Nazirin şirkətində də böhranlı günlər yaşanır... - kəskin müştəri qıtlığı yaranıb...
Tarix: 6-05-2015, 10:18 | Çap et
Azərbaycanda geniş biznes şəbəkəsinə malik nazirlərin önündə gələnlərdən biri heç şübhəsiz, gənclər və idman naziri Azad Rəhimovdur. Nəhəng gəlir qaynaqlarına malik olan Rəhimovun son vaxtlar biznes sarıdan bəxtinin bir o qədər gətirmədiyi bildirilir. Öncə onu qeyd edək ki, Azad Rəhimov nazir postuna gətirilməzdən qabaq biznes fəaliyyəti ilə məşğul olub. Onun biznesinin əsasını mebel ticarəti təşkil edib. A.Rəhimov hələ o vaxtlar Avropanın tanınmış mebel brendlərinin ölkəmizdə satışını həyata keçirib. Ayrı-ayrı məmurların, biznesmenlərin sifarişini yerinə yetirən Azad Rəhimov daha sonra Bakıda "İtaldizayn" şirkətini açıb. Nazirin ilk şirkəti Bakıda 1996-cı ildə İtaliyanın dəbli mətbəx avadanlıqlarını Azərbaycana gətirməklə fəaliyyətə başlayıb. Şirkət öz tarixi boyu nəinki mebel bazarında möhkəmlənib, həm də yeni, dinamik və diversifikasiyalı biznes yaratmağa nail olub. 1998-2006-cı il tarixinədək "İtaldizayn" Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyən Azad Rəhimov bu müddətdə nazirlərin sifarişi ilə Azərbaycana mebel gətirib. Hazırda isə "İtaldizayn" şirkətinin Bakının ən mərkəzi ünvanlarında xeyli sayda mağazası var. Bəzi məlumatlara görə, bu qrupa əksəriyyəti şəhərin düz mərkəzində yerləşən onlarla (bir az da konkretləşdirsək, 20-dən çox) salon və butik daxildir: "İdea", "Creative System", iki "Villeroy & Boch" butik və salonu, "Bang & Olufsen", "Ambiance", dörd "Swarovski" butiki, "Royal Collection", "Royal Collection - Watches & Accessories", "Yves Delorme", "Baccarat - Bernardaud", "Museum", "Chopard", "Carpets Boutique", "Lladro", "Roberto Coin - de Grisogono"; iki "Eurodesign" və "Transeurocom" telekommunikasiya şirkəti; "İD Catering" keyterinq şirkəti və "Creacon" inşaat şirkəti. Nazirə məxsus holdinq Avropa və Amerikanın 300-dən artıq şirkəti ilə birbaşa əməkdaşlıq edir. İndi isə belə məlumatlar gəlir ki, bu mağazalar son bir neçə ayda ciddi böhran keçirirlər. Onlar xeyli müştəri itiriblər. Yəni adıçəkilən butik və dükanlarda alış-veriş əhəmiyyətli dərəcədə səngiyib. Bəs Azad Rəhimovun biznesində geriləmənin olması nə ilə bağlıdır? Bu barədə səslənən iddialara görə, son vaxtlar gənclər və idman nazirinin biznes obyektləri müştəri sarıdan korluq çəkir, səbəb isə Rəhimovun məşhur xarici brendlərin məhsullarının satışına üstünlük verməsidir: "Həmin məhsullar olduqca bahalıdır, bu səbəbdən də son vaxtlar onların alıcılarının sayı kəskin azalıb". Verilən məlumatlara görə, Azad Rəhimovun biznes imperiyasına "Carrera y Carrera", "Pasquale Bruni", "Leo Pizzo", "Antonini" və s. məşhur brendlərin məhsullarının Azərbaycanda satışının təşkil edilməsi daxildir. Həmin məhsulların qiymətləri isə bizim reallıqda böyük çoxluq üçün fantastik görünür .Təkcə aksessuarlar və ofis ləvazimatlarının qiymətlərindəki fantastik bahalıq adamı heyrətə gətirir. Nazirin butiklərində ən bahalı qələmlər "Cartier" firmasına məxsusdur və qiyməti 400 manatdan başlayır. Rəhimovun şirkətinə məxsus mağazalarda köynək düymələrinin 500, İsveç istehsalı saatların 2 min, bel kəmərlərinin min manatdan alıcılara təqdim olunduğunu nəzərə alsaq, daha zəruri malların qiymətini təsəvvür etmək çətin deyil. Hansı ki, həmin qiymətlərə münasib müştəri tapmaq Azərbaycan reallğında qəliz məsələdir və elə bu da gənclər və idman nazirinin gəlir qaynaqlarında alıcı böhranına, alıcı böhranı isə gəlir krizisinə gətirib çıxarıb. Xüsusilə dolların manata görə bahalaşmasının ardından gənclər və idman nazirinin biznes nöqtələrində alış-veriş kəskin azalıb. Məzənnə dəyişikliyindən sonra bahalı brendlərin fantastik qiymətə olan məhsullarının qiyməti daha da bahalaşıb, bu isə alıcıları Rəhimovun dükanlarından bir az da uzaq salıb. Bəzi iddialara görə, bunları saf-çürük edən nazirin nəzarətindəki biznes qrupları sonda bir çox məşhur brendlərin məhsullarının satışından imtina etməyə hazırlaşırlar. Həmin dünyaca populyar xarici markalarla üzülüşməyin əvəzində isə ölkədə orta statistik müştərinin cibinə uyğun malların Azərbaycanda satışını həyata keçirmək daha məqsədəuyğun hesab olunur. Amma Rəhimovun yekunda belə qərar verib-verməyəcəyi bəlli deyil.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qoruqları İdarəetmə Mərkəzinə yeni sözçü təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:51 |
|
|
|
• Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ - AKTUAL
Bu gün, 13:04 |
|
|
|
• Xankəndidə dəhşətli gecə: 200-dən çox erməni necə öldü? – Onun adı hallanır
Bu gün, 13:01 |
|
|
|
• Sərkisyana sui-qəsdlə bağlı iki versiya: - onu kim öldürüb?
Bu gün, 13:00 |
|
|
|
• AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu - İMZALANIB
Bu gün, 12:54 |
|
|
|
• Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılır – Rəsmi statistika
Bu gün, 12:47 |
|
|
|
• Həbsdəki general 12 milyon 415 min ödəməsinin nəzərə alınmasını istəyir - GƏLİŞMƏ
Bu gün, 12:44 |
|
|
|
• 1 milyon mənimsəmədə ittiham olunan Raqif Abbasov hakim önündə: Azadlıqdadır... - TƏFƏRRÜAT
Bu gün, 12:43 |
|
|
|
• Dünyada taxılın bahalaşması Azərbaycana da təsir göstərəcək - NƏ ETMƏLİ?
Bu gün, 12:40 |
|
|
|
• Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Bu gün, 12:38 |
|
|
|
• Burda doğru danışana TƏZYİQ EDİRLƏR... - AXI NİYƏ?..
Bu gün, 12:36 |
|
|
|
• "Atam hələ xəstəxanadadır" - AÇIQLAMA
Bu gün, 12:26 |
|
|
|
• Əmlak Xidmətinin 5.5 milyonluq tenderinə “stop” qoyuldu
Bu gün, 12:24 |
|
|
|
• "Hazırda vəziyyətim çox pisdir, maddi imkanım acınacaqlıdır..." - GİLEY
Bu gün, 12:20 |
|
|
|
• Aİ ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq - Ovannisyan
Bu gün, 12:16 |
|
|
|
• Bakıdan Pezeşkiana siqnal göndərildi – “Həmin qüvvələr…”
Bu gün, 12:11 |
|
|
|
• Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adın rus dilində yazılması ilə bağlı tədbirlər görüləcək - AÇIQLAMA
Bu gün, 12:08 |
|
|
|
• Ermənistanın salamat olmasını istəyiriksə, bunu etməliyik - Paşinyan
Bu gün, 12:06 |
|
|
|
• “Təhsil deyil, biznesdir” – Elvin məktəblərdən gileyləndi
Bu gün, 11:50 |
|
|
|
• Suriyanın yeni lideri Türkiyəyə arxa çevirir? - “Regnum”
Bu gün, 11:47 |
|
|
|
• Gömrük generallarının pensiya QALMAQALI – Büdcəyə vurulan zərər GERİ ÖDƏNİLƏCƏK?
Bu gün, 11:40 |
|
|
|
• İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir - Ermənistan XİN
Bu gün, 11:37 |
|
|
|
• "Baku Network"un rəhbəri “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək
Bu gün, 11:24 |
|
|
|
• “ABŞ Ermənistanda çevrilişin qarşısını aldı..." - “Armtimes”
Bu gün, 11:21 |
|
|
|
• "Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib" - Tahir Kərimli
Bu gün, 11:15 |
|
|
|
• Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı
Bu gün, 11:12 |
|
|
|
• Parlamentdə yeni TƏYİNAT - FOTO
Bu gün, 11:11 |
|
|
|
• İrəvandan açıqlama: - “Sülh sazişinin imzalanmasına çox yaxınıq”
Bu gün, 11:07 |
|
|
|
• "İmam Əli Mərkəzi" casus yuvasıdır - Nazir
Bu gün, 11:06 |
|
|
|
• Qızı vermədilər, oğurladılar - İmişlidəki olayın TƏFƏRRÜATLARI
Bu gün, 11:01 |
|
|
|
• Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Bu gün, 10:58 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir
Bu gün, 10:51 |
|
|
|
• "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50 |
|
|
|
• Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39 |
|
|
|
• Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38 |
|
|
|
• Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25 |
|
|
|
• "Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10 |
|
|
|
• Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02 |
|
|
|
• Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55 |
|
|
|
• Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52 |
|
|
|
• Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50 |
|
|
|
• Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45 |
|
|
|
• Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43 |
|
|
|
• "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40 |
|
|
|
• “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36 |
|
|
|
• Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29 |
|
|
|
• "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18 |
|
|
|
• "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17 |
|
|
|
• Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15 |
|
|
|
• Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12 |
|
|
|
|