Bu, Azərbaycanın növbəti diplomatik uğurudur... - açıqlama
Tarix: 31-05-2017, 09:53 | Çap et
Xəbər verdiyimiz kimi, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən hazırlanan "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy” adlı sənəd ötən həftə BMT Təhlükəsizlik Şurası və Baş Məclisinin sənədi kimi yayılıb. Həmin hüquqi rəy Azərbaycan tərəfinin müraciəti əsasında məşhur beynəlxalq hüquqşünas, BMT-nin Beynəlxalq Hüquq Komissiyasının 1997-ci ildə sədri, 1990-2011-ci illərdə üzvü olmuş, "Université Paris Ouest Nanterre La Défense”-in fəxri professoru Alan Pelle tərəfindən hazırlanıb. Ermənistanın qeyri-qanuni əməllərini ört-basdır etmək və beynəlxalq hüququn norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təhrif edərək üzərinə düşən öhdəlik və məsuliyyətdən yayınmaq cəhdlərini nəzərə alaraq, Azərbaycan münaqişənin həlli, ölkəmizin ərazilərinin işğalına sol qoyulması və Ermənistanın təcavüzündən əziyyət çəkən qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması üçün beynəlxalq hüququn aliliyinin təmin olunmasının xüsusi önəm kəsb etməsinə dair mövqeyini davamlı şəkildə ortaya qoyur.
Həmçinin BMT-nin baş katibinə Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı müfəssəl hesabat təqdim edilib. Hesabatda faktlar, rəqəmlər və statistik məlumatlarla sübut olur ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində yürütdüyü siyasət və həyata keçirdiyi əməllər beynəlxalq hüququn pozuntusudur, münaqişənin siyasi həllinə nail olmaq cəhdlərini pozur və regionda sülh, təhlükəsizlik və sabitlik üçün ciddi təhdiddir. Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında millət vəkili, politoloq Aydın Mizəzadə bildirdi ki, belə bir sənədin BMT-də yayılmasının Azərbaycan üçün mühüm əhəmiyyəti var: "Bu hüquqi sənəddə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşılmasının vacibliyi beynəlxalq təşkilatlar qarşısında qoyulub. Hesab edirəm ki, Azərbaycan bu addımı ilə öz hüquqlarını ciddi şəkildə qorumaq əzmində olduğunu və heç bir zaman hansısa bir dövlətin onun ərazi bütövlüyünü pozmasına, onun suveren hüquqlarının şübhə altına alacağına göz yummayacağını ortaya qoyub. Ölkəmiz demokratik, beynəlxalq hüquq normalarına hörmət edən bir dövlətdir. Bu gün Azərbaycan dövlətinin mövqeyi dünya dövlətləri tərəfindən qəbul edilir. İldən-ilə beynəlxalq diplomatik siyasətdəki müvəffəqiyyəti, beynəlxalq tədbirlərin keçirildiyi məkan olması, dünya səviyyəli idman yarışlarına ev sahibliyi etməsi Azərbaycanın uğurundan xəbər verir. Xaricdə yaşayan bir çox insanlar Bakıda IV İslam Həmrəyliyi Oyunlarının ötən il Rioda keçirilən yay Olimpiya Oyunlarından daha gözəl və dolğun keçirilməsi barəsində fikirlər yürüdürlər. Ümumən götürəndə, Azərbaycanın BMT-də yaydığı sənədin həm məzmunu, həm də forması, düşünürəm ki, gələcəyə yönəlməsi baxımından çox əhəmiyyətlidir”. "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin yeni baş katibi Antonio Quterreş ilə görüşüb, fikir mübadiləsi aparıb və bir daha Qarabağ münaqişəsi barədə məlumat verib: "Yəqin ki, BMT-nin vaxtilə qəbul etdiyi 4 qətnamə də yeni baş katibə xatırladılıb. Daha sonra BMT-də Azərbaycanın Daimi Nümayəndəliyinin yaydığı sənəd ondan xəbər verir ki, işğala son qoyulmalıdır və burada BMT-nin önəmli rolu olmalıdır. Amma çox təəssüf ki, BMT bu məsələnin həllində çox passivdir. Azərbaycan diplomatiyası hər dəfə çalışır ki, Qarabağ məsələsi BMT müstəvisində də müzakirəyə çıxarılsın. Lakin bu qurum hər zaman ünvan kimi ATƏT-i və Minsk qrupunu göstərir. Halbuki nə ATƏT, nə də Minsk qrupu münaqişənin həllini sürətləndirə bilmir və ya istəmirlər. Bu mənada, 4 qətnaməni ATƏT yox, BMT qəbul edib. Deməli, bu qurum həmin qətnamələrin icrasına görə də məsuliyyət daşıyır, lakin bundan çəkinir. Prezident İlham Əliyev də haqlı olaraq bir fikri vurğulayır ki, lazım gələndə BMT bir günün içərisində qətnamə qəbul edir və eyni zamanda onun icrasını həyata keçirir. Burada söhbət Liviyadan gedir. Azərbaycanla bağlı qətnamələrin qəbulundan 25 ildən artıq vaxt keçib, ancaq heç bir irəliləyiş yoxdur. Heç mövqe də bildirmirlər. Bizim üçün maraqlı olardı ki, BMT baş katibi, bu qurumun rəsmiləri problemlə bağlı mövqe bildirəydilər. Əgər bu qətnamələri siz qəbul etmisinizsə, niyə icrasını da təmin etmirsiniz? Bununla bağlı suallar açıq qalır və cavab verən yoxdur”.
E.Şahinoğlu söylədi ki, BMT-də Azərbaycanın haqlı mövqeyinin yer aldığı sənədin yayılması yaxşı haldır: "Amma hesab etmirəm ki, bu cür sənədlər münaqişənin həllinə təsir edə bilsin. Çünki Qarabağla bağlı çoxsaylı bəyanatlar, açıqlamalar var, sənədlər də qəbul edilib. Həmin sənədlərin böyük əksəriyyəti Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Onu qeyd edim ki, tək BMT-nin deyil, AŞPA-nın, Avropa Parlamentinin də Qarabağla bağlı qəbul etdiyi qətnamələr var və orada da Azərbaycanın mövqeyi dəstəklənir. Təəssüflər olsun ki, bütün bu qətnamələr münaqişənin həllini sürətləndirmir.
Qeyd edim ki, erməni tərəfi bu sənədlə bağlı hansısa addımlar atmayacaq və onlar BMT-də buna cavab olaraq başqa bir sənədin qəbul edilməsinə çalışmayacaqlar. Çünki onlar bilirlər ki, BMT bu münaqişənin həllində rol oynamasa belə, Ermənistanın mövqeyini müdafiə edən deyil. Faktiki olaraq, status-kvo uzanır və bu məsələdə ermənilər Rusiya kimi dövlətdən dəstək alırlar”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14 |
|
|
|
• İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13 |
|
|
|
• Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07 |
|
|
|
• İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02 |
|
|
|
• "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01 |
|
|
|
• Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58 |
|
|
|
• Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54 |
|
|
|
• İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52 |
|
|
|
• “Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50 |
|
|
|
• FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46 |
|
|
|
• Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42 |
|
|
|
• ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38 |
|
|
|
• İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37 |
|
|
|
• Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20 |
|
|
|
• Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16 |
|
|
|
• Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13 |
|
|
|
• “AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10 |
|
|
|
• "Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00 |
|
|
|
• Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59 |
|
|
|
• Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51 |
|
|
|
• Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43 |
|
|
|
• Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38 |
|
|
|
• Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35 |
|
|
|
• "Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33 |
|
|
|
• “A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26 |
|
|
|
• Meğrinin merinin müşaviri niyə intihar etdi?.. - “Hraparak”
Bu gün, 09:23 |
|
|
|
• "Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Bu gün, 09:18 |
|
|
|
• "Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!
Bu gün, 09:14 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə – “Paşinyan o şəhəri təklif edəcək”
Bu gün, 09:09 |
|
|
|
• Paşinyan sülh sazişindən əvvəl seçki istəyir - üç əsas hədəf
Bu gün, 09:03 |
|
|
|
• Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… - KİV
Bu gün, 09:01 |
|
|
|
• `Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? - SAKİNLƏR TƏLAŞDA...
Bu gün, 08:59 |
|
|
|
• Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ - Son 5 ildə nələr baş verib?
Bu gün, 08:50 |
|
|
|
• `Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? - Ekspert danışır...
Bu gün, 08:47 |
|
|
|
• ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA - ƏGƏR...
Bu gün, 08:43 |
|
|
|
• Paşinyan Bakı ilə razılaşmaq istəyir – Tehran “xəbərdarlıq” etdi
Bu gün, 08:37 |
|
|
|
• Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı - İLGİNC DETALLAR
Bu gün, 08:36 |
|
|
|
• Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib
Bu gün, 08:34 |
|
|
|
• AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT - İTTİHAM VAR...
Bu gün, 08:32 |
|
|
|
• Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR - BUNA GÖRƏ...
Bu gün, 08:22 |
|
|
|
• Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Bu gün, 08:08 |
|
|
|
• Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək
Bu gün, 07:08 |
|
|
|
• Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı - Danışıqlar gizli aparılır?
Bu gün, 06:31 |
|
|
|
• Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar
Bu gün, 06:26 |
|
|
|
• Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31 |
|
|
|
• “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15 |
|
|
|
• Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12 |
|
|
|
• Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08 |
|
|
|
• Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05 |
|
|
|
• " Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03 |
|
|
|
|