SABİRABADDA VƏZİYYƏT URUSCADIR...
Tarix: 30-10-2013, 09:31 | Çap et
NAZİM İSMAYILOVUN "GÖZƏLLƏŞDİRMƏ" SİYASƏTİÖlkə rəhbərliyinin göstərdiyi böyük diqqət və qayğı nəticəsində regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə çox mühüm işlər həyata keçirilməkdədir. Dövlət büdcəsindən ayrılan maliyyə vəsaitləri hesabına bölgələrdə geniş quruculuq-abadlıq işləri həyata keçirilir, əhalinin sosial problemləri yoluna qoyulur. Təbii ki, vətəndaşlar rahat yaşayanda, problemlərdən uzaq olanda heç nədən və heç kimdən şikayət etmirlər. Ancaq onlar müxtəlif problemlərlə, xüsusi olaraq da məmur özbaşınalıqları ilə üzləşəndə bunu qəbul edə bilmirlər.
Bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbər işçiləri prezidentin etibarından sui-istifadə edirlər. Sabirabad Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Nazim İsmayılov da belə məmurlardan biridir. Əvvəla qeyd edək ki, adıçəkilən şəxsin yarıtmaz əməlləri ilə bağlı mətbuat orqanlarında dəfələrlə tənqidi məlumatlar verilib.
Təəssüf hissi ilə bildirmək istəyirik ki, icra hakimi tənqidlərdən heç bir nəticə çıxarmayıb. Əksinə, qanunsuz işlərini günü-gündən daha da intensivləşdirir ki, bu da sonda sakinlərin narazılığı ilə qarşılanır. Məlumat üçün bildirək ki, 61 yaşlı icra hakimi 2011-ci ildə bu vəzifəyə qoyulub. Karyerası ərzində elə də ciddi vəzifələrdə işləməyib. Rayondakı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, 2013-cü ilin geridə qalan ayları ərzində Sabirabadda bir sıra problemlər baş qaldırıb. Əhalinin sosial durumunun yaxşılaşdırılması məqsədilə əməli tədbirlər həyata keçirilməyib: «Nazim İsmayılov Sabirabada rəhbər təyin ediləndən sonra ölkə başçısının sərəncamları ilə rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə böyük həcmdə maliyyə vəsaitləri ayrılıb.
Bu ilin ilk aylarında tikinti-quraşdırma işlərinin həcmi 2 milyon 136 min manat, sənaye məhsulunun həcmi 1 milyon 599 min manat, rabitə xidməti 147 min manat, ticarət xidməti 40 milyon 135 min manat, pullu xidmət 9 milyon 345 min manat, kənd təsərrüfatı məhsullarının istehsalı isə 22 milyon 525 min manat, investisiya qoyuluşu 17 milyon 976 min manat olub. Bu, icra başçısının hesabat yığıncağında söylədiyi statistik rəqəmlərdir. Əslində, rayonda təmir-tikinti işləri üçün nəzərdə tutulan vəsaitlərin böyük hissəsi təyinatdan kənar məqsədlər üçün istifadə edilməkdədir. Başqa sözlə desəm, həmin məbləğin yetərli bir qismi icra hakiminin şəxsi büdcəsinə yönəldilib. Sabirabaddan yolu düşənlər yəqin ki, burda mərkəzi və məhəllədaxili yolların vəziyyətini görüblər. Bəzi mərkəzi hissələr istisna olmaqla, rayonun yolları bərbad haldadır. İcra hakimi niyə büdcə pullarını qarşıya qoyulan tapşırıqların icra olunmasından ötrü sərf etmir? Çünki bu işləri görsə, ona heç nə qalmayacaq. Bir müddət əvvəl Kürkənd magistral yolu asfaltlaşdırılıb. Bir ilin içində həmin yolu üç dəfə təmirə bağlayıblar.
Rayon rəhbəri bununla da bəzi niyyətlərini həyata keçirmiş olur». Verilən informasiyaya görə, icra başçısının əsas qazanc mənbələrindən biri də rayonun mərkəzində yerləşən binaların dam örtüyünün və fasadının dəyişdirilməsi ilə bağlıdır: «Nazim İsmayılov guya rayonu gözəlləşdirmək istəyir. Reallığa qalanda isə onun əsas niyyəti Sabirabadın büdcəsini məhv edib rayonu inkişafdan saxlamaqdır. Hələ ki, başçı bunu müvəffəqiyyətlə həyata keçirməyi bacarır. Təmir adı altında rayona xüsusi yaraşıq verən tarixi binalar sökülüb. Yerində isə hansısa iş adamları obyekt tikdiriblər. Qeyd edim ki, Rayon İcra Hakimiyyətinin inzibati binasının fasadı dəyişdirilərkən xeyli miqdarda büdcə vəsaiti silinib. İcra Hakimiyyətinin binasına müasir daş üzlüklər vurulub. Ən maraqlısı həmin daş üzlüklərin alındığı karxananın icra hakiminə məxsus olmasıdır. Yəni rayonun birinci şəxsi sahibi olduğu karxana vasitəsilə büdcənin pullarını sağa-sola dağıdır. Sabirabadda demək olar ki, hər sahədə problem mövcuddur. Rayonun səhiyyə, təhsil və mədəniyyət sistemi acınacaqlı vəziyyətdədir. İcra başçısı konkret olaraq rayona baxmır, vətəndaşları narahat edən problemlərlə maraqlanmır, onunla görüşmək istəyən şikayətçiləri qapıdan geri qaytarır.
Bir sözlə, 170 min nəfər insanın taleyinə laqeyd münasibət göstərir. Camaatı pis gündə yaşadır, amma yaxın qohumları, dostları və tanışları yüksək səviyyədə həyat sürürlər. Hər birinin altında bahalı maşınları var. Nazim İsmayılovun nəzarətində olan biznes obyektlərindən isə söz açmağa dəyməz. İcra başçısının həm Sabirabadda, həm də Bakıda o qədər obyekti var ki, bəlkə də sayını özü dəqiq bilmir. Maraqlıdır, rayon rəhbəri vəzifə maaşı ilə bu qədər var-dövləti necə yığıb?». Gələn saylarımızda bu sual ətrafında araşdırma aparıb icra hakiminin səbəb olduğu kobud qanun pozuntuları barədə söhbət açacağıq. RİH rəhbəri qeyd olunan fikirlərə münasibət bildirmək istəsə, dərc etməyə hazırıq. \ gundelik-baku \


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 21:02 |
|
|
|
• Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Bu gün, 20:56 |
|
|
|
• İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Bu gün, 20:03 |
|
|
|
• Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Bu gün, 19:57 |
|
|
|
• Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00 |
|
|
|
• Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 18:58 |
|
|
|
• Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Bu gün, 18:17 |
|
|
|
• "Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Bu gün, 18:10 |
|
|
|
• “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Bu gün, 18:06 |
|
|
|
• Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Bu gün, 18:04 |
|
|
|
• Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Bu gün, 18:01 |
|
|
|
• Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Bu gün, 17:53 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Bu gün, 17:51 |
|
|
|
• Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Bu gün, 17:41 |
|
|
|
• Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Bu gün, 17:36 |
|
|
|
• Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Bu gün, 17:32 |
|
|
|
• Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Bu gün, 17:25 |
|
|
|
• “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Bu gün, 17:21 |
|
|
|
• İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19 |
|
|
|
• "Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12 |
|
|
|
• Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05 |
|
|
|
• 308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02 |
|
|
|
• Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00 |
|
|
|
• Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57 |
|
|
|
• Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49 |
|
|
|
• Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43 |
|
|
|
• Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34 |
|
|
|
• “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30 |
|
|
|
• Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23 |
|
|
|
• Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19 |
|
|
|
• Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15 |
|
|
|
• “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14 |
|
|
|
• Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05 |
|
|
|
• “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03 |
|
|
|
• İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56 |
|
|
|
• Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54 |
|
|
|
• “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51 |
|
|
|
• Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46 |
|
|
|
• "Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02 |
|
|
|
• PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58 |
|
|
|
• Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02 |
|
|
|
• "Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00 |
|
|
|
• Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57 |
|
|
|
• Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52 |
|
|
|
• Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49 |
|
|
|
• “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42 |
|
|
|
• Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40 |
|
|
|
|