"Mehin uşaqdır, öz dünyası var" .....                     Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... .....                     Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? .....                     Kişi cinsi istismar qurbanı oldu .....                     İrəvanda siyasi intriqa qızışır .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" .....                     Qalmaqallı direktor barəsində hökm dəyişdirildi .....                     Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli .....                     Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... .....                     Paşinyan komandasına əmr verdi .....                     Putinin silah biznesi çökə bilər .....                     Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını .....                     Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... .....                     Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ .....                     "Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" .....                     Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi .....                     “Kəpəz Mehmanxana” ASC-nin səhmdarları .....                     “Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq .....                     Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... .....                     “Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək .....                     GÜNÜN FOTOSU: .....                     Dollardan İMTİNA: Azərbaycan nə edəcək? .....                     Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir .....                     Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi .....                     "Bu tikinti yığıb bizi boğaza..." .....                     İki türk dövləti Ermənistanla eyni layihədə .....                     Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. .....                     ETN özü rüşvətə RƏVAC VERİR... .....                     Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR .....                     Müharibədə qalib, müharibəyə qalib .....                     Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq .....                     "Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" .....                     “Zatulinə psixi yardım lazımdır" .....                     Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? .....                     Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər .....                     NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib .....                     Şəhid atası vəfat etdi .....                     Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi .....                 

PROPORSİONAL SEÇKİ SISTEMİ BƏRPA OLUNMALIDIR
Tarix: 19-04-2012, 14:00 | Çap et
PROPORSİONAL SEÇKİ SISTEMİ BƏRPA OLUNMALIDIR

YENİ QANUN DA BUNU TƏLƏB EDİR

Artıq 10 ildir ki, Azərbaycanda proporsional seçki sistem ləğv edilərək mojaritar sistemlə əvəzlənib. 2002-ci ildəki referendumla həyata keçirilən bu dəyişiklik hazırki durumda belə, müxalifət partiyaların böyük narazılığına səbəb olur. Müxalif qüvvələr seçkilərə fərdi şəkildə deyil, proporsional sistemin tələbinə uyğun olaraq partiya şəklində qatılmaq istəsələr də, mövcud qanun buna imkan vermir.

Bəs hazırki siyasi durumda necə, çoxpartiyalı Azərbaycanda proporsional sistemin bərpası mümkündürmü? Modern.az-ın əməkdaşı bu və ya digər suallara cavab tapmaq üçün siyasi partiyaların məsələyə münasibətini öyrənməyə çalışırb.

“Azərbaycanda gec-tez proporsional sistem bərpa olunacaq”

Azərbaycan Milli İstiqlal Partiyasının sədri (AMİP) Yusif Bağırzadə bildirib ki, hazırki vəziyyətdə proporsional seçki sisteminin yenidən bərpa olunması çox vacibdir. Y.Bağırzadə hesab edir ki, ölkəmizdə mojaritar sistem mövcud olsa da, bir çox qanun layihələri, o cümlədən “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər də proporsipnal sistem əsasında tərtib edilib:

“Mən öncə onu qeyd edim ki, “Siyasi partiyalar haqqında” qanun layihəsi əslində proporsional sistemə uyğun qanun layihəsidir. Bu qanuna əlavə və dəyişikliklər ancaq proporsional sistemə aid olan dəyişikliklərdir. Bu qanunun mojaritara heç bir aiddiyyatı yoxdur. Qanunda siyasi partiyaların maliyyələşməsi, baryerlərin qoyulması, qeydiyyatı bunların hamısı proporsional seçki sisteminə aid məsələlərdir. Necə olur ki, qanun layihəsi başqa sistemi əks etdirir, seçkilər tam başqa sistemlə keçirilir”-deyə AMİP sədri qeyd edib.

Y.Bağırzadə həmçinin əlavə edib ki, ölkəmizdə siyasi partiyaların gücünü artırmaq üçün proporsional sistemə keçid mütləq olmalıdır.

“Seçici bilməlidir ki, kimin qapısını döysün...”

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) mövqeyi isə tam fərqlidir. Partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə müxalifət nümayəndələrinin fikirləri ilə razı olmadığını deyərək, mojaritar sistemin daha üstün olduğunu bildirib:

“Hesab edirəm ki, hazırki dönəmdə mojaritar seçki sistemi daha üstündür. Bu gün proporsionallığın bərpasına ehtiyac yoxdur. Proposionalda seçici öz deputatını tanımır. Seçicinin kimin qapısını döyəcəyi, kimdən haqqını istəyəcəyi bilinmir. Amma mojaritarda isə namizəd hər bir seçicinin qapısını döyməli olur. Hər bir seçici qarşısında öz məsuliyyətini hiss edir. Mən şəxsən özüm Mingəçevirdə insanlarla görüşüb, onların problemlərinə bələd oluram”.

Millət vəkili hesab edir ki, proporsional sistemdən fərqli olaraq, mojaritar sistemdə deputatla seçici arasında birbaşa təmas yaranır. Bu baxımdan A.Mirzəzadə heç bir dəyişikliyə ehtiyac duymadığını deyib.

“Hakimiyyət nəinki təklifimizi qəbul edir, heş varlığımızı da duymaq istəmir”

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə hesab edir ki, məsələ referendumdan bu vaxta kimi dəfələrlə gündəmə gətirilsə də, müsbət bir nəticə əldə etmək mümkün olmayıb. F.Qəhrəmanlının sözlərinə görə, beynəlxalq təşkilatlar müxalifətin bu narazılığına əsasən Azərbaycan hakimiyyətinə tövsiyyələrini bildirsə də, hakimiyyət buna məhəl qoymur.
“Bu məsələ dəfələrlə gündəmə gətirilib. Beynəlxalq təşkilatlar tərəfindən, Venesiya Komissiyası tərəfindən Azərbyacan hökumətinə tövsiyyə olunmasına baxmayaraq, Milli Məclisdə bu məsələnin qaldırılmasına baxmayaraq, bu günə qədər məsələ öz həllini tapmayıb. Bu sistemi ləğv etməklə ölkədə çoxpartiyalı sistemi sıradan çıxarmaq istədilər. Hazırda da hakimiyyət bu sistemin bərpasında maraqlı deyil. Milli Məclisdə qəbul olunan qanunlar da sifariş hesabına qəbul olunur. Hakimiyyət proporsional sistemin bərpa olunmasını istəmir”-deyə F.Qəhrəmanlı qeyd edib.

“Müsavat seçkidə qalib gəldiyi üçün bu sistemi ləğv etdilər...”

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı da məsələ ilə bağlı öz mövqeyini bildirib. O da digər opponentləri kimi mojaritar sistemin ləğv edilərək, yenidən proporsional sistemə keçidin əhəmiyyətli olduğunu bildirib.

“Azərbaycanda proporsional seçki sisteminin bərpa olunması çox vacibdir. Heydər Əliyev 1998-ci il referendumunda bu məsələni qaldırmışdı və proporsional seçki sistemi qəbul olunmuşdu. Sadəcə, 2000-ci ildə Müsavat Partiyası bu sistemlə seçkidə qalib gəldiyi üçün onlar sonradan növbəti dəfə referendum yolu ilə bu sistemi yenidən kənarlaşdırdılar”.

G.Aslanlı qeyd edib ki, təkcə proporsional sistemlə seçki sisteminin normal hala düşməsi mümkün deyil. Bunun üçün köklü dəyişikliyə ehtiyac var.

“Hakimiyyət bu addımla partiyalara marağı yox etdi”

Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu 2002-ci ildə ölkədə keçirilən referendumla proporsional seçki sisteminin hakimiyyət tərəfindən qəsdən ləğv edildiyini deyib. S.Cəlaloğlunun sözlərinə görə, iqtidarın bu addımı təkcə müxalifət partiyalarının deyil, həmçinin hakim partiyanın da seçkilərdə aktivliyinə mənfi təsir göstərib.

“Proporsional sistemi Azərbaycanda çoxpartiyalılığın qarşısını almaq üçün ləğv etdilər. Bu sistemin ləğv edilməsilə cəmiyyətdə partiyalılığa marağı 90 faiz azaltdılar. Partiyaların dövlətin və cəmiyyətin həyatında iştirak hüququ məhdudlaşdı. Yeni Azərbaycan Partiyası da bir partiya kimi seçki sistemində öz əhəmiyyətini itirdi”.

ADP sədri qeyd edib ki, Azərbaycan çoxpartiyalı ölkə olduğu üçün mütləq proporsional sistem bərpa olunmalıdır.
”Dünya təcrübəsinə baxsaq, görərik ki, çoxpartiyalı ölkələrdə mojaritar deyil, proporsional sistem höküm sürür. Bütün proseslər Azərbaycanda bu sistemin zəruri olduğunu göstərir. Keçmiş SSRİ-də Azərbaycan yeganə respublikadır ki, bu sistem ləğv edilib. “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi mojaritar sistemə uyğun deyil. Bu baxımdan mən proporsional sistemin bərpa olunmasını vacib sayıram”-deyə S.Cəlaloğlu əlavə edib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Mehin uşaqdır, öz dünyası var" - FOTO
Bu gün, 11:03
Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... - ETİRAZ VAR...
Bu gün, 10:58
Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? - Ekspert danışır...
Bu gün, 10:53
Kişi cinsi istismar qurbanı oldu - Azərbaycanda ŞOK
Bu gün, 10:51
İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
Bu gün, 10:32
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:27
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:24
"AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" - Samir Rzayev
Bu gün, 10:22
Qalmaqallı direktor barəsində hökm dəyişdirildi - QƏRAR
Bu gün, 10:12
Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli - İNCƏLƏMƏ
Bu gün, 10:08
Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... - BU DA FAKT!
Bu gün, 10:05
Paşinyan komandasına əmr verdi – Siyahı hazırlandı, plan işə düşür
Bu gün, 09:56
Putinin silah biznesi çökə bilər - Trampın qarşısına görün hanı seçimi qoydular
Bu gün, 09:53
Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:45
Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... - İLGİNC FAKT
Bu gün, 09:39
Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" - ETİRAZ VAR...
Bu gün, 09:30
Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07
“Kəpəz Mehmanxana” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 09:00
“Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq
Bu gün, 08:52
Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... - Saxlandığı yerdə...
Bu gün, 08:50
“Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək
Bu gün, 08:47
GÜNÜN FOTOSU: - ÖL, AY KASIB...
Bu gün, 08:35
Dollardan İMTİNA: Azərbaycan nə edəcək? - AKTUAL
Bu gün, 08:30
Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir - İNCƏLƏMƏ
Bu gün, 08:28
Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 08:23
"Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
Bu gün, 08:17
İki türk dövləti Ermənistanla eyni layihədə - MALƏSƏF...
Bu gün, 08:13
Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. - Rusiya Azərbaycanı itirir
Bu gün, 08:03
ETN özü rüşvətə RƏVAC VERİR... - "Şirinlik təklif edən kimi yer tapırlar"
Bu gün, 07:57
Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR - "Məcbur qalıb ödəniş etdim..."
Bu gün, 07:48
Müharibədə qalib, müharibəyə qalib - Bahəddin Həzi yazır...
Bu gün, 07:06
Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq - AÇIQLANDI
Bu gün, 07:03
"Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" - Aqil Abbas
Bu gün, 06:30
“Zatulinə psixi yardım lazımdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:23
Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? - GƏLİŞMƏ
Bu gün, 06:19
Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04
NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43
Şəhid atası vəfat etdi
Bu gün, 04:42
Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36
Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32
Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28
Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22
“Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18
'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13
“5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09
“Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06
Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01
“Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59
4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru