“MEHMANXANIN YERİNİ SƏFƏR ƏBİYEVİN HƏYƏTİNƏ QATDILAR”
Tarix: 11-05-2012, 14:32 | Çap et
LƏNKƏRAN ƏLİYEV CAVAB VERİR
Bir neçə gün əvvəl Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev Azərbaycan Silahlı Qüvvələri Akademiyasının qərargah xidməti kafedrasının rəisi, general-mayor Lənkəran Əliyevin barəsində başlanmış cinayət işinin istintaqının davam etdirilməsi barədə açıqlama vermişdi.
O, general Lənkəran Əliyev mənimsəmə və ayrı-ayrı hərbçilərə qarşı Nizamnamədən kənar hərəkətlərə yol verdiyi üçün istintaqa cəlb edildiyini demişdi.
Lənkəran Əliyev isə “Azadlıq” qəzetinə bildirib ki, bu, 3 il əvvəl Təlim Tədris Mərkəzində (TTM) aparılan və nəticələri saxtalaşdırılan yoxlama əsasında başlanmış cinayət işidir və bir müddət əvvəl buna xitam verilib: “2009-cu ildə yoxlamalar aparıldı. 42 gün çəkən yoxlamaların nəticələri saxtalaşdırıldı. Yeri gəlmişkən bildirim ki, nəticələri saxtalaşdıranlardan biri də mətbuatda mənim əleyhinə çıxışlar edən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Tərbiyə İşləri İdarəsinin rəisi, polkovnik Vaqif Məmmədov olub. Vaqif Məmmədov bu gün özündən yaşda, rütbədə böyük olan şəxsin haqqında əsassız ittihamlar səsləndirilir. Baxmayaraq ki, Tərbiyə İşləri İdarəsinin rəisidir. Bundan başqa onun vəzifələrindən biri də hərbçilərin sosial müdafiəsini təmin etməkdir. Mən də hərbçiyəm, 38 il xidmət etmişəm, niyə mənim sosial müdafiəmi təmin etmir? Qayıdaq, cinayət işinə. İstintaq zamanı ortaya heç nə çıxmadı. Mənə bildirdilər ki, Səfər Əbiyev vəsatət verməlidir ki, cinayət işinə xitam verilsin. Mən ona vəsatət qaldırması üçün müraciət etdim. Lakin Səfər Əbiyevin adamları mənimlə şərt kəsdi, guya yoxlamalar nəticəsində mənim 27 min manat pulu mənimsədiyim ortaya çıxıb və mən həmin vəsaiti ödəməliyəm. Guya mən işçilərin maaşını mənimsəmişəm. Halbuki həmin adamlar bildiriblər ki, kartları ilə bankomatlardan maaşlarını alıblar. Prezidentin mənə verdiyi evi satıb həmin vəsaiti ödədim və cinayət işinə xitam verildi. Lakin göründüyü kimi, yenidən işi təzələyiblər”.
Lənkəran Əliyev Müdafiə Nazirliyinin onun evilə bağlı iddialarına da münasibət bildirib: “Deyirlər ki, mən artıq sahə zəbt etmişəm. Mən heç yeri zəbt etməmişəm. Mənim evim olmayıb. Hansı qarnizona keçmişəmsə evlə təmin ediblər, yerimi dəyişəndə həmin evi təhvil vermişəm. Sonuncu dəfə mən sovet dövründə ”Salyut", sonradan “Babək” adlanan mehmanxanada məskunlaşmışam. Həmin mehmanxana Hərbi Məhkəmənin və Səfər Əbiyevin evinin yaxınlığında yerləşir. Yeri gəlmişkən, şəraiti də çox pis idi. 2000-ci ilin noyabrında baş verən zəlzələdən sonra məni və orada yerləşən bir neçə ailəni mehmanxanadan çıxardılar. Mənə elə həmin ərazidə dağılmış bir qeyri-yaşayış sahəsi verdilər. Mən öz vəsaitim hesabına oranı təmir etdim. Sonra hərbçi kimi evlə təmin etməli idilər və məcbur olub bu evi mənə verdilər. Həmin mehmanxanı isə söküb yerini Səfər Əbiyevin həyətinə qatdılar. Mənə deyirlər ki, artıq sahə zəbt etmişəm. Səfər Əbiyev heç piyadalar üçün yer qoymayıb. Bəs bunu niyə demirlər?! Bakıda daşı-daşı üstdə qoyanda hamının xəbəri olur. Niyə bəs mən o zaman oranı təmir edəndə demirdilər ki, Lənkəran Əliyev artıq sahə zəbt edib?! Mənə qarşı sadəcə haqsızlıq edilir. Lakin bütün bunlara baxmayaraq mən vicdanla dövlətimə millətimə xidməti davam etdirəcəyəm".
Lənkəran Əliyev bildirib ki, prosesin sonunun gözləyir və hazırda hansısa addımlar atmaq niyyətində deyil.
Müdafiə Nazirliyi general Lənkəran Əliyevə məxsus mənzilin orderinin etibarsız hesab edilməsi barədə iddia ilə Yasamal Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Həmin qərardan apelyasiya şikayəti verilib. Bakı Apelyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Daha sonra nazirlik Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmə kasasiya şikayətini qismən təmin edərək, işi yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərib. Bakı Apelyasiya Məhkəməsi yenidən işə baxaraq nazirliyin iddiasını təmin edib. Nazirliyin Lənkəran Əliyevlə məhkəmə çəkişməsi mətbuata çıxandan sonra nazirlik generalın TTM-in rəisi vəzifəsində çalışdığı zaman yol verdiyi qanun pozuntuları barədə açıqlama yayıb. Açıqlamada bildirilir ki, Lənkəran Əliyevin TTM-in rəisi olarkən fəaliyyətinin yoxlanması zamanı ciddi qanun pozuntuları aşkarlanıb, buna görə də onun barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Bu gün, 17:35 |
|
|
|
• Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Bu gün, 17:33 |
|
|
|
• Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Bu gün, 17:32 |
|
|
|
• İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Bu gün, 17:30 |
|
|
|
• "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Bu gün, 17:27 |
|
|
|
• Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Bu gün, 17:26 |
|
|
|
• Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Bu gün, 17:24 |
|
|
|
• Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Bu gün, 17:22 |
|
|
|
• Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Bu gün, 17:19 |
|
|
|
• “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Bu gün, 17:14 |
|
|
|
• Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Bu gün, 17:07 |
|
|
|
• Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Bu gün, 17:00 |
|
|
|
• “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Bu gün, 16:59 |
|
|
|
• Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Bu gün, 16:58 |
|
|
|
• Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42 |
|
|
|
• Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37 |
|
|
|
• Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31 |
|
|
|
• Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26 |
|
|
|
• Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25 |
|
|
|
• “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17 |
|
|
|
• Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16 |
|
|
|
• Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14 |
|
|
|
• “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08 |
|
|
|
• “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47 |
|
|
|
• PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02 |
|
|
|
• Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00 |
|
|
|
• “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58 |
|
|
|
• Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06 |
|
|
|
• Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03 |
|
|
|
• “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59 |
|
|
|
• Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57 |
|
|
|
• Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56 |
|
|
|
• Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50 |
|
|
|
• "Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" - Mübariz Tağıyev
Bu gün, 12:40 |
|
|
|
• Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Bu gün, 12:39 |
|
|
|
• Teymur Kərimovun cəzası 1 İL AZALDILDI - QƏRAR
Bu gün, 12:37 |
|
|
|
• Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:34 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:31 |
|
|
|
• Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” - VİDEO
Bu gün, 12:22 |
|
|
|
• Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? - Ekspert danışır...
Bu gün, 12:15 |
|
|
|
• “Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, kişidir də, bir yeməyi nə qədər yemək olar?”
Bu gün, 12:12 |
|
|
|
• Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz - ÇÜNKİ...
Bu gün, 12:08 |
|
|
|
• Səudiyyə Ərəbistanı statusunu gücləndirdi - İNCƏLƏMƏ
Bu gün, 12:06 |
|
|
|
• Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:03 |
|
|
|
• Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! – Mütəxəssisdən ŞOK FAKTLAR
Bu gün, 12:00 |
|
|
|
• Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib – RƏSMİ AÇIQLAMA
Bu gün, 11:55 |
|
|
|
• Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi - "SMTS" MMC kimə məxsusdur?
Bu gün, 11:51 |
|
|
|
|