151 saylı bağçada körpələrə zay məhsullar verilir .....                     Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir .....                     "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin" .....                     Mərkəzi Bank açıqladı: .....                     Arif Babayev xəstəxanadan evə buraxıldı .....                     ABB-də yeni təyinat .....                     Maşın var, təmir edən yox .....                     Nəzarət Zaur Mikayılova keçəndən sonra... .....                     Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar .....                     17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü .....                     Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? .....                     Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər .....                     İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb .....                     Naxçıvanda durum daha da gərginləşib... .....                     “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” .....                     Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb .....                     “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? .....                     Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı .....                     Polşa Rusiyanı yanğında ittiham edir .....                     Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək .....                     Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını .....                     Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb .....                     Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır .....                     Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir .....                     Zaur Nəbioğluna ağır itki üz verib .....                     Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA .....                     “Olivia” mağazası tələbələri ALDADIR? .....                     Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR .....                     Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq .....                     “Sumqayıt Kompressorları” ASC səhmdarlarına .....                     Kağız üzərində problem həll olunub, amma... .....                     Trampın hansı reaksiya verəcəyi maraqlıdır... .....                     Müxalif jurnalistdən İlham Əliyevə dəstək .....                     Əmək mübahisələri... .....                     Putin Zelenski ilə görüşə gedəcəkmi? .....                     PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar .....                     "Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" .....                     "AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" .....                     Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu .....                     'Həm maddi, həm də mənəvi zülm verirlər" .....                 

Qəzza razılaşması və qarşılıqlı ittihamlar: risklər artır - NƏ BAŞ VERİR?
Tarix: 28-01-2025, 07:12 | Çap et
Qəzza razılaşması və qarşılıqlı ittihamlar: risklər artır
On minlərlə fələstinli bazar günü İsrailin HƏMAS-ı atəşkəs razılaşmasını pozmaqda ittiham etməsi və keçid məntəqələrini açmaqdan imtina etməsindən sonra məyusluğunu ifadə edərək, Qəzzanın şimalındakı evlərinə dönmək üçün bağlanmış yollarda gözləyib. Qəzzada saxlanılan israilli girovların İsrail həbsxanalarındakı fələstinli məhbuslarla ikinci mübadiləsindən bir gün sonra bu ləngimə Qəzzada radikal hərəkatla İsrail arasında atəşkəslə bağlı risklərin olduğunu göstərir.

Şahidlərin “Amerikanın Səsi”nə dediyinə görə, Qəzzanın mərkəzi bölgələrində insanlar şimala gedən əsas yollar boyu bəziləri maşınlarda, bəziləri isə piyada gözləyirlər. Onların sözlərinə görə, bir çox insan gecəni əsas şimal-cənub magistralı olan Səlahəddin yolunda və şimala aparan sahil yolunda keçirərək Qəzza zolağının mərkəzindən keçən Netzarim dəhlizində İsrailin hərbi mövqelərinin qarşısından keçmək üçün gözləyib.

Misir və Qətər vasitəçiləri ilə birlikdə hazırlanan və ABŞ-ın dəstəklədiyi razılaşmaya əsasən, İsrail şimalda evlərindən didərgin düşmüş fələstinlilərin öz evlərinə qayıtmasına icazə verməli idi. Lakin İsrail tərəfi bildirib ki, HƏMAS-ın azad edilməsi planlaşdırılan girovlardan hansının sağ olduğunu göstərən siyahını təhvil verməməsi və ya 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu zamanı girov götürülən israilli qadın Arbel Yehudu təhvil verməməsi qrupun razılaşmanın şərtini pozduğu deməkdir. İsrailin bəyanatında bunun nəticəsində Qəzza zolağının şimalına keçidlərə icazə vermək üçün Qəzzanın mərkəzində nəzarət-buraxılış məntəqələrinin açılmayacağı bildirilir.

HƏMAS bəyanat yayaraq, İsraili ləngimə yaratmaq və gecikdirməyə görə məsuliyyət daşıdığını bildirib.

Bununla yanaşı, Fələstinin HƏMAS hərəkatı vasitəçilərə atəşkəs razılaşmasının birinci mərhələsində azad etməyi planlaşdırdığı Qəzzada saxlanılan israilli əsirlərin siyahısını verdiyini iddia edib. Bu barədə məlumat HƏMAS-ın “Telegram” kanalında yerləşdirilib. Bildirilib ki, hərəkatın təqdim etdiyi sənəddə girovlarla bağlı “lazımi məlumatlar” var.

"HƏMAS bazar günü axşam saatlarında vasitəçilərə Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsində azad ediləcək əsirlərin siyahısını təqdim edib ", - məlumatda vurğulanıb.

Hərəkat bu siyahıda neçə adın yer aldığını və konkret hansı məlumatın müzakirə edildiyini açıqlamayıb. Fələstin HƏMAS hərəkatı əvvəlki mübadilədə azad edilməli olan israilli girov Arbel Yehudu və daha iki nəfəri cümə günü, yanvarın 31-dək azad edəcək. Bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.

“Razılaşmaya uyğun olaraq, HƏMAS fevralın 1-i şənbə günü daha üç girovu azad edəcək”, - diplomat sosial mediada yazıb.

HƏMAS radikal hərəkatının Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzuk təşkilatın ABŞ hakimiyyəti ilə dialoqa hazır olduğunu açıqlayıb. Bu barədə bazar günü, yanvarın 26-da “Al Arabiya” telekanalı məlumat yayıb.

“Biz ABŞ-la dialoqa hazırıq. ABŞ Prezidenti Donald Tramp ciddi siyasətçidir. Qəzza razılaşması Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiven Vitkoff olmasaydı, əldə olunmazdı", deyə bildirib. Siyasi Büronun sədr müavininin sözlərinə görə, “HƏMAS rəhbərliyinin mövqeyi İsraildən başqa hamı ilə dialoqa açıqlıqdır”.

Bu arada, ABŞ Prezidenti Donald Tramp sənbə günü ABŞ hərbi qüvvələrinə sələfi Co Baydenin Qəzzanın mülki əhalisinə təsirlə bağlı narahatlıq səbəbilə İsrailə təhvil verilməməsi barədə göstəriş verdiyi bombaların təhvil verilməsini tapşırıb. O həmçinin Misir və İordaniyanı Qəzzadan daha çox fələstinlini müvəqqəti və ya daimi olaraq qəbul etməyə çağıraraq, “biz hər şeyi təmizləməliyik” deyə bildirib.

“Bu, sözün əsl mənasında dağıntı yeridir, demək olar ki, hər şey dağıdılıb və orada insanlar ölür”, o, İordaniya kralı Abdulla ilə telefon danışığından sonra jurnalistlərə bildirib.

“Amerikanın Səsi” onu da yazıb ki, HƏMAS Qəzzada atəşkəs razılaşması çərçivəsində ikinci mübadilədə 200 fələstinli məhbusun müqabilində şənbə günü Qəzza şəhərində girov saxlanılan dörd israilli qadını Qırmızı Xaç Cəmiyyətinə təhvil verib. Dörd İsrail əsgəri böyük təbəssüm nümayiş etdirərək, Fələstin Meydanındakı səhnədən izdihama əl yelləyiblər. Onların hər iki tərəfində HƏMAS döyüşçüləri olub və minlərlə insan İsrail əsgərlərinin Qırmızı Xaçın maşınlarına minməsini izləyib.

Müşahidəçilər deyirlər ki, onlar çox güman ki, təzyiq altında hərəkət ediblər. Daha əvvəl azad edilən girovlar son dərəcə ağır şəraitdə saxlandıqlarını və təbliğat xarakterli videolar çəkməyə məcbur edildiklərini bildiriblər. İsrailin Həbsxana Xidməti 200 fələstinlinin azad edilməsini başa çatdırdığını bildirib. Buna israillilərə qarşı ölümcül hücumlarda günahkar bilinərək ömürlük həbs cəzası çəkən 120 nəfər daxildir.

Misirin dövlət televiziyası “Qahera” telekanalının məlumatına görə, təxminən 70 nəfər Misirə təhvil verilib. Misir, Qətər və ABŞ atəşkəsə gətirib çıxaran danışıqlarda əsas vasitəçi rolunu oynayıblar.

İordan çayının qərb sahilinin Ramallah şəhərində minlərlə fələstinli məhbusları daşıyan avtobusları qarşılamağa toplaşıb, bir çoxları əllərində Fələstin bayrağını və ya müxtəlif siyasi qrupların bayraqlarını dalğalandırıblar.

Dörd İsrail əsgərinin azad edilməsini Tel Əvivin Girovlar Meydanındakı böyük ekranlarda izlərlə yüzlərlə insan bayram edib. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi daha sonra azad edilmiş girovların İsrail ordusunun bazasında qarşılandığını əks etdirən video yayımlayıb. Onlardan biri, Liri Albaq mikroavtobusa minmədən əvvəl gülümsəyərək, iki baş barmağı ilə işarə edib və sonra əlləri ilə ürək şəkli çəkib.

HƏMAS bildirib ki, azad edilən dörd qadın Liri Albaq, Karina Ariev, Daniella Gilboa və Naama Levidir. Dörd qadının hamısı 2023-cü il oktyabrın 7-də HƏMAS 1200 nəfəri öldürüb və 250 nəfəri girov götürdüyü terror hücumu zamanı İsrailin cənubundakı Nahal Oz bazasından qaçırılan İsrail əsgərləridir.

Atəşkəs razılaşmasının birinci mərhələsində HƏMAS-ın İsrail tərəfindən saxlanılan fələstinli məhbusların azad edilməsi, habelə humanitar yardımların artırılması və İsrail ordusunun Qəzzanın bəzi bölgələrindən çıxarılması müqabilində 33 girovu azad edəcəyi gözlənilir.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzzada əks hücumu nəticəsində 47 mindən çox insan həlak olub. Nazirlik mülki vətəndaşlar və döyüşçülər arasında fərq qoymasa da, daha əvvəl öldürülənlərin yarısından çoxunun qadın və uşaq olduğunu bildirib. İsrailin cavabı nəticəsində həmçinin ərazi əhalisinin əksəriyyəti didərgin düşüb, anklavın böyük hissəsi dağılıb.

Şənbə günü baş tutan mübadilədən əvvəl Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları İdarəsi xəbərdarlıq edib ki, İordan çayının qərb sahilində artan zorakılıq Qəzzadakı atəşkəsə təhlükə yarada bilər. BMT-nin İnsan Haqları ofisinin sözçüsü Tamin Əl Kitan bildirib ki, İsrailin İordan çayının qərb sahilindəki əməliyyatları nəticəsində ən azı 12 fələstinli ölüb, 40-ı yaralanıb. Onun sözlərinə görə, "onların əksəriyyətinin silahsız olduğu bildirilir".

Ayna.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47
Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42
Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39
Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31
Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25
Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20
Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19
Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA - İşçiləri işlədiblər, amma...
Bu gün, 09:16
“Olivia” mağazası tələbələri ALDADIR? – RƏSMİ AÇIQLAMA
Bu gün, 09:07
Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:02
Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq - AKTUAL
Bu gün, 08:54
“Sumqayıt Kompressorları” ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 08:46
Kağız üzərində problem həll olunub, amma... - "Nə vaxta qədər belə davam edəcək?"
Bu gün, 08:35
Trampın hansı reaksiya verəcəyi maraqlıdır... - ŞƏRH
Bu gün, 08:23
Müxalif jurnalistdən İlham Əliyevə dəstək - "Xalq hər şeyi görür..."
Bu gün, 08:20
Əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:17
Putin Zelenski ilə görüşə gedəcəkmi? - AKTUAL
Bu gün, 07:09
PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar - GƏLİŞMƏ
Bu gün, 07:02
"Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" - Xalq artisti
Bu gün, 06:56
"AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" - ETİRAZ
Bu gün, 06:49
Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:46
'Həm maddi, həm də mənəvi zülm verirlər" - NARAZILIQ VAR...
Bu gün, 06:38
Məktəb direktoru pulyığmanı DANMADI... - "... könüllüdür"
Bu gün, 06:32
Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
Bu gün, 06:23
Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12
Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59
İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53
Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48
Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44
TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42
"Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38
"Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru