Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                     Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                     Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                     “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib .....                     Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                     “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” .....                     Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb .....                     "Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                     PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? .....                     Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını .....                     Aysun getdiyi toylardan görün nələr tələb edir: .....                     "Meyiti palatada gizlədiblər" .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə .....                     Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib .....                     “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən .....                     Şirvan Sənaye ASC-nin səhmdarları .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: .....                     Ramiz Mehdiyevin qızı “təslim olmur” .....                 

Ramin Abdullayev özünə “Mitsubishi Pajero Sport” alır - Dağlarda ov ovlamağa, quş quşlamağa
Tarix: 8-07-2024, 09:59 | Çap et
Ramin Abdullayev özünə “Mitsubishi Pajero Sport” alır
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “Mitsubishi Pajero Sport” markalı avtomobilin satın alınması üzrə dövlət satınalmalarının vahid internet portalında keçirilməyən, bir mənbədən satınalma proseduruna yekun vurub. Satınalmanın qalibi “Diamond Motors” MMC seçilib və tərəflər arasında 79.100 manat məbləğində müqavilə bağlanıldığı barədə məlumat portalda 03.07.2024-cü ildə dərc edilib.

Qeyd edək ki, 2006-cı il noyabrın 20-də “Diamond Motors” MMC ilə “Mitsubishi Motors” regional distribütoru arasında imzalanmış sazişə əsasən “Diamond Motors” MMC Azərbaycanda “Mitsubishi Motors” şirkətinin rəsmi dileri olub. Sazişə əsasən, “Diamond Motors” MMC “Mitsubishi Motors”un yük maşınları və avtobusları da daxil olmaqla avtomobillərin bütün model sırasını satmaq hüququnu əldə edib. Azərbaycanda 2006-cı il dekabrın 25-dən “Mitsubishi Motors” avtomobillərinin rəsmi satışlarına start verilib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DİAMOND MOTORS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 20.11.2006-cı il tarixdə Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, BAKI-SUMQAYIT ŞOSSESİ, qanuni təmsilçisinin isə Əsədov Elçin Qamət oğlu olduğu göstərilir.

Dövlət reyestrinə edilmiş dəyişikliklərdə MMC-yə Hüseynov Rəşid Səmənd oğlu, “Audatex-Azərbaycan” şirkətinin icraçı direktoru Zakir Zahid oğlu Kərimzadə də qanuni təmsilçilik edib. 2016-cı ilin avqustundan Əsədov Elçin Qamət oğlu MMC -nin dəyişməz qanuni təmsilçisidir.

Elektron medianın 2021-ci ilin noyabrında yaydığı məlumatda bildirilir ki, yapon avtomobil markası olan “Subaru”nun Azərbaycanda rəsmi və yeganə distribyutor şirkəti “Subaru Azərbaycan”nın rəhbəri dəyişib. “Subaru Azərbaycan”a bu günə qədər rəhbərlik edən Şahin Şahverdiyev Əmiraslan oğlu vəzifəsindən azad edilib. Onun yerinə bu şirkətə Elçin Əsədov Qamət oğlu təyin edilib. Qeyd edək ki, E.Əsədov 2005-ci ildən Honda Azərbaycan-a rəhbərlik edirdi. Xatrıladaq ki, “Subaru Azərbaycan” MMC 2006-cı ildə yaradılıb və 3 700 020 manat nizamnamə kapitalına sahibdir. Mafraqlıdır, “Subaru Azərbaycan” MMC -dən fərqli olaraq “Diamond Motors” MMC-nin nizamnamə kapıtalı niyə cəmi 20 manatdır.

Şirkətin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə satmaq istədiyi avtomobilin hansı ilə aid olduğunu müəyyən edə bilmədik. Çünki, tenderin bir mənbədən satınalma üsulu ilə keçirildiyindən şərtlər toplusunda Mərkəzin almaq istədiyi avtomobilin ümumi vəziyyəti haqqında ətraflı məlumat əldə etmək olmur. Buna baxmayaraq biz “turbo.az” saytı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Tikinti-Planlaşdırma Mərkəzinin almaq istədiyi 2024-cü il istehsalı olan 0 km “Mitsubishi Pajero Sport” markalı avtomobilin qiyməti 44 900 -46 500 ABŞ dolları arası dəyişir. Saytda 2022-ci ilin “Pajero Sport” markalı avtomobili 39 800 ABŞ dollarına, 2020-ci ilin sözügedən markalı avtomobilinin qiyməti 49 500 manata təklif olunur.

Qeyd edək ki, hələ 2011-ci ildə Baş nazir “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərar imzalayıb. Qərarda bildirilir ki, məqsəd dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlar tərəfindən xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin alınması və istismarı zamanı büdcə vəsaitlərinin səmərəli istifadə olunmasını təmin etmək, bu sahədə nəzarəti gücləndirmək və normativ hüquqi bazanı təkmilləşdirməkdir. Eyni zamanda baş nazir dövlət orqanlarına tapşırıb ki, xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər çərçivəsində alınması, təyinatı üzrə istifadəsi və saxlanılmasına nəzarəti gücləndirsinlər və bu sahədə neqativ hallara yol verilməsinin qarşısını alsınlar.

Bununla bağlı Prezident İlham Əliyev də dəfələrlə məmurları, dövlət qurumlarını Azərbaycanın özündə istehsal olunan avtomobillərdən istifadə etməyə çağırıb. Lakin görünən budur ki, nə yerli, nə də mərkəzi icra hakimiyyəti orqanları, eləcə də dövlət xidmət qurumları avtomobillərlə bağlı qoyulan tapşırıqlara əməl etmirlər.

Qeyd edək ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin fəaliyyət istiqamətləri şəhərsalma, ərazi planlaşdırılması və memarlıq sahələrində mövcud mexanizmləri təkmilləşdirməklə bu sahələri inkişaf etdirmək, göstərilən xidmətlərin keyfiyyətinin artırmaq, həmin sahələr üzrə mövcud vəziyyətin təhlilini həyata keçirməkdən ibarətdir. 28.12.2021-ci il tarixindən Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə Ramin Abdullayev təyin olunub. Buna qədər o 12.04.2019-cu il tarixdən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müvafiq əmrinə əsasən Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunmuş, 05.06.2020-ci il tarixdən Mərkəzin İdarə Heyətinin sədri vəzifəsinin icrası həvalə edilmişdir.

Elektron medianın yaydığı məlumatlara görə Ərazi Tikinti-Planlaşdırma Mərkəzi İdarə Heyətinin sədri Ramin Abdullayevin adı da son vaxtlar bir sıra qanunazidd əməllərdə hallanmaqdadır. Onun öz vəzifəsindən sui-istifadə etməsi, şəxsi maraqları naminə dövlət və ictimai maraqları qurban verməsi ilə bağlı ölkə mediasında kifayət qədər geniş məlumatlar mövcuddur. Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin almaq istədiyi “Mitsubishi Pajero Sport” markalı avtomobil də çox güman ki, sədr Ramin Abdullayev üçün alınır. Amma burada maraqlı bir nüans var. Adətən dövlət məmurları sedan tipli lüks avtomobillərə üstünlük verirlər. Görsənən odur ki, Ramin Abdullayev “Mitsubishi Pajero Sport”u Bakı şəhərinin düz yolları üçün deyil, dağlarda səyahət etməyə, ov ovlamağa, quş quşlamağa alır.

Aktualinfo.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Bu gün, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Bu gün, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Bu gün, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Bu gün, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Bu gün, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
“Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09
"Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00
Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58
SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru