“Bəzi siyasi güc mərkəzləri ikili, hətta üçlü oyun oynayırlar”
Tarix: 16-05-2018, 08:15 | Çap et
Sosial şəbəkələrdə müxalifətçilər arasında günlərdir davam edən virtual savaş səngimək bilmir. Bu qarşıdurma əsasən Avropadakı mühacir müxalifətlə Azərbaycan daxilindəki müxalifət arasında yaşanır. Söyüşlər, təhqirlər, aşağılayıcı ifadələr havada uçuşur...
Məlumat üçün bildirək ki, bu savaş mayın 9-da ABŞ Konqresində Azərbaycandakı vəziyyətə dair dinləmələrdən sonra başlayıb. Həmin dinləmələrdə ABŞ Massaçuses Universitetinin tarix professoru Odri Alştadtın çıxışında AXCP sədri Əli Kərimlini Azərbaycanda fəaliyyət göstərən müxalifətin “marginal şəxsi” və ya “qocası” adlandırsa da, araşdırma aparmadan cəbhəçilər həmin tədbirə dəvət alan və orada çıxış edən Meydan.tv-nin qurucusu, Avropada yaşayan Emin Millinin üzərinə hücuma keçiblər. Bir növ dinləmələrdə Azərbaycan müxalifətinə yönəlik sərt çıxış edən, onların uğursuz siyasətçilər olduğunu deyən E.Millini müsavatçılar və cəbhəçilər bu şəkildə “cəzalandırmaq” istəyiblər.
Son olaraq, vəkil Aslan İsmayılov status yazaraq, ənənəvi müxalifəti sərt şəkildə tənqid edərək, yeni qüvvələrə səslənib. O, yeni qüvvələri köhnə müxalifətə baş qoşmamağa çağırıb. Onun bu statusu Ə.Kərimlinin “sağ əli” sayılan, Fransada mühacir həyatı yaşayan Natiq Ədilovun sərt reaksiyasına səbəb olub. O, cavab statusu paylaşaraq, vəkili təhqir edib, hətta hədələməkdən belə çəkinməyib. Digər AXCP fəalları da A.İsmayılovun üzərinə gedərək, onu “məhşər ayağı”na çəkiblər.
Son günlərdə yenidən start götürən bu virtual savaş bir çox məsələləri gündəmə gətirməklə yanaşı, bir sıra ehtimallara, iddialara yol açıb. Bunlardan biri ondan ibarətdir ki, ölkə müxalifətinin öndə gedən siyasətçiləri son zamanlar Avropadakı mühacir müxalifətin getdikcə güclənməsini, onların nüfuzlu beynəlxalq qurumlarla əlaqələrinin getdikcə genişlənməsindən əndişələnirlər, bir növ onları qısqanırlar.
Politoloq Natiq Miri bildirdi ki, hər bir ölkədə baş verə biləcək dəyişikliklər vaxtı xarici qüvvələr həmin ölkənin daxilində fəaliyyət göstərən müxalifətin fəaliyyətini, onların gücünü, proseslərə təsir imkanlarını əsas götürürlər: “Xüsusi xidmət orqanları Azərbaycanda ciddi şəkildə fəaliyyət göstərirlər. Onların araşdırmalarının nəticəsi olaraq, ortada bir çox ikili fəaliyyətin olduğunu aşkara çıxarırlar. Çünki bəzi siyasi güc mərkəzləri ikili, hətta üçlü oyun oynayırlar. Əvvəllər bəzi müxalif qüvvələr Qərbə inteqrasiya xəttini əsas götürsələr də, zaman-zaman bu xətdən imtina edərək Rusiya ilə müəyyən əməkdaşlıq forması tapmağa cəhdlər etdilər. Hətta qonşu İran dövləti ilə də müəyyən maliyyə mənbələri əldə etmək üçün danışıqların aparıldığı barədə informasiyalar mövcuddur. Bu da Qərbin xüsusi xidmət orqanlarının diqqətindən yayınası məsələ deyil. Ən nəhayət, ölkə daxilindəki müxalif qüvvələrin ictimai rəyə təsir imkanları əsas götürülür. Bu da son etiraz aksiyalarında bir daha göründü ki, həqiqətən də müxalif güc mərkəzlərinin gücü yalnız məhdud dairədən o tərəfə çıxmır”.
N.Miri onu da qeyd etdi ki, xalqla bu qüvvələr arasında böyük bir sərhəd yaranıb: “Bu sərhəd imkan vermir ki, xalqla siyasi güc mərkəzləri arasında birbaşa təmas yaransın. Yalnız kabinetlərdə oturub, virtual aləmdə müəyyən siyasət yürütməklə xalqı bir ideya ətrafında toparlamaq mümkün deyil. Xalq və müxalifətin ortaq təsəvvürləri mövcuddur, amma bunu həyata keçirmək nədənsə mümkün deyil. Bu təşkilatların yenilənmələrinə ehtiyac var. Əsas da yeni gənc nəfəslərlə müxalifət yenilənməlidir. Təəssüf ki, buna da imkan verilmir. Avropa ölkələrində fəaliyyət göstərən bir qrup insanlar var ki, bu insanların müəyyən mənada aktivləşmələrinə, tənqidlərinə dözümlü yanaşmırlar. Çünki bu insanları özlərinə həm alternativ, həm də təhlükə sayırlar. Əslində bu təhlükə onlar üçün deyil, Azərbaycan toplumu üçün ciddi təhlükə vəd edir. Çünki bu müxalifətin bütün ictimai-siyasi prosesləri öz monopoliyasına alması toplumun gələcək inkişaf perspektivlərinin önünü kəsir. Bunların varlığı hakimiyyətin dəyişməsinə imkan vermir. Təəssüf edirəm ki, müxalifət tənqidlərə bu qədər dözümsüzdür. Bu gün Avropa ölkələrində fəaliyyət göstərən bir qrup insanlar var ki, ola bilsin onların Qərbin xüsusi xidmət orqanları ilə birgə fəaliyyət göstərmələri nəticəsində bir çox hadisələri, araşdırmaları, müxalifətin tənqidlərini müşahidə edirik. Azərbaycanda müəyyən mənada müxalifət tənqid olunursa, bunun müqabilində xaricdəki müxalifəti qabartmağa ehtiyac yoxdur. Çünki onlar da Azərbaycana xeyir gətirəcək fəaliyyətlə məşğul deyillər. Onlar da Qərb ölkələrinin siyasi sifarişlərini yerinə yetirməklə məşğuldurlar ki, burada da nəticə etibarı ilə Azərbaycan toplumunun qazanacağı heç nə yoxdur”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
• Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40 |
|
|
|
• İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38 |
|
|
|
• Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32 |
|
|
|
• Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43 |
|
|
|
• Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04 |
|
|
|
• Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03 |
|
|
|
• Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01 |
|
|
|
• Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59 |
|
|
|
• Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23 |
|
|
|
|