Dövlətin yardımı PULLA SATILIR .....                     "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" .....                     "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                 

Alı Qocayev NƏ ZAMAN GEDİR?.. - İLGİNC FAKTLAR
Tarix: 4-07-2022, 10:28 | Çap et
Alı Qocayev NƏ ZAMAN GEDİR?..
Ali Qocayevi mətbuatı izləyən hər kəs tanıyır. Adamın o qədər saxtakar, qanunsuz əməlləri var ki, ölkədə çox məşhurdur.
Qocayev Alı İbrahim oğlu – 2005-2012-ci illərdə isə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 18 aprel 2012-ci il tarixdən Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Buradan Samuxlulara “8 illik icra başçınızdan razısınızmı” sualını verərdik, amma bizi daş-qalaq edəcəklərindən qorxub, fikrimizdən vaz keçirik. Samux camaatı öz pulunu Alı Qocayevin dirnaqarası “prokuror” oğlunun xaricdə bizneslərində, mülklərində, bahalı maşın kolleksiyasında axtara bilər. Başçının oğlu Mehman Qocayevin prokurorluq orqanlarında karyerasını ictimayiyyətdə böyük müzakirə predmetinə çevrilib. Adam Türkiyədə və diqər ölkələrdə rəsmi bizneslə məşquldur! Özüdə ciddi, çox milyonluq bizneslə… Samux camaatın pulu bax belə xərclənir…
İcra başçının dosyesinə baxanda görürük ki, xalq Qocayevin əlindən niyə bu qədər qəzəblidir axı? Demə, onun əlindən qəzəbli olan təkcə xalq deyil, həm də yuxarılar imiş. Adam Binəqədidə icra başçısı olduğu müddətdə əlinə düşəni yeyib dağıdıb. Tamahı limit bilmirdi. Yeri gəlmişkən, o zaman SOCAR-ın prezidenti Rövnəq Abdullayev də Alı Qocayevi ARDNŞ-ə məxsus əraziləri vətəndaşlara satmaqda ittiham etmişdi. Araşdırmaçı jurnalist Cavanşir Həsənli onun Seyidlər kəndindəki üzüm emalı zavodunu özəlləşdirdiyini yazıb. Araşdırmalardan o da məlum olur ki, fəaliyyəti dövründə Alı Qocayev insanları ən çox narazı salan icra başçılarından olub. Onun rayonun Əhmədbəyli kənd sakini, 2 ildən yığılıb qalmış işıq pulunu ödəyə bilməyən və bunu görə elektrik xətti kəsilən veteran qızı Səlfinaz Bayramovaya “ödəyə bilmirsən, öl” deməsi uzun zaman mətbuatın gündəmiindən düşmədi. İnsanlar islahata bilirsiniz nə vaxt inanacaqlar? Ölkəni belə harın, səviyyəsiz məmurlardan təmizlədiyiniz zaman. O isə, yəqin ki, bu sistemdə heç vaxt baş verməyəcək.
Amma bir məsələ var ki, Alı Qocayevin qudası, Milli Məclisin keçmiş sədri Oqtay Əsədov hələ də onu qoruya bilir. Amma deyəsən, yuxarılar bu “şıltaq qudanın” qanunsuz əməllərinə dözmək istəmir. Xalq da səbirsizliklə “DTX” əminin gəlib Alı Qocayevi digər həmkarları kimi qandallayıb aparmasını həsrətlə gözləyir. Bunu təkcə Samux deyil, Binəqədi camaatı da onları sevindirəcək həmin qandallama səhnələrini “Az.TV”nin efirindən izləməyin səbirsizliklə həsrətini çəkir. Şünki Binəqədidə icra başçısı olarkən 20-25 min manat rüşvət alıb vətəndaşlara saxta sənədlərlə torpaq satan Alı Qocayevin həbsini onlar çoxdan arzulayır.
Misal üçün, Binəqədi rayon sakini Əsgərova Almaz İsa qızı “Aktualxeber.az”ın redaksiyasına şikayət edərək bildirib ki, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev vaxtilə Binəqədinin icra başçısı vəzifəsində çalışarkən ondan 20000 manat alaraq rayon ərazisindəki torpaq sahəsinin onun mülkiyyətinə keçirəcəyinə söz verib. Daha sonra A.Qocayev onlara həmin pulun müqabilində saxta sənədlər verərək cinayət törədib. Məsələnin üstü Almaz Əsgərovanın həmin ərazidə tikinti işi aparmasından sonra açılıb.
O da Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşlarının sayəsində. Yəni bu polis qardaşlarımız hər dəfə gəlib “şirinlik” istəməsəydilər, Almaz xanım da məcbur qalıb sənədləri yoxlatdırmasaydı onların saxta olduğu bilinməyəcəkdi. O gündən bəri Alı Qocayev bu ailəni “pulu bu gün verəcəm sabah verəcəm” metodu ilə aldadır. Üstündən 10 ildən çox keçməsinə baxmayaraq şikayətçi pulunu ala bilmir.
Amma Alı Qocayevin saxta sənəd qalmaqalı bununla bitmir…
Vaxtilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı olarkən qudası- Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun yüksək vəzifə tutması səbəbindən özünü “toxunulmaz” kimi hiss edən Alı müəllim demək olar ki, torpaqları saxta sənədlərlə satıb. Misal üçün, bir neçə il əvvəl “Yeni Müsavat” qəzetində dərc edilən materiallarda oxuyuruq:
“Söhbət əsnasında aydın oldu ki, Binəqədi rayonunun icra başçısı Alı Qocayev neft ərazilərinin 80 faizə yaxınını satıb. İcra başçısının göstərişi ilə neft sahələrində bir sot torpaq sahəsi 1000 manata vətəndaşlara satılır. Buna görə vətəndaşlara heç bir rəsmi sənəd vermir. Vətəndaşı razı salmaq üçün icra nümayəndələri bələdiyyə sədrlərinə tapşırıq verib ki, onlar vətəndaşlara saxta sənədlər versin. Hətta bu sənədlərin saxta olduğu ARDNŞ əməkdaşlarının araşdırmaları zamanı üzə çıxıb. Belə görünməsin ki, başçı təkcə Rəsulzadə qəsəbəsində torpaq alveri ilə məşğuldur. Rayonun boş qalan bütün torpaqları satışa çıxarılıb. Bura 7-ci mikrorayon, Xarici Dairəvi küçəsi, Sulutəpə və Xocahəsən qəsəbələri də aiddir. Qəsəbənin II mədən 78-ci korpus ünvanında yaşayanlar isə sosial problemlərdən şikayətçidir. Deyirlər ki, kanalizasiya, su və qaz xətləri yerdən keçir. Ona görə də avtobus keçəndə kommunikasiya xətləri tez-tez partlayır. Kərim adlı sakin köhnə kanalizasiya xəttinin üfunət qoxusu yaydığını söyləyir: “Pəncərələri aça bilmirik. Bütün ölən heyvan cəsədləri və məişət tullantıları da ora atılır. Antisanitariya şəraitində yaşayırıq. Yay aylarında heç dayanmaq olmur”.
“Yeni Müsavat” qəzetində də dərc edilən digər məlumat belə deyilir:
“A.Qocayev 7-ci mikrorayon ərazisində yeni inşa edilməkdə olan “Azadlıq” metrostansiyasının yaxınlığında yerləşən parkı hissələrə bölərək satır. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, metro tikintisindən istifadə edən icra başçısı bağdakı ağacları kökündən çıxartdırır. Buna etiraz edən sakinlər deyir ki, çıxarılmış ağacların hava limanına gedən yolun kənarlarına əkildiyi bildirilir: “Bizə deyirlər ki, bağdan çıxarılan ağaclar prezident İlham Əliyevin hər gün keçdiyi hava limanına gedən yolun kənarlarına əkilir. 20-dən artıq yaşı olan iri palıd ağaclarının harasa aparılıb əkilməsi mümkün deyil axı. Sadəcə olaraq, Alı Qocayev prezidentin adından istifadə edir”.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev daha bir qalmaqallı addımı ilə son günlər diqqətini üstünə çəkib.
Belə ki, uzun illərdir Bakıdan Samuxa mədəni “sürügün” olunmuş mister Qocayev hansısa şəxsi marağına görə ali təhsili olmayan Gəncə şəhər sakini Məmmədbəyova Şəms Elburus qızını Əhmədbəyli kəndindəki Körpələr evi-uşaq bağçasına müdirə təyin edib. Ancaq Alı Ocayevin bu təyinatı Əhmədbəyli kənd sakinləri arasında birmənalı qarşılanmayıb. Hələ bu azmış kimi İcra başçısı sanki kənd sakinlərinin acığına Şəms xanımın anası Səadət Məmmədbəyovanı da Sərkar kənd Musiqi məktəbinə direktor təyin edib. Alı Qocayevin bu ailəyə olan gözlənilməz (bəlkə də gözlənilən) diqqət və qayğısı bununla da yekunlaşmayıb. Samuxun bakılı xanı mister Qocayev 2 ildir ki, Əhmədbəyli kəndində müdirəlik edən Şəms xanım DİM-in imtahanından kənar şəkildə birdən-birə Gəncə Dövlət Universitetinə də qəbul etdirib.
Mənbə onu da iddia edir ki, Şəms Məmmədbəyova guya 2011-ci ildə Gəncə Musiqi Texnikumunu bitirib. Çünki o, BB-118511 saylı saxta diplomu qanunsuz yolla əldə edib. Ən maraqlı və diqqətçəkən məqamlardan bir də ondan ibarətdir ki,qısa zaman kəsiyində Şəms Məmmədbəyova Körpələr evi-uşaq bağçasından aldığı maaşı qəpik-qəpik toplayaraq qiyməti 100.000 manat civarında olan “Nissan”(“Cip” tipli) avtomobil də ala bilib.
“20- EF- 533” dövlət nömrə nişanlı bu “ağ ceyran”ı nə Samux polisi, nə də ki, ətraf rayonların Yol Paturul Xidmətinin əməkdaşları saxlaya bilir. Hətta 44 günlük müharibə zamanı Gəncəyə raket düşəndə evləri yararsız hala düşən Ş.Məmmədbəyova birdən-birə Gülüstan qəsəbəsində, məhz icra başçısı Alı Qocayevin qonşuluğunda qiyməti yüz minlərlə ölçülən vilaya da sahiblənib. Bu sehirli xanımın qısa zaman kəsiyində geniş maliyyə imkanlarına sahiblənməsi və əldə etdiyi “uğurlar” istər-istəməz ciddi suallar doğurur. Əhmədbəyli sakinləri deyir ki,bəlkə Alı Qocayev bu haqda bir açıqlama versin, biz də sakitcə oturaq yerimizdə. Samuxdaki mənbəmiz onu da deyir ki, Şəms Məmmədbəyova ürəyi istədiyi vaxt Alı Qocayevin qəbuluna düşə bilir. Lap orada yüzlərlə adam gözləsə belə… Görəsən, Şəms xanım bu təhsillə, bu yaşam tərzi ilə Əhmədbəyli kəndindəki körpələr üçün rəhbərlik etdiyi uşaq bağçasında elementar təlim-tərbiyə təşkil edə bilirmi? Daha bir ilginc iddia: Samuxdakı mənbə deyir ki, Şəms Məmmədbəyovanın anası Sərkar kənd Musiqi məktəbinin direktoru Səadət Məmmədbəyova da saxta diplomla işləyir.O, 2007-ci ildə Gəncə şəhərində yerləşən Müəllimlər institutundan AKQ 087826 saylı saxta diplom əldə edib. Səadət Məmmədbəyovanın həmin sənəddən istifadə edərək, adları məktəbdə gedən, amma faktiki olaraq işləmiəyən şəxslərin adına əmək haqqı yazır, uşaqların sayını artırmaqla əlavə sinif açır.Bununla da külli miqdarda dövlət vəsaitini mənimsəyir. Bu addım isə Azərbaycan Respublikası CM-nin 308-ci, (vəzifədən sui-istifadə), 320-ci (saxta sənəd əldə etmə və saxta sənəddən istifadə etmə),313-cü (vəzifə saxtakarlığı) və 179-cu (dövlət əmlakını mənimsəmə) maddələrinin tələblərini pozmaqla cinayət əməllərini törətməsinə dəlalət edir. Məlumata üçün onu da bildirək ki,Məmmədbəyova Şəmsin saxta sənəd əldə etməsi və həmin sənəddən istifadə edərək rəhbər işləməsi də Azərbaycan Respublikası CM-nin 320-ci maddəsi ilə cinayət tərkibi yaradır. Eyni zamanda bu addım Korrupsiyaya qarşı Mübarizə haqqında qanunun tələblərinə də ziddir.
Alı Qocayevin bu əməllərinə prokurorluq orqanları nəinki reaksiya verir, azmış kimi başdan ayağa korrupsiyaya bulaşmış oğlu Mehman Qocayev Bakı şəhər Prokurorunun müavini işlədiyi halda Türkiyədə otel alır, Avropada mülkə sahibidir. Bir prokurorluq işçisinin Türkiyədə bir neçə milyon avro dəyərində əmlaka sahib olması isə hətta “qürurlu” da görünə bilər. Həm də elə həmin prokuror ki, o, hər zaman həmkarlarını bahalı avtomobillər kolleksiyası ilə heyrətləndirib. Formula 1-dən ilhamlanan icra başçısının oğlu Mehman Qocayev çox bahalı, yüksək sürətli avtomobillərə meyllidir. Onu, adətən, 12 mühərrikli 200 000 avro(AUDI A8L WW12) dəyərində bir idman maşını ilə gəzən görürlər.
Ola bilərmi ki, bəlli ideologiyaya olan simpatiyasına görə, həmkarları işdə Samux başçısının oğlu Mehman Qocayevi “SS” adlandırırlar. Ona məxsus 10-SS-500 nömrəli avtomobil tez-tez Prokurorluğun maşın parkında görünür. Diqqət çəkən bir məqam da “türkiyəli iş adamı” və prokuror Mehman Qocayevin zamanında keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun ailə üzvləri arasında tez-tez görünməsi faktıdır. Prokuror Mahmudovun dəbdəbəli məclislərinə işdən daha çox vaxt keçirirdi. Bu yaxınlarda Qocayevlər haqda yeni materiallar ictimayyətə təqdim olunacaq. Nəhayət ki, Samux camaatı bütün həqiqətləri biləcək.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru