"İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi' .....                     Suraxanıda hələ də QOÇULUQ zənanəsidir .....                     Lerikin icra başçısı İTTİHAM OLUNUR .....                     Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? .....                     “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları .....                     Azərbaycanda səhmdar cəmiyyət .....                     “Azinşaat Servis” ASC səhmdarlarının .....                     "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" .....                     “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” .....                     Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək .....                     "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq .....                     Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... .....                     Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat .....                     Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi .....                     Azərbaycanda çörək bahalaşdı .....                     Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır .....                     Moskvadan gəırginliyi artıran addımlar: .....                     Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur .....                     Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil .....                     "Paylaşımı silmək üçün 10 min istədi" .....                     Azərbaycanda 2 yeni radio açılır .....                     Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb .....                     Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? .....                     FHN universitetdə yoxlamalar apardı .....                     " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" .....                     AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib .....                     Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb .....                     Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib .....                     Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu .....                     "Roşka" yenidən .....                     Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib .....                     Ailəsi Lalə Şövkətin .....                     İrəvan xanlığı yaranacaq .....                     İrəvan Aİİ-dən çıxsa... .....                     Azərbaycanda müavinsiz işləyən icra başçıları .....                     Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir .....                     "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi .....                     İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, .....                     Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi .....                     Paşinyan cəmiyyətini qınadı .....                 

«HƏR ŞEYİ ATAMIN ÜSTÜNƏ YIXDILAR»
Tarix: 23-02-2012, 13:09 | Çap et
«HƏR ŞEYİ ATAMIN ÜSTÜNƏ YIXDILAR»

MƏŞUM BƏNƏNYAR HADİSƏLƏRİNDƏN 2 İL ÖTDÜ

Fevralın 23-də AXCP Culfa rayon təşkilatının keçmiş sədri Rza Nuriyevin ölümünün ikinci ildönümü tamam olur.

Rza Nuriyev 2010-cu il yanvarın 5-də Bənəniyar hadisələri ilə bağlı tutulub. 2009-cu ilin dekabrında Aşura mərasimi zamanı Bənəniyar kəndində polislə qarşıdurma yaşanmışdı. Bundan təqribən 10 gün sonra Naxçıvan polisi və daxili qoşunları kənddə əməliyyatlar keçirərək həbslərə başlamış və bir neçə ev, şəxsi əmlak dağıdılmışdı. Onda həbs edilən Rza Nuriyev də 18 gün saxlanıldıqdan sonra yanvarın 23-ü azadlığa buraxılmışdı. Fevralın 22-si səhhəti ağırlaşan Rza Nuriyevi yaxınları Naxçıvan şəhər xəstəxanasına aparıblar. Bir gün sonra - 2010-cu il fevralın 23-də xəstəxanada vəfat edib.

Həkimlər Rza Nuriyevin ürək çatışmazlığından öldüyünü desə də, əqidədaşları və yaxın dostları mərhuma həbsxanada ağır işgəncələr verildiyini indi də iddia edirlər.

Həmin dövrdə AXCP Naxçıvan şöbəsinin sədri olmuş Asəf Quliyev deyir ki, Rza Nuriyevin ölümünə səbəb elə həmin işgəncələr olub:

«QADINLARI, UŞAQLARI KÜTLƏVİ ŞƏKİLDƏ DÖYÜB HƏBSXANAYA SALIRDILAR»

«2009-cu ildə Bənəniyarda keçirilən Aşura mərasimlərində kənd camaatının ayağa qalxmasına səbəb elə polislər özləri olmuşdu. Aşura günləri insanların məscidlərə axışması normal haldır. Polislər Bənəniyarda buna mane olmağa çalışdılar. Polislərin hərəkətinə etiraz olaraq kənd camaatı ayağa qalxdı və qarşıdurma yarandı. Naxçıvanda görünməmiş hal idi ki, qadınları, uşaqları kütləvi şəkildə döyüb həbsxanaya salırdılar».

Asəf Quliyev deyir ki, yerli hakimiyyət Rza Nuriyevi hadisələrin təşkilatçısı kimi həbs etsə də, sonradan heç bir sübut olmadığından onu azad ediblər:

«YANVAR AYINDA, SOYUQ HAVADA ONU SOYUNDURUB GECƏ SƏHƏRƏ KİMİ POLİS ŞÖBƏSİNDƏ SAXLAYIBLAR»

«Rza müəllim bu hadisələrin qurbanı oldu. Mən deyərdim ki, haqq uğrunda həlak oldu. Həbsxanadan çıxandan sonra onunla görüşdük. Özü deyirdi ki, yanvar ayında, soyuq havada onu soyundurub gecə səhərə kimi polis şöbəsində saxlayıblar. İşgəncə veriblər. Mən özüm də gördüm ki, onun ayaqlarında göyərmiş yerlər var. Həbsdən sonra hədə-qorxu gəlmişdilər ki, həkimə getməsin».

Asəf Quliyev deyir ki, aldığı zərbələrdən və paltarsız bir sutka soyuqda saxlanıldığından Rza Nuriyevin ağ ciyərində ciddi problemlər yaranmışdı. Onun bildirməsinə görə, dostları və qohumları onu Türkiyəyə müalicəyə aparmaq qərarına gəlmişdilər:

«O, HƏR ZAMAN BİZİM QƏLBİMİZDƏ YAŞAYACAQ»

«Özü də qorxurdu ki, xəstəxanada ona nə isə edərlər. Ona görə həkimə getmək istəmirdi. Hazırlaşırdıq Türkiyəyə müalicəyə aparaq. Sən demə, zərbələrdən ağ ciyəri zədələnib. Düşünmürdük ki, belə fəsad ola bilər. Fevralın 22-si vəziyyəti ağırlaşanda məcbur qalıb xəstəxanaya aparıblar. Həkimlər ürək çatışmazlığı diaqnozu qoyublar. Ölümündən iki il ötməsinə baxmayaraq, onun ağrı-acısını hələ də çəkirik. Onun fədakarlığının, dəyanətinin qiyməti nə vaxtsa veriləcək. O, hamımızın fəxri idi. Həmişə qəlbimizdə yaşayacaq. Rza müəllim bizim gənclər üçün örnəkdir. O, hər zaman bizim qəlbimizdə yaşayacaq».

Asəf Quliyev deyir ki, üstündən iki il ötməsinə baxmayaraq, nə Bənəniyarda baş verən hadisələrə, nə də Rza Nuriyevin ölümünə hüquqi qiymət verilib.

Rza Nuriyevin oğlu Pərvin Nuriyev də atasını yaxşı bir insan kimi xatırlayır. Pərvin Nuriyev deyir ki, atası həmişə kənddəki kasıblara əl tutub, mübahisəli məsələləri ağsaqqal kimi yoluna qoyub. O deyir ki, Bənəniyar hadisələri başlayanda, atası gənclərin önünə çıxıb onları qarşıdurmadan çəkindirməyə çalışırmış:

«HƏR ŞEYİ ATAMIN ÜSTÜNƏ YIXDILAR»

«Mənim atamın bu işlərlə heç bir əlaqəsi olmayıb. Əksinə, coşmuş gənclərin qarşısına çıxdı. Onları sakitləşdirməyə çalışırdı. Cavanlar da məsləhət gördü ki, el ağsaqqalı, sözükeçən adam kimi atam qabağa düşüb danışığa getsin. Bundan sonra hər şeyi atamın üstünə yıxdılar. Guya, o, daş atırmış, təxribat yaradırmış».

Pərvin Nuriyev deyir ki, Bənəniyar hadisələri zamanı onu və qardaşını atasından əvvəl həbs ediblər:

«BİZİ DAĞDAN TUTUB APARDILAR»

«Bizim nə günahımız var idi ki? Qardaşımla mən bir aya yaxın idi ki, dağda heyvanların yanında idik. Hadisələr başlayandan kəndə getməmişdik. Bu hadisələrlə də heç bir əlaqəmiz yox idi. Buna baxmayaraq siyahının başına bizim adımızı yazmışdılar. Gəldilər, bizi dağdan tutub apardılar. Bizdən iki gün sonra isə atamı həbs etdilər. Biz atamın həbs olunmasını görə bilmədik».

Pərvin Nuriyev deyir ki, atası həbsxanadan buraxılandan sonra səhhəti normal olub. Fevralın 22-si səhhəti qəfil pisləşdiyindən xəstəxanaya aparıblar:

«ÖLÜMÜN SƏBƏBLƏRİ HAQQINDA SƏNƏDİ GÖTÜRMƏDİK»

«Mən yenə dağda idim. Zəng elədilər ki, atamın vəziyyəti ağırlaşıb, xəstəxanaya aparıblar. Getdim xəstəxanaya. Həkimlər deyirdi ki, ürəyində problem var. Bir gün sonra vəfat etdi. Həkimlərin rəyi ilə razılaşmadığımızdan ölümün səbəbləri haqqında sənədi götürmədik».

O vaxt istər Naxçıvan Daxili İşlər Nazirliyi, istərsə də Naxçıvan Ombudsman Aparatı Rza Nuriyevin ölümü ilə bağlı açıqlama verməmişdilər.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə Rza Nuriyevin təcridxanada işgəncələrə məruz qalması barədə iddiaları rədd etmişdi. Nazirliyin mətbuat xidmətindən bildirilirdi ki, nə Bakıda, nə də Naxçıvandakı təcridxanalarda işgəncə hallarına yol verilir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00
Suraxanıda hələ də QOÇULUQ zənanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54
Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47
Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35
“Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32
Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05
“Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02
"Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53
“35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51
Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40
"Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33
Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31
Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28
Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18
Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14
Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11
Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00
Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58
Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21
"Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17
Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06
Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05
FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00
" Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58
AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54
Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41
Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40
Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38
"Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36
Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32
Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29
İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23
İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19
Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16
Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08
"2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02
İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58
Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55
Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51
Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47
“Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45
"Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44
PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Dünən, 16:39
İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Dünən, 16:38
Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Dünən, 16:35
"Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Dünən, 16:32
Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Dünən, 16:25
Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Dünən, 16:09
Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Dünən, 16:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru