Nazir fermerlərin halına yanmasa... - "Güzəştli kredit almaq aylarla vaxt aparır"
Tarix: 10-08-2023, 11:41 | Çap et
 Rəsmi məlumatlara görə, Azərbaycanın ev təsərrüfatlarında son illər iribuynuzlu mal-qara azalmaqdadır. Yerli fermerlər bunu müxtəlif problemlərlə izah edirlər.
"Sovet dövründə..." Astara rayonunun Seləkəran kənd sakini, sahibkar Mikayıl Əhmədov deyir ki, 10 il əvvəl həyətində 30-40 baş iribuynuzlu mal-qara, 20-30 baş qoyun saxlayıb. Əlavə etməsinə görə, indi 10 baş inəyi və üç-dörd baş camışı çətinliklə saxlayır: "Sovet dövründə mal-qara saxlamaq rahat idi. Sovxoz öz məhsulunu toplayandan sonra əkin sahələrini mal-qaranın üzünə açırdı. Növbəti əkinə qədər mal-qara oradan qidalanırdı. İndi örüş yerləri yoxdur, zəbt ediblər. Mal-qaranı indi yemləndirmək çətindir. Kimin 30-40 hektar torpağı varsa, ona mal-qara saxlamaq sərf edir. Belələri azdır".
"...1 manata alırdıq, indi olub 5 manat 50 qəpiyə" Sahibkar deyir ki, ölkədə gedən bahalaşma heyvandarlıq təsərrüfatlarına mənfi təsir göstərir. Onun deməsinə görə, yem bazarında da qiymətlər durmadan artır: "18-20 kiloqramlıq kəpəyin bir kisəsini əvvəllər 1 manata alırdıq, indi olub 5 manat 50 qəpiyə. Arpanın bir kiloqramını alırdım 10-15 qəpiyə, indi alıram 40-50 qəpiyə. İki il bir baş heyvana qulluq edirəm, 120-130 kiloqram ət verir. Bu il 2 min 500 manat pul verib min bağlama ot almışam. Qazanc cüzidir. Bütün işlər əl əməyinə əsaslanır".
"Burada satılan mal-qara dərmanları da keyfiyyətsizdir..." Əhmədovun sözlərinə görə, xəstə heyvanın müalicəsi də əlçatmaz olub. Onun fikrincə, mal-qara üçün nəzərdə tutulmuş dərmanlar ucuz satılmalıdır: "Baytarlıq xidməti pulludur. Yaxşı baytar həkim tapmaq da çətindir. Bir heyvanın müalicəsinə ildə 50-60 manat pul xərclənir. Xəstələnib ölən malım çox olub. Dövlət ölmüş malı kompensasiya edə bilər. Bəzi ölkədə belədir, malı xəstəlikdən ölsə, pulunu dövlət verir. İranda bir dərmanın qiyməti 10 qəpikdirsə, burada 10 manatdır. Burda satılan mal-qara dərmanları da keyfiyyətsizdir...".
O deyir ki, şəxsi təsərrüfatlarda inəklərin sayı sürətlə azalır: "Qəssablar mal üçün evbəev gəzirlər. Yoxdur. Qonşu rayonlarda da vəziyyət eynidir. Heyvandarlıqda qazanc az olduğundan gənclər bu işlə məşğul olmurlar. Fikirləşirəm, çıxış yolu tapa bilmirəm. Səhər saat 4-də, 5-də dururam, axşam saat 10-na kimi mal-qara ilə məşğul oluram. Heç nəyə vaxt qalmır".
"Güzəştli kredit almaq aylarla vaxt aparır" Əhmədov onu da deyir ki, kənddə mal-qara saxlayanların sayı son 10 ildə yeddi-səkkiz dəfə azalıb: "Kəndimizdə torpaq əkənlərin və mal-qara saxlayanların sayı ildən-ilə azalır. Bir-iki baş inək saxlamaq sürünmək deməkdir. İnək saxlayır, südünü satır ki, balaları ac qalmasın. Özləri süd içmirlər. Kəndə yaşayanların vəziyyəti yaxşı deyil. Hansı ailədə pensioner varsa, çörək ala bilir. 200-300 manat pensiya ilə necə dolanmaq olar?! Kəndə 10 baş inək saxlayanları barmaqla saymaq olar. Halbuki, 10 il bundan əvvəl onların sayı 10-25 nəfər idi".
Sahibkar ona hökumətdən heç bir kömək göstərilmədiyini deyir: "Ehtiyacım olanda bankdan faizlə 10 min manat götürürəm, işimi yola verirəm. Yem alıram, heyvanların sayını artırıram. Kənd təsərrüfatında güzəştli kredit var. Şərtləri ağır olduğu üçün götürə bilmirəm. Məsələn, mənə bir-iki günə pul lazım olur. Güzəştli kredit almaq üçün aylarla vaxt sərf olunur. Hökumətdən zərrə qədər kömək görməmişəm".
"...Kəndlərin boşalmasına səbəb olur" Onun deməsinə görə, kənd təsərrüfatında olan problemlərin həll edilməməsi kəndlərdə işsizlərin sayının artmasına və kəndlərin boşalmasına səbəb olur: "Rayonda, kəndlərdə işsizlikdir. Heyvandarlığın hesabına yaşayırıq. Ailə tanıyıram, nə torpaq əkə bilir, nə də mal saxlaya bilir. Pulu yoxdur. Kömək edən də yoxdur. Sərhəd qapılarının açılmasını gözləyirlər ki, kənddən çıxıb getsinlər. Kəndlərdə sönük həyat var".
2020-ci ilin yazından koronavirus pandemiyası ilə bağlı Azərbaycanın qonşu ölkələrlə quru sərhədində gediş-gəliş məhdudlaşdırılıb.
"Baxmasalar, bizə müraciət etsinlər, kömək edək" Astara rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Etibar Abbasov isə deyir ki, mal-qaranın sayında azalma cüzidir: "Yemin bahalaşması ilə bağlıdır. Heyvandarlıqla məşğul olanlara subsidiya verilmir. Amma süni mayalanma olan inəklərin sahiblərinə hər doğulan buzova görə 100 manat yardım edilir. Əkiz doğulsa, 200 manat. Kənd təsərrüfatı ilə bağlı güzəştli kreditlər var. Lazım olan sənədlər toplanıb təhvil verilməlidir. Komissiya gəlib təsərrüfata baxır. Qeydiyyata düşmək lazımdır. Baxmasalar, bizə müraciət etsinlər, kömək edək. Müraciət edəndən sonra bir həftə ərzində cavab verilməlidir".
Üstəlik, o vurğulayır ki, peyvəndlər pulsuzdur: "Baytarlıq xidməti pulludur, lakin qarayara, dabaq, brusellyoz peyvəndləri pulsuzdur".
AzadlıqRadiosu


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42 |
|
|
|
• Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38 |
|
|
|
• Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33 |
|
|
|
• Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31 |
|
|
|
• “Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24 |
|
|
|
• Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21 |
|
|
|
• Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18 |
|
|
|
• Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17 |
|
|
|
• Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13 |
|
|
|
• Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11 |
|
|
|
• 16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02 |
|
|
|
• Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56 |
|
|
|
• İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03 |
|
|
|
• Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57 |
|
|
|
• Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58 |
|
|
|
• Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17 |
|
|
|
• "Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10 |
|
|
|
• “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06 |
|
|
|
• Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04 |
|
|
|
• Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01 |
|
|
|
• Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51 |
|
|
|
• Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41 |
|
|
|
• Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36 |
|
|
|
• Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32 |
|
|
|
• Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25 |
|
|
|
• “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21 |
|
|
|
• İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19 |
|
|
|
• "Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12 |
|
|
|
• Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05 |
|
|
|
• 308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02 |
|
|
|
• Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Dünən, 17:00 |
|
|
|
• Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Dünən, 16:57 |
|
|
|
• Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Dünən, 16:49 |
|
|
|
• Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Dünən, 16:43 |
|
|
|
• Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 16:34 |
|
|
|
• “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:30 |
|
|
|
• Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Dünən, 16:25 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Dünən, 16:23 |
|
|
|
• Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Dünən, 16:19 |
|
|
|
• Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Dünən, 16:15 |
|
|
|
• “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Dünən, 16:14 |
|
|
|
• Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Dünən, 15:05 |
|
|
|
• “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Dünən, 15:03 |
|
|
|
• İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Dünən, 14:56 |
|
|
|
• Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Dünən, 14:54 |
|
|
|
• “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Dünən, 14:51 |
|
|
|
• Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Dünən, 14:46 |
|
|
|
|