Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi .....                     "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... .....                     Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi .....                     Məmura “donuz” deyən şəxs cəzalandırıldı .....                     “Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? .....                     Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” .....                     “Loğman” ASC səhmdarlarının yığıncağı .....                     Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub .....                     “Azercell” abunəçiləri nömrələrindən imtina edir .....                     Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır .....                     Azərbaycanın beton şirkətinə .....                     Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? .....                     SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` .....                     “Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” .....                     Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir .....                     Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir .....                     Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub .....                     Banka krediti olanların NƏZƏRİNƏ .....                     Bakı ilə bağlı qorxunc durum: nə etməli? .....                     "Harada da qarşılaşsaq, "necəsən" deyərəm" .....                     Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi .....                     Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib .....                     Şirvanda 'qara maskalılar' hər an görünə bilər .....                     "Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi .....                     Silah buraxıldı, təşkilat bitdimi? .....                     “Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” .....                     Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI .....                     Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... .....                     Qiymətlər kəskin artacaq, bundan sonra... .....                     Suraxanı sakinlərinin SU ÇİLƏSİ .....                     Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə .....                     "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?" .....                     Lerikdə vəzifə saxtakarlığı: .....                     Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi .....                     1,2 milyon vergi borcu olan şirkət kimindir? .....                     "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" .....                     Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU .....                     Azərbaycanda nazir koronovirusa yoluxdu .....                     Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib .....                     Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                 

Niyə məhz KAPİTAL BANK-dakı hesablarımız QARƏT OLUNUR? - "ƏN ZƏİF BƏND"DİRMİ?
Tarix: 14-06-2024, 11:17 | Çap et
Niyə məhz KAPİTAL BANK-dakı hesablarımız QARƏT OLUNUR?
“Facebook-da qarşıma Kapital Bankın loqosu ilə eyni olan bir reklam kampaniyası çıxdı. Girdim orada tələb olunduğu kimi, telefon nömrəmi, kartın nömrəsini yazdım və şifrəni yazanda onlardan telefonuma kod gəldi. Kod göndəriləndə mən daha da inandım ki, bu, ancaq Kapital Bankdan gələ bilər…”

Bakı sakini İlham Yusifzadə BBC Azərbaycancaya sosial mediada kiber-dələduzlar tərəfindən necə aldadıldığını izah edir. 50 yaşlı müsahibimiz bu ilin aprelində onun Kapital Banka aid kredit kartından 5 min 600 manat vəsaitin oğurlandığını deyir.

“Şifrəni yazanda, mənə bildirildi ki, şifrə doğru deyil və o anda kartım bloklandı. Sonra kartımda olan vəsaitin çəkildiyini gördüm”, - İlham Yusifzadə BBC Azərbaycancaya bildirib.

İlham Yusifzadə son dövrlərdə Azərbaycanda sosial media platformalarında səhifə, kanal və platformalar vasitəsilə kiber-dələduzluqla üzləşmiş onlarla şəxsdən biridir.

Kapital Bankdan BBC Azərbaycancaya bildirilib ki, müxtəlif dələduz qruplar “əhalinin etimadından sui-istifadə edərək banklar adından müştərilərin fərdi məlumatlarını ələ keçirməyə” cəhd göstərirlər. Bank belə şəbəkə hesablarını şikayət etdiyini deyir.

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə müxtəlif üsullarla istifadəçilərin aldadılması hallarının gündən-günə artdığını bildirir.

Google YouTube məzmununa icazə varmı?
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

“Nə vaxtsa özümün belə bir kampaniyanın qurbanı olacağımı təsəvvür etmirdim”, -ixtisasca hərbçi olan İlham Yusifzadə deyir.

O bildirir ki, həmişə bu cür reklamlar görəndə ailəsinə, qohum-əqrəbasına, tanışlarına bu kampaniyaların fırıldaq olduğunu deyirmiş.

Orijinala bənzəyən və insanları asanlıqla aldadan reklamlar və ya kampaniyalar fişinq adlanır, informasiya texnologiyaları üzrə mütəxəsis Rəşad Əliyev BBC Azərbaycancaya deyib.

Oxford lüğətinə görə, fişinq və ya phishing vebsayt və ya elektron poçt vasitəsi ilə insanların şəxsi məlumatlarını, bank hesab nömrələrini və digər məlumatlarını onlara verməsini təmin etməklə adamlardan pul oğurlamaq fəaliyyətidir.

Kiber dələduzluqda yalnız saxta bank reklamlarından deyil, xaricdə təhsil, onlayn oyunlar, onlayn ticarət kimi digər şirnikləndirici üsullardan da istifadə edilir, Əliyev əlavə edir.

Fişinq qurbanı olmuş İlham Yusifzadə deyir ki, iki il əvvəl oxşar hadisə ilə üzləşsə də, həmin vaxt dələduzlar onun kartından vəsait çıxarmağa nail olmayıblar.

“Həmin vaxt oğlumun internet üzərindən oyun oynaması üçün 20 dollar məbləğində ödəniş etməyimizi istədilər. O vaxt da Kapital Bank kartımdan ödəniş etmək istəyəndə kartım bloklandı, amma heç bir vəsait çıxılmadı”.

İlham Yusifzadəni düşündürən sual isə odur ki, necə olur ki, iki il əvvəl hesabı bank tərəfindən qorunduğu halda, bu dəfə onun kartından pulun çıxarılmasına “icazə veriblər”.

“Bu dəfə kartımdan ilk köçürmə digər bank kartına köçürülüb. Həmin vəsait dərhal yenidən mənim kartıma qaytarılıb və 5 dəqiqə sonra başqa bir Kapital Bank hesabına köçürülüb”, - İlham Yusifzadə bildirib.

Bunu əsas gətirən İlham Yusifzadə iddia edir ki, dələduzluqla məşğul olan səhifəni işlədənlər bankın “indiki və ya keçmiş əməkdaşlarıdır”.

Kapital Bank hər hansı əməkdaşının bu işdə iştirakı ilə bağlı iddialarla razılaşmır və müştəri məlumatlarının məxfiliyini təmin etmək üçün "ciddi qaydalar və prosedurlar" olduğunu deyir.

“Bununla yanaşı əməkdaşlarımız müştəri məlumatlarının məxfiliyini qorumaqla bağlı xüsusi təlimatlar alır və onların fəaliyyəti xüsusi nəzarət mexanizmi ilə təqib olunur. ...bankımızla bağlı bugündək baş verən dələduzluq hallarının araşdırılması zamanı heç bir hadisədə bank əməkdaşının iştirakına rast gəlinməyib”, - Kapital Bankın BBC Azərbaycancaya təqdim etdiyi yazılı cavabında qeyd olunub.

Kapital Bankdan həmçinin bildirilib ki, əgər müştərinin vəsaiti dələduzluq yolu ilə digər Kapital Bank kartına köçürülübsə, həmin müştəri barədə məlumatlar yalnız hüquq mühafizə orqanlarına verilir.

“Qarşı tərəfin məlumatlarını müştəriyə təqdim edilməsi üçün isə mütləq məhkəmə qərarı olmalıdır”, bankın açıqlamasında yazılıb.

Kapital Bankdan bildirilib ki, ödəniş xarici ölkələrə yönəlmiş köçürmə formasında olarsa və müəyyən bir saytın və ya ödənişin yüksək risk daşıdığı sistem tərəfindən aşkarlanarsa, o zaman bu barədə müştəriyə xəbərdarlıq edilir və lazım gəldikdə isə ödəniş və yaxud kart bloklanır.

Ölkədaxili əməliyyatlarda isə 3D təhlükəsizlik kodu tələb olunduğundan bu kodun daxil edilməsilə icra edilən əməliyyatlar şübhəli hesab olunmur, bankdan bildirilib.

Ödəniş kartdan karta olarsa və bu proses kart sahibi tərəfindən kodun daxil edilməsi ilə icra olunarsa, o zaman bloklanma “texniki olaraq mümkün deyil”.

Bunu əsas gətirən bank, bu səbəbdən İlham Yusifzadənin ilk köçürməsinin qarşısının alındığını, lakin digər halda isə köçürmənin qarşısının alınmadığını bildirib.

İlham Yusifzadənin sözlərinə görə, onu aldadan Kapital Bankın oxşar səhifəsi bu gün də sosial şəbəkələrdə aktivdir və “insanları soymağa davam edir”.

Bankın bildirdiyinə görə, təkcə 2023-cü ildən bu günə kimi saxta məlumatlar yayaraq dələduzluq fəaliyyəti həyata keçirən 100-ə yaxın veb-sayt, 800-dən çox isə sosial şəbəkə hesabı şikayət edilərək bağlanılıb.

Fişinqdən necə qorunmalı?
Daxili İşlər Nazirliyi isə son dövrlərdə yaydığı məlumatlarında sosial şəbəkələrdə dələduzluq hallarının geniş yayılması barədə xəbərdarlıq edib.

"Faktların təhlili göstərir ki, vətəndaşlar instaqram, teleqram, feysbuk, tik-tokda səhifə, kanal və platformalar üzərindən əlavə gəlir qazanmaq, sığorta ödənişləri, turist səyahətləri, mebel sifarişi, qızıl satışı, ev-alqı satqısı, kirayə, kredit adı altında verilən yalan vədlərə inanaraq həmin tələb olunan məbləğləri başqa-başqa bank hesablarına köçürüblər. Sonradan həmin hesablar, linklər, telefon nömrələri dərhal qapadılıb”, - deyə DİN sözçüsü Elşad Hacıyev bildirib.

O, məsələn, təkcə bir gündə - may ayının 13-də ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından aldatma üsulu oğurlanmış 23 halı sadalayıb.

DİN rəsmisi kiberüsulla hazırlanan nömrələrdən daxil olan şübhəli zənglərə, mesajlara qarşı tədbirli olmağı, onları danışmadan, yazışmadan bloklamağı məsləhət görüb”.

Bundan başqa, xəbərdarlıq edilib ki, kibercinayəti törədənlər insanlarla Azərbaycan dilində ünsiyyət qura bilə, istifadəçilərin məlumatlarını sosial şəbəkə hesablarından götürə, hətta onlarla dostları vasitəsilə əlaqə saxlaya bilərlər.

İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis Rəşad Əliyev tövsiyə edir ki, vətəndaşlar müştərisi olduqları bankların əməliyyatları, və ya kampaniyaları barədə məlumatları yalnız həmin bankların rəsmi saytından və ya rəsmi sosial şəbəkə hesablarından götürsünlər.

O həmçinin vətəndaşlar arasında bununla bağlı maarifləndirmə işlərinə ehtiyac olduğunu deyir.

İlham Yusifzadə indi itirdiyi 5 min 600 manat vəsaiti qaytarmağa çalışır. Bununla bağlı Daxili İşlər Nazirliyinə də yazılı müraciət etdiyini bildirib.

İlham Yusifovun müraciəti ilə bağlı Daxili İşlər Nazirliyindən BBC Azərbaycancaya bildirilib ki, köçürülmə xaricdən həyata keçirilib və hadisə araşdırılır.

İlham Yusifzadə isə kiber dələduzların tapılması üçün mübarizəsini davam etdirəcəyini və məhkəməyə gedəcəyini deyir.

O, ən azından başqalarının da bu tələyə düşməməsini istəyir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49
"ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48
Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28
Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub
Bu gün, 09:28
“Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? – DETALLAR
Bu gün, 09:23
Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” MTK sədri ilə bağlı QƏRAR
Bu gün, 09:21
“Loğman” ASC səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 09:16
Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 09:15
“Azercell” abunəçiləri nömrələrindən imtina edir – SƏBƏB, VİDEO
Bu gün, 09:12
Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır
Bu gün, 09:05
Azərbaycanın beton şirkətinə - YENİ SƏDR SEÇİLİR
Bu gün, 09:03
Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? - Ekspert danışır...
Bu gün, 08:50
SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` - Adam SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Bu gün, 08:47
“Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir - TƏFƏRRÜAT
Bu gün, 08:42
Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:35
Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 08:26
Banka krediti olanların NƏZƏRİNƏ - ALDANMAYIN...
Bu gün, 07:19
Bakı ilə bağlı qorxunc durum: nə etməli? – “1 milyon nəfər çıxarılır…”
Bu gün, 07:17
"Harada da qarşılaşsaq, "necəsən" deyərəm"
Bu gün, 06:49
Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 06:45
Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib - GƏLİŞMƏ
Bu gün, 06:38
Şirvanda 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
Bu gün, 06:34
"Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi - İNCƏLƏMƏ
Bu gün, 06:21
Silah buraxıldı, təşkilat bitdimi? - Görünəni odur ki...
Bu gün, 06:17
“Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” - deputat
Bu gün, 06:15
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru