"Heydər Əliyevi dəstəklədiyimiz üçün AXC-Müsavat tərəfindən ölümlə təhdid olunurduq"
Tarix: 15-06-2017, 12:23 | Çap et
Milli Məclisin Elm və Təhsil Komitəsinin keçmiş sədri, 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atan 91 nəfər tanınmış ziyalıdan biri olmuş professor Şahlar Əsgərov "Ölkə.Az" xəbər portalına müsahibə verib.
Müsahibəsində 76 yaşlı professor Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından və 15 iyun Milli Qurtuluş günündən danışıb.
Şahlar Əsgərovla müsahibəni oxuculara təqdim edirik:
- Bu gün Azərbaycanda 15 iyun Milli Qurtuluş günü qeyd edilir. Bu tarixin qeyd olunmasında sizin də üzvü olduğunuz məşhur "91-lər"in açıq müraciətinin böyük rolu vardır. Həmin tarixi necə xatırlayırsınız?
- Həmin dövrdə mərhum Heydər Əliyevə məktub yazmaq ideyasını mən rəhmətlik Sirus Təbrizlidən almışam. Sirus Təbrizli Heydər Əliyevə ünvanlanan müraciətə imza atmaq üçün məni də dəvət etmişdi. Həmin müraciət 1992-ci ildə yazılmışdı və imzalanmışdı. Əslində isə Sirus Təbrizli Naxçıvanda olarkən Heydər Əliyevlə söhbəti zamanı bu ideya yaranmışdı. Sirus Təbrizli Heydər Əliyevi Bakıya qayıtmağa və Azərbaycanı düşdüyü təlatümdən xilas etməyə çağırmışdı. Heydər Əliyev isə Sirus Təbrizliyə "bu sənin fikrindir, bəs ziyalılar nə düşünür?" - deyə sual verib. Sirus Təbrizli isə təklif edib ki, bir qrup ziyalı ona müraciət etməyi düşünür. Sonradan həmin müraciət yazılıb "Səs" qəzetində çap olunub. O dövrdə mənim bağ sahəm və orada bir yarımtikili vaqon var idi. Biz də Sirus Təbrizi ilə bağa gedib, həmin vaqonun içərisində ziyalıların Heydər Əliyevə yazılı müraciətini 2-3 dəfə diqqətlə oxuduq, öz təkliflərimizi verib, düzəlişlər edib müraciət hazırladıq. Orada da dedik ki, biz mütləq Heydər Əliyevi Bakıya çağırmalıyıq. Daha sonra onun üçün imza toplamaq lazım idi. İmzanı toplayanda isə ziyalıların çoxu universitetlərdə işləyirdi. Ona görə də universitetdən imzaları toplamaq mənə və hal-hazırda mədəniyyət nazirinin müavini olan Vaqif Əliyevə həvalə olunmuşdu. Həmin dövrdə Vaqif Əliyev də universitet müəllimi idi. Vaqif Əliyevlə mən universitetdə 18 nəfər ziyalının imzasını ala bildik. Həmin imzalanmış müraciəti Sirus Təbrizliyə təqdim etdim. Daha sonra digər universitetlərdə imzatoplama işi davam etdirildi və 91 nəfər ziyalı bu müraciətə imza atdı. Əslində Heydər Əliyevin Bakıya qayıtmasını 91 nəfər deyil, əksər adamlar istəyirdi. Ancaq zamanın qısa olmasından və digər məlum səbəblərə görə daha çox imza toplana bilməmişdi. Müraciəti 91 nəfər imzalayandan sonra bir həftə ərzində göndərildi.
Yadımdadır, o zaman universitetdən mən, rəhmətlik Murtuz Ələsgərov, Səfiyar Musayev, ümumilikdə 18-19 nəfər imza atmışdı. Amma bizim müraciət etdiyimiz insanların sayı çox idi. Heydər Əliyevə müraciətimizə dinməz də, tərifləyib imza atanlar da olub, qarşı çıxıb imza atmayanlar da.
- Kimlər qarşı çıxırdı?
- Mən onların adlarını çəkmək istəmirəm. Çünki onların hamısı rəhmətə gediblər. Əgər sağ olsaydılar, adlarını çəkərdim. Vaxtilə Heydər Əliyevə qarşı çıxan, müraciətə imza atmaqdan imtina edən adamlar sonradan Heydər Əliyev hakimiyyətə qayıdan dövrdə vəzifələr də tutdular. Sonradan həmin adamlar Heydər Əliyev haqqında kitablar da yazıblar. Vaxtilə Siyavuş Novruzov da bu barədə öz fikrini bildirib. Mən Siyavuş Novruzovun fikirləri ilə tam razıyam.
- "91-lər" dövründə bir çox həmkarlarınız üzləşdikləri təzyiqlərə görə həmin müraciətə imza atmaqdan imtina etmişdi...
- Bilirsiniz, mən 1974-cü ildə Danimarkada elmi-tədqiqat işləri aparmışam. 1979-cu ildə isə 6 ay Finlandiyada fəaliyyət göstərmişəm. Yəni, 1990-cı illərədək mən gözəl və demokratik ölkələr görmüşəm. Ancaq o dövrdə Azərbaycandan başqa heç bir ölkəni görməyən adamlar çox idi. Ona görə də mən müqayisə edə bilirdim ki, fürsət yaranıb, Azərbaycanı da Qərbi Avropa dövlətləri səviyyəsinə qaldırmaq mümkündür. Həmin dövrdə mən belə düşündüyüm üçün bu axına qoşulmuşam.
Şübhəsiz ki, Heydər Əliyev şəxsiyyətinə inam və hörmətim də var idi. Ümumiyyətlə, tarixdə şəxsiyyətlərin belə proseslərdə rolu mənə yaxşı məlumdur. O dövrdə Azərbaycanda gedən proseslərin qarşısını almaq üçün yalnız bacarıqlı və təcrübəli şəsiyyət axtarıb tapmaq lazım idi. Həmin şəxsiyyət isə Heydər Əliyev oldu. Çünki dövləti idarə etmək hər adamın işi deyildi. Misal üçün, iyunun 12-də qonşu Rusiyada baş verən mitinqlərə baxın. Bu qədər mitinqlər olsa da, ancaq ortada şəxsiyyət yoxdur. Yalnız başsız kütlədir. Ötən əsrin 90-cı illərində Azərbaycanda da təqribən oxşar hadisələr baş verirdi. Camaat ayağa qalxsa da, meydanlarda parlaq şəxsiyyət yox idi. Xalq öz parlaq şəxsiyyətini axtarırdı.
Doğrudur, AXC-Müsavat da Azərbaycanın azad olmağını istəyirdi. Ancaq onların içırisində Heydər Əliyev qədər təcrübəli idarəetmə bacarığı olan adam yox idi. Elə bir adam ancaq Heydər Əliyev idi.
- Həmin dövrdə Heydər Əliyevi dəstəkləyən adamlara qarşı təzyiqlər var idimi?
- Əlbəttə ki, var idi. Heydər Əliyevi dəstəkləyən adamlara qarşı həm təhlükə var idi, həm də təzyiqlər olunurdu. AXC-Müsavat tərəfdarları bizə açıq şəkildə deyirdilər ki, darıxmayın, 10-15 günə sizi divara düzüb güllələyəcəklər. Düzdür, bunu deyən adamlar AXC-Müsavatın yaşlı və ziyalı adamları deyildi. Əksinə, onlar AXC-Müsavat tərəfdarı olan universitet tələbələri, uşaq-muşaqlar idilər. Ancaq bizi ölümlə təhdid edirdilər. Bizə deyirdilər ki, Heydər Əliyevi niyə Bakıya çağırdınız? O burada bir ay işləyə bilməyəcək, devriləcək və sairə. Bizə deyirdilər ki, bu yoldan geri çəkilin, canınızı düşünün və sairə. Həmin vaxtı Azərbaycanda hakimiyyət də tez-tez dəyişirdi. Ancaq kimin iradəsi güclü idi, Heydər Əliyevə inamı, sevgisi sarsılmaz idisə, onu heç kəs mövqeyindən, fikrindən döndərə bilmirdi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17 |
|
|
|
• Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12 |
|
|
|
• Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07 |
|
|
|
• Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02 |
|
|
|
• İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00 |
|
|
|
• Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58 |
|
|
|
• DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49 |
|
|
|
• Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47 |
|
|
|
• Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39 |
|
|
|
• Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35 |
|
|
|
• “Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33 |
|
|
|
• Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28 |
|
|
|
• Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25 |
|
|
|
• “Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14 |
|
|
|
• İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13 |
|
|
|
• Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07 |
|
|
|
• İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02 |
|
|
|
• "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01 |
|
|
|
• Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58 |
|
|
|
• Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54 |
|
|
|
• İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52 |
|
|
|
• “Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50 |
|
|
|
• FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46 |
|
|
|
• Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42 |
|
|
|
• ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38 |
|
|
|
• İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37 |
|
|
|
• Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20 |
|
|
|
• Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16 |
|
|
|
• Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13 |
|
|
|
• “AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10 |
|
|
|
• "Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00 |
|
|
|
• Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59 |
|
|
|
• Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51 |
|
|
|
• Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43 |
|
|
|
• Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38 |
|
|
|
• Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35 |
|
|
|
• "Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33 |
|
|
|
• “A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26 |
|
|
|
• Meğrinin merinin müşaviri niyə intihar etdi?.. - “Hraparak”
Bu gün, 09:23 |
|
|
|
• "Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Bu gün, 09:18 |
|
|
|
• "Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!
Bu gün, 09:14 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə – “Paşinyan o şəhəri təklif edəcək”
Bu gün, 09:09 |
|
|
|
• Paşinyan sülh sazişindən əvvəl seçki istəyir - üç əsas hədəf
Bu gün, 09:03 |
|
|
|
• Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… - KİV
Bu gün, 09:01 |
|
|
|
• `Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? - SAKİNLƏR TƏLAŞDA...
Bu gün, 08:59 |
|
|
|
• Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ - Son 5 ildə nələr baş verib?
Bu gün, 08:50 |
|
|
|
• `Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? - Ekspert danışır...
Bu gün, 08:47 |
|
|
|
|