MİLLİ QƏHRƏMANDAN RƏSUL QULİYEVƏ İTTİHAM
Tarix: 27-03-2012, 15:28 | Çap et
“KƏLBƏCƏRDƏ 3000 ƏSGƏRİ MƏHV ETDİRDİN”
İsveçdə yaşayan Şahin Tağıyev eks-spikerə yazdığı açıq məktubda onu bir sıra məslələrdə günahlandırıb
İsveçdə yaşayan Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şahin Tağıyev parlamentin keçmiş sədri Rəsul Quliyevə açıq məktub yazıb. Milli Qəhrəman bu müraciətin mətnini Modern.az-ın redaksiyasına da göndərib.
Modern.az Ş.Tağıyevin R.Quliyevə ünvanladığı açıq məktubu olduğu kimi təqdim edir.
- Hörmətli Rəsul bəy, Sizin Almaniyadakı çıxışınızı oxudum və çox məyus oldum. Siz çıxışınızda İctimai Palatannın üzvlərini “uşaq-muşaq” adlandırmısınız. Məncə bu heç bir etikaya sığmayan və bu insanların ünvanına ən böyük təhqirdir. Məgər İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseyn, Vidadi Mirkamal, Ərəstun Orucov və sairələri “uşaq-muşaq”dırlarmı? Sizin “uşaq-muşaq” adlandırdığınız o şəxslər müstəqil Azərbaycan dövlətinin qurulmasında böyük xidmətləri olub. Rəsul bəy, uzun müddət Sizin sükutunuzdan sonra təhqiredici sözlərlə mübarizəyə qoşulmanız məncə heç Sizə yaraşan hərəkət deyil. Mənim fikrimcə, Sizin yaratdığınız “Müqavimət hərəkatı”na heç bir ehtiyac yox idi. Çünki mərhum Əbülfəz Elçibəy tərəfindən neçə il əvvəl yaradılmış belə bir hərəkat var. Sədri isə Mehriban Vəzirdir. Siz təşəbbüs göstərib bu hərəkatı yenidən bərpa etsəydiniz, daha təqdirəlayiq olardı.
Rəsul bəy çox xahiş edirəm ki, onsuz da tarix boyu parçalanmalara məruz qalan milləti, bir daha parçalamayasınız. Çıxışınızda xalqı “qorxaq və bədbaxt” adlandırmaqla çox böyük səhvə yol verdiniz. Azərbaycan xalqı nə qorxaqdır nə də bədbəxt. 1988-ci ili, 1990-cı ilin “20 yanvar” hadisəsini və çox şeyləri xatırlada bilərəm. Bu xalq çox təzyiqlərə məruz qalıb. Rəsul bəy, bunun da günahı yalnız və yalnız özümüzdədir. Bütün bunlardan sonra xalqa müraciət edirsiniz ki, adambaşı 5 manat yığsınlar. İnanın bunu eşidəndə çox heyrətə gəldim. Məgər özünü lider kimi qələmə verən şəxs belə gülünc müraciət edərmi? Mətbuatdan oxudum ki, Azərbaycana gəlməyiniz baş tutmasa, prezident seçkilərində öz yerinizə Eldar Namazovun namizədliyini irəli sürməsini dəstəkləyirsiniz. Mənim Eldar bəyin savadına və ağlına heç bir şübhəm yoxdur və ona böyük hörmətim var, amma anlamadığım bir məqam var. Məhz niyə Eldar Namazov? İsa Qəmbər yox, Əli Kərimli yox və ya başqaları yox məhz Eldar Namazov? Bu münasibət sizin Qərbi Azərbaycan klanının yaranmasına aparan bir başa yoldur. Buna sübut olaraq Əli İnsanovun yanına həbsxanaya seçkilərdə qərbi azərbaycanlılardan dəstək almaq üçün danışıqlara adam göndərməyinizdir. Rəsul bəy, məgər Heydər Əliyevi yenidən hakimiyyətə gətirənlərdən ən fəalı siz olmamısınızmı? Bunu da sübut edə bilərəm ki, hələ 1992-ci il aprelin 26-da Ali Sovetin yanında Siz başda olmaqla Hacıbala Abutalıbov, Murtuz Ələsgərov, Fərəməz Maqsudov, Səfiyar Musayev, Babək Hüseynov və b. Heydər Əliyəvi yenidən hakimiyyətə gətirmək üçün mitinq təşkil edirdiniz. Bundan əlavə, 1995-ci ildə OMON hadisələrində başçılıq edənlərdən ən fəalı Siz olmusunuz. Rəsul bəy, mən hələ Kəlbəcərdə keçirilmiiş qış əməliyyatından danışmıram, Siz öz doğum gününüzdə Heydər Əliyevə hədiyyə etmək üçün Əli Ömərova Kəlbəcərin alınması barədə göstəriş vermişdiniz. Bunun nəticəsində 3000-dən artıq Azərbaycan əsgərini məhv etdirdiniz. Rəsul bəy, çox yazardım, amma düşünürəm ki, hələlik bu qədər kifayət edər.
Rəsul bəy, ümid edirəm mənim səmimiyyətlə yazdığım bu məktubumda, sizə qarşı qərəzli olmadığımı anladınız. Bu məktubu yazmaqda məqsədim, haqqı nahaqdan ayırmaq idi. Ümid edirəm, yazdıqlarımı soyuqqanlıqla oxuyub və nə demək istədiyimi başa düşərsiniz.
Hörmətlə Azərbaycanın Millli Qəhrəmanı Şahin Tağıyev


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42 |
|
|
|
• Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38 |
|
|
|
• Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33 |
|
|
|
• Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31 |
|
|
|
• “Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24 |
|
|
|
• Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21 |
|
|
|
• Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18 |
|
|
|
• Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17 |
|
|
|
• Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13 |
|
|
|
• Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11 |
|
|
|
• 16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02 |
|
|
|
• Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56 |
|
|
|
• İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03 |
|
|
|
• Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57 |
|
|
|
• Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58 |
|
|
|
• Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17 |
|
|
|
• "Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10 |
|
|
|
• “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06 |
|
|
|
• Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04 |
|
|
|
• Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01 |
|
|
|
• Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51 |
|
|
|
• Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41 |
|
|
|
• Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36 |
|
|
|
• Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32 |
|
|
|
• Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25 |
|
|
|
• “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21 |
|
|
|
• İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19 |
|
|
|
• "Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12 |
|
|
|
• Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05 |
|
|
|
• 308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02 |
|
|
|
• Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Dünən, 17:00 |
|
|
|
• Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Dünən, 16:57 |
|
|
|
• Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Dünən, 16:49 |
|
|
|
• Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Dünən, 16:43 |
|
|
|
• Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 16:34 |
|
|
|
• “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:30 |
|
|
|
• Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Dünən, 16:25 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Dünən, 16:23 |
|
|
|
• Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Dünən, 16:19 |
|
|
|
• Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Dünən, 16:15 |
|
|
|
• “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Dünən, 16:14 |
|
|
|
• Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Dünən, 15:05 |
|
|
|
• “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Dünən, 15:03 |
|
|
|
• İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Dünən, 14:56 |
|
|
|
• Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Dünən, 14:54 |
|
|
|
• “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Dünən, 14:51 |
|
|
|
• Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Dünən, 14:46 |
|
|
|
|