"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... .....                     Rejimi “Traktor”un qabağına vermək... .....                     Paşa Texnikin həyatı film olur .....                     Rusiya Həsənovu niyə axtarır? .....                     “Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                     Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır .....                     Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub .....                     Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                     16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                 

"BAKI TİKİNTİ MATERİALLARI" ASC XƏSTƏLİK YAYIR
Tarix: 9-12-2013, 10:58 | Çap et
"BAKI TİKİNTİ MATERİALLARI" ASC XƏSTƏLİK YAYIR
Bu ilin oktyabr ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) «Bakı Tikinti Materialları» Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədri Ramiz Həsənovu cərimələdi. Belə ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən "Bakı Tikinti Materialları" ASC-yə məxsus kərpic istehsal edən zavodun fəaliyyəti nəticəsində atmosfer havasının çirklənməsi ilə bağlı daxil olmuş şikayət məktubu araşdırılıb.

Araşdırma zamanı kərpic zavodunun fəaliyyəti zamanı mövcud qaz-toz tutucu qurğuların istismar qaydalarının ciddi surətdə pozulması səbəbindən atmosfer havasının normadan artıq çirklənməsinə yol verildiyi, tikinti tullantılarının düzgün idarə olunmadığı müəyyən edilib. Bununla yanaşı, şikayət məktubunda zavodun ətraf ərazilərində tikinti materiallarının satılması, ərazinin qum və daş bazarına çevrilməsi kimi göstərilən məlumatlar da araşdırılıb. Araşdırma zamanı Səhmdar Cəmiyyətə məxsus ərazinin ayrı-ayrı fiziki şəxslərlə bağlanmış müqavilə əsasında tikinti materiallarının pərakəndə satışı üçün icarəyə verildiyi, qum və çınqılın geniş ərazidə səpələnmiş halda açıq havada yerləşdirildiyi, nəticədə küləkli hava şəraitində tozun göyə sovrularaq ətraf ərazilərə yayıldığı qeydə alınıb.

Qeyd olunan faktlarla bağlı ASC-nin İdarə Heyətinin sədri Ramiz Həsənovun üzərinə protokol tərtib edilib, o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 2500 manat məbləğində cərimə olunub. Eyni zamanda, müəssisəyə məxsus ərazinin bir hissəsinin şəhərin müxtəlif yerlərindən gətirilən istehsalat, təmir-tikinti və qismən də məişət tullantıları ilə doldurularaq qeyri-qanuni tullantılar poliqonuna çevrildiyi müəyyən edilib. Nazirlik ASC rəhbərini cərimələsə də, Ramiz Həsənov qanundan kənar əməllərini davam etdirməkdədir. Yeni Günəşli qəsəbəsində yaşayan sakinlərdən aldığımız məlumatlara görə, nazirlik cərimə tətbiq edəndən sonra kərpic zavodunun rəhbəri burda fəaliyyət göstərən daş və qum bazarını başqa əraziyə köçürüb. Bazarın yerləşdiyi hazırkı sahə isə «AB» yaşayış sahəsi 157-ci binanın bir neçə metrliyindədir. Sakinlərin əməkdaşımıza dediyinə görə, küləkli hava şəraitində, eləcə də adi günlərdə evlərində rahat otura bilmirlər. Narazı vətəndaşlar bildirir ki, daş və qum bazarında, o cümlədən yaxınlıqdakı çınlıq müəssisəsində satılan tikinti materiallarının toz-torpağı onların evinə dolur. Bununla yanaşı, bina sakinləri vərəm təhlükəsi ilə üz-üzə qaldıqlarını söyləyiblər: «Binada yaşayan bir qrup sakin adından «Gündəlik Bakı» qəzetinin redaksiyasına şikayət məktubu göndərəcəyik. Bizim şikayətimizi heç kim araşdırmır. Ümidimiz sizə qalıb. Rayon İcra Hakimiyyətinin nümayəndələri bazarın qanunsuz fəaliyyət göstərdiyini bildirir, amma buranın bağlanması üçün müvafiq tədbirlər həyata keçirilmir.

Binada iki yüzdən çox ailə yaşayır. Bazarın bütün tozu bizim ciyərlərimizə gedir. Kimsə burda pul qazanacaq deyə biz ölməliyik?». Məlumatı araşdırmaq üçün «Bakı Tikinti Materialları» ASC-nin sədri Ramiz Həsənovla əlaqə saxladıq. Ramiz müəllim bildirdi ki, rəhbərlik etdiyi kərpic zavodu 1952-ci ildən fəaliyyət göstərir: «Zavod fəaliyyətə başlayanda heç o bina yox idi. Yaxşısı budur siz şikayət edən sakinlərin məktubunu da götürüb bura gələsiniz və məsələni yerində araşdıraq». Bu fikirləri deyəndən sonra cəmiyyət sədri dəstəyi üstünə qoydu. Biz Ramiz Həsənova demək istəyirik ki, əməkdaşlarımız yaxın günlərdə qeyd olunan əraziyə baş çəkib geniş reportaj hazırlayacaqlar.

Şikayət edən sakinlərin məktubunu da ona göstərəcəyik. Bəziləri kimi başqa məqsədlər güdmürük. Hər hansı vətəndaş üzləşdiyi problemlə bağlı redaksiyamıza müraciət edirsə, bunu araşdırmaq borcumuzdur. ASC sədrinə bir sualımız olacaq. O, nəyin əsasında dövlətin balansında olan zavodun ərazisini sahibkarlara icarəyə verib? Hazırlayacağımz reportajda buna da toxunub yerli bələdiyyə işçilərinin Ramiz Həsənovla işbirliyindən yazacağıq. Sonda aidiyyəti dövlət orqanlarından xahiş edirik ki, ASC sədrinin özbaşına əməllərinin qarşısını alsınlar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Dünən, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Dünən, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Dünən, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Dünən, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Dünən, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Dünən, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Dünən, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Dünən, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Dünən, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Dünən, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Dünən, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Dünən, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Dünən, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Dünən, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Dünən, 14:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru