Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                     “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR .....                     Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər .....                     Zaurla Günayın ATV-dən getməsi barədə .....                     Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: .....                     “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” .....                     Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: .....                     Azər Qasımovdan yarım milyonluq borc məsələsinə .....                     Biz istəyirik ki, hər kəs əfv olunsun .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Elşad Miridən şok açıqlama: .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? .....                     Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib .....                     “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb .....                     Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir .....                     Mərdəkanda çirkab suları evlərə dolur .....                     “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun” .....                     “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” .....                     PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür .....                     Ermənistan atəşkəsi pozur: .....                     “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib .....                     Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş .....                     Nikol Paşinyanın partiyası: .....                     “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək .....                     Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək .....                     Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi .....                     Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ .....                     "Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" .....                     Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı .....                     Teymur Kərimovun cəzası 1 İL AZALDILDI .....                     Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                 

RZA İBADOV BAKIYA HƏDƏ YOLLADI
Tarix: 11-05-2012, 18:05 | Çap et
RZA İBADOV BAKIYA HƏDƏ YOLLADI

“ELƏ ŞEYLƏR DEYƏRƏM Kİ, BOMBA KİMİ PARTLAYAR”

Sabiq deputat: "Məni heç bir vaxt İlham Əliyevə qarşı qoya bilməyəcəklər..."

Modern.az saytının bir neçə gün öncə Bakı şəhər Baş Polis İdarəsinin eks-deputat Rza İbadovun axrtarışını davam etdirməsi barədə yaydığı məlumar böyük rezonans yaradaraq, ciddi siyasi təhlillərə yol açdı. Rza İbadov Cinayət Məcəlləsinin 148-ci (təhqir) və 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə təqsirli bilinir. Bu maddələr üzrə hüquq pozuntularında iştirakı ilə əlaqədar ifadə vermək üçün məhkəməyə gəlməkdən boyun qaçırdığına görə onun barəsində axtarış elan edilib.

Hazırda Londonda yaşayan eks-deputat Rza İbadov məsələ ilə bağlı Modern.az–a eksklüziv müsahibə verib. Müsahibəni oxuculara təqdim edirik.

- Rza müəllim, Bakı şəhər Baş Polis İdarəsi sizin adınızı Nəsimi rayonu üzrə axtarışda olan cinayətkarların siyahısında yerləşdirib. Sizin barənizdə hüquq pozuntularında iştirakla əlaqədar ifadə vermək üçün məhkəməyə gəlməkdən boyun qaçırmağa görə axtarış elan edilib. Bununla bağlı nə deyə bilərsiniz?

- Mənim şəklimi ora qoyan adamlar cahil və nadan adamlardır. Onlar başa düşməlidirlər ki, bu günkü prezidentin ən yaxın dostu və onun yanında olan insanlardan biri olmuşam. İllərlə rəhmətliik Heydər Əliyevin hakimiyyətə gəlməsində rol oynayan bir nömrəli insanlardan biri olmuşam. 1990-cı ildə Moskvada, Azərbaycanın Daimi Nümayəndəliyində 20 yanvarla bağlı mətbuat konfransında bir sıra adamlar Heydər Əliyevə qarşı çıxış edəndə, onu müdafiə edən mən olmuşam. Həmişə Heydər Əliyev ailəsinin yanında olmuşam. İndi burda məqsəd nədir?

Məqsəd budur ki, müəyyən qüvvələr istəyirlər ki, məni danışdırsınlar. Mən Londondayam. BBC-yə, başqa qəzetlərə çıxş imkanlarım var. Vadar etmək istəyirlər ki, çıxım prezident İlham Əliyevin, bu günkü hakimiyyətin əleyhinə tənqidi fikirlər söyləyim. Belə şey ömründə ola bilməz. Mən 23 il əvvəl necə Heydər Əliyevçi olmuşamsa, bu gün də qalıram. Bu gün Heydər Əliyevçi olmaq çox asan, su içmək kimi bir şeydir. İstərdim ki, ən ağır vaxtlarda, Heydər Əliyevin qapısını heç kim açmayanda, o adamlar gedib onun yanında duraydı. Mərhum Heydər Əliyevin qayıtmasında, Nehrəm kəndindən deputat seçilməsində mən mühüm rol oynamışam. İndi dünyanın işinə baxın.

1992-ci ildə mən Heydər Əliyev ailəsinin Bakıya qayıtması üçün pasport düzəltdirmişəm. İndi mənə Azərbaycanda pasport vermirlər. Azərbaycan pasportum yoxdur. Ona görə mən Azərbayacana gələ bilmirəm. Nə həbsxanadan, nə də kimdənsə qorxuram. Mən ölümdən qorxan adam deyiləm. Azərbaycanda kim məni həbs edə bilər?
Mənə heç kim yaxın belə, düşə bilməz. İkincisi, mən İngiltərənin tam himayəsi altındayam. İndi ingilis pasporu almaq üçün sənədlərimi təqdim eləmişəm. Pasportu almalıyam. Alan kimi gələcəyəm Bakıya.
Sizə bir şey deyim. Mənim əqidəmi, mövqeyimi heç kim və heç nə dəyişə bilməz. O insanlar var ki, bu gün İlham Əliyevə, mərhum Heydər Əliyevə şeir deyirlər, Allah eləmsin bir şey olsa, onlar siçovul qaçan kimi o “gəmidən” qaçacaqlar. Əgər qaçmasalar, məndən nadan adam yoxdur. Dünyanın işini bilmək olmaz. 90-cı ildə mərhum Heydər Əliyev mənə Moskvada dedi ki, “Rza, bala, sən bilmirsən, bu dünyanın quyruğu çox uzundur...”.

Bəli, dünyanın quyruğu çox uzundur. Heç kim qarantiya verə bilməz. Odur ki, kimsə narahat olmasın və çalışmasnlar: məni heç bir vaxt İlham Əliyevə qarşı qoya bilməzlər. Siyasətlə məşğul olmuram. Qarışmaq da istəmirəm. Ona görə də bu adamlara demək istəyirəm ki, “oturun yerinizdə, o şəkli də çıxarın, ayıbdır”.
Bu prezidentə qarşı provokasiyadır. Mən Heydər Əliyevin ən yaxın adamı olmuşam. Göstərin mənə bir adamı ki, getsin Moskva Beynəlxalq Əlaqələr İnstitutuna və o zaman orada müəllim işləyən hörmətli prezident İlham Əliyevlə danışsın? Heydər Əliyev o zaman klinikada yatırdı. Heydər bəyi, Moskvadan Bakıya ordan da Naxçıvana gətirmək məsələsini mən prezident İlham Əliyevlə Moskva Beynəlxalq Əlaqələr İnstitutunda müzakirə eləmişəm. Cənab prezidentə bunu o zaman mən təklif eləmişəm.

Sizə bir fakt deyim. Bir-iki il əvvəl dünyanın ən böyük nəşriyyatlarından biri mənə müraciət elədi. Dedilər ki, Heydər Əliyev və İlham Əliyevlə bağlı bir kitab yaz. Yüksək qonarar da təkliif etdilər. Çox yüksək qonarar. Dedilər ki, bütün bildiklərimi, gördüklərimi, eşitdiklərimi yazmalıyam. Mən imtina etdim. Ömrü böyu belə şeylərə getmərəm. Milyon da versələr. Mən o insanlara olan münasibətimi heç nəyə satmaram. Mənim burda qəzetlərdə çıxış eləmək, danışmaq imkanlarım var. Amma ömrü boyu bunu etmərəm. Qoy o adamlar otursunlar yerlərində...

- Sizə qarşı axtarış kampaniyasının səbəbi nədir? Bu barədə sizin hər hansı qənaətiniz varmı?

- Mən açıq deyirəm: əgər sabah prezident mənə nazir vəzifəsi təklif etsə, təşəkkür edib imtina edərəm. Həyatı boyu mən orda nazir işləmərəm. Mən azad və xoşbəxt bir insanam. Öz həyatımı yaşayıram. Ona görə bu adamları başa düşə bilmirəm. Qısqanırlar... Bilirsiniz, o zaman da belə qısqanclıq oldu. Mənim İlham Əliyevlə olan isti münasibətlərim bir neçə adamı ciddi şəkildə qıcıqlandırırdı. Çünki mən səmimi adam idim. Sözümü səmimi deyirdim. Reallıq necə idisə elə... Hamı gedib “ləbbeyk” deyəndə mən ölkədə real vəziyyəti demişəm. Ölkədə vəziyyət belədir, insanların vəziyyəti budur. Mən heç vaxt tərif deməmişəm. Mərd-mərdanə kişi kimi...
3-5 adam gəlib deyirdi ölkədə vəziyyət əladır. Düzdür, bu gün Azərbaycanda inkişaf gedir, sağ olsun prezident bu işi yüksək səviyyədə həyata keçirir. Amma ölkədə yenə bütün insanlar razı deyil ki? Müəyyən kəsim var. Gördünüz ki, keçmiş səfir Brayza da, digərləri də yazır ki, ölkənin iqtisadiyyatı beş-altı adamın əlindədir. Yəni bunun qarşısını almaq lazımdır. Bu işləri görmək lazımdır. Mən danışmaq istəmirəm. Nə hakimiyyətdə vəzifə tutmaq, nə də deputat olmaq niyyətim var. Bunların heç birində gözüm yoxdur. İki aydan sonra ingilis pasportu alıb Bakıya gələcəyəm. Azərbaycan mənim vətənimdir. Mən dövlətim də, prezidentim də, xalqım üçün də can-başla ölümə getməyə hazıram. Qoy o insanlar elə bilməsinlər ki, belə addımlarla məni təbdən çıxara bilər, yaxud qorxuda bilərlər.

- Bu məsələdə əsas arqumentlərdən biri sizin 2005-ci ildə parlament seçkilərində namizəd olduğunuz zaman ARDNŞ prezidenti Rövnəq Abdullayevlə olan münaqişəniz gətirilir. Bu iddialarla razısınızmı?

- Mən seçkidən sonra Rövnəq Abdullayevlə görüşdüm. Rövnəqi uşaqlıqdan tanıyıram. Danışdım onunla. Dedim ki, “Rövnəq olan olub, keçən keçib”.
Sizə maraqlı bir məlumatı da deyim: İlham Əliyev ARDNŞ-nin vitse-prezidenti olanda Rövnəqin “SV”-ni ona ilk dəfə mən təqdim etmişəm. Rövnəq kim idi ki? Yəni Rövnəqin bu mərtəbəyə gəlməsində, İlham Əliyevin onu tanımasında mənim azdan-çoxdan rolum olub. Rövnəq Londona tez-tez gəlir. İstəsəm onunla burda görşüşə də bilərəm. Sadəcə, narahat eləmək istəmirəm. Onun da nəsə bir fikri yoxdur. Rövnəq lap məni tutdursun, 3 il, 5 il iş verəcəklər də... Amma axı mən neyləmişəm? Seçki kampanyası dövründə Rövnəq mənə deyib, mən də ona demişəm. Olub, qurtarıb gedib. 7-8 il bundan qabaq olan bir məsələdir. Sadəcə mənim şəklimi hələ də polisdə saxlayan adamlar nadan, cahil adamlarıdr. Yəqin bu müsahibədən sonra şəkli oradan çıxaracaqlar. Ayıb olsun. Mən deputat olmuşam. Heydər Əliyevin ən yaxın adamlarından olmuşam. Bu gün ortada olanlar isə hamısı qaçıb gizlənən adamlar olub. Bunu Ramil Usubov da gözəl bilir.

1992-ci ildə Heydər Əliyev məni ona pasport düzəltmək üçün Bakıya göndərdi. Ramil Usubov Pasport-qeydiyyat İdarəsinin rəisi idi. Çox gözəl qarşıladı məni. Hətta o pasport üçün lazım olan pulu belə qəbul eləmədi. Dedi. “nə danışırsınız, nə pul. Bu Heydər Əliyevin pasportudur”.

Qayıtdım bütün bunları Heydər Əliyevə danışdım. Ramil Usubov artıq təqaüdə göndərilirdi. Onu “OVİR”-dən də işdən çıxarmışdılar. Sadəcə Heydər Əliyev mənimlə söhbəti zamanı onun adı yadına düşdü. Məndən soruşdu onu. Xatırlatdım ki, “bəli cənab prezident, mən Sevil Əliyevaya pasport düzətdirmək üçün yanına getmişdim. Usubov o şəxsdir”. Dedi, “hə, yadıma düşdü”. Ramil Usubovu göndərdi Naxçıvana daxili işlər naziri... Sonra Bakıya gətirdi. Usubov bunu gözəl bilir. Gərək belə şeylərə imkan verməsin. Bunlar bəlkə cahil adamlardır. Ramil Usubov axı gözəl bilir hər şeyi. Odur ki, mənə hər hansı bir qarmaq atmasınlar. Oturmuşam, oturduğum yerimdə. Yoxsa elə şeylər danışaram ki, onlar bir gün də otura bilməzlər yerlərində. Mənim bildiklərimi Azərbaycanda çox az adam bilir. Məni burda Londonda dindirməsinlər. Bax orda özlərini böyük adam kimi hiss edənlər haqqında elə şeylər deyərəm ki, bomba kimi partalayar. Bir də millətin içinə çıxa bilməzələr..

- Bakıdakı əleyhdarlarınız barədə məlumatınız varmı? Sizcə, vaxtaşırı belə kampaniyanı kim təşkil edir?

- Bilmirəm vallah. Bilsəm zəng vurub deyərəm ki, ayıb olsun sənə, utan! Bilmirəm ki... Mən səmimi deyirəm. Belə şeylər məni bir qram narahat eləmir. Mən həyatımda hər şeyə qane olmuş adamam. Ona görə belə məsələlər mənə bir qram da təsir eləmir. Otursunlar yerlərində...

- Sizin axtarışda olmağınıza dair lövhədə olan şəkillə bağlı sözünüz varmı?

- Şəklimi ordan çıxarsınlar. Rəsmi sürətdə bəyan edirəm ki, mən bir aydan sonra İngiltərə vətəndaşı olacağam. Bundan sonra Azərbaycanda nə bir vəzifə tuta billəcəyəm, nə də deputat ola bilərəm. Mənim heç bir siyasi iddiam yoxdur. İlham Əliyevə olan münasibətimdə bir millimetr dəyişiklik yoxdur. Prezident özü də bunu bilir. Prezidentin mənimlə görüşdüyü qədər az-az adamla sıx təmasları olub.

- Londonda hazırda nə ilə məşğulsunuz?

- Mən burda əmlak məsələləri ilə bağlı biznes sahəsindəyəm. Hərdən futbolçu transferləri ilə bağlı işlərlə də məşğul oluram. Əslində futbolçu transferləri mənim üçün bir hobbidir.

- Azərbaycanla əlaqələriniz varmı?

- Dostlarımla, qohumlarla əlaqəm var. Pasportu alan kimi gələcəyəm Azərbaycana.. Heç kim də narahat olmasın.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Bu gün, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Bu gün, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Bu gün, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Bu gün, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Bu gün, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Bu gün, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Bu gün, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Bu gün, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Bu gün, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Bu gün, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Bu gün, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Bu gün, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Bu gün, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Bu gün, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08
“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02
Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00
“Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58
Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06
Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03
“Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59
Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57
Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56
Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50
"Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" - Mübariz Tağıyev
Bu gün, 12:40
Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Bu gün, 12:39
Teymur Kərimovun cəzası 1 İL AZALDILDI - QƏRAR
Bu gün, 12:37
Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:34
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:31
Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” - VİDEO
Bu gün, 12:22
Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? - Ekspert danışır...
Bu gün, 12:15
“Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, kişidir də, bir yeməyi nə qədər yemək olar?”
Bu gün, 12:12
Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz - ÇÜNKİ...
Bu gün, 12:08
Səudiyyə Ərəbistanı statusunu gücləndirdi - İNCƏLƏMƏ
Bu gün, 12:06
Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:03
Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! – Mütəxəssisdən ŞOK FAKTLAR
Bu gün, 12:00
Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib – RƏSMİ AÇIQLAMA
Bu gün, 11:55
Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi - "SMTS" MMC kimə məxsusdur?
Bu gün, 11:51
“Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” - Hüquqşünasdan CİDDİ ÇAĞIRIŞ
Bu gün, 11:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru