatını harasa kökləmək ola bilər. Amma sən onu səngərdə təkrarlaya bilməzsən. Paşinyanın davranışı çərçivəli qəhrəmanlıqdır.

Naxçıvana açılan atəş şübhəsiz ki, konkret bir qərara bağlı idi. Onu təsadüfi hadisə saymaq olmaz. Burada bir neçə niyyətlər gizlənə bilərdi. Ola bilsin ki, Vigen Sərkisyanın müdafiə naziri kimi vəzifəsini tərk etməsi fonunda köhnə hakimiyyətin təmsilçiləri Paşinyan iqtidarını boğmaq üçün müxtəlif layihələr hazırlayırlar. Burada təxribatlar elə bir səviyyədə ola bilər ki, günün birində Sərkisyanın keçmiş generalları istər Qarabağ cəbhəsi xəttində, istərsə də Ermənistanla bütün sərhəd zolağı boyunca ən müxtəlif avantüralara əl ata bilərlər. Niyyət etibarilə burada hədəf biz olmayacağıq. Əsas məqsəd ölkə içərisində gedən siyasi savaşın, hökumət böhranının və parlamentlə yeni hakimiyyətin arasında gedən davanın gəlib hərbi müstəvidə təxribatlarla müşayiət olunmasıdır. Çox böyük ehtimalla burada elə bir ssenari işlənib ki, həmin məsuliyyət yeni iqtidarın üzərində qalsın".

Deputat hesab edir ki, Azərbaycanı Qarabağ cəbhəsindən qüvvəsini bölərək Naxçıvana daşımaq, orada imkanlarını sınağa çəkmək, yaxud Türkiyə ilə Rusiya arasında ixtilaf doğurmaq kimi erməni planının olması da təhlil oluna bilər. Ancaq hər bir halda məsələnin mahiyyəti budur ki, Azərbaycanın mövqelərinin yetərincə gücləndiyini İrəvanın baş binalarında bilməmiş deyillər. Azərbaycanın bütün iqtisadi, siyasi, hərbi imkanları kifayət edir ki, Ermənistana Qarabağ cəbhəsi ilə yanaşı, Naxçıvanla sərhəddə də lazımi cavabı verə bilsin: “Odur ki, ötən həftə Ermənistandan Naxçıvana atılan güllə Naxçıvanı deyil, İrəvanın özünü sınağa çəkəcək. Yəqin ki, yaxın vaxtlarda biz bunu görəcəyik.

Qarşıdakı dönəmdə, ümumiyyətlə, cəbhə xəttində bir qədər narahatlıqlar müşahidə oluna bilər. Bilirsiniz ki, yetərincə böyük TANAP kimi əhəmiyyətli layihə işə düşməkdədir. Erməni mediası “Rusiyanın kürəyinə vurulan zərbə”, “Azərbaycanın xəyanəti”, “Qərblə birləşərək Rusiya əleyhinə oynanılan oyun” və sair kimi başlılarla yazılar yazır. Bu cür təbliğat açıq şəkildə bu məkanı zəhərləməyə xidmət edir ki, bəlkə Putinin diqqətini çəksin.

Bir sözlə, iqtisadi müstəvidə dəyişikliklər hərbi məkanda da müxtəlif narahatçılıqlar doğura bilər.

Seçkilərin ertələnməsi və artıq seçkilərin arxada qalması da öz-özlüyündə müharibə perspektivini gücləndirir. Azərbaycanın bütün hərbi, siyasi, kəşfiyyat elitası qarşısında duran vəzifə ondan ibarətdir ki, biz durğun bir şəkildə, sadəcə, passiv seyrçi kimi gözləməməliyik ki, Ermənistanda klanlar bir-birini məhv edəcəklər, qardaş qırğını meydana çıxacaq və bu, asanlıqla bizim Xankəndinə getməyimiz demək olacaq. Ermənilər ən ağır şəraitdə belə hələ ki özlərinin qanını tökməyiblər. Biz gözləməməli və digər müstəvidə hərəkət etməyi bacarmalıyıq. Ermənistanlı əsgərlərin silahı qoyub Qarabağdan Ermənistana qaçması vəziyyətini Azərbaycan yetişdirməlidir. Son bir ayda, açığı, biz seyrçi mövqe tutduq. Halbuki müəyyən fürsətlər, imkanlar var idi".

Sabiq ordu korpusu komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov isə teleqraf.com-a müsahibəsində bildirib ki, mitinq yolu ilə küçədən hakimiyyətə gələn Paşinyanın populyarlığı sürətlə düşür. Ölkə əhalisinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində hələlik heç bir addım atılmayıb. Serj Sərkisyan klanının hakimiyyəti də yetərincə güclüdür. Daxildə müəyyən gizli və aşkar proseslər gedir.

Təbii ki, bu fonda daxili auditoriyanın, cəmiyyətin diqqətini müəyyən şəkildə yayındırmaq və guya Azərbaycandan, Naxçıvan bölgəsindən ola biləcək hansısa gərginliyə diqqəti yönəltmək üçün təxribat yolu tutdular. Qarabağ cəbhəsində hər hansı təxribat bu gün Ermənistan üçün populyar deyil. Bu saat Naxçıvan populyardır. Ona görə ki, Naxçıvan istiqamətində baş verən hansısa təxribat və ya Azərbaycanı o istiqamətdə hansısa addımlar atmağa məcbur etmək Ermənistan cəmiyyətinin diqqətini müəyyən formada əsas problemlərdən yayındıracaq. Onların düşüncəsinə görə Azərbaycandan olan təhlükə erməni cəmiyyətini toparlanmağa məcbur edəcək. Ona görə də yeni hakimiyyətin diqqəti Qarabağda yox, Naxçıvana yönəlib. Azərbaycanı təxribata çəkmək, onun müəyyən adekvat addım atmasına nail olmaq istəyirlər".

Polkovnik qeyd edib ki, Ermənistan təxribatçı addımlarından əl çəkməsə, Azərbaycan təbii ki, müəyyən addımlar atacaq. Naxçıvanla bağlı artıq müəyyən tapşırıqlar verilib. Mümkün təxribatların qarşısını almaq üçün tədbirlər görülüb və görülür.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01
Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru