Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                     Rusiyadakı azərbaycanlılar deportasiya olunur? .....                     QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? .....                     Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib .....                     Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı .....                     AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası .....                     İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ .....                     Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... .....                     Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! .....                 

“Paşinyanın vertolyotuna tərəf atəş açılsaydı...” - Tofiq Zülfüqarov
Tarix: 14-05-2018, 08:39 | Çap et
 “Paşinyanın vertolyotuna tərəf atəş açılsaydı...”
Ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altındakı Azərbaycan ərazilərinə gələrək sərsəm bəyanatlar verməsi Qarabağ danışıqlarının perspektivini sual altında qoydu. Əksər ekspertlər hesab edirlər ki, bundan sonra İrəvanla aparılacaq danışıqların heç bir mənası qalmır. Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a müsahibəsində hazırkı durumu şərh etdi və gözləntilərini bölüşdü.

- Tofiq bəy, bəziləri Ermənistanın yeni hökumət başçısının Azərbaycanla münasibətlərin normallaşdırılması siyasətini yürüdərək ölkəsini dalandan çıxaracağını zənn etsə də, əksini müşahidə etdik. Sizcə, Nikol Paşinyanın sələflərindən də radikal mövqe nümayiş etdirməsinin səbəbi nədir?

- Əvvəla, Paşinyanın Qarabağa aid hansısa bəyanatlar verməkdə məqsədi heç də Azərbaycanla danışıqlar aparmaq deyil. Sadəcə, bu bəyanatlar daxili siyasətdə istifadə olunmaq üçün verilir. Çünki böhran onu göstərir ki, artıq ermənilər arasında bölünmə var: Qarabağ və Ermənistan erməniləri. Eyni zamanda, iqtisadi bölünmə mövcuddur. Bu baxımdan Paşinyanın bəyanatları daha çox daxili siyasi məqsədlərə xidmət edir. Çünki Paşinyan Qarabağ klanına qarşı mübarizədə istəmir ki, ona “Qarabağ satqını” deyilsin və bu və ya digər tənqidlərdən istifadə edilsin. Bu baxımdan çox radikal, sərt bəyanatlar verdi. Hamı başa düşür ki, bu bəyanatlar real şəkildə nə danışıqlar prosesində öz əksini tapacaq, nə də Azərbaycan bu bəyanatları ciddi qəbul etməməlidir. Məsələn, onun bəyanatlarından biri bundan ibarətdir ki, Dağlıq Qarabağ erməniləri tərəf kimi danışıqlara qayıtsın. Birincisi, bu, danışıqların formatına aid bir mövzudur. İkincisi, format məsələsi beynəlxalq səviyyədə və Azərbaycan tərəfindən qəbul olunmuş sənədlərdə nizamlanıb. İndi Azərbaycan nəyə görə bu mövqeyi dəyişməlidir? Üçüncüsü, Azərbaycan üçün işğal olunmuş torpaqların azad olunması, Ermənistan ordusunun ərazilərdən çıxması mövzuları maraq kəsb edir. Yəni bu mövzulara aid təzə heç nə bəyan olunmayıb. O halda nəyə görə Azərbaycan ermənilərin maraq göstərdiyi məsələlərə önəm versin? Bu da məntiqsiz bir şeydir.

- Fakt budur ki, Paşinyan danışıqlar prosesini 1994-cü ilə qaytarmaq istəyir. O zaman da Qarabağ ermənilərini masaya gətirmək cəhdi var idi və bu iddia yenidən ortadadır...

- Onların iddiası çoxdan var idi. Bununla bağlı hamıya məlum vəziyyət mövcuddur. Maraqlı tərəf kimi, bunlar Minsk konfransında iştirak edə bilərlər, vəssalam. Özü də işçi iclaslarda. Plenar iclaslarda dövlətlər iştirak edir. Bu baxımdan o məsələyə qayıtmaq mümkün deyil.

- Bəs, Azərbaycan bu vəziyyətdə nə etməlidir?

- Siyasi proseslərin məntiqi gətirib ona çıxarır ki, Paşinyan ilk gündən addımbaaddım səhvlər edir. Bir səhvi də ondan ibarətdir ki, ümumiyyətlə, onun hakimiyyətə gəlməsi Rusiyanın heç də alqışlamadığı bir hadisədir. Bu da bəllidir ki, Rusiya Ermənistandan uzaqlaşır və İrəvan-Moskva əlaqələri böhran vəziyyətindədir. O məsələlər nə şəkildə həll olunacaq, hələ bilinmir. Bu baxımdan Azərbaycan vəziyyəti diqqətlə izləməlidir. Bir dəfə də demişəm, yenə təkrar edirəm, ermənilərə təkrar imkan verək ki, onlar səhvlərini davam eləsinlər.

- Nə qədər müddət ərzində?

- Müddəti deyə bilmərəm. Səhvlərin kritik çəkisi ciddi şəkildə çoxalandan sonra hansısa məqamda biz daha aktiv addımları ata bilərik. Baxaq, görək Rusiya-Ermənistan münasibətləri nə şəkildə pisləşəcək və hansı dərəcəyə gələcək. Bu tendensiya artıq mövcuddur, gözləyək, görək necə olur.

- Amma bəzi ekspertlər hesab edirlər ki, gözləmək, fürsəti əldən vermək bizim xeyrimizə deyil. Deputat Qüdrət Həsənquliyev bu günlərdə bildirdi ki, torpaqları azad etmək üçün şans yaranıb və Bakı Moskva ilə danışıqlara gedib hərbi əməliyyatlara başlamalıdır. Siz bu fikirlərlə razısınız?

- Bu qərarı qəbul etmək üçün daha çox məlumat olmalıdır. Yəni hərəkətə keçmək üçün ilk növbədə ordunun vəziyyətini bilməliyik.

- Müdafiə naziri Zakir Həsənov bəyan etdi ki, ordu genişmiqyaslı hərbi əməliyyatlara hazırdır...

- Həmçinin, beynəlxalq oyunçuların və faktorların bizim xeyrimizə olub-olmaması, onların dinamikasının nə şəkildə qurulacağı da çox vacib məsələdir. Ermənistanın daxilindəki böhranın tendensiyası onun dərinləşməsinə doğru gedir. Məsələn, həm polis rəisi yeni adam təyin olunub, həm də müdafiə naziri. Təbii ki, təzə adam heç də köhnə adamların tam ürəyincə olmayacaq. Bu da böhranlı istiqamətdir. Baxaq, görək onların arasında bu böhran hansı şəkildə inkişaf edəcək, dağılma prosesi nə dərəcəyə gələcək. O da bizimçün vacib amildir. Yəni ölçülmüş bir siyasət olmalıdır. Şəxsən məndə o qədər məlumat yoxdur ki, deyim əməliyyatı bu gün edək, sabah edək, yoxsa dünən etməliydik. Hansısa qərar qəbul etmək üçün məlumat lazımdır. Beynəlxalq vəziyyət necədir, Rusiyadan gələn siqnallar nə göstərir, Qərbin mövqeyi nədən ibarətdir, Qarabağ klanı Paşinyanın dəstəsi ilə necə rəftar edəcək və s. suallara cavab olmalıdır.

- Paşinyan baş nazir seçildikdən sonra qanunsuz olaraq Azərbaycan ərazilərinə uçduğu zaman onu vurmalıydıq, mövqeyi oldu. Siz necə düşünürsünüz, vurmalıydıqmı?

- Hər halda Paşinyanın vertolyotuna tərəf atəş açılsaydı, pis olmazdı. İndi dəyəcəkdi, dəyməyəcəkdi, bu, başqa məsələdir, ən azı qorxutmaq lazım idi ki, belə sərbəst uçmasın. Digər tərəfdən, atəşə tutmaq həm də atəşkəs rejimindən çıxmaqdır. Mən istisna etmirəm ki, Qarabağ klanı da bizə qarşı hansısa hərbi provokasiya edə bilər - aprel döyüşlərindəki kimi. Ona cavab olaraq, təbii ki, hansısa addımlar atmaq lazımdır. Yəni vəziyyət elə olmasın ki, biz atəşkəsi pozduq. Əksinə, elə vəziyyət yaransın ki, biz onlara cavab zərbəsi endirək, bu da beynəlxalq səviyyədə daha müsbət qəbul edilən vəziyyət olacaq.

- Bir zamanlar sizin rəhbərlik etdiyiniz xarici siyasət idarəsinin Paşinyanın səfərinə münasibətini yetərli sayırsınızmı? İndiki durumda XİN necə davranmalıdır?

- Əlbəttə, belə vəziyyətdə ictimaiyyətlə əlaqələr daha sıx olmalıdır. Mətbuatla daha ciddi şəkildə işləmək lazımdır. Biz başa düşməliyik ki, məlumatların yayılmasında məqsəd nədir, bizi hara çəkmək istəyirlər. Bu baxımdan indiki vəziyyət bir az gərgindir və ictimai rəylə əlaqələrin gücləndirilməsinin yalnız faydası var. Təbii ki, Paşinyanın Qarabağa gəlişinə sərt reaksiya verilməliydi. Hesab edirəm ki, bəyanat təkcə mətbuat katibi səviyyəsində yox, daha ciddi şəkildə olmalıdır. Paşinyan orda bəyan etdi ki, bu, xalqların öz müqəddəratını həll etmək xarakteri daşıyan bir prosesdir və burada “Artsax xalqı” öz “dövlət”ini yaradıb. Amma onun Qarabağa gəlməyi onu göstərir ki, təkcə bu məsələ deyil. Bu, Ermənistanın işğalıdır və anneksiya cəhdidir. Ermənistanın orada qoşunlarının olması, pullar dövriyyəsi, uzun müddət Qarabağdan çıxan insanların Ermənistandakı seçkilərdə iştirak edib prezident olması onu göstərir ki, bu, heç də separatizm halı deyil, anneksiyadır. Biz bu mövqeyi daha ciddi şəkildə beynəlxalq ictimaiyyətə çatdırmalıyıq.

- Prezident Armen Sarkisyan Ermənistanın BMT-dəki daimi nümayəndəsi Zoqrab Mnatsakyanı xarici işlər naziri vəzifəsinə gətirdi. Bu təyinat haqda nə demək olar?

- Yəni açıq şəkildə qərbyönlü insanlar hakimiyyətə gətirilir. Bu da Rusiyanın xoşuna gəlməyəcək. Bu baxımdan təbii ki, böhran üçün daha böyük əsaslar yaranacaq.

- Qarşıdakı aylar üçün nə proqnozlaşdırırsınız?

- Ermənistan daxilindəki böhranın cizgiləri artıq bəllidir. Bu, daha da dərinləşəcək. Dövlət strukurlarının zəifləməsi və bəlkə də dağılması istisna olunmur. Bundan sonra Rusiya-Ermənistan əlaqələri daha da kəskinləşəcək. Bunu əvəzləmək üçün ermənilər Azərbaycana qarşı daha kəskin və təxribatçı bəyanatları çoxaldacaqlar. Mən istisna etmirəm ki, təmas xəttində bizə qarşı təxribatlara əl ata bilərlər. Onların marağı ondan ibarətdir ki, biz ermənilərə zərbə vuraq və daxildəki prosesləri məhz Azərbaycan istiqamətində yönəltsinlər. Onların taktikası təxminən belədir. Təbii ki, bu taktikaya bizim də qarşılıq verməyimiz lazımdır və fikrimcə, olacaq. Biz həmişə vurğulamalıyıq ki, onlar təxribat edirlər. Yoxsa biz erməniləri vururuq, yaxud vuracağıq, kimi bəyanatlara ehtiyac yoxdur. Nə qədər çox düşmənin təxribatlara əl atdığını bəyan etsək, bizimçün daha yaxşıdır.

- Belə demək olarmı ki, Ermənistan bu dəfə aprel döyüşlərindəki kimi, təxribatlara əl atsa, əməliyyatlar müəyyən ərazi il məhdudlaşmamalıdır, sonadək gedilməlidir?

- Hamımız Allaha dua edirik ki, belə olsun. Amma hesab etmirəm ki, bunu rəsmi şəkildə demək lazımdır. “Təxribata cavab olaraq vurduq”, demək kifayətdir. Ermənilər sülhdən danışa-danışa gəlib 20 faiz torpağımızı işğal edib. Onlar səhərdən-axşamadək sülhdən danışırdılar. Biz də onlardan nəsə öyrənməliyik, yoxsa yox?

- Necə bilirsiniz, danışıqlara limit tərtib etməyin zamanı çatmayıbmı?

- Rəsmi limitin tərəfdarı deyiləm. Çünki danışıqlarda heç vaxt biz tərəfdən rəsmi limit qoyulmamalıdır. Biz deməliyik ki, erməni tərəf elə şərait yaradıb ki, danışıqlar mənasını itirir. Yenə də deyirəm, biz onların təxribatına cavab olaraq nə isə etməliyik. Çünki beynəlxalq səviyyədə təbliğatın öz qaydaları və xüsusiyyətləri var. Daxili siyasətdə təbii, bəzən tələb olunur ki, ictimai rəy nəzərə alınaraq danışılsın. Amma beynəlxalq təbliğatda bu fikir vurğulanmalıdır ki, Ermənistanın danışıqlar prosesinə təxribatçı mövqeyi və əməlləri gətirib ona çıxarıb ki, faktiki olaraq danışıqlar yoxdur.

- Maraqlısı budur ki, həm Armen Sərksiyan, həm də Nikol Paşinyan Qarabağ danışıqlarında iştirak etmək istəyir. Danışıqlar üçün növbəti təşəbbüs olarsa, sizcə, bu prosesdə Azərbaycandan kim iştirak etməlidir?

- Əvvəlcə gərək ermənilər öz aralarında uzun-uzadı diskussiya aparsınlar, dəqiqləşdirsinlər ki, danışıqlarda kim iştirak edəcək. Ümumiyyətlə, onlar tərəfdə üç “namizəd” var, Bako Saakyan da iştirak etmək istəyir. (gülür). Hələ onlar öz aralarında bir qərara gəlsinlər. İkincisi, o demək deyil ki, biz hamıya razılıq verəcəyik. Demək olar ki, ermənilər danışıqlar prosesini məhv ediblər. Ter-Petrosyanın vaxtilə dediyi kimi, bu, onların ən böyük səhvləridir. Maraqlı bir şeydir ki, Paşinyan Ter-Petrosyanın tərəfdarı idi, amma indi Petrosyan onu tənqid edir.

Danışıqların perspektivinə gəldikdə, belə bəyanatlar olsa, mən inanmıram ki, Azərbaycan bunlarla danışmağa çox həvəsli olacaq. Ermənilər və həmsədrlər əgər danışıqların bərpasını istəsələr, demək, ortaya hansısa real fikirləri qoymalıdırlar. Bu fikirlər isə bu və ya digər şəkildə tərəflərin mövqeyinə əsaslanaraq hazırlanır və irəli sürülür. Biz Paşinyandan elə bəyanatlar eşitdik - onlarla bağlı yuxarıda fikrimi bildirdim - bunlar Azərbaycan üçün heç bir maraq kəsb etmir...

- Tofiq bəy, yeri gəlmişkən, hansısa vəzifə ilə bağlı sizə təklif gəlməyib ki?

- (gülür) Yox. Hamı soruşur, amma... İndiki vəzifəm məni tam qane edir. Zəng edirsiniz, nələrisə müzakirə edirik. Hər halda ictimaiyyətə xidmət edirəm. Hesab edirəm ki, bunun kiçik də olsa, ictimaiyyətə xeyri var. Mən sərbəst olanda bəzi məsələləri daha səmimi, açıq demək imkanım olur. Azdan-çoxdan bunun da xeyri var...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01
Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru