Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? .....                     Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı .....                     İnternetdən alış-veriş edərkən diqqətli olun! .....                     Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub .....                     "Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur" .....                     Mövcud olmayan sensasiya .....                     Qoruqları İdarəetmə Mərkəzinə yeni sözçü təyin edilib .....                     Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ .....                     Xankəndidə dəhşətli gecə: 200-dən çox erməni necə öldü? .....                     Sərkisyana sui-qəsdlə bağlı iki versiya: .....                     AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu .....                     Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılır .....                     Həbsdəki general 12 milyon 415 min ödəməsinin nəzərə alınmasını istəyir .....                     1 milyon mənimsəmədə ittiham olunan Raqif Abbasov hakim önündə: Azadlıqdadır... .....                     Dünyada taxılın bahalaşması Azərbaycana da təsir göstərəcək .....                     Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK .....                     Burda doğru danışana TƏZYİQ EDİRLƏR... .....                     "Atam hələ xəstəxanadadır" .....                     Əmlak Xidmətinin 5.5 milyonluq tenderinə “stop” qoyuldu .....                     "Hazırda vəziyyətim çox pisdir, maddi imkanım acınacaqlıdır..." .....                     Aİ ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq .....                     Bakıdan Pezeşkiana siqnal göndərildi .....                     Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adın rus dilində yazılması ilə bağlı tədbirlər görüləcək .....                     Ermənistanın salamat olmasını istəyiriksə, bunu etməliyik .....                     “Təhsil deyil, biznesdir” .....                     Suriyanın yeni lideri Türkiyəyə arxa çevirir? .....                     Gömrük generallarının pensiya QALMAQALI .....                     İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir .....                     "Baku Network"un rəhbəri “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək .....                     “ABŞ Ermənistanda çevrilişin qarşısını aldı..." .....                     "Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib" .....                     Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı .....                     Parlamentdə yeni TƏYİNAT .....                     İrəvandan açıqlama: .....                     "İmam Əli Mərkəzi" casus yuvasıdır .....                     Qızı vermədilər, oğurladılar .....                     Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... .....                     AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq .....                     "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? .....                     Çin ABŞ məhsullarına tarif tətbiq edib .....                 

Bələdiyyə sədrinin müavini iş adamının başını partlatdı - Sabirabadda qanlı insident...
Tarix: 24-06-2015, 11:26 | Çap et
Bələdiyyə sədrinin müavini iş adamının başını partlatdı
İyun ayının 21-də Sabirabad rayonunun Həşimxanlı kəndində qanlı olay baş verib. Bu barədə "Gündəlik Bakı"nın Şirvan bürosuna məlumat daxil olub. Hadisə kənd sakini Nəcəfov Aqif Qəhrəman oğlu ilə Həşimxanlı kənd bələdiyyə sədrinin müavini Əmrahov Fikrət Namik oğlu arasında qeydə alınıb. Qəzetimizin Şirvan bürosuna müraciət edən vətəndaş Aqif Nəcəfov başına gələnləri bu cür nəql edib: "Mən kəndimizdə xırda sahibkarlıqla məşğul oluram, daha dəqiq desəm çayxana işlədirəm.
Bələdiyyə sədrinin müavini, hazırda isə sədrin vəzifəsini icra edən Fikrət müəllim hələ bir neçə ay əvvəl gəlib dedi ki, sənin işlətdiyin çayxananın ərazisi bələdiyyə torpağına aiddir. Birinci dəfə 50 manat verib onu yola saldım. İkinci dəfə də gəlib məndən pul istədi. Bu dəfə məbləği qaldırmışdı- 100 manat tələb etdi. Buna maddi imkanım çatmadı və pulu verə bilmədim. Həmin gündən bələdiyyə sədrinin müavini mənimlə prinsip aparmağa başladı. Aramızda baş vermiş narazılıq ayın 21-də insidentlə yadda qaldı. Belə ki, bazar günü bələdiyyə sədrinin müavini məni bələdiyyənin inzibati binasına dəvət etdi. Qeyri-iş günü olsa da, Fikrət Əmrahov orda idi. Elə oldu ki, söhbətimiz alınmadı. Belə başa düşdüm ki, çayxananın fəaliyyətini davam etdirməsi üçün sədr müavininə 2-3 min manat verməliyəm. Maliyyə durumum buna imkan vermirdi. Çox çək-çevirdən sonra aramızda narazılıq yarandı və sədr müavini məni vurdu. Bu zaman əlbəyaxa olduq. Özümü müdafiə məqsədilə mən də onu vurdum. Sonda o məni necə itələdisə, başım divara dəydi və parçalandı. Huşumu itirdim. Özümə gələndə artıq Şirvan Şəhər Mərkəzi Xəstəxanasında idim. Həkimlər vaxtında müdaxilə etməsəydi, bəlkə də indi həyatda yox idim. Bu hadisəni heç vaxt unuda və sədr müavinini bağışlaya bilmərəm. Hadisə ilə bağlı aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Bələdiyyə sədrinin müavini mütləq cəzasını çəkməlidir". Baş vermiş hadisəyə aydınlıq gətirmək məqsədilə Həşimxanlı kənd bələdiyyəsinin sədr müavini Fikrət Əmrahovla əlaqə saxladıq. O hadisəni təsdiq edərək bildirdi ki, Aqif Nəcəfov mülkiyyətində olan 500 kvadratmetrlik ərazidə və bələdiyyə mülkiyyətindəki torpaq sahəsində qanunsuz tikinti işləri aparıb: "Sədr işə çıxmadığından onun səlahiyyətlərini mən icra edirəm. Vətəndaş həm əhaliyə xidmət edən su zolağının ərazisinə girib, həm də özünə aid olmayan təxminən 300 kvadratmetrlik ərazidə qanunsuz tikinti işləri həyata keçirib. Bundan başqa, dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən 35 min kilovatlıq elektrik xəttinin altında "besetka"lar tikdirib. Buna görə iyun ayının 13-də ona rəsmi şəkildə məktub göndərdim. Xahiş etdim ki, bələdiyyə və dövlət mülkiyyətində olan torpaq sahəsində apardığı tikinti işlərini dayandırsın, torpağın əvvəlki vəziyyətinə qaytarılmasını təmin etsin. Əks halda, haqqında bələdiyyə tərəfindən məhkəmə iddiasının qaldırılacağını bildirdim. Görünür, vətəndaş mənim bu sözlərimi həzm etmədi. İş otağımda subsidiyalarla əlaqədar sənədləri hazırlayırdım. Birdən tanımadığım nömrədən mənə zəng gəldi. Dəstəyin o tərəfindəki Aqif Nəcəfov idi. İş adamına bir daha bələdiyyənin göndərdiyi məktub haqda məlumat verdim. O isə telefonda mənim ünvanıma təhqiramiz ifadələr işlətdi. Dedim ki, bu sözlərə görə səni başa salacam. Bunu deyib telefonu söndürdüm. Dərhal ərazi üzrə polis sahə müvəkkilinə məlumat verdim. İcra nümayəndəsini də yanıma çağırdım. Telefon danışığının üzərindən yarım saat keçəndən sonra sahibkar mənim otağıma gəldi. Yaxamdan tutub söyüş söyməyə başladı. Dözülməz söyüşlər söydüyü üçün mən də ona müqavimət göstərdim. Yanımda icra nümayəndəsi, onun müavini də var idi. Əsəbiləşib iş adamını itələdim. Bu vaxt başı otaqda harasa dəyib partladı. Hadisədə cinayət tərkibi olduğundan müvafiq hüquq-mühafizə orqanlarına artıq müraciət etmişəm". Baş vermiş cinayətlə bağlı Sabirabad Rayon Polis Şöbəsindən məlumat almağa çalışsaq da, cəhdlərimiz bir nəticə vermədi. Hər halda, bu hadisənin üzərindən səthi ötüb keçmək doğru olmazdı. Yerli hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri hadisənin başvermə səbəblərini obyektiv şəkildə araşdırmalı və günahkarı ciddi şəkildə cəzalandırmalıdır. Növbəti saylarımızda bu insidentlə bağlı təfərrüatları açıqlayacaq, bələdiyyənin xanım sədrinin nəyə görə işə çıxmaması və icra başçısı Nazim İsmayılovun baş verən xoşagəlməz hadisələrə niyə münasibət bildirməməsi barədə yazı dərc edəcəyik. Bizi izləyin. \\ gundelik-baku.com \\

Bələdiyyə sədrinin müavini iş adamının başını partlatdı










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:40
Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı
Bu gün, 14:39
İnternetdən alış-veriş edərkən diqqətli olun! - "Üstü bəzək, altı təzək"
Bu gün, 14:37
Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub
Bu gün, 14:30
"Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur" - deputat
Bu gün, 14:00
Mövcud olmayan sensasiya - Ortada heç bir əsas yoxdur axı...
Bu gün, 13:58
Qoruqları İdarəetmə Mərkəzinə yeni sözçü təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:51
Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ - AKTUAL
Bu gün, 13:04
Xankəndidə dəhşətli gecə: 200-dən çox erməni necə öldü? – Onun adı hallanır
Bu gün, 13:01
Sərkisyana sui-qəsdlə bağlı iki versiya: - onu kim öldürüb?
Bu gün, 13:00
AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu - İMZALANIB
Bu gün, 12:54
Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılır – Rəsmi statistika
Bu gün, 12:47
Həbsdəki general 12 milyon 415 min ödəməsinin nəzərə alınmasını istəyir - GƏLİŞMƏ
Bu gün, 12:44
1 milyon mənimsəmədə ittiham olunan Raqif Abbasov hakim önündə: Azadlıqdadır... - TƏFƏRRÜAT
Bu gün, 12:43
Dünyada taxılın bahalaşması Azərbaycana da təsir göstərəcək - NƏ ETMƏLİ?
Bu gün, 12:40
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Bu gün, 12:38
Burda doğru danışana TƏZYİQ EDİRLƏR... - AXI NİYƏ?..
Bu gün, 12:36
"Atam hələ xəstəxanadadır" - AÇIQLAMA
Bu gün, 12:26
Əmlak Xidmətinin 5.5 milyonluq tenderinə “stop” qoyuldu
Bu gün, 12:24
"Hazırda vəziyyətim çox pisdir, maddi imkanım acınacaqlıdır..." - GİLEY
Bu gün, 12:20
Aİ ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq - Ovannisyan
Bu gün, 12:16
Bakıdan Pezeşkiana siqnal göndərildi – “Həmin qüvvələr…”
Bu gün, 12:11
Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adın rus dilində yazılması ilə bağlı tədbirlər görüləcək - AÇIQLAMA
Bu gün, 12:08
Ermənistanın salamat olmasını istəyiriksə, bunu etməliyik - Paşinyan
Bu gün, 12:06
“Təhsil deyil, biznesdir” – Elvin məktəblərdən gileyləndi
Bu gün, 11:50
Suriyanın yeni lideri Türkiyəyə arxa çevirir? - “Regnum”
Bu gün, 11:47
Gömrük generallarının pensiya QALMAQALI – Büdcəyə vurulan zərər GERİ ÖDƏNİLƏCƏK?
Bu gün, 11:40
İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir - Ermənistan XİN
Bu gün, 11:37
"Baku Network"un rəhbəri “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək
Bu gün, 11:24
“ABŞ Ermənistanda çevrilişin qarşısını aldı..." - “Armtimes”
Bu gün, 11:21
"Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib" - Tahir Kərimli
Bu gün, 11:15
Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı
Bu gün, 11:12
Parlamentdə yeni TƏYİNAT - FOTO
Bu gün, 11:11
İrəvandan açıqlama: - “Sülh sazişinin imzalanmasına çox yaxınıq”
Bu gün, 11:07
"İmam Əli Mərkəzi" casus yuvasıdır - Nazir
Bu gün, 11:06
Qızı vermədilər, oğurladılar - İmişlidəki olayın TƏFƏRRÜATLARI
Bu gün, 11:01
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Bu gün, 10:58
AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir
Bu gün, 10:51
"Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50
Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39
Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38
Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25
"Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02
Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55
Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52
Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50
Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45
Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43
"Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru