İcra məmurlarının «İcra haqqında» qanundan xəbərləri yoxdur?! - BU DA FAKT!!!
Tarix: 3-06-2024, 09:45 | Çap et
 "«İcra haqqında» Azərbaycan Respublikası qanununun Ədliyyə Nazirliyinin icra baş idarəsinin, icra və probasiya şöbələrinin «baş qanunu» , stolüstü kitabı olması kimə gizlin olsa da, icra məmurlarına gizlin olmasın gərək. Nədən qanundan xəbərsizliklə necə icra hərəkətləri aparıla bilər, necə insan taleləri ilə oynamaq olar?" Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə qeyd olunur. Məqalədə daha sonra deyilir: "Sözügedən qanunun 68-ci maddəsi tələbin yönəldilməsinə yol verilməyən pul məbləğləri haqqındadır. 68.1.2 maddəsinə görə, TƏLƏB xidməti vəzifəsini yerinə yetirərkən xəsarət almış şəxslərə, həmin şəxslər həlak olduqda (öldükdə) isə onların ailə üzvlərinə ; 68.1.3 maddəsinə görə, orqanizmin funksiyasının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, yəni 1-ci dərəcəli əlillərə ödənilən pul məbləğlərinə YÖNƏLDİLƏ BİLMƏZ. Qanun hərbi, xidmət əlillərinin , eləcə də 1-ci dərəcəli əlillərin pensiyalarının borc adına toxunulmazlığını təsbit etsə də, icra məmurları bu toxunulmaz məbləğə ən yuxarı 50 faizlə «toxunur»! Özü də pensiyanın ödənildiyi banka məktub verməklə.(?) Bank da ağına- bozuna, doğru-yalana baxmadan, icra məmurunun qanunsuzluğunu Konstitusiya aktı gücünə mindirir. Halbuki bankın dövlətin pensiyaçıya ödəməyə əmanət etdiyi pulu başqasına vermək səlahiyyəti, vəzifəsi yoxdur. Pensiyaçının pulunun borc adına tutulması yalnız onu ödəyən qurum vasitəsilə edilə bilər. Pensiyanı ödəyən qurum – DSMF isə xidmət əlillərinin, 1-ci dərəcəli əlillərin pensiyasından borc adına məbləğ tutulmasının yolverilməzliyini bildiyindən, icra məmurları birbaşa banklarla qanunsuz məktublarla qeyri-prosessual əlaqəyə girirlər. Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 21, m. 37-də qeydiyyatda olan 1-ci dərəcəli gözdən əlil Bədəlov Zahid Xanmalı oğlunun 300 manat civarında olan pensiyası may ayında 50 faiz az ödənilib. Anında DSMF-lə bağlantı quran əlilə pensiyanın tam məbləğdə Beynəkxalq Bankdakı hesaba köçürüldüyü deyilib. Beynəlxalq Bankdan isə pensiyanın icra məmurunun göstərişi ilə tutulduğunu bildiriblər. Bankın əmanətə xəyanət etməsi göz qabağındadır. Ən azı, bank DSMF ilə bağlantı qurub, bilgi verməli , Fondun razılığını suruşmalı idi. Axı pensiya məbləği bankın yox, dövlətin (DSMF) pensiyaçıya ödədiyi puldur, daşınar əmlakdır ! Bank , sadəcə, vasitəçidir, dövlət kimə ünvanlayıbsa, ona da ödənməlidir. Elə bil, poçtla göndərilən baratdır, puldur , poçt bu baratı, pulu başqasına verə bilər? 1-ci dərəcəli gözdən əlilin ali dövlət hakimiyyəti, hüquq orqanlarına, Ombudsmana, Ədliyyə Nazirliyinə şikayətlərinə ƏN-in icra baş idarəsinin aparıcı məsləhətçisi Güney Hadıyevanın Xətai rayon icra şöbəsinin rəis müavini Vüqar Hüseynova (nəzarət üçün) göndərdiyi 20.05.2024-cü il tarixli cavab da olduqca ilgincdir. Məsləhətçi xanım 1-ci dərəcəli gözdən əlilin « II qrup əlil olduğunun, 311.36 manat pensiya aldığının müəyyən edildiyini» bildirib və (qanunsuz- M.B.) icra hərəkətlərinin davam etdiriləcəyini vurğulayıb. Cavabın qanunsuzluğu, ilgincliyi ondadır ki, dövlətin (TSEK-inin) verdiyi sənəddə, reyestrdə pensiyaçının 1-ci dərəcəli gözdən əlil olmasını görməmək mümkün deyil. Bəs bunu görməyə icra məmurlarına nə mane olur? Belə görməzliklə gözdən əlilin pensiyasını yeməyi (davam etdirməyi) kim götürsə də, Allah götürərmi? Yəqin bağlantılı qurumlar icra şöbələrinin özbaşınalığına son qoymaqda çətinlik çəkməz".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51 |
|
|
|
• "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25 |
|
|
|
• Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18 |
|
|
|
• Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17 |
|
|
|
• Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12 |
|
|
|
• Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10 |
|
|
|
• Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06 |
|
|
|
• Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59 |
|
|
|
• Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57 |
|
|
|
• Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53 |
|
|
|
• "Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52 |
|
|
|
• Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49 |
|
|
|
• Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48 |
|
|
|
• TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42 |
|
|
|
• Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29 |
|
|
|
• Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25 |
|
|
|
• Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17 |
|
|
|
• Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00 |
|
|
|
• Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59 |
|
|
|
• Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49 |
|
|
|
• "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48 |
|
|
|
• Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28 |
|
|
|
• Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub
Bu gün, 09:28 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? – DETALLAR
Bu gün, 09:23 |
|
|
|
• Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” MTK sədri ilə bağlı QƏRAR
Bu gün, 09:21 |
|
|
|
• “Loğman” ASC səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 09:16 |
|
|
|
• Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 09:15 |
|
|
|
• “Azercell” abunəçiləri nömrələrindən imtina edir – SƏBƏB, VİDEO
Bu gün, 09:12 |
|
|
|
• Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır
Bu gün, 09:05 |
|
|
|
• Azərbaycanın beton şirkətinə - YENİ SƏDR SEÇİLİR
Bu gün, 09:03 |
|
|
|
• Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? - Ekspert danışır...
Bu gün, 08:50 |
|
|
|
• SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` - Adam SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Bu gün, 08:47 |
|
|
|
• “Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44 |
|
|
|
• Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir - TƏFƏRRÜAT
Bu gün, 08:42 |
|
|
|
• Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:35 |
|
|
|
• Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 08:26 |
|
|
|
• Banka krediti olanların NƏZƏRİNƏ - ALDANMAYIN...
Bu gün, 07:19 |
|
|
|
• Bakı ilə bağlı qorxunc durum: nə etməli? – “1 milyon nəfər çıxarılır…”
Bu gün, 07:17 |
|
|
|
• "Harada da qarşılaşsaq, "necəsən" deyərəm"
Bu gün, 06:49 |
|
|
|
• Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 06:45 |
|
|
|
• Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib - GƏLİŞMƏ
Bu gün, 06:38 |
|
|
|
• Şirvanda 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
Bu gün, 06:34 |
|
|
|
• "Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi - İNCƏLƏMƏ
Bu gün, 06:21 |
|
|
|
• Silah buraxıldı, təşkilat bitdimi? - Görünəni odur ki...
Bu gün, 06:17 |
|
|
|
• “Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” - deputat
Bu gün, 06:15 |
|
|
|
• Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53 |
|
|
|
• Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44 |
|
|
|
• Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40 |
|
|
|
• Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38 |
|
|
|
|