
EVLƏRİ SATMA NİYYƏTİ BAŞ TUTMAYIB
Nəqliyyat Naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Qubanın mərkəzində 12 mərtəbəli yaşayış binası inşa etdirsə də nəzədə tutulan gəliri əldə etmək hələlik mümkün olmayıb. Bu barədə Moderator.az-a rayondakı etibarlı mənbələrdən məlumat daxil olub.
Məlumatda bildirilir ki, bina satış üçün nəzərdə tutulsa da burdan mənzil əldə etmək istəyənlərin sayı kifayət qədər azdır. Bu, yüksək standartlarla tikilmiş və binadakı mənzillərin baha olması ilə əlaqələndirilir. DİA.AZ həmin binanın fotolarını təqdim edir.