“Yerindən durana korifey deyirlər” .....                     Qar yağacaq, yollar buz bağlayacaq... .....                     MİT axtarışda olan terrorçunu öldürüb .....                     Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... .....                     Novruzda əfv və amnistiya olacaq? .....                     Bu dövlət qurumları birləşdirilir .....                     Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… .....                     İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib .....                     Qrossi "Rosatom" rəhbəri ilə görüşüb .....                     DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib .....                     Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu .....                     Banklarda müştərilər belə aldadılır .....                     Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı .....                     Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, .....                     “Azəripək” səhmdar cəmiyyətə çevrilir .....                     Bakıda DƏHŞƏT: .....                     Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ .....                     “Baku Pearl Residence”in problemləri bitmir .....                     İran daha böyük təhülkə ilə üzləşir .....                     Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA .....                     İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir .....                     "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" .....                     Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? .....                     Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır .....                     İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? .....                     “Mən insanlardan heç vaxt qaçmamışam” .....                     FSB üç regionda əməliyyat keçirdi: .....                     Muxtar Babayevi kim əvəz edir? .....                     ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır .....                     İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... .....                     Tehrandan Paşinyanla bağlı təlimat: .....                     Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur .....                     Azərbaycanlı jurnalist Japarova məktub yazdı... .....                     “AzerGold”da yeni təyinat .....                     "Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." .....                     Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... .....                     Moskva susarsa, Bakı buna məcbur qalacaq .....                     Gəlir mənbəyinə çevrilən uşaqlar... .....                     Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır .....                     Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir .....                 

ABŞ-ın "kürdüstan" planı Azərbaycana necə təsir edə bilər...
Tarix: 12-06-2017, 08:36 | Çap et
ABŞ-ın "kürdüstan" planı Azərbaycana necə təsir edə bilər...
İraq Kürd Regional Hökumətinin Kürdüstan dövlətinin elan olunması üçün sentyabrın 25-nə referendum təyin etməsinə İraq hökuməti, Türkiyə, İran və bir sıra dövlətlər etirazlarını ortaya qoyub. Belə görünür ki, referendum məsələsi elə də asan keçməyəcək. Dövlətlər bu məsələyə öz mövqelərini bildirməkdədirlər.

Azərbaycan dövlət olaraq bu məsələyə hələ heç bir rəsmi münasibət bildirməyib. Bəzi ekspertlər Azərbaycanın Kürdüstan dövlətinin qurulması məsələsinə münasibətdə qarışmamaq xətti tutmasını doğru hesab edirlər. Bir çoxları isə Azərbaycanın Türkiyənin yanında olmasının vacibliyini bildirirlər.

Deputat Zahid Oruc “Yeni Müsavat”a bu mövzuda şərhində bildirdi ki, kürd məsələsi Yaxın Şərq hadisələri kontekstində deyil, yüz illərdir mövcuddur: “Hətta Osmanlı İmperiyası dövründən, 15-ci əsrin zamanından bu ətrafda müxtəlif diskussiyalar gedib, o cümlədən real hərbi əməliyyatlar aparılıb, o dövrün tarixi şəraitinə uyğun mübarizələr olub. O baxımdan hadisəyə miqyas etibarilə və yaxud hazırkı dövrün qlobal savaşları səviyyəsində olan tabloda baxılması yanlış nəticələrə aparıb çıxarar. Bu məsələnin keçmişi var və özünün inkişaf fəlsəfəsinə, müəyyən bir ssenariyə malikdir. Odur ki, biz yalnız desək ki, Kürdüstan dövlətinin qurulması Qərbin istəyidir, bu, məsələyə çox bəsit münasibət olar. Reallıq ondan ibarətdir ki, kürd xalqının tarixi taleyində onların dövlət qurmaq istəklərinə baxmayaraq, bu istək gerçəkləşdirilə bilməyib. Həmin düşüncələr, mübarizələr tarixin ayrı-ayrı mərhələlərində müxtəlif dövlətlər tərəfindən istifadə olunub. Bu gün də belədir. O üzdən 7 milyona qədər İraqın tərkibində, 14 milyona qədər Türkiyədə, 2 milyona qədər Suriyada, 1 milyondan artıq İranda məskunlaşmış kürd xalqının etnomilli, etnosiyasi bir coğrafiya verərək onları dövlət kimi, beynəlxalq hüquq subyekti səviyyəsinə gətirib çatdırmaq istəkləri mövcuddur. Yaxın Şərq planı bütövlükdə yeni xəritə deməkdir. Bunun nə qədər böyük qanlar hesabına başa gələcəyini təsəvvür etmək çətin deyil. Hələ indi yalnız siyasi rejimlər və ayrı-ayrı hakimiyyətlərin dəyişdirilməsi prosesi gedir. Ərəb baharı 1 milyona yaxın insanın həlak olmasına səbəb olub. Şimali Kürdüstan dövləti layihəsi də eyni qanlı əməliyyatlardan keçəcək. Türkiyənin məsələyə münasibətinə gəlincə, prezident Ərdoğan iqtidarı ötən illər ərzində Bərzani iqtidarı ilə işlədi, onların Türkiyə əleyhinə olan separatizmini xeyli neytrallaşdırdı, iqtisadi əlaqələr qurdular, silahlanmış kürdlərin bir qismini siyasi vasitələrlə silahsızlarşdırdılar. Amma böyük bir qismi isə bu gün də Türkiyənin gücünü sarsıtmaqla məşğuldurlar. Kürd xalqı ilə türkləri toqquşdurmaq müxtəlif dövlətlərin planında mövcuddur. Özü də bu təhlükə təkcə Türkiyəyə qarşı deyil. Ona görə də haqqında söhbət gedən referendumun Katalonyanın müstəqillik hərəkatı, yaxud da Şotlandiyanın Britaniyadan ayrılmasının siyasi yolu ilə eyniləşdirilməsi çox yanlış olar. Çünki böyük sayda kürdlər silahlandırılıblar. Kürdüstan dövləti məsələsi əslində referendumun nəticəsindən asılı olmayacaq, beynəlxalq razılaşmaların necə olmasından asılı olacaq. Azərbaycan bu məsələdə Türkiyənin zərər çəkməməsi, bölünməzliyinin tərəfdarı olmalıdır”.

Azərbaycan Kürdləri İctimai Birliyinin sədri Tahir Süleyman isə bildirdi ki, Azərbaycan Kürdüstan dövlətinin elan edilməsi üçün keçiriləcək referenduma müsbət yanaşsa, daha düzgün addım atmış olar: “Kürdüstanda referendum keçirilməsi məsələsini kimlərsə Dağlıq Qarabağ məsələsi ilə eyniləşdirib məsələyə bu prizmadan yanaşılmasını təklif edirsə, bu, yanlışdır. Çünki bu iki məsələ tamamilə fərqli məsələlərdir. Dağlıq Qarabağı ermənilər silah gücünə işğal ediblər. Amma Şimali İraq Kürdüstan Muxtariyyəti İraq parlamentinin qərarı ilə federativ bir qurum kimi qanunla İraqın tərkibində fəaliyyət göstərir. Vaxtilə Çexoslovakiyadan dövlətlər ayrıldığı kimi, Kürdüstan da demokratik şəkildə İraqdan ayrılmaq istəyir. İran, Türkiyə və başqa bir sıra dövlətlərin buna qarşı olmasına baxmayaraq kürdlər bunu istəyir. Əgər İraq hökuməti ilə kürdlər öz aralarında razılığa gələcəklərsə, buna başqa hansısa dövlətin qarışması düzgün deyil. Çünki bu, İraq dövlətinin daxili işidir”.

T.Süleyman hesab edir ki, Kürdüstan müstəqil dövlət elan olunduqdan sonra Azərbaycanla Kürdüstan arasında normal əlaqələr qurulacaq: “Ən azından nəzərə alınmalıdır ki, orada 3 milyon türkmən qardaşlarımız yaşayır. Kürdüstan dövləti türkmənlərin də dövləti olacaq. Çünki onlarla kürdlər min illərdir birgə yaşayırlar, qaynayıb-qarışıblar. O cümlədən azərbaycanlılarla kürdlər arasında yüz illərə dayanan qardaşlıq münasibətləri var. Bu gün Azərbaycanda kürdlər tam hüquqlu vətəndaşlardır və onlara heç bir ayrı-seçkilik yoxdur. Kürdüstan dövləti qurulacaqsa, Azərbaycanda kürdlərin haqları tanındığı kimi, Kürdüstanda da türkmənlərin haqları tanınacaq. Bu iki qardaş xalqların birliyi labüddür”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39
Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36
MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17
Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12
Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02
İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00
Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56
Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49
Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47
Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39
Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35
“Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33
Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28
Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14
İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13
Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07
İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02
"Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01
Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58
Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54
İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52
“Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50
FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46
Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42
ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38
İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37
Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20
Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16
Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13
“AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10
"Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00
Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59
Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43
Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38
Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35
"Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33
“A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26
Meğrinin merinin müşaviri niyə intihar etdi?.. - “Hraparak”
Bu gün, 09:23
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Bu gün, 09:18
"Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!
Bu gün, 09:14
Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə – “Paşinyan o şəhəri təklif edəcək”
Bu gün, 09:09
Paşinyan sülh sazişindən əvvəl seçki istəyir - üç əsas hədəf
Bu gün, 09:03
Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… - KİV
Bu gün, 09:01
`Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? - SAKİNLƏR TƏLAŞDA...
Bu gün, 08:59
Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ - Son 5 ildə nələr baş verib?
Bu gün, 08:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru