İSGƏNDƏR HƏMİDOVUN QƏHRƏMANLIĞI…
Tarix: 30-04-2012, 11:31 | Çap et
GƏRƏK İSGƏNDƏR BƏY ZAMANINDA TOYUQ CİLDINDƏ OLANLARIN BAŞINI KƏSƏYDİ!
Xatırlayırsınızsa, belə bir yazarımız da var: Əlisa Nicat. Əslində Əlisa bəyə zamanında çox hörmətlə yanaşmışam və yazılarını diqqətlə izləmişəm. Bir milli ruh olub vaxtilə… ən azından Azərbaycan sevgisi olub bu adamda. Açığı son zamanlar heç təqib etmidrim. Deyəsən, son zamanlar «Sonanın uşaqlarına» qoşulub, əgər belə olmasaydı son yazısında «ə, türk və ya Boz Qurd olub axı neylədiniz» ifadəsini özünə yaraşdırmazdı.
Yaraşdırırsa, demək, artıq iş işdən keçib. Əlisa Nicatı da sellər aparıb saldı kimlərinsə qoynuna. Olsun, ahıl yaşında ondan toyuq başı kəsməsini - özünün qəhrəmanlığa tay tutduğu bir işi gözləyəs deyilik ki?
Hə, əziz oxucular. Biri var idi, biri yox idi… bir Əlisa Nicat var idi. Onun bir gün yadına düşür ki, bəs İsgəndər Həmidovu hamı hədəfə alıb, hamı keçmiş nazirin ünvanını topa tutub, hamı onun taxta qapısını döyəcləyir… Adamdır də, çiy süd əmib. Gec də olsa çiy süd öz təsirini göstərib. Deyib ki, ən asanı elə budur. Mən də döyəcləyim. İndi İsgəndər Həmidovun qarasınca danışmaq hətta toyuq kəsməkdən də ucuz başa gələn bir qəhrəmanlıqdır. Görünür, ahıl yaşlarında Əlisa Nicatın könlünə qəhrəmanlıq düşüb, yoxsa «İsgəndər Həmidovun «qəhrəmanlığı» - Bir toyuq başı belə, kəsməyən adam özünü necə qəhrəman hesab edə bilər?» başlıqlı-yarımbaşlıqlı yazısını yazmaz və yaxud da belə bir hazır yazının altına imzasını basmazdı.
Əslində həmin yazını oxuyanda məsələnin heç də İsgəndər Həmidovla bağlı olmadığının tam fərqinə vardım. Çünki əgər Əlisa Nicat İsgəndər Həmidova «ə» deyərək müraciət edirsə, «Türk», «Boz Qurd» kəlmələrini kiçik hərflərlə yazırsa və bununla sanki uzun illərin həsrətində, təşnəsində olduğu bir işi gördüyünü zənn edərək bir rahat nəfəs alırsa, deməli, iş tamam başqadır. Əlisa Nicat İsgəndər Həmidovu «vurmaqla» əslində Azərbaycan Türkü adına olan içindəki xıltını, xəbisliyini nifrinini ortaya qoymuş oldu. Bərəkallah, bunca müddət boyunca bu gün baş hərflərini kiçik işarə ilə qeyd etdiklərinə nökərçilik etdin, bir iş çıxara bilmədin, indi əksini söyləməkləmi nəyəsə nail olmaq istəyirsən? Ə?!
Deyirsən ki, İsgəndər Həmidov bir toyuq başı belə kəsməyib və buna görə də bu adamdan qəhrəman ola bilməz. Tamm. Tutalım sən düz deyirsən. Bəs o zaman nədən İsgəndər Həmidov nazir olanda hamınız toyuca dönüb onun süfrəsinin qırıntılarını dənləyirdiniz? Arxayın idiniz ki, başınızı kəsə bilməz… Hə də, İsgəndər bəy toyuqlara qıymır, amma çoxunu toyuca döndərmişdi.
Cənablar, misterlər, bir daha xatırladıram, bu gün İsgəndər Həmidovun qarasınca deyinmək, onun haqqında ağzına gələni danışmaq çox asan bir işdir. İndi sual edirəm, bunun eynisini hazırda İsgəndər Həmidovun yerində dayanan adamlarla bağlı təkrarlaya bilərsənmi? Bu gün hansı nazirə «ə» deyə müraciət edə bilərsən? İmnaszıdır… Amma İsgəndər Həmidov - sənin bəyənmədiyin İsgəndər Həmidov və o dönəmin prezidenti olmuş mərhum Əbülfəz Elçibəy sənə və sənin kimilərə o qədər azadlıq haqqı tanımışdı ki, indinin özündə belə nə etdiyinin fərqinə vara bilmirsən. Deməli, elə sənin kimiləri «ə», «əşi» yerinə qoymaq lazım imiş, adam bilib qucaqlamaq yox…
Deyirsən ki, İsgəndər Həmidov bir düşməni belə məhv etməyib. Daha bu qədər kor-koranəlik ola bilməz axı… Ən azından İsgəndər Həmidovun Astarada, Yevlaxda, Mingəçevirdə və başqa bölgələrdə məhz Azərbaycana, Azərbaycan dövlətinə qarşı quldurluq edən mafiyalara qarşı apardığı mübarizəni unutmaq olmaz. Hansı yaxşıdır: bu gün mafiyanın ölkəni idarə etməsimi, yoxsa mafiyanın layiq olduğu qəfəsə salınmasımı?
Deyirsən ki, İsgəndər Həmidov toyuq başı belə kəsməyib. Ona görəmi düşmən Ermənistanda İsgəndər Həmidovun, onun qardaşı, Tərtər rayonuna başçılıq etmiş Sərdar Həmidovun başına pul qoyulub, onların Ermənistan dövləti tərəfindən rəsmən qətllərinə fərman verilib? Bir erməninin belə burnunu qanatmayanla bağlı Ermənistan bu şəkildə fərmanmı verərdi?
Deyirsən ki, İsgəndər Həmidov toyuq başı belə kəsməyib. Mən də razı. Gərək kəsəydi. Əgər kəssəydi, bu gün kimlərsə toyuq kimi bu böyük Türk oğlunun əl-ayağına olaşmağı belə ağlının ucundan keçirməydi…
Məhəmməd ƏRSOY


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28 |
|
|
|
• Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12 |
|
|
|
• Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07 |
|
|
|
• 151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06 |
|
|
|
• Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04 |
|
|
|
• "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00 |
|
|
|
• Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55 |
|
|
|
• Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53 |
|
|
|
• ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49 |
|
|
|
• Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46 |
|
|
|
• Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40 |
|
|
|
• Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33 |
|
|
|
• 17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30 |
|
|
|
• Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28 |
|
|
|
• Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22 |
|
|
|
• Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21 |
|
|
|
• “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06 |
|
|
|
• Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56 |
|
|
|
• Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50 |
|
|
|
• Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47 |
|
|
|
• Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42 |
|
|
|
• Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39 |
|
|
|
• Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31 |
|
|
|
• Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20 |
|
|
|
• Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19 |
|
|
|
• Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA - İşçiləri işlədiblər, amma...
Bu gün, 09:16 |
|
|
|
• “Olivia” mağazası tələbələri ALDADIR? – RƏSMİ AÇIQLAMA
Bu gün, 09:07 |
|
|
|
• Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:02 |
|
|
|
• Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq - AKTUAL
Bu gün, 08:54 |
|
|
|
• “Sumqayıt Kompressorları” ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 08:46 |
|
|
|
• Kağız üzərində problem həll olunub, amma... - "Nə vaxta qədər belə davam edəcək?"
Bu gün, 08:35 |
|
|
|
• Trampın hansı reaksiya verəcəyi maraqlıdır... - ŞƏRH
Bu gün, 08:23 |
|
|
|
• Müxalif jurnalistdən İlham Əliyevə dəstək - "Xalq hər şeyi görür..."
Bu gün, 08:20 |
|
|
|
• Əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:17 |
|
|
|
• Putin Zelenski ilə görüşə gedəcəkmi? - AKTUAL
Bu gün, 07:09 |
|
|
|
• PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar - GƏLİŞMƏ
Bu gün, 07:02 |
|
|
|
• "Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" - Xalq artisti
Bu gün, 06:56 |
|
|
|
• "AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" - ETİRAZ
Bu gün, 06:49 |
|
|
|
• Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:46 |
|
|
|
• 'Həm maddi, həm də mənəvi zülm verirlər" - NARAZILIQ VAR...
Bu gün, 06:38 |
|
|
|
• Məktəb direktoru pulyığmanı DANMADI... - "... könüllüdür"
Bu gün, 06:32 |
|
|
|
• Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
Bu gün, 06:23 |
|
|
|
• Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12 |
|
|
|
• Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59 |
|
|
|
• İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53 |
|
|
|
• Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48 |
|
|
|
|