Vidadi İsayev yerinə bacısı oğlunu hazırlayır - İLGİNC FAKTLAR
Tarix: 11-09-2023, 08:59 | Çap et
 Bərdə rayon İcra Hakimiyyəti (RİH) Xankəndidə yuva salan separat-marionet administrasiya kimi sanki idarə olunur. Ötən həftə sonu Xankəndi quldurları toplaşıb qanunsuz bir seçki keçirərək özlərinə rəhbər təyin etməklə mərkəzə tabe olmadıqlarını nümayiş etdirdilər. Təxminən buna bənzər proses Bərdə İH-də getməkdədir. Belə ki, icra başçısı Vidadi İsayev özfəaliyyət edərək, Bakı ilə razılaşdırmadan istədiyi adamları vəzifələrə təyin edir. Özünü muxtariyyat lideri kimi aparan V.İsayev hətta yerinə kadr hazırlayır. Bu haqda Anaxeber.info-ya verilən məlumatda deyilir ki, Bərdə icra hakimiyyətini tayfa-klan qaydaları ilə idarə edən İsayev, birinci müavin vəzifəsini qudası Vahid Qarayevə həvalə edib. Faktiki olaraq, iki quda Bərdəni özəl subyekt kimi idarə edirlər. Rayonda istənilən ərazini satmaq üçün sərəncam vermək iki qudanın əlində adi işdir. V.İsayev təkcə qudası V.Qarayevi birinci müavin təyin etməklə yetərli olmayıb, hüquq şöbəsinin müdiri postuna da bacısı oğlu Natiq Səfərovu gətirib. Yeri gəlmişkən, N.Səfərov həm də V.Qarayevin kürəkənidir. Yəni tam bir ailə tablosu, bir ailə podratı yaradılıb və bu minvalla Bərdə İH idarə edilir. Hətta Xankəndi separatçıları belə keçirdikləri saxta və qondarma seçki zamanı bəlkə də belə qohum-əqrəba siyasətinə üstünlük verməyiblər ki, Bərdə icra başçısı Vidadi İsayev bu məsələdə hamıdan fərqlənib. Bu təyinatlar və qərarlar isə İsayevin varis planı olması ilə əlaqələndirilir. İcra başçısı o dərəcədə həddi aşmağa başlayıb ki, Prezident Administrasiyasının mövqeyini və dövlət başçısının hansı qərarı verəcəyini gözləmədən öz yerinə kadr planlaşdırır. İddialara görə, icra başçısı öz kreslosuna bacıoğlunu, hüquq şöbəsinin müdiri Natiq Səfərovu görür. Bu plan üzrə hərəkət edən İsayev Səfərovun gələcəkdə təqdimatını verməyi düşünür. Göründüyü kimi, Bərdədə qəribə bir rejim formalaşıb və getdikcə kök salmağa çalışırlar. Yəni İsayev-Qarayev-Səfərov triosu üçün dövlət, dövlətçilik, dövlət idarəetməsi, dövlətin rəhbərliyinin səlahiyyətləri kimi anlayışlar yoxdur. Bu üçlük elə bir zehniyyətə malikdir ki, kimi istəsələr vəzifəyə təyin edə bilərlər. Onlara mərkəzin mövqeyi maraqlı deyil, idarəetməyə oyuncaq kimi baxırlar, bazar qaydaları ilə yanaşırlar. Elə bunun nəticəsidir ki, Vidadi İsayevin rəhbərliyi altında Bərdə inildəyir. İllərdir bu rayonda daşı daş üstə qoymayan başçının satmadığı yer qalmayıb. Bərdənin səkiləri, parkları, guşələri, yaşıllıqları qarış-qarış ticarət maraqlarına qurban verilib. Dəfələrlə rayon ictimaiyyəti, ziyalıları, ayrı-ayrı insanlar, hətta şəhid ailələri Bərdədə özbaşınalıqlar barədə müraciətlər ediblər, konkret faktlarla sübutlar təqdim olunub. Burada despotik bir sistem qurulub: qohum-əqrəba vəzifələrdə, biznes, var-dövlət İsayev rejiminin əlində, sosial problemlər xirtdəyə qədər, şikayətlər aramsız, sahibkarlar narazı, rayonda isə satmağa yer tapılmır... Misal üçün sahibkar Nəsibə Piriyeva icra başçısının bezdirdiyi şəxslərdən biridir. Bu günlərdə PA-ya şikayətə gələn sahibkar deyib ki, icra başçısı saxta sərəncamlar imzalayır, işləməyə imkan vermir, təhdid edir, təzyiq göstərir. O bildirib ki, Bərdədə baş verən özbaşınalıqlar haqda dövlət rəhbərliyi məlumatsızdır və gəlib araşdırma aparılmalıdır. Ümumiyyətlə, Vidadi İsayev Bərdədə 13 ildir icra başçısı işlədiyi müddətdə demək olar ki, böyük sərvət toplayıb. İsayevin mal-mülkünün siyahısına baxanda adam Bərdənin halına acıyır: 1. Bakı şəhəri, A. Bakıxanov, ev 39 ünvanında mənzil 2. H.Zərdabi 3153-cü məhəllə, ev 7, mən. 200 mənzil 3. Şərq küç, ev 11B ünvanında mənzil 4. Oğlunun 100.000 manatlıq çayxanası 5. Kürəkəninin Qaçqın Şəhərciyində ümumi sahəsi 100 kv.metr olan dükanı 6. “Ana və Uşaq” kafesi 7. “Təchizat BCS” MMC şirkəti 8. Bərdədə ikimərtəbəli mağaza 9. Mixaylovka kəndində bir imarət 10. Ağcakənddə ikinci böyük villa 11. Xətai rayonu, Babək prospektində 4 mərtəbəli 2 ayrı malikanə 12. 90-GP-555 dövlət nişanlı Toyota Prado 13. Mercedes G63 AMG 14. Bərdədə Heydər Əliyev parkında kafe 15. Yevlaxda əzəmətli villa 16. Yevlax-Bərdə yolunun üstündə balıq vətəgələri 17. Yevlaxda, Bərdədə, Tərtərdə hektarla torpaq sahələri, iaşə obyektləri, mənzillər 18. Rusiyada, Türkiyədə biznes və obyektlər
Anaxeber.info


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Bu gün, 22:17 |
|
|
|
• Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Bu gün, 22:13 |
|
|
|
• Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Bu gün, 22:11 |
|
|
|
• 16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 21:02 |
|
|
|
• Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Bu gün, 20:56 |
|
|
|
• İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Bu gün, 20:03 |
|
|
|
• Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Bu gün, 19:57 |
|
|
|
• Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00 |
|
|
|
• Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 18:58 |
|
|
|
• Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Bu gün, 18:17 |
|
|
|
• "Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Bu gün, 18:10 |
|
|
|
• “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Bu gün, 18:06 |
|
|
|
• Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Bu gün, 18:04 |
|
|
|
• Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Bu gün, 18:01 |
|
|
|
• Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Bu gün, 17:53 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Bu gün, 17:51 |
|
|
|
• Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Bu gün, 17:41 |
|
|
|
• Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Bu gün, 17:36 |
|
|
|
• Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Bu gün, 17:32 |
|
|
|
• Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Bu gün, 17:25 |
|
|
|
• “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Bu gün, 17:21 |
|
|
|
• İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19 |
|
|
|
• "Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12 |
|
|
|
• Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05 |
|
|
|
• 308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02 |
|
|
|
• Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00 |
|
|
|
• Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57 |
|
|
|
• Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49 |
|
|
|
• Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43 |
|
|
|
• Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34 |
|
|
|
• “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30 |
|
|
|
• Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23 |
|
|
|
• Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19 |
|
|
|
• Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15 |
|
|
|
• “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14 |
|
|
|
• Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05 |
|
|
|
• “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03 |
|
|
|
• İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56 |
|
|
|
• Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54 |
|
|
|
• “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51 |
|
|
|
• Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46 |
|
|
|
• "Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02 |
|
|
|
• PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58 |
|
|
|
• Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02 |
|
|
|
• "Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00 |
|
|
|
• Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57 |
|
|
|
• Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52 |
|
|
|
|